127
Dünya florasının tərkibində lobya cinsinin 200-ə qədər
növü yayılmıĢdır. Hal-hazırda dünyanın bir sıra ölkələrində, o
cümlədən Hindistanda, Braziliyada, Meksikada, ABġ-da,
Rumıniyada, Balkan ölkələrində, Portuqaliyada, Ġtaliyada,
Fransada,
Kolumbiyada,
Ukraynada,
Özbəkistanda,
Gürcüstanda, eləcə də əksər vilayətlərdə lobyanın 20-yə qədər
növü mədəni halda əkilib-becərilir.
Azərbaycanda da lobya cinsinin bir neçə növü becərilir.
Bunlardan ən çox becəriləni isə adi lobyadır - Phaseolus
vulgaris L.
Adi lobyanın vətəni Cənubi Amerika hesab olunur. Əsas etibarilə yeyinti sənayesində
istifadə edilir. Lobya bitkisi mədəni halda becərilən bitkilərin ən qədimi olub, insanlara bizim
eradan 5 min il qabaq məlum olmuĢdur. Hal-hazırda həyətyanı sahələrdə qida və müalicə
məqsədləri üçün geniĢ əkilib-becərilir. Lobyanın müalicəvi xüsusiyyətləri hələ XVI əsrdə ġərq
xalqlarına məlum olmuĢdur. ġərq xalqları lobyadan orqanizmin təmizlənməsində, daĢların
əridilməsində, potensiyanın artrılmasında istifadə edirlər. Ġbn Sina bitkinin ağ ciyər xəstəliklərində
istifadə olunmasını məsləhət görürdü.
Bitkinin toxumlarının tərkibində 18-32%-ə qədər zülal, niĢasta, 1,0-3,6% piyli yağ və s.
aĢkar edilmiĢdir. Bundan baĢqa toxumlarında 20%-ə qədər kristal halında qlobulin-fazeolin,
proteaza, xolesterin, lesitin, qalaktoarabin, suda həll olan saxaridər, dekstrin, flavonoid maddələri,
limon turĢusu, pentozanlar, makro və mikroelementlər, karotin B, 157,2 mq% C vitamini aĢkar
edilmiĢdir. Lobya zülalları heyvani zülallara çox yaxındır.
Müalicə məqsədləri üçün bitkinin toxumlarından, qın və qabıqlarından hazırlanan fazeolin
adlı ekstraktdan diabetdə, qanda Ģəkərin miqdarının azaldılmasında, sidikqovucu kimi, mikrob
əleyhinə və skleroz zamanı xəstələrin müqavimətini artırmaq üçün istifadə edilir. Eyni məqsədlə
meyvələrin sulu biĢirilməsindən də istifadə edilir. Lobya həmçinin qastritdə (turĢuluq az olan
zaman), aterosklerozda, ürək ritminin pozğunluqlarında məsləhət görülür. Paxlasından hazırlanınıĢ
biĢirmə və dəmləmə böyrək xəstəliklərində, revmatizmdə, duzların mübadiləsi pozulduqda,
hipertoniyada müalicəvi təsir göĢtərir.
Pankreasın (mədəaltı vəzinin) fəaliyyətinin normallaşdırılmasında. Paxlanın doğranmıĢ
qınından bir xörək qaĢığı götürüb bir stəkan qaynar suya töküb, vam od üzəıində 5-7 dəqiqə
qaynadın, soyuduqdan sonra süzün. Gündə 4 dəfə yeməyə az qalmıĢ stəkanın 1/4 hissəsi qədər
qəbul edin.
Şəkərli diabetdə. DoğranmıĢ qını qaragilə yarpağı ilə qarıĢdırıb, bir xörək qaĢığı bir stəkan
qaynar suya töküb dəmləyin. Prosesi yuxarıdakı kimi aparın.
Ürək xəstəliklərində, zəiflikdə, urək döyüntülərinin pozuntularında, şişlər, hipertoniya və
ateroskleroz zamanı. 1 xörək qaĢığı doğranınıĢ qını qaynar suda 10 dəqiqə saxladıqdan sonra
süzün. Gündə 3 dəfə, yeməkdən qabaq stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Böyrək və ürək mənşəli şişlərin, eləcə də böyrək və sidik kisəsi soyuqdəymələrində,
revmatizm və podaqra zamanı. 1 xörək qaĢığı doğranmıĢ paxlanı 1 stəkan qaynar suya töküb, su
hamamında yarım saat saxladıqdan sonra soyudun və süzüb gündə 3-4 dəfə, yeməkdən qabaq 2
xörək qaĢığı qəbul edin.
Böyrək xəstəliyi və bədən boşluğuna su yığılması zamanı. DoğranmıĢ paxla, yarpaq, gövdə
və qınından 1 xörək qaĢığı götürüb 1 stəkan qaynar suya töküb, 5 dəqiqə vam od üzərində saxlayıb
süzün. Sonra gündə 2-3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin.
Öd kisəsi və böyrək daşlarının mualicəsində. 1 xörək qaĢığı çiçəkdən götürüb 1 stəkan
qaynar suya töküb dəmləyin və süzdükdən sonra gündə 4 dəfə yeməyə 20 dəqiqə qalmıĢ stəkanın
1/4 hissəsi qədər daxilə qəbul edin.
İrinli çibanların müalicəsində. Paxlanın un Ģəklinə salınmıĢından 1 çay qaĢığı götürüb,
üzərinə həmin miqdarda su əlavə edib, qarıĢdırın və çibanın üzərinə yaxın.
ƏTĠRġAHÇĠÇƏKLĠLƏR – Geraniaceae Juss. fəsiləsi
128
Çəhrayı Ģamdangülü – Pelargonium zonale (L.) L′Her. ex Ait.
ƏtirĢah fəsiləsinə 8-12 cins və 750-yə qədər növ daxildir. Fəsiləyə aid olan növlər əsasən
Yer kürəsinin mülayim iqlim zonalarında yayılıb ot, kolcuq və kol bitkiləri hesab edilirlər.
Fəsilənin qiymətli cinslərindən biri də Ģamdangülü – Pelargonium L′Her. ex Ait.-dur. Bu
cins 250-ə qədər növü əhatə edib, əsasən Cənubi Afrika ərazisində yayılmıĢdır.
Azərbaycanda isə Ģamdangülünün ancaq otaq Ģəraitində mədəni halda becərilən növ və
hibridlərinə təsadüf edilir.
Bunlardan otaqlarda, istixanalarda, oranjereyalarda ən çox əkilib-becəriləni çəhrayı
Ģamdangülü - Pelargonium zonale (L.) L′Her. ex Ait. növüdür.
Çəhrayı Ģamdangülü ən gözəl bəzək bitkisi olmaqla həm də dərman bitkisi hesab edilir.
ġamdangülü gözəl ot formalı kol olub, Ģarformalı və yaxud çətirvari yarpaqlardan ibarət iri parlaq
formalı hamaĢçiçəklərə malikdir. HamaĢçiçəkləri ağ, çəhrayı, parlaq-qırmızı və həmçinin mavi
rəngdə olur. Çəhrayı Ģamdangülünü ən çox qızlar və qadınlar
sevirlər. Belə ki, bu gül onların həyatlarına sevinc və gümrahlıq
bəxĢ edir.
Bizim
yaĢadığımız dövrdə
elmi əsaslarla izah
olunmuĢdur ki, Ģamdangülü zərərli mikroblara qarĢı yaxĢı
təsiredici vasitə olmaqla yanaĢı, ətri baĢ ağrılarını azaldır,
yorğunluğu aradan qaldırır və yuxunu normallaĢdııır. Ġtaliya
alimləri isbat etmiĢlər ki, çəhrayı Ģamdangülü otaqda olan
mənfı enerji amillərinin qarĢısını alır və onların insan
orqanizminə göstərdiyi xoĢagəlməz hadisələri aradan qaldırır.
Xalq təbabətində Ģamdangülündən alınan preparatlardan
diareya, dizenteriya, böyrək xəstəliklərində, revmatizmdə və
podaqrada istifadə edilir. Həmçinin çəhrayı Ģamdangülündən
yaxĢı qankəsici və böyrəklərdə olan daĢların əridilib orqanizmdən kənar edilməsində də istifadə
edilir.
Çəhrayı Ģamdangülündən alınan efir yağı bir sıra xəstəliklərin müalicəsində ən yaxĢı
universal vasitə hesab edilir. Bu preparatı hazırlamaq üçün Ģamdangülünün yarpaqlarından götürüb,
xırda hissələrə salın və üzərinə 2:5 nisbətində qızdırılmıĢ zeytun yağı əlavə edin. QarıĢığı tünd ĢüĢə
butılkaya töküb soyuducuda 2 həftə saxladıqdan sonra bir neçə qatdan ibarət tənzifdən süzün. Elə
edin ki, qarıĢıqda kiçik bir yarpaq qırıntısı da qalmasın.
Diqqət! Çəhrayı Ģamdangülündən hazırlanan yağdan istifadə etmək üçün aĢağıdakı tələblərə
ciddi riayət etmək lazımdırr:
1)
ġamdangülünün yarpaqlarını yazda çiçək açana qədər toplamaq;
2)
Efır yağı almaq üçün ancaq yuxarıda yerləĢən yarpaqlardan istfiadə etmək;
3)
Ġstifadə etdiyiniz çəhrayı Ģamdangülü birillik və yaxud heç olmasa bir dəfə çiçək açmıĢ
olsun.
Kəskin bronxial astma zamanı. ġamdangülünün efir yağından 1 çay qaĢığı yarpız və yaxud
bədrənc bitkisindən hazırlanan çayla qəbul edin.
Plevrit zamanı. AlınmıĢ efır yağını ağ ciyərin ətraflarına (bel və döĢ nahiyələrinə) sürtün.
Sonra yun Ģərf və yaxud yun parça ilə bağlayıb, çarpayıya uzanıb üstünüzü isti yorğanla örtün.
Plevriti həmçinin Ģamdangülündən hazırlanan cövhərlə də müalicə edirlər. Bunun üçün 1 xörək
qaĢığı doğranmıĢ təzə və yaxud qurudulmuĢ yarpağından götürüb 1 stəkan qaynar suya töküb 8 saat
termosda saxladıqdan sonra süzün. Aldığınız dəmləmədən isti halda kiçik qurtumlarla gündə 3 dəfə
yeməkdən sonra stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Qastrit və kolit zumanı. 1 xörək qaĢığı doğranmıĢ yarpağından götürüb 1 stəkan qaynar suya
töküb vam od üzərində 3-5 dəqiqə saxlayıb süzün. Ekstraktdan gündə 3 dəfə, yeməyə 15-20 dəqiqə
qalmıĢ 1 xörək qaĢığı qəbul edin. Müalicə kursunu vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin.
Hipertoniya, əsəb gərginliyi zamanı. kökündən 1 çay qaĢığı götürüb 1 stəkan qaynar suya
töküb qaynama dərəcəsinə çatdırıb 3-4 saat saxladıqdan sonra süzün. Dəmləmədən gündə 2-3 dəfə
Dostları ilə paylaş: |