241
formasında istifadə edilir.
Alaqanqalın toxumlarından alınan yağdan müalicə məqsədləri üçün geniĢ istifadə edilir.
Yağı özünüz də hazırlaya bilərsiniz. Bunun üçün 0,5 litr zeytun yağının üzərinə 5-6 çay qaĢığı
toxumundan töküb su hamamında qaynadın. Sonra soyudub süzün. Alınan yağ daxildə və xaricdə
baĢ verən xəstəliklərin müalicəsində istifadə edilir. Alaqanqalın toxumlarından alınan yağın
keyfiyyəti çaytikanından alınan yağdan heç də geri qalmır. Qanqalın yağından yaraların, yanıqların,
qara ciyərin qoruyucusu kimi istifadə edilir. Yağından bağırsaqlarda olan trixin parazitlərinin,
qadınlarda uĢaqlıq yollarında olan yaraların müalicəsində sürtmə yolu ilə istifadə edirlər.
Alaqanqaldan hazırlanan preparatlardan əsəb, nevroz, epilepsiya xəstəliyi olan xəstələrə
vermək məsləhət görülmür. Bundan əlavə bitkinin tərkibində çoxlu miqdarda kalium və fosfor
olduğundan ondan ürək-damar və təngnəfəslik xəstəliklərinə tutulanlara vermək olmaz.
Alaqanqal quraqlığa, Ģaxtaya dözümlü olduğundan o qədər də qulluq tələb etmir. O,
ziyanvericilərə və xəstəliklərə qarĢı davamlıdır. Bitkini həyatyanı bağ və bağçalarımızda asanlıqla
əkib becərə bilərsiniz. Bu zaman bitki yaz və payız aylarında öz gözəlliyi ilə orqanizmin
müqavimətinin artmasna və sağlam olmağınıza səbəb olar. Alaqanqal üçün ən yaxĢı torpaq yüngül
və qida ilə zəngin torpaq hesab edilir. Əkin qabağı toxumları bir neçə saat isladıb əkin. Toxumları
bir-birindən 30-40 sm aralı olmaqla 2-3 sm dərinliyində basdırın. Cərgələrarası 45-50 sm olmaqla 1
m
2
sahəyə 4 kq kopress və yaxud peyin, 40-60 q mineral gübrə, 1-2 stəkan odun külü verilir.
Toxumları səpildikdən 8-10 gün sonra cücərməyə baĢlayır. Bitki sürtələ boy ataraq, yayın
ortalarında gövdə və çiçək verməyə baĢlayır. Səbətləri qıĢa qədər qönçələyib çiçəkləyir. Toxumları
avqustun axırlarında yetiĢir.
Toxumlar cücərmə qabiliyyətini 3 ilə qədər saxlayırlar. Kökləri müalicə məqsədləri üçün
yerdən qazıb çıxardır soyuq suda yuyur 40-50 dərəcə temperaturda qurudurlar. Kökləri öz müalicə
təsirini 1 il saxlayırlar. Otundan yaĢıl gübrə kimi istifadə edilir. Göz oxĢayan çiçəklərindən gözəl
gül buketləri düzəldilir.
Adi dağtərxunu – Tanacetum vulgare L.
Dünya florasının tərkibində dağtərxunu cinsinin 50-yə qədər çoxillik ot formalı növləri
yayılmıĢdır. Qafqazda 5, o cümlədən Azərbaycanda 4 növünə təsadüf edilir. Dağtərxunu növlərinə
ən çox Yer kürəsinin Ģimal ərazilərində rast gəlmək olar.
Dağtərxununun Azərbaycanda yayılan növlərinə isə Naxçıvan MR-in ərazisində təsadüf
etmək olar.
Dağtərxunu növlərinin əksəriyyəti dərman, efıryağlı,
ədviyyat, boyaq təbiətli və bəzək xüsusiyyətli bitkilərdir.
Bu növlərin içərisində ən mühümü və əhəmiyyətlisi adi
dağtərxunu - Tanacetum vulgare L. hesab edilir. Adi dağtərxunu
hündürlüyü 140-150 sm-ə qədər qalxan, budaqlanan gövdəyə,
üfüqi odunlaĢmıĢ kökümsova malik, çoxillik ot bitkisidir.
Yarpaqları növbəli, lələkvari daraqlanan olub 7-20 sm
uzunluğunda, üzəri nöqtə Ģəkilli vəzlərlə əhatə olunmuĢdur.
AĢağıda yerləĢən yarpaqları saplaqlı, yuxarıdakılar isə oturaqdır.
Çiçək səbəti sıx qalxanvari hamaĢçiçəkdən ibarətdir. Bütün çiçəkləri boruĢəkilli olub, narıncı-sarı
rəngdədir. Bitki iyul-oktyabr aylarında çiçək açır, avqustda meyvəsi yetiĢir. Toxumları pazformalı,
daralmıĢ, uzunsovdur.
Dağtərxunu dünyanın bir çox yerlərində yabanı quĢarmudu, qurdqovucu, cənnət çiçəyi, çöl
quĢarmudu, fıncan, düymə və s. adlarla adlandırılır.
Adi dağtərxunu keçmiĢ SSRĠ-nin bütün ərazilərində yayılmıĢdır. Ən çox isə çəmənliklərdə,
müxtəlif otlardan ibarət fitosenozlarda, meĢə açıqlıqlarında, çöllərdə, çay kənarlarında, yaĢayıĢ
binalarının ətrafında, yol kənarında təsadüf etmək olar.
Dağtərxununun müalicəvi xüsusiyyətləri çox qədim dövrlərdən insanlara məlum olmuĢdur.
Bir rəvayətdə deyilir ki, qadınlar cavan, gözəl və cazibədar görünmələri üçün Olimp allahına
242
yalvarırlar ki, onlara kömək etsin. Qadınların xahiĢini yerinə yetirən Olimp allahı onlara çiçəkləri
parlaq, narıncı-sarı rəngli, ətirli iyə və gözəl müalicəvi xüsusiyyətlərə malik dağtərxununun
toxumlarını göndərir. Buna görə də xalq arasında dağtərxununa «qadınların çiçəyi» deyirlər.
Qədim romalılar dağtərxununun çiçəklərindən hazırlanan cövhərlərlə qadın aybaĢısının
nizama salınmasında, qədim misirlilər isə ölmüĢ fironların bədənlərinin balzamlaĢdırılmasında
istifadə edirdilər.
Dağtərxunundan soyuqdəymədə, ishalda büzüĢdürücü, ödqovucu, tərlədici, qızdırmasalıcı,
yarasağaldıcı, qankəsici, qurdsalıcı kimi iĢlədilir.
Bitkinin yarpaq və çiçəklərinin tərkibində 0,8-0,9% efır yağı, akasetin, kversetin, apigenin,
lüteolin, osmosinin, tiliantin, sinarozid, kversimeritrin, xrizoeriol, diosmetin, akisillarin,
izoramnetin, sinarozid flavonoidləri, 0,1% aĢı və acımtıl maddələr, alkaloid, üzvi turĢular, 8 mq%
askorbin turĢusu, 2,3 mq% karotin və s. aĢkar edilmiĢdir. Bundan baĢqa çiçəklərinin tərkibindən
7,03% kül maddəsi, mq/q olmaqla 32,50 - K, 6,50 - Ca, 80 - Mg, 0,10 - Fe makroelementləri, mkq/q
olmaqla 0,22 - Mn, 0,55 - Si, 0,71 - Zn, 0,01 - Co, 88,00 - Mo, 0,02 - Cr, 0,02 - I, 8,50 - Se, 0,51 -
Ni, 0,02 - Sr, 0,01 - Pb, 68,80 - V mikroelementləri aĢkar edilmiĢdir.
Dağtərxununun çiçəklərindən hazırlanan preparatlardan qurdqovucu, əsəb sakitləĢdirici,
isteriya, epilepsiya, revmatizm, aybaĢı pozuntularında və s. iĢlədilir. Dağtərxununun efır yağından
hazırlanan emulsiyalardan, 0,04-0,1 qramından və yaxud bir damcısmdan askarid və digər parazit
qurdların tökülməsində istifadə olunur. Dozadan artıq qəbul etdikdə zəhərlənmələr baĢ verir.
Bitkinin tozundan və cövhərindən qara ciyər hepatitində, angioxolik və bağırsaq xəstəliklərində
iĢlədilir. Heyvanlar üzərində aparılan təcrübələrə əsasən məlum olmuĢdur ki, dağtərxununun
çiçəklərindən hazırlanan cövhər ürək döyüntülərinin amplitudunu artırır, döyüntüləri azaldır, qan
təzyiqini normallaĢdırır, öd ifrazını artırır. Bununla yanaĢı mədə- bağırsaq sistemini nizamlayır və
Ģirə ifrazetmə qabiliyyətini artırır. MəĢhur rus ginekoloqu V.F.Demiç 1889-cü ildə qeyd edir ki,
dağtərxunundan qurd əleyhinə istifadə etməklə yanaĢı, aybaĢının nizama salınmasında, sarılıqda və
mədə-bağırsaq xəstəliklərində də istifadə oluna bilər. Tibbi praktikada dağtərxunu cövhərindən qara
ciyər və bağırsaq xəstəliklərində öd ifrazının və sekresiya vəzilərinin fəaliyyətinin
gücləndirilməsində tətbiq edilir. M.A.Nosal və L.M.Nosal 1959-cu ildə qeyd edirdilər ki, bitkinin
efır yağından düzəldilmiĢ cövhərindən sidikqovucu vasitə, eləcə də həĢərat əleyhinə istifadə oluna
bilər. Müəlliflər göstərirlər ki, dağtərxunu çiçəklərindən 20 q götürüb 1 litr suya töküb əldə edilən
dəmləməsindən xalq təbabətində mədə sancılarında, ishalda, qızdırmanın aĢağı salınmasında,
həzmin yaxĢılaĢdırılmasında iĢlədilir. Q.N.Kovolova 1971-ci ildə qeyd edir ki, dağtərxununun
yuxarı hissəsini çiçəkləri ilə birlikdə kəsib götürür, ondan cövhər hazırlayıb zəif dozasından
soyuqdəymədə, öd ifrazının artırılmasında, mədə turĢuluğunun aĢağı salınmasında, böyrək, sidik və
öd kisəsi xəstəliklərində iĢlətdikdə gözəl nəticələr verir. Sibir əhalisi isə bitkinin yarpaq və
çiçəklərindən hazırladıqları cövhər və dəmləmələrdən baĢ ağrılarının, podaqranın, revmatizmin,
sarılığın, epilepsiyanın və s. müalicəsində istifadə edirlər. V.L.Zavarjinov 1977-ci ildə qeyd edirdi
ki, dağtərxunu ilə çətin sağalan yaraları, ən çox isə lamblioz və s. parazitlərin törətdiyi bağırsaqların
kataral iltihabı, öd kisəsi iltihablarının, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin müalicəsində,
ginekoloji təcrübələrdə, ĢiĢ və çibanların yuyulmasında istifadə edilir. M.A.Qarbares 1982-ci ildə
göstərirdi ki, qurd (invaziya) xəstəliklərindən baĢqa dağtərxunu ilə mədə-bağırsaq sisteminin
(axialis qastritin, mədə və bağırsaq yaralarının, eləcə də bağırsaq soyuqdəymələrinin), hepatit,
sarılıq, irinli yaraların, dəri qaĢınmaları, arı sancmaları, podaqra və artritin müalicəsində iĢlədilir.
N.K.Fruentov 1972-ci ildə yazdığı əsərində qeyd edir ki, Tomski Tibb Ġnstitutu əməkdaĢlarının
apardıqları təcmbələrin nəticəsində məlum olmuĢdur ki, dağtərxunundan alınan preparatlar gözəl
ödqovucu xüsusiyyətə malikdir.
Dağtərxununun qurdqovucu xüsusiyyətləri onun yayıldığı sahələrdən, toplanma dövründən,
qurudulma Ģəraitindən, eləcə də tərkibindəki efır yağının keyfiyyətindən asılıdır.
Dağtərxunundan müalicəvi preparatların hazırlanması və istifadə edilməsi.
Qara ciyər hepatitində. 5 xörək qaĢığı doğranmıĢ qurudulınuĢ çiçəyin 0,5 litr qaynar suya
töküb qaynama dərəcəsinə çatdırın. Bir saat dəmlədikdən sonra süzüb gündə 3 dəfə, yeməyə yarım
saat qalmıĢ yarım stəkan qəbul edin. Müalicə müddəti 7-10 gündür.
Dostları ilə paylaş: |