121
parçaların boyanmasında iĢlədilmiĢdir. Yapon saforası toxum, kök, qələm vasitəsilə asanlıqla
əkilib-çoxaldılır.
Biz isə ilk dəfə olaraq yapon saforasının qönçə, çiçək və meyvə hissələrindən boyaq
ekstraktı hazırlayıb yun, ipək və pambıq məmulatlarını sarı, parlaq-sarı, qızılı-sarı, parlaq-narıncı,
yaĢıl, tütünü, zeytunu, mixəyi, qonur, açıq-qəhvəyi və s. rəng və çalarlara boyamağa nail olduq.
Alınan rəng və çalarlar fiziki-kimyəvi təsirlərə qarĢı çox davamhdır.
Yapon saforasının təzə paxla meyvəsini götürüb 70%-li spirtdə 1:1 nisbətində, quru
meyvəsini isə 1:2 nisbətində 21 gün qaranlıq yerdə saxlayıb cövhərini hazırlayın. Bu cövhəri quru
və soyuq yerdə saxlayın. Gündə 2-3 dəfə, 1 çay qaĢığı qəbul edin.
500 q təzə və yaxud 250 q quru paxla meyvəsini qaynadılmıĢ suda yuyun. Hər bir paxlanın
meyvəsini iki yerə bölüb ĢüĢə qaba töküb üzərinə 0,5 litr araq əlavə edin, gündə 3-4 dəfə
çalxalamaq Ģərtilə 10 gün qaranlıq yerdə saxlayıb cövhərini hazırlayın. Sonra meyvəni sıxıb kənara
atır, filtr kağızından keçirib cövhəri ĢüĢə butılkalara doldurub soyuducuda saxlayın. Cövhərdən
gündə 3 dəfə, 30-40 damcı suya qatıb qəbul edin.
Əkin ononisi – Ononis arvensis L.
Dünya florasının tərkibində ononis cinsinin 70-80-ə qədər növü yayılmıĢdır. Qafqazda, o
cümlədən Azərbaycanda 5 növünə rast gəlmək olar.
Əkin ononisi - O.arvensis L. hündürlüyü 30-80, bəzən isə 200 sm olan, budaqlanan, uzun
saçaqlı, oduncaqlaĢmıĢ tünd-qonur gövdəsi düz, yaxud sərilən, çoxbaĢlıqlı kök sisteminə malik
çoxillik ot bitkisidir. Yarpaqları növbəli, saplaqlı, yuxarıdakılar sarı, aĢağı və ortada yerləĢən
yarpaqları isə uzunsov-ellipsĢəkillidir. Çiçəkləri çəhrayı və yaxud ağımtıl rəngdə, sünbüləoxĢar
hamaĢçiçəkdə, zoğların qurtaracağında yerləĢmiĢdir.
Meyvəsi paxlalı olub içərisində 2-4 toxumu vardır.
Toxumları Ģar formasında, azca böyrəyə oxĢar, tünd-
qəhvəyi və yaxud zeytunu-qonur rəngdədir. Ġyul-avqust
aylarında çiçək açır, sentyabr-oktyabrda meyvəsi yetiĢir.
Əkin ononisi Azərbaycanın Dəvəçi, Böyük Qafqaz
ərazilərində, Alazan-Əyriçay vadisində, Kür-Araz
ovalığında,
Naxçıvan
MR-in
dağlıq
zonalarında
yayılmıĢdır. Bu növə düzənliklərdən tutmuĢ orta dağ
qurĢaqlarına qədər, çay, əkin, çöl, arx, bulaq, bağ-bağçada, yol kənarlarında və kolluqlarda rast
gəlmək olar.
Əkin ononisinin müalicəvi xüsusiyyətləri insanlara çox qədim dövrlərdən məlum olmuĢdur.
Dioskorid bitkinin kök hissəsindən böyrək və sidik kisəsində olan daĢların təmizlənməsinin Ģahidi
olduğunu qeyd edir.
Müalicə məqsədləri üçün köklərindən istifadə edilir. Köklərinin tərkibindən ononin
qlükozidi (C
22
H
22
O
9
) tapılmıĢdır ki, bu da hidroliz olunaraq formononetin – (C
16
H
I2
O
4
qlükozidi),
onospin (C
21
H
24
O
9
), ononetin (C
15
H
14
O
4
) triterpendiol (C
30
H
50
O
2
) və s. maddələrə çevrilir. Bundan
əlavə kökündə piyli yağ, aĢı maddəsi, efır yağı, qatran aĢkar edilmiĢdir.
Kökündə 9,51% kül maddəsi, mq/q%-lə 3,20 - K, 3,40 - Ca, 4,20 - Mg, 0,40 - Fe
makroelementləri, mkq/q-la 0,14 - Mn, 0,26 - Cu, 0,16 - Zn, 0,69 - Mo, 0,02 - Cr, 0,39 - Al, 0,35 -
V, 14,20 - Se, 0,62 - Ni, 0,19 - Sr, 0,08 - Pb, 0,90 - B, 0,15 - I mikroelementləri tapılmıĢdır.
Hələ çox qədim zamanlarda əkin ononisinin kök hissələrindən dəmləmələr hazırlanmıĢ,
tərlədici, sidikqovucu və qankəsici vasitə kimi istifadə edilmiĢdir.
Elmi təbabətdə kəskin babasil xəstəlikləri zamanı baĢ verən qanaxmaları dayandırır, ağrını
azaldır, xroniki qəbizliyi aradan götürür, cövhəri ilə böyrək və sidik kisəsində olan daĢların əridilib
orqanizmdən kənar edilməsində istifadə edilir. Kosmetologiyada otundan hazırlanmıĢ vannalarla
dəridə olan ekzema və yaraların müalicəsində istifadə edilir. Kökündən hazırlanmıĢ məlhəmlər dəri
çatlamaları zamanı qanaxmaların dayandırılmasında iĢlədilir. Xroniki dəri xəstəliklərində kök
hissəsindən alınan sulu dəmləmələrdən qantəmizləyici vasitə kimi istifadə edilir.
122
Kökünü payızda çıxarır, gövdə hissəsini kəsib atır, soyuq suda yuyur, sonra isə mehdəyən
yerlərdə qurudurlar. Süni üsulla isə 40-60°C temperaturda xüsusi quruducularda qurudurlar. YaxĢı
qurudulmuĢ xammal 2 il müddətində öz keyfiyyətini itirmədən saxlayır.
Əkin ononisinin əkildiyi hər hektar sahədən birinci il 8 sentner, ikinci ildə isə 22 sentner
quru kök məhsulu əldə etmək olar.
Onun kök və kökümsovlarından Bolqarıstanda sidik kisəsi iltihabında, prostat vəzi
xəstəliklərində, suçiçəyində, rus xalq təbabətində podaqrada, sidik kisəsində olan daĢların
əridilməsində, böyrək soyuqdəymələrində və revmatizmdə istifadə edilir.
Ononisin kök və kökümsovlarından müalicəvi preparatların hazırlanması.
Böyrək, sidik kisəsi və revmatik xəstəlikləri müalicə etmək üçün. 1 xörək qaĢığı doğranmıĢ
kökünü 0,5 litr qaynanmıĢ suyun üzərinə tökərək qaynama dərəcəsinə gətirin, 15-20 dəqiqə
dəmlədikdən sonra süzün. Gündə 3-4 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/2 hissəsi qədər
qəbul edin.
Babasil xəstəliyini müalicə etmək üçün. 2 xörək qaĢığı doğranmıĢ kökü 1 litr suya töküb
vam od üzərinə qoyun, məhlulun 2/3-si buxarlanana qədər qaynadın. Sonra hazır olmuĢ dəmləməni
süzüb, stəkanın 1/2 hissəsi qədər, gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.
Xroniki qəbizlikdə. 3 xörək qaĢığı doğranmıĢ kökünü 1 stəkan arağın üzərinə tökün, bir
həftə qaranlıq yerdə saxlayın. Sonra süzüb gündə 2-3 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ 1 çay
qaĢığı qəbul edin.
Maddələr mübadiləsinin pozulmasında, sidik turşusunun artmasında, böyrək və sidik
kisəsində olan daşların kənar edilməsində, dəri xəstəliklərində. 1 xörək qaĢığı doğranmıĢ kökü 1
stəkan suyun üzərinə töküb qaynama dərəcəsinə çatdırm, üzərini örtüb yarım saat dəmlədikdən
sonra süzün. Gündə 3-4 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ 1 xörək qaĢığı həcmində qəbul edin.
Böyrəyin iltihabı (nefrit) zamanı. Bitkinin kökündən götürüb kətan toxumu və tozağacı
yarpağı ilə qarıĢdırın. Sonra qarıĢıqdan 1 xörək qaĢığı götürərək 1 stəkan qaynayr suya töküb 3-4
saat dəmləyin və süzüb gündə 2-3 dəfə, yeməyə 15 dəqiqə qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul
edin.
Əkilən qarayonca – Medicago sativa L.
Yayın isti günlərində çəmənliklərdə, meĢə açıqlıqlarında, adi yol kənarlarında hündür, göy-
bənövĢəyi çiçəkləri olan çoxillik ota bənzər Medicago sativa L. bitkisinə rast gəlmək olar.
Əkilən qarayoncadan Fransada sənaye üsulu ilə karotin
və xlorofil istehsal olunur. Çində isə tərəvəz və ədviyyat kimi
iĢlədilir. Nektarlı bitkidir. Mal-qara üçün qiymətli yem bitkisi
hesab edilir. Ot və kök hissələrinin tərkibindən antosian
maddələrində
3,5-diqlükozid
deflinidin,
3,5-diqlükozid
malvidin, 3,5-diqlükozid petunidin və s. aĢkar edilmiĢdir.
Çiçəklərində isə leykoantosianidin, delfinidin, petunidin,
malvinidin, sianidin və s. flavonoid və antosian birləĢmələri
aĢkar edilmiĢdir.
Biz ilk dəfə olaraq 1986-1988-ci illərdə əkilən
qarayoncanın çiçək və ot hissələrindən toplayıb, laboratoriyada antosian və flavonoid tərkibli boyaq
maddələri aldıq, yeyinti və toxuculuq sənayesində sınaqdan keçirib, müsbət nəticələr əldə etdik.
Dərman məqsədləri üçün çiçək açan dövründə toplanır, qurudulub xammalından istifadə
olunur.
Əkilən qarayoncadan hazırlanan preparatlardan antiseptik, bakterisid, qankəsici,
yarasağaldıcı, sidikqovucu, sakitləĢdirici, qanda Ģəkərin miqdarının normaya salınmasında və
qalxanabənzər vəzin müalicəsində iĢlədilir.
Qalxanabənzər vəzin fəaliyyətinin gücləndirilməsində. 2 çay qaĢığı doğranmıĢ quru otunu
1 stəkan qaynar suya töküb yarım saat dəmlədikdən sonra gündə 2-3 xörək qaĢığı yeməyə yarım
saat qalmıĢ qəbul edin. Müalicə kursu 10-14 gündür.
Dostları ilə paylaş: |