139
geniĢ istifadə edilir. Bəlğəmotunun kökü sinə yumĢaldan çayın və öskürək əleyhinə iĢlədilən
qarıĢıqların tərkibinə qatılır.
Kökünün tərkibində çoxlu miqdarda selikli maddə olduğuna görə, bitkidən hazrlanan qalen
preparatları nəfəs yolları və mədə-bağırsaq orqanlannın müalicəsində istifadə edilir. Bəlğəmotunun
kökündən hazırlanan çıxarıĢ müdafıəedici, yumĢaldıcı kimi, soyuqdəymə əleyhinə istifadə
olunmaqla yanaĢı, bəlğəmgətirici, ağrıkəsici xüsusiyyətlərə də malikdir. Ekstraktından xroniki
bronxitdə, traxeit, laringit, bronx sətəlcəmində və bronxial astma xəstəliklərində də istifadə edilır.
Seliyin tərkibində niĢastanın, Ģəkərlərin, polisaxaridlərin, kolloid xüsusiyyətli maddələrin olması,
xəstəlik nəticəsində zədələnmiĢ nahiyələri ―suvayır‖, qıcıqlanan sinir uclarını nizamlayır, selikli
qıĢanı qoruqaraq toxumaların tezliklə sağalmasına kömək edir. Bundan baĢqa dərman gülxətmi
kökünün selik maddəsindən mədə xəstəliklərinin, onikibarmaq bağırsağın, mədədə turĢuluğun
qaydaya salınmasnda geniĢ istifadə edilır.
Bəlğəmotundan müalicə preparatlarının hazırlanması.
Mədə və onikibarmaq bağırsaqda əmələ gələn yaraların, kolitin, dizenteriyanın
müalicəsində. 4 çay qaĢığı doğranmıĢ kökünü 0,5 litr qaynadılmıĢ soyuq suya töküb 8 saat
dəmləyib süzün. Aldığınız cövhərdən gündə 3-4 dəfə yeməyə yarım saat qalmıĢ qəbul edin.
Zökəm və qrip zamanı. 1 çay qaĢığı doğranmıĢ kökünü 1 stəkan qaynadılmıĢ soyuq suya
töküb, 3-4 saat dəmlədikdən sonra süzün. Aldığınız ekstraktdan gündə 2 xörək qaĢığı yeməyə yarım
saat qalmıĢ qəbul edin.
Öskürək, bronxit, ağ ciyər soyuqdəymələrində, göyöskürək, bronxial astma zamanı. 2
xörək qaĢığı doğranmıĢ kökünü 1 stəkan qaynadılmıĢ soyuq suya töküb 7-8 saat dəmləyib süzün.
Aldığınız ekstraktdan gündə yeməyə yarım saat qalmıĢ 4-5 xörək qaĢığı qəbul edin.
Xroniki prostatın və adenoma vəzisinin pozuntıılarında əlavə vasitə kimi. 1 çay qaĢığı
doğranmıĢ kök hissəsini otaq temperaturunda olan 0,5 stəkan qaynadılmıĢ suya töküb, 1 saat
dəmləyin və süzün. Aldığınız ekstraktdan 1 xörək qaĢığı hər 2 saatdan bir qəbul edin.
Sistit, sidik kisəsində olan daşların müalicəsi zamanı. 2 xörək qaĢığı doğranmıĢ kök
hissəsini 1 stəkan qaynadılmıĢ otaq temperaturunda olan suya töküb 3-4 saat dəmlədikdən sonra
süzün. Ekstraktdan gündə 4 dəfə, yeməkqabağı 1 xörək qaĢığı ı qəbul edin.
Psoriaz və ekzema zamanı. 1 xörək qaĢığı doğranmıĢ kök hissəsini 0,5 litr qaynadılmıĢ isti
suya töküb 4-6 saat dəmləyib süzün. Yeməkqabağı gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin.
Badamcıqların, diş əti toxumasının iltihabı, stomatit zamanı. 2 xörək qaĢığı doğranmıĢ
kökünü 0,5 litr qaynadılmıĢ isti suya töküb 2 saat dəmləyib süzün. Ġsti halda boğaz və ağız
nahiyənizi tez-tez qarqara edin.
Öskürək, bronxit, qara ciyər soyııqdəymələri, göyöskürək, bronxial astma zamanı. 2 xörək
qaĢığı doğranmıĢ kökünü 1 stəkan qaynadılmıĢ isti suya töküb 7-8 saat dəmləyib, süzün. Aldığınız
ekstraktdan gündə 3-5 dəfə, yeməyə yarım saat qalmıĢ 2 xörək qaĢığı qəbul edin.
Konyuktivit və blefarit zamanı. 2 xörək qaĢığı doğranmıĢ kökünü qanyadılmıĢ isti suya
tökün və 2 saat dəmləyib süzün. Alınan ekstraktla gündə 2-3 dəfə gözünüzü yuyun.
Xalq təbabətində yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiĢ çay öskürəyə
qarĢı və sinə ağrılarında sakitləĢdirici vasitə kimi istifadə edilir.
Çiçəklərini suda pörtlədib, uĢaqlarda baĢ verən soyuqdəymələrdə ağrıyan nahiyələrə
qoyurlar. Bəlğəmotu çiçəklərini qızılgül ləçəkləri və Ģüyüd toxumları ilə qarıĢdırıb çay hazırlayır və
quru öskürək zamanı içirlər. QurudulmuĢ çiçəklərinin dəmləməsi uĢaqlarda tez-tez baĢ verən mədə
xəstəliklərində, eləcə də iltihab və ishala qarĢı iĢlədilir. Bitkinin köklərindən hazırlanmıĢ çay mədə
ağrılarında, ishalda, kəskin qastritlərdə, enterokolitlərdə yumĢaldıcı və iltihabı aradan qaldıran
vasitə kimi istifadə edilir. QurudulmuĢ yarpaqlarından və çiçəklərindən kərə yağında hazırlanmıĢ
məlhəm dəri xəstəliklərində (açıq yaralarda) yarasağaldıcı və iltihab götürücü kimi, eləcə də
frunkullara (çibanlara) qarĢı istifadə edilir.
Yarpaqlarını toz halına salaraq, zeytun yağı ilə qarıĢdırır, yanıqların, yaraların, qaĢınmaların
müalicəsi üçün dəriyə sürtürlər. Çiçəklərindən hazırlanmıĢ cövhərdən isə gözün selikli qiĢasını
müalicə elirlər. Kökünün sulu məhlulu (1-2 xörək qaĢığı həcmində kökün 1 stəkan soyuq suda bir
neçə saat saxladıqdan sonra alınan çıxarıĢı) soyuqdəymə nəticəsində dəridə əmələ gələn proseslərin
140
aradan qaldırılmasında istifadə edilir.
Bəlğəmotıı kökündən dəmləmələrin hazırlanması. 2 xörək qaĢığı kökü emal qaba tökərək
üzərinə 200 ml qaynar su əlavə edin, ağzını örtüb su vannasında 30 dəqiqə vam odda qızdırın,
qızdırdıqdan sonra, otaq temperaturunda soyudub süzün. AlınmıĢ ckstraktdan gündə 3-4 dəfə
stəkanın 1/2- 1/3 hissəsi qədər için.
Bəlğəmotıı siropu. Kökündən hazırlanmıĢ qatı məhlulun üzərinə Ģəkər tozu əlavə edib 25-30
dəqiqə sonra otaq temperaturunda soyudun. AlınmıĢ məhluldan gündə 3 dəfə, yeməyə 25-30 dəqiqə
qalmıĢ bir xörək qaĢığı həcmində qəbul edin.
Pambıq – Gossypium L.
Pambıq texniki bitki olub, çox qədim dövrlərdən dünyanın bir sıra ölkələrində geniĢ surətdə
əkilib-becərilir. Vətəni Mərkəzi Amerika, Meksika, eləcə də tropik ölkələr hesab edilir. Bu
ölkələrdə pambığın yabanı formaları, çoxillik növləri, kol və ağac formaları mövcuddur. Pambığın
hündürlüyü öz vətənində 6-7 m-ə çatır.
Pambıq cinsinə 35 növ və çoxlu sayda müxtəlif sort və formalar daxildir. Bunlardan isə ən
çox 5 növ – Meksika, Peru, Hind-Çin pambığı, üçdiĢli pambıq becərilir. Dünyada əkilən pambığın
20%-i Meksika növünün payına düĢür. Qalan 4 növün əkin sahəsi 10% təĢkil edir.
Pambıq ilk dəfə eramızdan 3000 il qabaq Hindistanda əkilib-becərilməyə baĢlanmıĢdır.
Pambıq qiymətli lif, yağ, dərman əhəmiyyətli, aĢı, boya, yem, üzvi turĢu təbiətli birillik
texniki bitkidir. Hazırda bu bitkidən dünya praktikasında yüzdən artıq kimyəvi maddə, xalq
təsərrüfatının 1200-dən artıq müxtəlif sahələrində tətbiq edilən məhsul istehsal olunur.
Pambığın iqtisadi cəhətdən gəlir gətirən hissəsi əsasən lifı və yarpağıdır. Tərkibində zəngin
pektin maddəsi olduğundan mal-qara üçün qiymətli yem sayılır. Aparılan təcrübələrdən aydın olur
ki, 1 hektar sahədən 2,5-3,0 tona qədər yarpaq tədarük etmək olar. Pambıq yarpağından limon,
alma, askorbin, quzuqulağı, süd, üzüm, flüor, sirkə, çaxır, kəhrəba, nikotin, valerin, qarıĢqa, salisil
və s. üzvi turĢular alınır. Bitkidə üzvi turĢular vegetasiya dövrünün sonunda toplanır.
Limonda 6-7%, narda 6-9%, tütün yarpağında isə 6-7% limon turĢusu olduğu halda pambıq
yarpağında 6-8% olur. Ən çox limon turĢusu bitkinin çiçəkaltlığında (8,24-10,7%) olur.
1 hektar sahədən 1,5-1,8 ton çiçəkaltlığı əldə edilir. Buna görə də sənayedə limon turĢusu
almaq üçün pambığın yarpağı ilə çiçəkaltlığı ən qiymətli xammal hesab oluna bilər. Pambıq yarpağı
və çiçəkaltlığından yeyinti sənayesində (spirtsiz içkilərin hazırlanmasında, qənnadı məmulatlarında,
qida konsentratlarında, Ģərabçılıqda və kulinariyada) geniĢ istifadə edilir. Limon və alma turĢuların
kimya, toxuculuq, dəri, neft və neft məhsulları istehsalında və fototexnikada da iĢlədilir. Radioaktiv
maddələrin təmizlənməsində də limon turĢusu tətbiq edilir. Tibbdə limon turĢusu, əsasən, müalicə
məqsədləri üçün, eyni zamanda qanköçürmədə geniĢ iĢlədilir.
Hazırda respublikamızda limon turĢusu istehsal edən müəssisə yoxdur. Belə bir müəssisə
yaradılarsa, xammal sarıdan korluq çəkilməyəcək. Respublikamızın ərazisində 200000 hektardan
artıq pambıq əkilərsə və hər hektar sahədən 2,5-3,0 tonadək pambıq yarpağı və 0,5-0,8 ton
çiçəkaltlığı toplanarsa, bu 40 min ton yarpaq və çiçək altlığı deməkdir. 500 min ton yarpaq və
çiçəkaltlığından 1,5 min tondan artıq limon turĢusu istehsal etmək olar. Bundan baĢqa pambıq
yarpağından çoxlu miqdarda karotinoid və riboflavin maddələri də aĢkar edilmiĢdir. Yarpağında
olan amin turĢularının miqdarı heç də qara yonca, soya və qarğıdalı yarpağından geri qalmır.
Pambıq yarpağından əvəzolunmaz lizin, histidin, orgenin trionin, metionin, valin, fenilalalin, leysin
kimi qiymətli amin turĢularından baĢqa çoxlu miqdarda pektin maddəsi, həmçinin karbohidratlardan
mannoza, saxaroza, niĢasta, helisellüloza və s. aĢkar edilmiĢdir.
Pambığın yarpaq və çiçəklər boyaq maddələri ilə də zəngindir. Biz pambıq yarpağının
tərkibindən ilk dəfə olaraq 6,5%-ə qədər flavonoid tərkibli boya maddəsi, çiçəklərindən isə 6,8%-ə
qədər antosian maddəsi aĢkar etdik. Pambıq yarpağı tərkibindəki flavonoid boyaq maddəsinin
tərkibi kversetin, kempferol və s. quruluĢlu olduğu halda, çiçəklərində tapılan antosian
birləĢmələrinin tərkibi xrizantemin (sineidin-3-qlükozid) və qossitisianin (sianidin-3-qlükozid -
sionizid) ibarətdir. Bu antosianlar P vitamini fəallığına malik maddələr hesab edilir. Pambıq
Dostları ilə paylaş: |