117
Gavalıdan şirə hazırlanması. 1 kq çəyirdəyi çıxarılmıĢ gavalı, 400 q Ģəkər tozu götürün.
Heç bir yeri zədələnməyən gavalı meyvələrini qazana töküb sobaya qoyun və 8-10 dəqiqə
65-70 dərəcə temperaturda saxlayın. Meyvənin lətli hissəsinin Ģirəsini çıxardın. Sonra Ģirənin
tərkibinə Ģəkər tozu əlavə edib qaynama dərəcəsinə gətirin. Bankanı isti suda sterilizə etdikdən
sonra aldığınız Ģirəni bankalara doldurub ağzını qapaqla möhkəm bağlayın və yeri gəldikcə istifadə
edin.
Gavalıdan povidlanın hazırlanması. 1 kq çəyirdəyi çıxarılmıĢ gavalı, 300 q Ģəkər tozu və 1
stəkan su götürün. Gavalı meyvəsinin çəyirdəyini çıxarın və qazana doldurub su əlavə edərək vam
od üzərinə qoyun, sıyıq Ģəklinə düĢənə qədər qaynadıb üzərinə Ģəkər tozu tökün. Sonra qabaqcadan
sterilizə edilmiĢ ĢüĢə bankalara doldurub, qapaqla bərkidin. Aldığınız povidlanı sərin, qaranlıq
yerdə saxlayıb yeri gəldikcə süfrəyə verib istifadə edin.
Gavalı qaxacının (qurıısunun) hazırlanması. Saf meyvələrini yuyun və təmiz ağ pambıq
parçanın üzərinə sərib, azca qurudun. Sonra vam yandırılmıĢ sobaya yerləĢdirib çox qurumağa
qoymayın. Meyvəni ĢirinləĢənə qədər saxlayıb üzərinə Ģəkər tozu səpib qabaqcadan sterilizə edilmiĢ
ĢüĢə bankalara doldurub ağzını bağlayın və soyuducuda saxlayın.
Gavalıdan marmeladın hazırlanması. 1 kq gavalı, 250 q Ģəkər tozu, 100 ml moruq və
yaxud çiyələk Ģirəsi götürün. Gavalını yuyub, qabığını və çəyirdəyini təmizləyib ləyənə tökün,
üzərinə Ģəkər tozu səpib vam od üzərinə qoyub Ģirəsi çıxana və Ģəkər tozu əriyib qurtarana qədər
qaynadın. Sonra odu Ģiddətləndirib biĢirməyə baĢlayın. Gavalı Ģirəsini qarıĢdıra-qarıĢdıra biĢirməni
davam etdirin. Məhsulun hazır olmasına az qalmıĢ zövqünüzə görə vanil, moruq və yaxud çiyələk
Ģirəsi əlavə edin. Elə ki, kütlə qatılaĢmağa baĢladı, odun üzərindən götürüb isti halda bankalara
doldurub ağzını salfet və yaxud perqament kağızı ilə sarıyıb soyuducuda saxlayın.
Gavalıdan sousun (şirənin) hazırlanması. 25 ədəd saf gavalı, 100 q Ģəkər, 3/4 hissə çaxır,
1/2 xörək qaĢığı kartof unu götürün. Gavalını qazana töküb üzərinə azca su əlavə edin. Sonra
gavalını sürtgəcdən keçirib üzərin kartof niĢastası, zövqünüzə görə Ģəkər, çaxır əlavə edib qarıĢdırın
və odun üzərinə qoyub qarıĢdıra-qarıĢdıra qaynadın. Aldığınız sousu kükü və sıyıqla birlikdə
süfrəyə verin. Quru gavalı meyvəsindən də sous hazırlamaq olar.
Göyəm – Prunus spinosa L.
Göyəm - Prunus spinosa L. Çox budaqlanmıĢ kol və ya 3-4 m hündürlükdə olan alçaq
ağacdir. Cavan zoğları sarımtıl-qonur və ya qırmızımtıl rəngli, məxməri tüklü və çılpaqdır.
Tumurcuqları enli-yumurtavaridir. Yarpaqları ellipsvari, tərs yumurtavaridir. Çiçəkləri tək-tək və ya
nadir hallarda cütdür. Ləçəkləri ağ və yaĢıl rəngə çalır. Mart-may aylarına qədər çiçək açır, iyul-
avqustda meyvə verir.
Göyəm Azərbaycanın Samur-Dəvəçi ovalığında, Quba rayonu ərazisində, Kür-Araz
ovalıqlarında, Alazan-Əyriçay vadisi ətrafında, Kiçik Qafqaz
ərazisində, Lənkəranın dağlıq zonalarında yayılmıĢdır. Göyəm
ovalıqlardan baĢlamıĢ orta dağ qurĢaqlarına qədər ərazilərdə
təsadüf edilir. Göyəm meyvələrində 6,65-7,07% Ģəkər (qlükoza və
fruktoza), 0,8-1,7% alma turĢusu, aĢı maddələri aĢkar edilmiĢdir.
Təzə və qurudulmuĢ Ģəkildə yeyilir, Ģorabaya qoyulur, kompot,
mürəbbə, Ģərbət, likör, araq, Ģirkə hazırlanır. ġaxta vurduqdan
sonra göyəm meyvələrinin büzüĢdürücü xüsusiyyətləri azalır,
Ģəkərin miqdarı artır, beləliklə meyvələr daha Ģirin olur. Göyəmin
yarpaqlarında 195-200 mq%-ə qədər C vitamini tapılmıĢdır.
Göyəm sıx gözəl çiçəklərə malik olub çələngi xatırladır. Göyəm qiymətli dərman bitkisi
hesab edilir. Onun bütün hissələri - çiçək, meyvə, cavan budaqları, yarpaq, qabıq, kökü müalicəvi
təsirə malikdir. Yazda onun çiçək və cavan yarpaqlarını toplayıb, mehvuran kölgəli yerlərə sərib
qurudaraq istifadə edirlər.
118
Göyəmin çiçək və yarpaqları iĢlədici, sidikqovucu, ödqovucu qantəmizləyici xüsusiyyətlərə
malikdir.
Kök və kökümsovları isə tərqovucu, istiliksalıcı, meyvəsi isə büzüĢdürücü xüsusiyyətlərə
malikdir.
Qəbizlikdə və bağırsağın iltihabı zamanı. 2 çay qaĢığı çiçəyini stəkana töküb 3-5 dəqiqə
qaynatdıqdan sonra dəmləyin. AlınmıĢ dəmləmədən gündə 2 dəfə stəkanın 3/4 hissəsi qədər daxilə
qəbul edin. Bağırsaqların iĢi normaya düĢənə qədər məhluldan qəbul edin.
Böyrək və sidik kisəsi soyuqdəymələrində, həmçinin dəri xəstəliklərində. 1 xörək qaĢığı
çiçək və yarpaq qarıĢığını 1 stəkan qaynar suya töküb bir saat dəmlədikdən sonra süzün. AlınmıĢ
ekstraktdan gündə 4-5 dəfə yeməkdən qabaq 3 xörək qaĢığı qəbul edin.
Maddələr mübadiləsinin pozulmasında, böyrək və sidik kisəsi soyuqdəymələrində. 3 xörək
qaĢığı təzə çiçəkdən götürüb 0,5 litr qaynar suda 20 dəqiqə dəmlədikdən sonra süzün. Gündə 4-5
dəfə yeməkdən qabaq stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Soyuqdəymə zamanı. 2 çay qaĢığı doğranmıĢ kök hissəsini 1 stəkan qaynar suya töküb 15-
20 dəqiqə qaynadın. 2 saat dəmlədikdən sonra süzüb stəkanın 1/4 hissəsi qədər gündə 2-3 dəfə,
qurtum-qurtum qəbul edin.
Badam – Amygdalus L.
Dünya florasınm tərkibində badam cinsinin 40-a yaxm növü yayılmıĢdır (R.V.Zamıslov və
A.S.Lozina-Lozinskaya, 1954). Qafqazda 8, o cümlədən Azərbaycanda yabanı halda 3 növünə
təsadüf edilir. 1 növü A.communis L. mədəni halda becərilir.
Badam növləri çox da böyük olmayan ağac və kol
bitkiləri olub, 6-10 m hündürlüyünə qədər boy atırlar. Lanset
formalı yarpaqlara və tək-tək yerləĢən açıq-çəhrayı çiçəkləri
olur. Meyvəsi iri, yumurtavarı çəyirdək meyvəsinin üzəri
məxmərəbənzər tüklərlə örtülmüĢdür. Çəyirdək meyvəsinin
qabığı deĢikli-fincanvarıdır. Toxumları Ģirin, xoĢ badam iyinə
malikdir. Mədəni badam ola bilsin ki, yabanı badamdan calaq
üsulu ilə yaradılmıĢdır.
Xalq təsərrüfatının müxtəlif sahələrində adi badamdan
daha çox istifadə olunur.
Adi badam - A.commıınis L. hündürlüyü 6-7 m olan kiçik ağac və kol bitkisidir. Cavan
budaqlarının qabığı qırmızımtıl-qəhvəyi, yaxud qəhvəyidir. EllipsĢəkilli dilimli yaĢıl yarpaqlara
malikdir. Tək-tək yerləĢən solğun çəhrayı və ya ağ rəngli gözəl çiçəkləri var. Meyvəsi tumlu və
qabıqlı, bir toxumludur, toxumların üzəri sarı-qonur rəngli nazik pərdə ilə örtülmüĢdür. Badam
yazın ilk aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr ayında yetiĢir.
Badam ağacı çox qədim zamanlardan becərilən qiymətli bitkidir. Onun üç növündən: Ģirin
badam – A. communis L., dağ badamı – A. fenzliana (Fritsch.) Lipsky, nair badamı – A. nairica Fed.
et Takht.-dan istifadə edilir. Hər üç növ bir-birinə çox oxĢayır. Yalnız toxumlarının dadı ilə
fərqləndirmək mümkündür. Azərbaycanda, əsasən, AbĢeronda becərilir. Bitkinin toxumlarında 50-
60% piyli yağ, 20-30% zülal, həmçinin selik maddəsi, 2,97% saxaroza, 3,1-3,8% panitozlar, B
2
vitamini, kalium, kalsium və maqnezium duzları, fosfor turĢusu vardır. Dağ badamının
toxumlarında yuxarıda göstərilənlərdən baĢqa 3-4% amiqdalin qlükozidi vardır ki, bu da
parçalandıqda qlükoza Ģəkəri, benzoy aldehidi və sianid turĢusu əmələ gətirir. Dağ badamında olan
amiqdalin qlükozidinin bu xassəsindən istifadə edərək ondan ―acı badam suyu‖ adlı preparat alınır.
Bu preparat mikstur (damcı) növlərinin tərkibində ağrıkəsici və sinir sistemini sakitləĢdirici dərman
kimi damcı halında qəbul edilir.
Qabıq hissəsində 4,9-5,0%-ə qədər aĢı maddəsi, oduncaq və yarpaqlarında kempferol,
kversetin, meyvəsində qlükoza, qalaktoza, maltoza, saxaroza, quzuqulağı turĢusu və s. aĢkar
edilmiĢdir.
Elmi təbabətdə badam toxumlarından alınan piyli yağlardan da istifadə edilir. Xalq
Dostları ilə paylaş: |