101
Azərbaycanda yemiĢan növlərinin meyvə və çiçəklərindən alınan cövhərdən qan
damarlarının genəldilməsində iĢlədilir. Almaniyada yemiĢandan hazırlanan dərman preparatlar ilə
zəifləmiĢ ürək-qan damarlarının müqavimətini artırır və ürək-qan dövranını nizama salırlar.
Fransada yemiĢanın yarpaq, çiçək və meyvələrindən hazırlanan maye formalı preparatlardan
sinir xəstəliklərində, ürək nevrozlarında və qan təzyiqi xəstəliklərində istifadə olunur.
YemiĢan bitkisinin meyvə və çiçəklərindən hazırlanmıĢ preparatların ən mühim
xüsusiyyətlərindən biri də onları uzun müddət qəbul etdikdə orqanizmə mənfi təsir
göstərməməsidir.
YemiĢanın meyvələri təzə və ya ĢəkərləĢdirilmiĢ halda həvəslə yeyilir. Tərkibində çoxlu
pektin maddələri vardır.
Diqqət! Yadda saxlamaq lazımdır ki, təzə halda meyvənin çox yeyilməsi baĢgicəllənməsinə,
ürək bulanmasına, ağızdan suyun axmasına, həzm, əsəb və ürək-damar sisteminin pozulmasına
gətirib çıxara bilər. Avstraliyada yemiĢan növlərinin meyvə və çiçəklərindən alınan cövhər qan
damarlarının genəldilməsində tətbiq olunur.
Azərbaycan və Orta Asiya xalqları yemiĢanın Ģərq və pontika növlərinin iri və ətli
meyvələrini qurudaraq üyüdüb un Ģəklinə salır, buğda unu ilə qarıĢdırıb xəmir hazırlayır və ondan
meyvə iyi verən Ģirintəhər çörəklər biĢirirlər. YemiĢanın iri, ətli meyvələrindən qəhvə surroqatı,
həmçinin cavan yarpaqlarından xoĢ tamlı və yorğunluğu götürən rəngi göz oxĢayan çay içkisi
hazırlanır. Arıçılığın inkiĢafında yemiĢanın böyük rolu var. Bu bitkinin çiçəklərindən yazda arılar
toz və nektar yığırlar. YemiĢanın çiçəkləməsi (5-10 may) arıların intensiv sürətdə çoxaldığı dövrə
təsadüf edir.
YemiĢan meyvəsinin 80%-ni təĢkil edən lətli hissəsi Ģirintəhər, xoĢətirli olub, çiyələk və
alma iyini xatırladır. Onun tərkibində 14-18% Ģəkər, 0,77% üzvi turĢular olur. Meyvə qabığı çox
incə və nazik olmaqla, məhsuldar illərdə bir ağacdan 20-30 kq, hətta bəzi illərdə 50 kq meyvə
toplamaq olur.
Aparılan tətqiqatlar zamanı məlum olmuĢdur ki, yemiĢanın meyvələri yetiĢməyə baĢladığı
dövrdən onların tərkibindəki flavonoidlərin miqdarı tədricən artmağa baĢlayır. Meyvələrin
tərkibindəki flavonoid maddələrinin toplanma dinamikası aĢağı temperaturda azalır, temperatur
artdıqca çoxalmağa baĢlayır.
Azərbaycan florasının tərkibində yayılan bir neçə yemiĢan növünün yarpaq, çiçək və
meyvələrinin tərkibindəki flavonoid maddələri ilk dəfə prof. D.Hüseynov tərəfindən öyrənilmiĢdir.
Aparılan tədqiqatlar nəticəsində yemiĢan meyvələrinin tərkibində 420 mq%-dən 1540 mq%-ə qədər
aĢı və boyaq maddəsi aĢkar edilmiĢdir. Quru günəĢli günlərdə yemiĢanın meyvələrinin tərkibində
olan aĢı və boyaq maddələrinin miqdarı artır.
Analizlər zamanı aĢkar olunmuĢdur ki, yemiĢan meyvələrinin tərkibində Ģəkərin miqdarı ən
çox meyvə tam yetiĢən zaman toplanır. YemiĢan meyvələrinin tərkibində ən çox monosaxaridlərə
rast gəlinir. Müəyyən olunmuĢdur ki, yemiĢan meyvələri və toxumları formalaĢmağa baĢladığı
dövrlərdə Ģəkərin miqdarı azalır. Lakin, formalaĢma baĢa çatdıqdan sonra yəni meyvə tam
yetiĢdikdən sonra Ģəkərin miqdarı artaraq maksimuma çatır.
Biz isə ilk dəfə olaraq, yemiĢanın cavan budaq və qabıq hissələrindən boyaq ekstraktı alıb
yun və ipək məmulatları bənövĢəyi, açıq-mavi, qəhvəyi, tünd-qəhvəyi, narıncı, firuzəyi, zeytunu,
tütünü, Ģabalıdı və s. rəng və çalarlara boyamağa nail olmuĢuq. Müəllif elmi əsaslarla sübut etmiĢdir
ki, alınan rəng və çalarlar günəĢ Ģüasına və kimyəvi yuyulmalara qarĢı davamlı olub, xalçaçılıq və
ipəkçilik sənayesi üçün qiymətli təbii boyaq xammalıdır.
Bunlardan baĢqa, yemiĢan növlərinin qabıq hissəsində 10%-dən çox aĢı maddəsinin olması
ondan gön-dəri sənayesində də istifadə edilməsinə imkan verir. AĢı ekstraktın ən qiymətli
xüsusiyyətlərindən biri ondadır ki, tərkibindəki aĢı maddəsi gönü həm aĢılayır, həm də boyayır.
YemiĢanın yarpaq və qabıqlarının tərkibində flavonoid maddələri, C vitamini, karotin,
aminturĢuları, üzvi turĢular və s. aĢkar edilmiĢdir. Deməli, nəinki yemiĢanın meyvə və
çiçəklərindən, həmçinin yarpaqlarından da müalicə məqsədi üçün istifadə etmək olar.
Ġtaliya, Ġspaniya və Əlcəzairdə yemiĢanın iri ətli növlərini meyvəçilik üçün artırıb
çoxaldırlar. Çində seleksiya üsulu ilə əldə edilmiĢ BreytĢneydera sortundan meyvəçilik
102
təsərrüfatında geniĢ istifadə olunur. YemiĢanın bir çox növləri bir-birləri ilə asan çarpazlaĢır,
müxtəlif hibrid formaları əmələ gətirir ki, bunlar da meyvələrinin iriliyinə, rənglərinin
müxtəlifliyinə, keyfiyyətlərinə görə bir-birlərindən xeyli fərqlənir. Seleksiya üsulu ilə gələcəkdə
onun qiymətli sortlarının alınmasında geniĢ istifadə etmək olar. YemiĢanın cavan Ģitillərindən
armud, alma, heyva və s. ağaclarda calaqaltı kimi istifadə etmək olar. YemiĢan növlərinin çiçək və
meyvələrinin gözoxĢayan gözəlliyi ondan bağ və bağçaların, küçə və parkların, bulvarların, uĢaq
bağçalarının yaĢıllaĢdırılıb, bəzədilməsində geniĢ istifadə etməyə imkan verir.
YemiĢan növlərinin əksəriyyəti zəhərli qazlara qarĢı orta dərəcəli davamlılığa malik
olduqlarından sənaye müəssisələrini yaĢıllaĢdırmaq üçün ondan geniĢ surətdə istifadə etmək
mümkündür.
YemiĢanın qiymətli cəhətlərindən biri də ondan ibarətdir ki, bizim meĢələrdə yaĢayan bir
çox quĢ növlərinin qorunub saxlanılmasına Ģərait yaradır. Məsələ burasındadır ki, dağlıq meĢələrdə
yaĢayan bir çox quĢ növləri payız-qıĢ dövründə aĢağı meĢə qurĢağına və düzənlik meĢələrinə
köçürlər. Burada onların əsas yem mənbəyini yemiĢanın meyvələri təĢkil edir. Payız vaxtı yerə
tökülən yarpaqlarını və xəzəlini heyvanlar həvəslə yeyirlər.
YemiĢandan müalicə preparatlarının hazırlanması.
Yemişan meyvələrindən cövhərin hazırlanması. Bunun üçün 100 q qurudulmuĢ meyvənin
üzərinə 1 litr 70%-li etil spirti əlavə edib, 45-60 dəqiqə saxlayın. Bu zaman parlaq, sarımtıl-qırmızı
rəngli, Ģirintəhər dada malik cövhər alınır. Aldığınız bu cövhərdən hər gün yeməkdən əvvəl gündə
3-4 dəfə, hər dəfə 20-30 damcı qəbul edin.
Sulu cövhərin hazırlanması. 1 litr suya 1 kq quru meyvə töküb, 55-60 dəqiqə saxlayın. Bu
zaman parlaq tünd-qonur rəngli, xoĢ iyli, Ģirintəhər cövhər alınır. Ondan yeməkdən qabaq, gündə 3-
4 dəfə, 20-30 damcı qəbul edin. AlınmıĢ cövhəri ağzı yaxĢı bağlanan tünd rəngli qablara doldurub
soyuducuda saxlayın. Sulu çıxarıĢdan 2 gündən artıq istifadə edilməsi məsləhət görülmür.
Yemişan çiçəklərindən cövhərin hazırlanması. 1 xörək qaĢığı yemiĢan çiçəyini Ģirəli
qazana töküb, üzərinə 1 stəkan qaynadılmıĢ su əlavə edib, qapağını bağlayın və su hamamında 15
dəqiqə qaynatdıqdan sonra, otaq temperaturunda 45 dəqiqə soyudub, tənzifdən süzün. AlınmıĢ
cövhəri qaynama temperaturuna qədər qızdırıb, gündə 2-3 dəfə yarım stəkan, yeməkdən 30 dəqiqə
əvvəl içmək məsləhət görülür.
Ateroskleroz zamanı. 1 stəkan doğranmıĢ meyvəni, 1 litr suya töküb, termosda 8 saat
dəmlədikdən sonra süzün. Aldığınız dəmləmədən gündə 2-3 dəfə stəkanın 1/2-i miqdarında yeməyə
yarım saat qalmıĢ qəbul edin. Müalicə uzunmüddətlidir.
DoğranmıĢ meyvəni 1:5 nisbətində araqla qatıĢdırıb 1 həftə hər gün çalxalamaqla cövhərini
çıxarın. Sonra süzüb, gündə 3 dəfə 1 çay qaĢığı 1/4 stəkan suya töküb qəbul edin.
Hipertoniya zamanı. 2 xörək qaĢığı qurudulmuĢ çiçəyini 1,5 stəkan qaynadılmıĢ suya tökün
və vam od üzərinə qoyub, qaynama dərəcəsinə gətirin. 2 saat dəmlədikdən sonra gündə 3 dəfə
yeməyə yarım saat qalmıĢ 0,5 stəkan qəbul edin.
Stenokardiya və aritmiya zamanı. 2 xörək qaĢığı çiçəyindən götürüb 1 stəkan qaynar suya
tökün və yarım saat dəmləyin. Sonra dəmləməni 1 stəkan həcminə çatdırıb gündə 3-4 dəfə yeməyə
30 dəqiqə qalmıĢ 1 xörək qaĢığı qəbul edin.
Yuxusuzluğun aradan qaldırlımasında, ümumi zəiflikdə, fiziki və zehni yorğunluqlarda,
həmçinin ağ qan xəstəliklərində. Bu reseptdən əlavə vasitə kimi istifadə etməyi məsləhət görürlər.
1 xörək qaĢığı meyvəsini 1 stəkan qaynar suya töküb, qapağını bağlayıb, 2 saat dəmləyin. AlınmıĢ
dəmləmədən isti-isti gündə 3 dəfə yeməyə yarım saat qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul edin.
Hal-hazırda apteklərdə yemiĢanın spirtli cövhən əldə edib hipetoniya, aritmiya,
stenokardiya xəstəliklərində, həmçinin kardiovalen preparatından isə revmatizm, ürək qüsurlarında,
ürək damarlarında baĢ verən sklerozda, ürək-damar çatıĢmazlıqlarında istifadə etmək məsləhət
görülür.
Bozumtul böyürtkən – Rubus caesius L.
Böyürtkənin əsas vətəni ġimali Amerika ölkələri hesab edilir. Bu tikanlı kol Amerikanın bir
Dostları ilə paylaş: |