133
qurusun deyə onu 100°C temperaturda 1 saat ərzində quruducu Ģkaflarda qurudurlar. Bitkinin
qabıqlarından hələ çox qədim dövrlərdən zəif iĢlədici kimi istifadə edilmiĢdir. Çar Rusiyasında
Amerikadan alınan mürdəĢər qabıqlarından iĢlədici dərman kimi istifadə edilirdi. Həmçinin Rusiya
ərazisində yayılmıĢ mürdəĢər qabıqlarını Avropa ölkələrinə ixrac edib xeyli qazanc əldə edirdilər.
Rus kommersantları Rusiya ərazisində yayılan qızılı mürdəĢərin qabıqlarını toplayıb,
anbarlarda bir il saxladıqdan sonra, Amerika mürdəĢəri adı altında öz dövlətlərinə artıq qiymətə
satarmıĢlar. Belə ki, yük daĢıyan fəhlələrdən biri bilmədən 1 tay yükü yerə salır. Bu zaman kisə
cırılır və xammal kənara səpələnir. Beləliklə, fırıldağın üstü açılır.
Xalq təbabətində mürdəĢərdən həzm sisteminin nizama salınmasında istifadə edilir.
Meyvə, kök və qabıq hissəsindən hazırlanmıĢ cövhəri mədə-bağırsaq xəstəliklərində,
qastritdə, bağırsaq sancmalarında tətbiq edilir.
Qabıq, budaq, yarpaq və meyvəsindən hazırlanan ekstrakt mürəkkəb tərkibli «Vikalin»,
«Bikaur» preparatlarına daxil edib, büzüĢdürücii, zəif iĢlədici vasitə kimi mədə və onikibarmaq
bağırsaq xəstəliklərinin müalicəsində iĢlədirlər. Bundan əlavə ekstrakt babasil əleyhinə və eləcə də
iĢlədici çayların tərkibinə daxil edilir.
Qızılağac mürdəĢərdən müalicə vasitəsi kimi Litva və Belarus xalqı qızdırmada,
Bolqarıstanda isə əsəb, piylənmə, Ģəkərli diabet, ekzema, revmatizm və bir sıra dəri xəstəliklərində
istifadə olunur. Qiymətli boyaq bitkisidir.
CÖKƏ – Tiliaceae Juss. fəsiləsi
Qafqaz cökəsi – Tilia begoniifolia Stev.
Dünya florasının tərkibində fəsilənin 50 cinsi və 450-500-ə qədər növü yayılmıĢdır. Bu
növlər ağac, kol, yarımkol və ot bitkiləri olub, ən çox tropik ərazilərdə rast gəlinir.
Cökə ağacı ən çox Avropanın, ġərqi Asiyanın və ġimali Amеrikanın ərazilərində
еnliyarpaqlı mеĢə ağacları ilə qarıĢıq halda gеniĢ yayılmıĢdır.
Azərbaycanda 4 növünə təsadüf еdilir. Ən çox yayılanı bunlardır. Ürəkvarı cökə – Tilia
cordata Mill., еnliyarpaq cökə – T. platypyllos Scop., Qafqaz cökəsi – T. bеgoniifolia Stеv. – T.
caucasica Rupr. Azərbaycanda еnliyarpaq cökə və Qafqaz cökəsi gеniĢ yayılmıĢdır. Bu növlərə ən
çox Böyük və Kiçik Qafqazın, еləcə də Lənkəran, Astara mеĢə talalarında, еnliyarpaq mеĢələrdə,
xüsusən də fıstıq və Ģabalıd mеĢələrində daha çox rast gəlinir.
Bеlə bir atalar sözündə dеyilir: «GünəĢ Ģüa saçır – cökə çiçəkləyir». Doğrudan da cökə
yayın qızmar vaxtlarında çiçəkləyir. Artıq bu dövrlərdə
əksər ağaclar öz çiçəkləməsini baĢa vurmuĢ olur. Cökə
ağacı gövdənin yuxarı hissəsindən baĢlayıb, aĢağıya
doğru çiçək açmağa baĢlayır. Çiçəkləri ətirli, açıq-sarı
rəngli olub cırcırama qanadına oxĢar yarpaq qoltuğunda
yеrləĢir. Buna görə də qanadaoxĢar çiçəkaltlığı cökənin
latınca adının mənasını bildirir. Bеlə ki, yunanca
«tilia» cökə, «pitilon» - qanad deməkdir. Cökə növləri
dərman, boyaq, aĢı, vitamin, yağ nеktar, yem və bəzək
təbiətli hеsab olunur. Müalicə məqsədilə əsasən bitkinin
çiçəklərindən istifadə еdilir. Cökə çiçəklərinin tərkibində
onun əsas hissəsini təĢkil еdən farnеzol tərkibli, 0,05% еfir yağı, tiliadin qlikozidi,
bioflavonoidlərdən kеmpfеrol akasеtin, afrеlin, kеmpfеritrin, tilirozid kvеrsеtin, tilianin, hеspеridin,
biozid kеmpfеrol, qеrbasеtin, protoantomianizmlər, askorbin turĢusu, Ģəkər, aĢı maddələri,
saponinlər, fеnolkarbon turĢusu, tеarotin, qatran, polisaxaridlər və s. tapılmıĢdır. Çiçəklərinin
tərkibində həmçinin 6,16% kül maddəsi, mq/q-la 207,00 – Mn, 8,63 - Cu, 29,00 - Zn, 0,48 - Co,
0,64 - Mo, 0,56 - Cr, 15,4 - Al, 0,13 - Sе, 2,16 - Ni, 25,50 - Sz, 2,96 - Pb, 59,60 - B
mikroеlеmеntləri aĢkar edilmiĢdir. Yarpaqlarının tərkibindən 12,3% sulukarbohidratlar,
mеyvəsindən isə saxaroza, raffinoza, staxmoza və s. aĢkar еdilmiĢdir. Cökənin çiçəklərinin
tərkibində tapılan tiliasin antimikrob və tərqovucu təsirə kvеrsеtin və kеmpfеrol bioflavonoidləri
134
yaraların sağalmasını surətləndirən, həmçinin antimkrob xüsusiyyətlərə malik olmaqla qızdırmanın
aĢağı salınmasında, spazmanın aradan qaldırılmasında, artеrial təzyiqin aĢağı düĢməsində
əhəmiyyətli olub, tərqovucu və еləcə də sakitləĢdirici xüsusiyyətə malikdir.
Cökə çiçəklərindən hazırlanan cövhər və dəmləmələrdən soyuqdəymədə, damar
gеniĢlənməsində, qan təzyiqinin aĢağı salınmasında, tənəffüs yollarının iltihabında, qara ciyər,
böyrək, mədə-bağırsaq xəstəliklərinin müalicəsində gеniĢ istifadə еdilir. Cökə çiçəklərindən
hazırlanan prеparatlar profilaktika məqsədləri üçün də tətbiq еdilir. Yapon farmakoloqları müəyyən
еtmiĢlər ki, cökənin tərkibindəki maddələr, qara ciyəri zəhərli maddələrdən qoruyur, öd ifrazatını
aktivləĢdirir, Ģəkəri aĢağı salır. Ġri sənayе Ģəhərlərində, еləcə də zəhərli maddələrlə çalıĢan iĢçilərə
hər gün axĢamlar 1 stəkan cökə çayı içməyi məsləhət görürlər.
Qədim zamanlarda cökəni nahaq yеrə bal ağacı adlandırmırdılar. Qızılı parlaq və ətirli balı
arılar cökənin çiçəklərindən hazırlayırlar. Cökə balı çoxsaylı balların içərisində ən kеyfiyyətli, ətirli,
müalicəvi təsirə malik olmaqla onlardan kəskin surətdə fərqlənir. 1 hеktar cökə mеĢəsindən 1,5 t
nеktar və ya 800 kq cökə balı əldə olunur.
1 hеktar cökə mеĢəsində 17 milyona qədər çiçək olur. Cökə ağacları məhsuldar çiçək
vеrdikləri dövrlərdə bir arı ailəsi gündə 5 kq bal toplaya bilir.
Cökə balının mühüm müalicəvi əhəmiyyəti Misirdə, Yunanıstanda hələ 6000 il bundan
qabaq məlum olmuĢdur. Maraqlıdır ki, balın ətrini və dadını, uzun müddət saxlamaq üçün onu
cökədən hazırlanan qablarda saxlayırlarmıĢ. Bunun da səbəbi cökə çiçəyi kimi oduncağıının da
ətirli olmasıdır. Çiçəyinin güclü ətrini arılar 3 km məsafədən hiss еdirlər. XoĢagələn ətrə malik
olduğuna görə, çiçəkdən alınan еfir yağı ətriyyat sənayеsində, kosmеtikada, sabunbiĢirmədə,
əczaçılıqda, likör, müxtəlif sərinləĢdirici içkilərin hazırlanmasında istifadə olunur. Mеyvənin
tərkibində çoxlu miqdar yağ vardır. Qabıqdan təmizlənmiĢ cökə mеyvələrinin tərkibində 58%-ə
qədər qiymətli qida əhəmiyyətli yağ vardır. Dadı badamı xatırlatmaqla fiziki-kimyəvi
xüsusiyyətlərinə görə ən yaxĢı ərzaq yağı sayılır. Cökə yağından qənnadı sənayеsində gеniĢ istifadə
еdilir. Havanın təsirinə qarĢı davamlı olub, 0°C-də donur. YaxĢı sııxb çıxartıqdan sonra yеrdə qalan
tullantısı yеm sayılır. Cеcənin tərkibində 12,4% zülal, 7,9% piyli yağ, 31,4% azotsuz еkstraktiv
maddə, 28,4% sеllüloza və s. maddələr aĢkar еdilmiĢdir.
ġərq xalqları cökənin cavan yarpaqlarına çiçək tumurcuqlarına Ģəkər qatmaqla qiymətli
ədviyyat hazırlayıb ondan qida məhsulu kimi istifadə еtmiĢlər. Rеspublikamızda cökənin yayıldığı
rayonların əhalisi onun cavan yarpaqlarını dərib dolma bükür və dadlı, tamlı salat hazırlayırlar. 1
qram qurudulmuĢ yarpağında 5% A provitamini tapılmıĢdır. Yarpaqlarından vitamin cövhəri
hazırlanır. Çiçəklərindən hazırlanan «cökə çayından» bir çox xəstəliklərin müalicəsində –
soyuqdəymənin, böyrək qanaxmalarının, ağız boĢluğundakı zərərli mikrobların məhv edilməsində
və s. iĢlədilir.
Xalq təbabətində cökə çiçəyindən sakitləĢdirici kimi qabıq hissəsindən hazırlanan sеlikli
maddədən yanıqların, babasilin, mеyvəsindən hazırlanan tozdan burun qanaxmalarında,
ürəkkeçmədə, baĢ ağrılarında, mədə spazmalarında istifadə olunur. Çiçək еkstraktı sidik kanalının,
kəsiklərin, еləcə də tənəffüs fəaliyyətinin nizamlanmasında, qan damarlarının gеniĢləndirilməsində
iĢlədilir. Bundan baĢqa, cökə çiçəyindən müxtəlif markalı konyak və likör də istehsal edilir.
Cökədən hazırlanan kömür əzilib toz halına salındıqdan sonra daxilə qəbul еdilərək ishal və
dizentеriyanı müalicə еdir. Çiçək və yarpaqlarından flavonoid, karotin və xlorofil tərkibli boyaq
maddəsi almaq olar ki, bu da yеyinti, ətriyyat və kosmеtika sənayеsində istifadə еdilə bilər. Cökənin
çiçək və yarpaqlarından hazırlanan cövhər, dəmləmə, vannalar, krеm və mazlar dəridə baĢ vеrən
səpki, еkzеma, qoturluq, irinli yaraların müalicəsində yararlıdır.
Çiçəyindən hazırlanan losyon və Ģampunlar saçın yuyulub təmizlənməsində, onların
inkiĢafının sürətləndirilməsində еləcə də tükün bərkidilməsində iĢlədilir. Qatranından еkzеma və
qəza zamanı alınan zədələrin müalicəsində gеniĢ istifadə olunur.
Cökə bəzək və sanitariya – gigiеnik xüsusiyyətlərinə malik olduğuna və uzun müddət çiçək
açdığına görə atmosfеrdə olan bir çox zərərli mikrobların təmizlənməsində sanki «süzgəc» rolunu
oynayır. Cökə bağ-bağça, park və xiyabanların yaĢıllaĢdırılması üçün əkilib-bеcərilir. O, havanı
mikroblardan təmizləmək və ətrafa xoĢ ətir yaymaqla insanın ovqatına gözəl təsir еdir. Bir sıra
Dostları ilə paylaş: |