149
dəri xəstəliklərinin, eləcə də revmatizm, sarılıq, raxit, ağ ciyər xəstəliklərinin, podaqra, damar
revmatizmlərinin, diatez, uĢaq ekzemalarının, uĢaqlarda baĢ verən dəri vərəminin və qadın
xəstəliklərinin müalicəsində istifadə edilir (D.K.Qes və b., 1966).
Üçrəngli bənövĢədən müalicəvi preparatların hazırlanması.
BənövĢədən hazırlanan preparatlardan mikrobəleyhinə soyuqdəymə, bəlğəmgətirici,
sidikqovucu, tərlədici, iĢlədici, sakitləĢdirici kimi istifadə edilir.
Damar revmatiztmlərində, artrozda, podaqra zamanı: 1 xörək qaĢığı doğranmıĢ otu 1
stəkan qaynar suya tökün və vam od üzərinə qoyub 15 dəqiqə saxlayın. Sonra 1 saatdan sonra
süzün. Ekstraktı 1 stəkan həcminə gətirib, gündə 2-3 dəfə, yeməkdən sonra stəkanın 1/4 hissəsi
qədər qəbul edin.
Bronxit, traxeit, laringit, ağ ciyər soyııdəymələrində: 2 çay qaĢığı doğranmıĢ otunu 1 stəkan
qaynar suya töküb vam od üzərinə qoyun və 15 dəqiqə saxlayın. Sonra 1 saatdan sonra süzün, 1
stəkan həcminə gətirib gündə 3 dəfə, yeməkdən 30 dəqiqə sonra stəkanın 1/3 hissəsi qədər qəbul
edin.
Ouru öskürək zamanı: Bunun üçün üçrəngli bənövĢə, bağayarpağı, ögey ana otlarından
bərabər həcmdə götürüb bir-birilə qarıĢdırın. 1 xörək qaĢığı qarıĢığı 1 stəkan qaynar suya tökün və
vam od üzərinə qoyub qaynama dərəcəsinə gətirib 1-2 saat saxlayıb süzün. Sonra üzərinə
zövqünüzə görə bal əlavə edib, gündə 3 dəfə, yeməkqabağı stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Ekzema, ekssudativ, diatezdə, sarılıq (xənəzir), allergik mənşəli dermatit zamanı: 2 xörək
qaĢığı doğranmıĢ otunu vam od üzərinə qoyub 5-7 dəqiqə saxlayın və 1 saat dəmləyib süzün.
Aldığınız ekstraktdan kompres, sürtmə və yuma Ģəklində müalicə aparın.
Sarılığın müalicəsində aşağıdakı qarışıqdan istifadə etməyi məsləhət görürlər: Üçyarpaq
bənövĢə ilə qanqaldan bərabər miqdarda götürüb qarıĢdırın. AlınmıĢ qarıĢıqdan 1 xörək qaĢığı
götürüb 1 stəkan qaynar suya töküb vam od üzərinə qoyun və 15 dəqiqə saxlayın. Sonra soyudub
süzün. Ekstraktdan gündə 3-4 dəfə bir xörək qaĢığı (uĢaqlara isə 1 çay qaĢığı) yeməkdən sonra
qəbul edin.
Diqqət! BənövĢədən hazırlanan preparatlardan hepatiti, qlomerulonefriti olan xəstələrin
qəbul etmələri məsləhət görülmür.
CANAVARGĠLƏSĠ – Thymelaeaceae Juss. fəsiləsi
Adi canavargiləsi – Daphne mezereum L.
Dünya florasının tərkibində DaphneL. cinsinin 100-ə qədər növünə təsadüf etmək olar. Bu
növlərə ən çox Asiyanın cənub-Ģərqində, Himalay dağlarında, Ġran və Aralıq dənizi ölkələrinin
ərazilərində rast gəlmək olar. Bu cinsin Qafqazda, o cümlədən Azərbaycanda 6 növü yayılmıĢdır.
Onların içərisində ən əhəmiyyətli növü adi canavargiləsi – Daphne mezereum L. hesab edilir.
Adi canavargiləsi – D. mezereum L. hündürlüyü 1,0-1,8 m olan düz qalxan kol bitkisidir.
Gövdəsinin qabığı sarımtıl-boz rəngdə olub, üzəri qonur nöqtələrlə əhatə olunmuĢdur. Cavan
budaqları sıx tüklərlə örtülmüĢdür. Yarpaqları, tökülən növbəli olub, uzunsov, tərsinə lansetvaridir.
Ətirli çiçəkləri çəhrayı, qırmızı, bəzən ağ rəngdə olub 3-5 ədəd dəstə Ģəklində yarpaq qoltuğunda
yerləĢmiĢdir. Çiçəkyanlığı boru, qıfvari formada olub dördbarmaq kimidir. Meyvəsi Ģirəli, dairəvi,
qaramtıl-qırmızı rəngdə olan çəyirdəkmeyvədir.
Adi canavaıgiləsi Azərbaycanda Böyük Qafqazın
Quba ərazisinin Ģərq və qərb zonalarında, Kiçik Qafqazın
Ģimal və cənub ərazilərində yayılmıĢdır. Buna ən çox
yuxarı və orta dağ zonalarında, çox nadir hallarda isə
aĢağı dağətrafı meĢə zonalarında təsadüf edilir. Ən çox
kölgəli meĢələrdə, tək və qrup halında yayılmıĢdır.
Bitkinin adının yaranmasına səbəb olan belə bir
rəvayətdə deyilir: ―Çay Allahı Peneyanın qızı - yunan
mifologiyasında təbiətin müxtəlif qüvvələrindən birini
150
təmsil edən Dafna belə ki, o Erot Apollonu sevdiyinə görə çox əziyyət çəkirdi. Dafnanın ürəyinə isə
məhəbbəti öldürən ox sancılmıĢdır. Apollon qızı dəlicəsinə sevir və həmin gündən onu izləməyə
baĢlayır. Bunu hiss edən Dafna atasına yalvarır ki, onun ilahidən verilmiĢ gözəlliyini əlindən alsın.
Peney qızının xahiĢini yerinə yetirərək onu gözəl görünüĢə malik olan kol bitkisinə çevirir. Kolun
yarpaqları qızın saçlarım xatırladır. Bu əfsanəyə görə canavargiləsinə gözəllər gözəli Dafnanın adını
vermiĢlər‖.
Canavargiləsi dərman və bəzək bitkisi sayılır. Bitkinin qabıq hissəsindən dafnetkosin,
kumarin - dafnin, kök və budaqlarının qabıqlarından umbelliferon, dafnetin, dafnin, dafnetin-8-
qlükozid, katexin, apigenin flavonoidləri, budaqlarında 4,3% saxaroza, yarpaqlarında kumarin,
0,97-2,07% umbelliferon, 0,10-0,44% dafnetin, 0,12-1,16% dafnin, 0,4-1,66% dafnosetin,
hesperidin, toxumlarından mezerin, boyaq maddələri, mum, qatran və s. aĢkar edilmiĢdir.
Orta əsrin məĢhur təbibi Əbu Əli Ġbn Sina yazırdı ki, canavargiləsindən hazırlanan cövhər,
dəmləmə və məlhəmlərdən cüzam, əsəb xəstəlikləri, baĢgicəllənmə, yuxusuzluğa, öd kisəsi və qara
ciyər xəstəliklərinin müalicəsində istifadə edilirdi. ġair Y.V.Linik canavargiləsinin ətrafında uçuĢan
sarı, limonu-sarı və müxtəlif rəngli kəpənəkləri görüb heyrətə gəlir. O, təbiətin bu qədər gözəl və
rəngarəngliyinə heyran olduğunu dönə-dönə qeyd edir. Canavargiləsinin ətıafındakı bitki və həĢərat
növlərinin gözəlliklərini və insanı necə heyran etdiyini dönə-dönə təsvir edir. Qədim əlyazma
formasında qalmıĢ «Müalicə və sevimli magiya» kitabında qeyd edilir ki, iki gün oruc tutduqdan
sonra günbatan zaman canavargiləsi kolundan 13 ədəd budaq kəsib, onları xırda hissələrə salaraq
qurudun. Sonra onu döyüb toz halına salın, həmin tozu təmiz parçadan tikilmiĢ torbaya töküb, ona
bozumtul rəngli ətirli ənbər qatın. 13 gün gecə-gündüz ürəyinizin üstündə gəzdirin. Sonra isə onu
ürəyinizdə istədiyiniz adamın balıĢının üzərinə səpsəniz, az bir müddət içərisində həyatınızda sizin
xeyrinizə böyük dönüĢün baĢ verdiyinin Ģahidi olacaqsınız. MəĢhur botanik P.S.Pallas 1776-cı ildə
«Rus dövlətinin müxtəlif vilayətlərinə səyahət» kitabında qeyd edir ki, sibirlilər bu kol bitkisini
«yabanı bibər» adlandırırlar. Bitkinin meyvəsindən hazrladıqları Ģirədən öskürək və qurd əleyhinə
istifadə edirlər. KiĢilər toxumlarını narın toz halına salıb çay kimi dəmləyib içərək mədələrini
mökhəmləndirirlər. Kökündən hazırlanmıĢ acmtıl tozdan diĢ ağrılarında sakitləĢdirici vasitə kimi
istifadə edilir. Sibir xalqları bu gün də bitkinin qabığından hazrladıqları məlhəmin köməyilə bütün
damar ağrılarını, osteoxondroz, artrit, revmatizm, iflic və podaqranı müalicə edirlər.
Xalq təbabətində, eləcə də elmi təbabətdə xərçəng, mədə-bağırsaq, öskürək, vərəm, qızılça,
sarılıq, dizenteriya, eləcə də bir neçə tromboflobit xəstəliklərində bitkidən hazırlanan preparatlar
tətbiq edilir.
Eyni zamanda boğaz, burun-qulaq, həzm yollarında və uĢaqlıqda əmələ gələn ĢiĢlərin
müalicəsində də istifadə edilir.
Canavargiləsindən cövhəriın hazırlanması. 30 q quru qabıq hissəsindən götürüb 0,5 litr
arağın içərisinə tökün, 2 həftə qaranlıq yerdə saxlayın. AlınmıĢ sarımtıl rəngli mayedən 1 damcı
götürüb 200 ml qaynadılmıĢ ilıq su ilə qarĢdırıb gündə 3 dəfə daxilə qəbul etmək məsləhət görürlür.
Prosesi 30 damcıya çatdırmaqla 30 gün davam etidrmək olar.
20-30 q canavargiləsi götürüb 100 ml suda dəmləyir, gündə 5 ml daxilə qəbul edərək
epilepsiya xəstəliyini müalicə edirlər. Müalicə üsulu o qədər effektiv təsir göstərir ki, yatmıĢ xəstəni
belə tərpədib oyada bilmirsən. Bitkidən alınan Ģirədən həĢərat sancmalarında da istifadə edilir.
Canavargiləsindən müalicəvi mazın hazırlanması: 5 hissə cövhərindən götürüb 10 hissə
vazelin və ya kərə yağı ilə qarıĢdırıb alınan mazdan revmatizm, nevralgiya, podaqra ağrılarında
sürtkü kimi istifadə edilir. Meyvəsini distillə olunmuĢ suyuna töküb qaynadaraq cövhərini
hazırlayıb mədə xərçəngində stəkanın 1/4 hissəsi qədər daxilə
qəbul edin.
ĠYDƏ – Elaeagnaceae Juss. fəsiləsi
Çaytikanı - «Sibir ananası» - Hippophae rhamnoides
L.
Dünya florasının tərkibində iydə fəsiləsinin 3 cinsinə
Dostları ilə paylaş: |