95
keçirilmiĢ almanı piylə qarıĢdırıb alınan mazla dəridə olan yağları, dodaq çatlarını müalicə edirlər.
Dəridə baĢ verən soyuqdəymələrin aradan qaldırılmasında isə alma sıyığı iĢlədilir. Almadan isti
yaxma kimi də istifadə edilir. Belə ki, süzgəcdən keçirilmiĢ sıyığı 25-30 dərəcə temperaturda
qızdırıb üzün dərisinə yaxıb 15-20 dəqiqə saxladıqdan sonra yuyub-təmizləyirlər. Bu zaman sifətin
rəngi Ģəfəqlənir (durulur), elastikliyi artır.
Almanı saxlayan zaman onun suyu buxarlanaraq azalır və sulu karbohidratlar parçalanır. Bu
cür almalarda Ģəkərin miqdarı çoxalır, turĢuluğu isə azalır. Bu faktorlardan həkimlər istifadə edərək
xəstələrə bu cür almalardan istifadə etmələrini məsləhət görürlər. Müalicə məqsədləri üçün yaxĢı
olar ki, yabanı almadan istifadə edilsin.
Kosmetoloqlar dəridə olan ziyilin müalicəsində təzə almadan geniĢ istifadə edirlər. Belə ki,
təzə yabanı almanı dilim-dilim edib, dərinin ziyil olan hissəsinin üzərinə qoyurlar. Gün ərzində bu
prosesi 6-7 dəfə təkrar etməklə müalicəni 3-4 həftə davam etdirməyi məsləhət görürlər.
Yarpaqlarından alınan ekstrakt tükün bərkidilməsində iĢlədilir. Tükün tökülməsinin qarĢısını almaq
üçün baĢı yuduqdan sonra almanın yarpaqlarından hazırlanmıĢ dəmləməni tənzif ilə tükün dibinə
çəkirlər.
Biz isə Ģərq almasının qabıq və yarpaqlarından boyaq ekstraktı hazırlayıb, yun ipi sarı, sarı-
narıncı, yaĢıl, tütünü, zeytunu, boz, qonur, açıq-qəhvəyi, tund-qəhvəyi, Ģabalıdı və s. rəng və
çalarlara boyamağa nail olduq.
Qafqaz quĢarmudu – Sorbus caucasica Zinserl.
Dünya florasının tərkibində P.M.Jukovskiyə (1971) görə 80, Ġ.A.Qurbanov və baĢqalarına
(1976) görə 90-a qədər növü yayılmıĢdır. QuĢarmudu cinsinin hibrid mənĢəli çoxsaylı formaları
vardır (Ġ.N.Konovalov, 1954). V.Y.Komarov (1954) keçmiĢ SSRĠ ərazisində quĢarmudunun 34
növünə təsadüf edildiyini qeyd edir. Qafqazda quĢarmudu cinsinin 20-yə qədər növü (2 növü
mədəniləĢdirilmiĢdir), Azərbaycanda isə 11 növünə rast
gəlinir. QuĢarmudu növlərinə ən çox yer kürəsinin mülayim
Ģimal ərazilərində rast gəlmək olar.
Rus xalqı quĢarmudu cinsini ailə xoĢbəxtliyi və sevgi
rəmzi kimi sevib qoruyurlar. Buna görə də hər təzə ailə
quran gənclər evlərinin qabağında xoĢbəxtlik rəmzi olan
quĢarmudu əkirlər. Orta əsrlərdə Avropa xalqları bir çox
qorxunc xəstəliklərdən özlərini qorumaq üçün quĢarmuduna
ilahi bir qüvvə kimi səcdə edirmiĢlər.
QuĢarmudu qiymətli qida, dərman, boyaq və bəzək təbiətli bitkilər sırasına daxildir.
Bunlardan ən qiymətlisi aĢağıdakılardır: Qafqaz quĢarmudu - S.caucasica Zinserl. hündürlüyü 6-8
bəzən isə 15 sm-ə çatan dağınıq çətirli bitkidir. Diametri 40 sm-ə qədərdir. Yarpaqları tək-lələkvari
(11)13-15(19) yarpaqcıqdan ibarətdir. Çiçək qrupu çoxçiçəkli, qalxanvaridir. Çiçəkləri ağ rənglidir.
May-iyun aylarında çiçək açır, avqust-sentyabrda meyvə verir, meyvələri qıĢda ağacların üstündə
qalıb, quĢların yemini təĢkil edir.
Qafqaz quĢarmudu Azərbaycanın Quba rayonu ərazisində və eləcə də yuxarı dağ meĢə
qurĢağında yayılmıĢdır. MeĢələrin kənarlarında, talalarda və fıstıq meĢələrində rast gəlinir, tək-tək
və qrup halında bitir.
QuĢarmudu ağacının budaqlarında salxım formasında sallanan parlaq-qırmızı rəngli
meyvələri onun yanından keçən insanları heyran qoyur, sanki dümağ qarın üzərində parlaq-qırmızı
rəngli Ģamlar yanır. Bizim babalarımız nahaq yerə deməyiblər ki, hərgah siz kürəyinizi quĢarmudu
ağacına söykəsəniz öz canlı enerjisini sizə ötürəcəkdir. QuĢarmudunun qabıq hissəsini erkən yazda,
çiçəklərini may ayında, parlaq-qırmrzı od rəngli meyvələrini isə payızın axırlarında tam yetiĢən
zaman toplayırlar. QuĢarmudunun bütün hissələri qiymətli boyaq və müalicəvi xüsusiyyətlərə malik
maddələrlə zəngindir.
QuĢarmudu meyvəsinin tərkibində 160 mq%-ə qədər askorbin turĢusu, sorbin turĢusu
(C
6
H
8
O
2
), β-karotin (C
40
H
56
), β-karotin-epoksid (C
40
H
56
O), kriptoksantin (C
40
H
56
O), 3,18%
96
qlükoza, 4,3% fruktoza, 0,7 saxoroza, sorboza, sorbirit, bir neçə üzvi turĢu, sianin-xlorid
(C
27
H
31
O
16
Cl), aĢı maddəsi, efir və piy yağları və s. aĢkar edilmiĢdir.
QuĢarmudu polivitaminli bitkilər sırasına daxildir. Meyvəsinin tərkibində zəngin bioloji fəal
maddələr olduğundan, seleksiya məqsədləri üçün çox yararlı hesab edilir. Giləmeyvəsinin
tərkibindəki P vitamini aktivliyinə görə mədəni halda becərilən əksər meyvə və giləmeyvəli ağac və
kollar arasında birinci yeri tutur. Leventala görə Ukrayna ərazisində mədəni halda becərilən
quĢarmudu meyvəsinin tərkibində 620-4350 mq%-ə qədər aĢı və boyaq maddəsi aĢkar edilmiĢdir
(bax. cədvəl 4).
Cədvəl 4. Bir neçə quĢarmudu növ və sortlarının meyvələrinin tərkibində olan polifenol
birləĢmələrinin miqdarı (mq%-lə)
Növ (sort)
Katetin
birləĢmələri
Leykoa
ntosianlar
Antosian
birləĢmələri
Flavonoidlər
AĢı və boyaq
maddələrinin
ümumi miqdarı
Finlandiya
52
54
4,3
125
580
Nevejinski
79
89-130
7,5
66-290
660-2739
Zakovaya
36-200
30-40
190
300-455
1330-1867
Ev
660
82
0
52
660
Zikemaya
95
480
2415
2451
4357
Qranatnaya
50
180
485
500
2905
Isveçrə
59
76
Izi
64
320
Bereka
102-829
—
—
272
1080
Adi
110-140
240
230
520
1452
Qarameyvəli aroniya
280
250
500
465
2622
Cədvəldən aydın olur ki, quĢarmudu meyvələrinin tərkibində katexinlər, bir neçə növün
tərkibində leykoantosian birləĢmələri üstünlük təĢkil edir. Meyvələri rəngli olan növ və sortlarının
tərkibində isə ən çox antosion birləĢmələri olduğu aĢkar edlimiĢdir. R.Lakovayani meyvəsinin
tərkibində eyni miqdarda katexin və flavonoid maddələrinin olduğu aĢkar edilmiĢdir. Zikernaya və
qranatnaya sortlarının meyvələrində isə ən çox 485 mq%-ə qədər antosian miqdarının tam yetiĢib
qurtarandan sonra daha çox toplandığı aydın olmuĢdur.
QuĢarmudu cinsi qarameyvəli aroniya növünün bioloji aktiv maddələr ilə zəngin
olduğundan tibb və yeyinti sənayesində istifadə etmək üçün bitkidən qiymətli dərman preparatları
və antosianla zəngin boyaq istehsal edilir. Aparılan texnoloji proseslər zamanı müəyyən edilmiĢdir
ki, 1 ton qarameyvəli aroniya növündən 664 kq təbii Ģirə alınır ki, 0,52%-ni flavonoid biriəĢmələri,
59 kq sianid tərkibli boyaq pastası təĢkil edir. Bundan baĢqa 664 kq Ģirədən 97 kq quru bioflavonoid
birləĢmələri alınır ki, onun da 21,3 kq-nı polivitamin birləĢmələri təĢkil edir. Ukraynanın meĢə və
meĢə-çöl sahələrində mədəni Ģəkildə əkilmiĢ qarameyvəli aroniya meyvəsinin tərkibində 1210-1660
mq% aĢı və boyaq maddəsi aĢkar edilmiĢdir. Qarameyvəli aroniyanın tərkibindəki aĢı və boyaq
maddələrinin miqdarında bitkinin əkildiyi ərazilərin ekoloji Ģəraitindən asılı olaraq dəyiĢikliklər baĢ
verə bilər. Məsələn Pribaltika ölkələrinin ərazilərində əkilən qarameyvəli aroniya meyvələrinin
tərkibində 3400-4200 mq%-ə qədər aĢı və boyaq maddəsi müəyyən olunduğu halda, Moskva
ətrafında əkilən bitkinin meyvələrindən isə 3917-4050 mq% aĢı və boyaq maddəsi aĢkar edilmiĢdir.
Sağlamlığınız üçün təminat:
Aterosklerozun müalicəsində. 2 xörək qaĢığı qurudulmuĢ qırmızı rəngli quĢarmudu
meyvəsi, 1 xörək qaĢığı kənaf toxumu, 1 xörək qaĢığı doğranmıĢ çiyələk və gülümbahar çiçəyi
götürün. AlınmıĢ qatıĢığı 0,5 litr qaynar suya töküb 15 dəqiqə biĢirin, 30-40 dəqiqə dəmlədikdən
sonra süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə yeməyə yarım saat qalmııĢ stəkanın 1/2 hissəsi
qədər qəbul edin.
Ateroskleroza qarşı profilaktika. Bunun üçün damartəmizləyici çay içməyi məsləhət
görürlər. Bərabər miqdarda qurudularaq xırdalanmıĢ qırmızı rəngli quĢarmudu meyvəsi, yemiĢan və
itburnu meyvələrindən götürüb bir-biriləri ilə qarıĢdırın, qarıĢıqdan 2 xörək qaĢığı götürüb üzərinə
Dostları ilə paylaş: |