93
soyudub süzün. Aldığınız cövhərdən gündə 4-5 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Soyuqdəymə, ishal, qanazlığı zamanı: Bunun üçün 4 xörək qaĢığı narın hissələrə salınmıĢ
albalı yarpağı, 1 xörək qaĢığı quĢarmudu yarpağı, 14 xörək qaĢığı gülümbaharın ot hissəsindən
götürüb qarıĢdırın. Sonra qarıĢıqdan 1 xörək qaĢığı 1 stəkan qaynar suya tökün və 30 dəqiqə
dəmləyib, süzün. Aldığınız dəmləmədən gün ərzində yeməyə 30 dəqiqə qalmıĢ 3 xörək qaĢığı qəbul
edin.
Böyrək xəstəliyi zamanı: Yazda tumurcuqlar ĢiĢməyə baĢladığı zaman onlardan bir hissə
toplayıb, qurudun. Sonra albalının barmaq boyda cavan budaqlarından 10-12 ədəd kəsib emal
qazana qoyun və üzərinə 2 litr qaynar su əlavə edib, 10 dəqiqə qaynadın. Götürüb yun parçaya
töküb 30 dəqiqə saxlayın. Aldığınız dəmləmədən gündə 4-5 stəkan 10 dəqiqə ərzində qəbul edin. 10
gün istirahət verdikdən sonra, malicəni davam etdirin.
Orqanizmin daxdilində qanaxmalara meyili olan orqanların müalicəsi zamanı: Bir stəkan
qaynar suya 1 çay qaĢığı qurudulmuĢ alablı meyvəsi əlavə edib, 10 dəqiqə zəif od üzərinə qoyub
qaynadın. Sonra soyudub süzün. Gündə 3-4 dəfə yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi
qədər qəbul edin.
Nevroz, revmatizm, qıcolma zamanı: 0,5 litr soyuq suya 1 xörək qaĢığı albalı qabığı töküb
qaynama dərəcəsinə gətirin və 5 dəqiqə dəmləyib, süzün. Aldığınız cövhərdən gündə 1-2 stəkan
qəbul edin.
Qanazlığı, vegetativ damarlaın distoniyası zamanı: 1 stəkan qaynar suya 2 xörək qaĢığı
qurudulmuĢ albalı meyvəsi əlavə edin, zəif od üzərinə qoyub, 20-30 dəqiqə qaynadın və soyudub
süzün. Aldığınız dəmləmədən gündə 1-2 dəfə yeməkdən qabaq 0,5-1 stəkan qəbul edin.
Albalıdan zərif (delikates) qida məhsullarının hazırlanması: Albalı meyvəsi zərif, xoĢ
tama malik olduğundan aĢbazlıq (kulinariya) sahəsində təzə halda istifadə edilir. Meyvə uzun
müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir. Albalı qurudulub konservləĢdirilir,
həmçinin Ģirəsini çıxarıb sirob, çaxır və müalicəvi içkilər hazırlayırlar.
Şərbətin hazırlanması: Eyni miqdarda albalı və Ģəkər tozu götürün. Suyu qaynadıb Ģəkər
tozunun yarısını ehtiyatla əlavə edin, 10 dəqiqə yenə qaynadın. Sonra yumĢaq albalı meyvəsini
emallı ləyənə töküb üzərinə isti sirop əlavə edib 3-4 saat saxlayın və 5 dəqiqə qaynadıb odun
üzərindən götürün. Yarım saatdan sonra Ģəkərin qalan hissəsini əlavə etməklə tası yenidən odun
üzərinə qoyub 15 dəqiqə biĢirin və sterilizə edilmiĢ ĢüĢə balonlara doldurub ağzını möhkəm
bağlayın.
“Cənnət kompotu” desertinin hazırlanması: 1 kq yetiĢmiĢ albalı, 1 kq bal, bir ədəd
qurudulmuĢ limon qabığı götürün. Giləmeyvəni saplaqdan təmizləyib ĢüĢə balona doldurub üzərinə
narın doğranmıĢ limon qabığını və balı əlavə edib, 2 həftə soyuq yerdə saxlayın. Bu müddət ərzində
albalının Ģirəsi çıxmağa baĢlayacaq, bal isə qismən balonun dibinə çökəcəkdir. Giləmeyvəni
balondan ehtiyatla çıxarıb digər balona tökün. Balı isə Ģirə ilə birlikdə taxta qaĢıqla həll olana qədər
qarıĢdırın. Yenidən albalını hazır olan Ģirənin üzərinə tökün.
Albalı arağının hazırlanması: Stəkanın 1/2 hissəsi qədər albalı siropu, bir o qədər
qaynanmıĢ su, 1 stəkan araq götürün və bir-birilə qarıĢdırın. Giləmeyvəni saplaqdan təmizləyib
balonun 1/3 hissəsinə qədər doldurun. Üzərinə Ģəkər tozu əlavə edib, balonun ağzını ikiqat tənziflə
bağlayıb, 30 gün günəĢin altında saxlayın. AlınmıĢ siropu qaynar su və araqla qarıĢdırın. Aldığınız
müalicəvi araqdan gündə 2 dəfə 3 xörək qaĢığı ya yeməkdən əvvəl, ya da sonra qəbul edin.
Al-qırmızı rəngli kefirin hazırlanması: Stəkanın 2/3 hissəsi qədər yetiĢmiĢ albalı, 2 çay
qaĢığı Ģəkər tozu, 1 stəkan kefir, 1 çimdik darçın və yaxud zəncəfil götürün. Taxta qaĢıqla albalını
əzib, üzərinə Ģəkər tozu, ədviyyat tozu, kefir əlavə edin və ehtiyatla qarıĢdırıb 10 dəqiqə soyuq
yerdə saxlayın.
“Yay ləçəyi” albalı şorbasının hazırlanması: 300 q albalı, 4-5 xörək qaĢığı biĢirilmiĢ düyü,
stəkanın 1/2 hissəsi qədər Ģəkər tozu, 4 stəkan su götürün. Albalını yarı hissəyə bölüb, çəyirdəkdən
təmizləyin. Çəyirdəyi təmizlənmiĢ albalını emal qazana tökün, üzərinə su əlavə edib, zəif odun
üzərinə qoyub 5-7 dəqiqə qaynadın. 20 dəqiqə sonra dəmləməni süzüb, üzərinə ələkdən keçirilmiĢ
yumĢaq biĢmiĢ albalı, Ģəkər tozu, düyü, təzə çəyirdəkdən təmizlənmiĢ albalı əlavə edib yenidən
qaynadın.
94
Biz isə yetiĢmiĢ albalı meyvəsindən antosian tərkibli boyaq maddəsi hazırlayıb qənnadı,
karamel, eləcə də spirtsiz içkilərdə sınaqdan keçirib müsbət nəticələr əldə etdik. Oduncağın
qabığından isə boyaq ekstraktı hazırlayıb yun və ipək məmulatlarını tünd-qırmızı, qırmızı, çəhrayı,
açıq-çəhrayı, çəhrayı-qırmızı, bənövĢəyi, açıq-bənövĢəyi, tünd-Ģabalıdı, qəhvəyi və s. rəng və
çalarlara boyadıq.
ġərq alması – Malus orientalis Uglitzk.
Dünya florasının tərkibində alma cinsinin 50-yə
qədər növü yayılmıĢdır (Al.A.Fyodorov və O.M.Poletiko.
1954; Ġ.T.Vasilçenko, 1963). Qafqazda, o cümlədən də
Azərbaycanda ən çox 2 növünə rast gəlinir. Bunlar Ģərq
alması - M.orieıualis Uglitzk. və ev alması - M.domestica
Borkh. növləridir. Ən geniĢ yayılanı Ģərq almasıdır. ġərq
alması - M.orientalis Uglitzk. kol və ağac formasında olub
hündürlüyü 6-8 m, bəzən də 18 m-ə çatır. Enli çətiri
çadırvaridir. Cavan budaqları bəzən tikanlı, az və ya çox
tüklüdür. Qabığı tünd-qəhvəyi, yaĢıl budaqlarının qabığı
isə tünd-boz və ya tünd-qonur olub, parlaqdır, pulcuqlar
Ģəklində qopur. Yarpaqları yumurtavari, lanset formalı və ya enli, oval Ģəkillidir. Çiçək qrupu 4-6
çiçəkdən ibarətdir. Çiçəkləri keçətüklüdür. Meyvələri müxtəlif formalı, əksərən dəyirmi olub,
diametri 2-3 sm-dir. Ekoloji Ģəraitdən asılı olaraq, aprel-may aylarında çiçəkləyir, iri, ətli və Ģirəli
meyvəsi avqust-sentyabr aylarında yetiĢir. Qrup halında rast gəlinən kolların və sıxlıqda bitən
ağacların meyvəsi xırda, açıqlıqda tək-tək bitən ağacların meyvəsi isə bir qədər iri olur. YetiĢmiĢ
meyvələr çox müxtəlif - sarı, göyümtül, qırmızı, qırmızımtıl-ağ, qırmızı zolaqlı və ağımtıl-sarı
rənglərdə olur. ġərq alması meyvələrinin dadı az Ģirin, turĢməzə və əksər hallarda acı tamlı olur.
Bəzən elə acı tamlı meyvəyə təsadüf edilir ki, acılığından yemək belə mümkün olmur. Belə almalar
qurudulub qax halına salındıqda acılığı bir qədər azalır və yeməli olur. ġərq alması Azərbaycanın
bütün meĢə rayonlarında geniĢ yayılmıĢdır. Azərbaycanın bir sıra rayonlarında «cırtdan alma»sı da
məĢhurdur.
Naxçıvan MR-də rast gəlinən cırtdan alma diqqəti daha çox cəlb edir o, çoxlu miqdarda iri
və dadlı meyvə verir.
ġərq almasının tərkibində 2,42%-ə qədər alma, çaxır, limon, xlorgen və arabin turĢuları,
12%-ə qədər Ģəkər, pektin, aĢı və boyaq maddələri, 64,2% C vitamini, karotin, B, B
2
, B
3
, B
6
vitaminləri, dəmir və fosfor makroelementləri, manqan, mis, kalsium mikroelementləri, efir yağı,
qabıq hissəsindən flavonoid maddələri, toxumundan 0,6% amiqdalin qlükozidi, 15%-ə qədər piyli
yağ aĢkar edilmiĢdir.
Yeyinti məqsədləri üçün Ģərq almasının meyvələrindən geniĢ istifadə olunur. ġərq almasının
bəzi formalarının meyvələri Ģirintəhər və çox vitaminlidir. Meyvələrindən kompot, cem, povidla,
pastil, jele, marmelad, kvas, Ģirə, kisel sərinləĢdirici içki, Ģərab və s. yeyinti məhsulları hazırlanır.
Qalan tullantılarından isə sirkə hazırlanır. ġərq almasının meyvələri alma turĢnsunun və dəmir
duzunun ekstraktını hazırlamaq üçün yaxĢı xammaldır. Bu ekstraktın təbabətdə böyük əhəmiyyəti
vardır. Ondan qanazlığı, eləcə də xloroz xəstəliyinin müalicəsində istifadə edilir.
Alma meyvəsi həzm sistemini möhkəmləndirir. Xroniki ishal, kəskin enterit xəstəliklərinin
müalicəsində iĢlədilir. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə,
qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına yaxĢı müalicəvi təsiri
olur. Almadan ən çox xroniki qəbizlikdə istifadə edilir.
Alma meyvəsi təzə və quru (qax) halda yeyilir və uzun müddət saxlanılır. Qurutmaq üçün
onu doğrayır, qaralmasın deyə duzlu suya töküb 10-15 dəqiqə saxlayırlar. Sonra duzlu suyu süzüb,
sərib qurudur, uzun müddət saxlamaq üçün ĢüĢə qablara doldurub, sərin və kölgəli yerə
qoyulmalıdır.
Almadan kosmetika sahəsində çox qədim zamanlardan istifadə edilir. Belə ki, sürtgəcdən
Dostları ilə paylaş: |