125
salınmasında və ürək-damar xəstəliklərinin qarĢısının alınmasında müsbət rol oynayır. Bunun
tərkibindəki fol turĢusu orqanizmdə hüceyrələrin təzələnməsində böyük rol oynayır. Florida
universitetində aparılan elmi-tədqiqatlar zamanı müəyyən edilmiĢdir ki, yerfındığının tərkibindəki
çoxlu miqdarda antioksidant maddəsi orqanizmin hüceyrələrini zərərli, qorxunc sərbəst
radikallardan qoruyur. Yerfındığını adi su ilə qarıĢdırıb alınan məlhəmdən mədə və onikibarmaq
bağırsağın yaralarını müalicə edirlər.
Yerfındığı keyfiyyətli, kalorili qida maddəsi olduğundan ondan həddindən artıq qəbul
edilməsini məsləhət görmürlər. Bundan çox qəbul etdikdə kökəlmə və piylənmə prosesləri baĢ verə
bilər. Hər bir adama gündə 30 q yerfındığı yemək məsləhət görülür. Yerfındığını tərəvəzlərin,
meyvələrin salat növlərinin, borĢun, sıyıqların, desertlərin tərkibinə qatıbqəbul edə bilərsiniz.
Göy noxud – Pisum sativum L.
Dünya florasının tərkibində paxlalılar fəsiləsinin 600-ə qədər cinsi, 12000-ə qədər növü
yayılmıĢdır. Paxlalılar fəsiləsinin növlərinə dünyanın hər yerində rast gəlmək olar. Fəsilənin
Qafqazda 550, o cümlədən Azərbaycanda 400 növü var. Paxlalılar fəsiləsi (lobya, soya, noxud,
maĢ) biz insanların əsas qidasını təĢkil edir. Bunlardan qida və müalicə xüsusiyyətlərinə malik olan
cinslərdən biri də göy noxuddur.
Noxud – Pisum L. cinsinin dünya florasının tərkibində 7
növü (2 növü mədəni halda əkilib-becərilir) yayılmıĢdır.
Göy noxudun tərkibindən 22-34% zülal, 20-48%
niĢasta, 0,7-1,5% yağ, 5,2-7,7% sellüloza, 2,5-3,5 kül maddəsi,
60% azotsuz birləĢmələr aĢkar edilmiĢdir.
Göy noxud - Pisum sativum L. Bu birillik ot bitkisi olub
duz, yaxud gövdəsinin əsasından budaqlanandır.
Dünyada elə insan tapılmaz ki, ömründə heç olmasa bir
dəfə göy noxuddan hazırlanan xörəkdən yeməsin. Göy noxud
öz qidalıhq keyfiyyətinə görə heç də ətdən geri qalmır. «Çətin
çeynənilməsinə baxmayaraq bunu yedikdə bütün günü özünü
tox hesab edirsən». Domostro kitabında evdar qadınlara məsləhət görür ki, göy noxuddan sıyıq və
yaxĢı pendir növləri hazırlayıb ailə üzvlərini yedirsinlər. Bu zaman bütün ailə üzvləri sağlam və
güclü bədən sahibinə malik olacaqlar. Buxarda və yaxud yağda biĢirilmiĢ noxud içindən
hazırlanmıĢ qoğal və fəsəlini həmiĢə insanlar həvəslə yeyirlər. Göy noxuddan hazırlanmıĢ xörək
növləri həmiĢə böyük rus çarı I Pyotrun və onun atası Aleksey Mixayloviçin ən sevinıli yeməkləri
sayılırdı.
Zəngin zülal və vitamin mənbəyi.
Noxud həqiqətən də zülal mənbəyidir. Onun tərkibində olan zülalın miqdarı buğda və
çovdarınkından 2 dəfə çoxdur. Kalorilik cəhətdən göy noxud dana və istənilən ət növündən,
qarabaĢaq və düyüdən geri qalmır. Bunun toxum meyvəsinin tərkibində A, B, C, PP vitaminləri
insan orqanizmində baĢ verən maddələr mübadiləsinin normal gediĢində mühüm rol oynayırlar.
Bundan baĢqa bitkinin tərkibindəki makro və mikroelementlərindən dəmir, kalsium, kalium, selen,
sink, və s. aĢkar edilmiĢdir. Bitkinin tərkibində çoxlu miqdarda fol turĢusu da aĢkar edilmiĢdir ki, bu
da orqanizmdə yığılıb qalmıĢ Ģlakların və Ģüaların kənar edilməsində mühüm rol oynayır. Buna
görə də dietoloqlar anemiya, ateroskleroz, piylənməyə, zob xəstəliyinə düçar olan xəstələrə çoxlu
göy noxud yeməyi məsləhət görürlər. Siz gündə yarım stəkan biĢirilmiĢ göy noxud yesəniz 4 gün
özünüzün nikotin turĢusuna olan ehtiyacınızı ödəyə bilərsiniz. Nikotin turĢusu orqanizmdə baĢ
verən aterosklerozun, xərçəngin, astmanın və qanda xolesterinin normal vəziyyətə düĢməsini
nizamlayır. Noxudun qabığı da qiymətli xüsusiyyətlərə malikdir. Bunun qabığında çoxlu miqdarda
xlorofıl, dəmir və kalsium və s. elementlər tapılmıĢdır.
Noxudun müalicəvi xüsusiyyətləri.
«Ġnsan sağlam və gözəl olmaq istəyirsə, mütləq noxud yeməlidir». Bu sözləri Bolqarıstanın
Ģəfavericisi Petr Dinov məsləhət görür. Xalq təbabətində məsləhət görülür ki, Ģəkər və vərəmi
126
vaxtında müalicə edib baĢa çatdırmaq üçün hökmən gündəlik qidanıza noxud əlavə etmək məsləhət
görülür. Bundan baĢqa noxud qiymətli sidikqovucu xüsusiyyətə malikdir. Bir ay müddətində gündə
2-3 stəkan isti noxud həlimi və yaxud isti cövhərini içmək məsləhət görülür. Bunun nəticəsində
böyrək və sidik kisəsində olan daĢların təmizlənib tökülməsinin Ģahidi olacaqsınız.
İrinli yaraların və çibanların müalicəsində. Bu zaman kompleks müalicə üsullarından
istifadə edirlər. Bunun üçün qarıĢıqlardan istifadə etməyi məsləhət görürlər. 3 xörək qaĢığı
qurudulmuĢ noxud, düyü və darı qarıĢığından götürüb, qəhvəüyüdəndən keçirib, tavaya töküb 3-4
dəqiqə qızardın. Sonra üzərinə 1 stəkan qaynar su əlavə edib 7 dəqiqə biĢirin. Bankaya yığıb
soyuducuda saxlayın. Aldığınız qarıĢıqdan 14 gün müddətində acqarına 2 xörək qaĢığı qəbul edin.
Qanda hemoqlobin azlığının aradan qaldırılması üçün hər gün səhər yeməyində 3-4 xörək
qaĢığı konservləĢdirilmiĢ və yaxud təzə noxud qəbul edin.
Ekzema, irinli kəsiklərin, göyərmiş nahiyələrin müalicəsində. 1 xörək qaĢığı noxuddan
hazırlanmıĢ püreni 1 çay qaĢığı yumurta zülalından hazırlanmıĢ köpüklə qarıĢdırın. Sonra alınmıĢ
məlhəmdən götürüb zədələnmiĢ nahiyəyə sürtün.
Baş-beyin qan damarlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə. Bunun üçün gündə 4-5
dəfə yeməkdən asılı olmayaraq 1 çay qaĢığı qurudulmuĢ noxudu isti su ilə qəbul edin.
Noxuddan müalicəvi qida məhsullarının hazırlanması.
500 q təzə göy noxud, 12 xırda baĢ soğan, 3 xörək qaĢığı kərə yağı, zövqünüzə görə duz,
Ģəkər tozu və bir az da doğranmıĢ cəfəri götürün. Soğanları soyub bütöv halda tavaya qoyub,
üzərinə 2 xörək qaĢığı yağ əlavə edin və orta dərəcədə yanan odun üzərinə qoyub 7-8 dəqiqə biĢirin.
Üzərinə noxudu əlavə edib yenidən 10 dəqiqə biĢirin. Üzərinə un, Ģəkər tozu, duz əlavə edin və
ehtiyatla qarıĢdırıb odun üzərindən götürüb qapağını açın və 5-7 dəqiqə saxlayın. Süfrəyə
verməzdən əvvəl üzərinə doğranmıĢ cəfəri, kərə yağı əlavə edin.
Noxuddan doydurucu kəndli xörəyinin hazırlanması. 1 kq təmizlənmiĢ təzə noxud (və
yaxud 300 q qurusundan) 1 xörək qaĢığı kərə yağı, 2 ədəd yumurta sarısı, 2 xörək qaĢığı xırda
doğranmıĢ Ģüyüd, 1 çay qaĢığı limon Ģirəsi, 1,5 stəkan su, zövqünüzə görə qara istiot və duz
götürün. QurudulmuĢ noxudu duzlu suda biĢirib, yaxĢı süzün. Sonra qazanın içərisinə su, yağ və
istiot əlavə edib odun üzərinə qoyun. Su qaynayan kimi üzərinə biĢirilmiĢ noxudu əlavə edib 5-7
dəqiqə biĢirin. Azca soyudub, üzərinə yumurta sarısını, limon Ģirəsini, Ģüyüdü əlavə edib ehtiyatla
qarıĢdırıb, süfrəyə verin.
Təzə noxuddan (sidikqovucu) şorbanın hazırlanması. 300 q qabığı ilə birlikdə noxud, 3
çay qaĢığı un, 2 xörək qaĢığı kərə yağı, 1 stəkan süd, 1 ədəd yumurta sarısı, zövqünüzə görə xırda
doğranmıĢ cəfəri və Ģüyüd götürün.
Noxudu qabığı ilə birlikdə duzlu suda biĢirib (həlimi atmamaqla) süzün. Unu tavada
qarıĢdıra-qarıĢdıra qızardın. 1 xörək qaĢığı yağ əlavə edib üzərinə noxudun isti həlimini töküb
qaynadın. Sonra yumurta sarısı ilə südü, yağı və duzu, noxudu biĢirilmiĢ kütlənin üzərinə töküb
qapaqla örtüb isti plitəyə qoyun. 5-7 dəqiqə saxlayın. Sonra üzərinə xırda doğranmıĢ göyərtini səpib
süfrəyə verin.
Göy noxud qiymətli qida bitkisi kimi geniĢ sahələrdə əkilib-becərilir. Mülayim iqlim
zonaları olan ölkələrdə 7000000 hektar sahədə göy noxud becərilir. Bunun 3600000 hektarı Çinin
payına düĢür. Bundan baĢqa istehsal olunan göy noxudun ən çoxu ABġ, Almaniya, PolĢa, Ġspaniya,
Ġtaliya, Fransa, Rusiya və s.-nin payına düĢür.
Diqqət! Göy noxuddan hazırlanan xörəklərdən podaqra, kəskin nefrit, mədə-bağırsaq
soyuqdəymələrində yeməyi məsləhət görürlər. Mədə və onikibarmaq bağırsaq xəstəliyinə tutulmuĢ
insanlara göy noxuddan hazırlanan püre qəbul etməyi məsləhət görürlər. YaĢlı insanlar isə göy
noxuddan və eləcə də digər paxlalı bitkilərdən istifadə elən zaman onlara yaxĢı biĢirilib tam yumĢaq
hala salınmıĢ tərəvəz xörəklərindən qəbul etmək mədə-bağırsaqlarda əmələ gələn qazların və
köpmələrin qarĢısını almaq üçün noxuddan hazırlanan xörəyin tərkibinə kök əlavə etməklə yanaĢı
çörəklə yemək məsləhət görülür.
Adi lobya – Phaseolus vulgaris L.
Dostları ilə paylaş: |