143
deyil, katexinin rolunun böyük olmasını sübut edir.
Çoxsaylı tədqiqatlar zamanı müəyyən edilmiĢdir ki, yaĢıl çay ağ ciyər, prostat və döĢ
vəziləri xərçənginin qarĢısını alır. Müəyyən edilmiĢdir ki, bunun əsas səbəbi yaĢıl çayın tərkibində
olan antioksidant xassəli yeni qallokatexin qallat (epiqallocatedin qalat – E6C6) maddəsidir.
Yapon alimləri sübut etmiĢdilər ki, qallokatexin qallat xərçəng hüceyrələrinin inkiĢafının
qarĢısını alır, onların artmasına imkan vermir. Bu hadisə isə 67 LR resoptoru ilə sıx əlaqədə baĢ
verir. Bir çox xərçəng hüceyrələri 67 LR reseptorları ilə əlaqədə olub orqanizmin hüceyrə və
toxumlarında yayılmağa baĢlayırlar. Xərçəng xəstəliyinə tutulmamaq üçün gündə 2-3 fıncan yaĢıl
çay içməyi məsləhətdir.
Bu səbəbdən də çaydan katexin preparatının hazırlanması ideyası meydana çıxdı.
Uzunmüddətli axtarıĢlar nəticəsində, nəhayət, çayın komponentlərindən katexin preparatı almaq
mümükün olmuĢdur. Bu preparatdan nefrit, xroniki hepatit və hipertoniya xəstəliklərinin
müalicəsində müvəffəqiyyətlə istifadə olunur.
Alimləri düĢündürən əsas məsələlərdən biri də, ümumiyyətlə, çayın insan orqanizminə
təsirinin öyrənilməsidir. Bu iĢin ilk tədqiqatçılarından biri Batumi fızioterapiya xəstəxanasının baĢ
həkimi, tibb elmləri doktoru MaqalabliĢvili olmuĢdur. O, ilk növbədə hipertoniya, ateroskleroz,
revmatizm və hepatit xəstəliklərinin müalicəsində çayın rolunu müəyyənləĢdirməyi qərara almıĢdır.
Bu məqsədlə həkim xəstələri yaĢlarına, xəstəliyin xarakterinə, ürək-damar və əsəb sisteminin
vəziyyətinə görə qruplaĢdırmıĢdır.
Ġstehsal prosesində yaĢıl çay dəyərli keyfiyyətlərini nisbətən az itirdiyi üçün ilk təcrübələrdə
yaĢıl çaydan istifadə edilirdi. Müalicənin səmərəliliyini aydınlaĢdırmaq məqsədi ilə xəstələrə bir
neçə müddət (onların razılığı ilə) heç bir dərman verilməyib, ancaq çayla müalicə aparılırdı.
Yüzlərlə xəstə üzərində belə sınaqlar keçirilirdi. Əldə edilən nəticələr həm xəstəliyin, həm də
tədqiqatçıların təəccübünə səbəb oldu. Çay revmatizm və xroniki hepatitə tutulmuĢ xəstələrin
ümumi vəziyyətini yaxĢılaĢdırmıĢ, ateroskleroz və hipertoniya xəstəliklərinin müalicəsində mühüm
rol oynamıĢ, qan damarlarının elastikliyini xeyli artırmıĢdır. Təcrübə göstərmiĢdir ki, həmin
insanların arterial xəstəlikləri cəmi beĢ gün sonra normaya düĢmüĢdür. Görünür, çayın
hipertoniklərə zərərli təsiri haqqında keçmiĢdə hökm sürən anlayıĢ öz qüvvəsini itirmiĢdir.
Uzun müddət Türkmənistanda yoluxucu xəstəliklərin yayılması və onlara qarĢı mübarizə
tədbirləri ilə məĢğul olan tibb elmləri doktoru, professor S.Berdiyeva belə bir cəhətə fikir vermiĢdir
ki, çayın geniĢ yayıldığı rayonlarda qanlı ishal xəstəliyinə olduqca az təsadüf edilir.
AĢqabad Epidemiologiya və Gigiyena Ġnstitutunda və S.Botkin adına Moskva ġəhər
Xəstəxanasında aparılan bir sıra kliniki təcrübələr nəticəsində müəyyən edilmiĢdir ki, qanlı ishal
xəstəliyinin müalicəsində çay səmərəli təsir göstərir. Professor S.Berdiyeva apardığı təcrübələr
nəticəsində belə qərara gəlmiĢdir ki, qanlı ishal xəstəliyinin müalicəsində yaĢıl çay ən kəsərli
vasitədır. Türkmən alimi bir çox xəstəni yaĢıl çayla müalicə etmiĢdir. Ən ağır xəstələrdə belə 2-3
gündən sonra xəstəliyin törədiciləri məhv olmuĢdur. 5-10 gündən sonra isə xəstələr tamamilə
sağalmıĢlar, halbuki, antibiotiklərlə müalicə kursu bir neçə həftə davam edir. Alimlər beyində, mədə
və mədə-bağırsaq sistemində baĢ verən ağır qanaxmaların müalicəsində də yaĢıl çaydan istifadə
etmiĢlər. Çay sidik kisəsində, böyrəklərdə və qara ciyərdə daĢ yığılmasının qarĢısının alınmasında
mühüm rol oynayır. Təsadüfı deyildir ki, çox çay içən çinlilər böyrəkdə daĢ əmələgəlmə
xəstəliyinin nə olduğunu bilmirlər. Alimlər bunun səbəbini çinlilərin yaxĢı çay dəmləmə bacarığına
malik olmalarında və çay dəmlənərkən efırli yağların qorunub saxlanılmasında görürlər.
Almaniyanın Hamburq Ģəhərinin həkimlərinin fikrincə, gün ərzində iki-üç fincan çay içən
Ģəxslərin diĢləri gec xarab olur. Onlar həmçinin təyin etmiĢlər ki, iki fincan çayın tərkibində diĢlərin
çürüməsinin qarĢısını ala biləcək qədər flüor vardır. Həkimlər 37 növ çayı tədqiq etdikdən sonra
müəyyən etmiĢlər ki, bir fincan çayın tərkibində olan flüor çay yarpağının ölçüsündən və yığılma
vaxtından asılıdır. Ən çox flüor köhnə və nazik çay yarpağında aĢkar edilmiĢdir. Çayın yaxĢı
dəmlənməsi üçün 4 dəqiqə optimal vaxt müəyyən edilmiĢdir.
Moskva Elmi-Tədqiqat Stomatologiya Ġnstitutunun əməkdaĢları təcrübə zamanı qəribə bir
hadisə ilə qarĢılaĢdılar. Alimlər təcrübə zamanı müəyyən etmiĢlər ki, Özbəkistanın Gülüstan
Ģəhərinin məktəblilərində, Ukrayna və Baltikyanı respublikalarının məktəblilərinə nisbətən diĢ
144
çürüməsi prosesi baĢ vermir. Gülüstan Ģəhərində yaĢayan uĢaqların yarıdan çoxu diĢ ağrısı nə
olduğunu bilmirlər. Halbuki, onlar Ģirniyyat növlərindən heç də baĢqa Ģəhərlərdə yaĢayan
uĢaqlardan az istifadə etmirlər.
Həkimlərin apardıqları elmi-tədqiqat iĢlərinin nəticəsində məlum oldu ki, Gülüstan
Ģəhərində yaĢayan uĢaqların diĢlərinin agrımamasına səbəb yaĢıl çayın tərkibində olan flüor
maddəsidir. Ona görə də həkimlər məsləhət görürlər ki, orada yaĢıl çaydan da istifadə edilsin.
Çayın tərkibində olan B
1
, P və K vitaminləri dərinin elastikliyini artırır, rəngini yaxĢılaĢdırır,
kapilyar divarlarını möhkəmləndirir. Ümumiyyətlə, çayın müsbət cəhətlərindən çox danıĢmaq olar.
Bu ecazkar içkini həyat sağlamlıq eliksiri adlandıranlar heç də səhv etmirlər. Çay kolu
məhsullarından biri də onun toxumudur. Çay toxumu əkin materialı kimi istifadə edilməklə yanaĢı,
yeyinti sənayesində də iĢlədilir. Çayın toxumunda 36-37% zəhərli saponin maddəsi vardır.
Çində, Yaponiyada və bir sıra baĢqa ölkələrdə çay toxumunu həmin maddədən təmizləyərək,
yeməli yağ istehsal edirlər. Çay toxumundan alınan efırli yağdan sabun istehsalında istifadə olunur.
Çay kolunun bütün məhsulları (çiçək, yarpaq, toxum və cavan budaqları) yuxarıda deyildiyi
kimi, yeyinti, ətriyyat və təbabət sənayesi üçün qiymətli xammaldır. Lakin, hələlik Azərbaycanda
çay kolu məhsullarından bu məqsədlər üçün tam istifadə olunmur, yalnız məxməri çay (qara çay)
hazırlanır.
Azərbaycanda çay bitkisi quru çay hazırlamaq məqsədilə becərilir. Gürcüstanda isə çay
yarpaqlarından qara çaydan baĢqa, yaĢıl çay və preslənmiĢ çay da hazırlanır.
Azərbaycanın quru çayı öz keyfiyyətinə görə dünyanın ən yaxĢı çay növlərindən geri qalmır.
Bunu bitkinin kimyəvi tərkibinə görə Hindistan quru çayı ilə müqayisəsi də aydın göstərir.
Hindistan çayının 46-50%-ni ekstrakt, 25-35%-ni tanin, 3-4%-ni kofein, 4,6%-ni ümumi azot,
5,8%-ni ümumi kül təĢkil edir. Azərbaycan quru çayının tərkibində isə 41-50% ekstrakt, 23,5-
30,0% tanin, 2,4-3,3% kofein, 3,6-5,3% ümumi azot, 4,8-5,8% ümumi kül vardır. Bu göstəriciləri
ilə Azərbaycan çayı Gürcüstan və Seylon çayına uyğundur. Bu maddələrlə yanaĢı Azərbaycan
çayının tərkibində 18,1% C vitamini, B vitamini, nikotin turĢusu (PP vitamini), habelə 4,0-7,4%
pektin maddələri vardır. Bundan baĢqa Azərbaycan çayının yaĢıl yarpaqlarında sərbəst amin
turĢuları vardır ki, bunların da çox miqdarı iyul-avqust aylarında toplanır, bu isə yarpağın əsas
keyfiyyət göstəricilərindən biridir.
QonĢu Gürcüstan Respublikasında çayın daha qaba yarpaqlarından və cavan zoğlarından
yaĢıl çay, kərpici çay, kofein çay konsentratı və s. qiymətli məhsullar hazırlanır. Lakin Azərbaycan
çayçılığında hələlik bu sahəyə əhəmiyyət verilmir. Hər il respublikamızda çay kollarının budanması
ilə əlaqədar hər hektardan 2,0-2,3 ton yaĢıl kütlə xaric edilir ki, ondan da xeyli kərpici çay və yaĢıl
çay hazırlamaq olar. Bizim respublikamızda çay becərilən təsərrüfatlarda yazqabağı çay kollarına
forma verən zaman hər il orta hesabla 20-25 min ton yaĢıl kütlə istifadəsiz qalır. Bu tullantıdan
laboratoriya Ģəraitində yeni texnologiya üsulu ilə yeyinti sənayesində müxtəlif qida nıəhsullarının
sarı, yaĢıl, qəhvəyi və s. rəng və çalarlara boyamaq olar.
DAZI – Hypericaceae Juss. fəsiləsi
Zəif dazıotu – Hypericum perforatum L.
Dazıotu fəsiləsi 40 cinsi və 850-dən artıq növü əhatə edir. Dazı fəsiləsinə daxil olan növlərin
əksəriyyətini yarımkol, kol, ağac və çoxillik otlar təĢkil edir.
Fəsilənin ən maraqlı cinslərindən biri də dazıotu – Hypericum L.-dir Cinsin dünya florasının
tərkibində 400-ə qədər növü yayılmıĢdır. Dazıotu cinsinə daxil olan növlər yarımkol və ot bitkiləri
olub Yer kürəsinin mülayim subtropik və tropik ölkələrinin dağlıq sahələrində, ən çox Orta Aralıq
dənizi ətrafında yayılmıĢdır.
Dazıotunun Qafqazda 27, o cümlədən də Azərbaycanda 15-ə qədər növünə rast gəlmək olar.
Dazıotu cinsinin ən əhəmiyyətli növlərindən biri də zəif dazıotu növüdür.
Zəif dazıotu - Hypericum perforatum L. Bü hündürlüyü 15-75 sm olan çoxillik ot bitksidir.
Gövdəsi bir və yaxud bir kökdən çıxan bir neçə budaqdan ibarətdir. Gövdə yuxarı hissədən
budaqlanandır. Yarpaqları kəskin surətdə müxtəlif formada - enli, dairəvi, ellipsvari, uzunsov-
Dostları ilə paylaş: |