153
Çaytikanının müxtəlif sortlarının tərkibində olan aktiv P vitaminin miqdarı 75-100 mq%
təĢkil edir ki, bu da hər hansı bağda becərilən bitkilərdəkindən azdır, alma meyvəsinin
tərkibindəkinə isə uyğun gəlir. Tərkibindəki katexin birləĢməsinin miqdarı meyvənin yetiĢmə
dərəcəsindən və hava Ģəraitindən asılı olur. Ən çox katexin və leykoantosian birləĢmələri
Buryatiyada bəzək məqsədilə əkilib-becərilən çaytikanı bitkisinin meyvəsindən tapılmıĢdır. Həmin
bitkidə 50-250 mq% katexin və leykoantosian olduğu müəyyən olunmuĢdur.
Filloxinon (K vitamin qrupu). Altay vilayətində yetiĢdirilən çaytikanı meyvəsinin
tərkibində 0,9-1,2 mq%, bəzi hallarda isə 15 mq%-ə qədər K vitamin qrupları tapılmıĢdır. K
vitamini qıĢ vaxtlarında donduıulmuĢ çaytikanı meyvələrində olduqca yaxĢı qalaraq tərkibini
itirmir.
Çaytikanının 100 q meyvəsində 8-18 mq%-ə qədər E vitamini (tokoferol) olduğu müəyyən
edilmiĢdir ki, bu da sarı böyürtkəni istisna olmaqla indiyə qədər tanıdığımız bütün meyvə və
giləmeyvələrdəkindən qat-qat çoxdur.
Aşı maddəsi. Tanıdığımız meyvə və giləmeyvələrə nisbətən çaytikanının tərkibində aĢı
maddəsinin miqdarı çox azdır.
Cədvəl 6. Çaytikanının tərkibindəki aĢı maddəsinin baĢqa meyvələrlə müqayisəsi
Meyvələr
AĢı maddəsi, (%-lə)
Qara qarağat
0,33-0,42
Çaytikanı
0,06-0,25
Alma
0,10-0,25
Yer fındığı
0,12-0,17
Moruq
0,13-0,14
DondurulmuĢ çaytikanı bitkisinin meyvəsində aĢı maddəsi azalır, yox dərəcəsinə gəlib çatır.
Mineral maddələr. Çaytikanı meyvələrinin tərkibində 15-ə qədər mikroelement var.
Bunlardan dəmir, manqan, maqnezium, alüminium, bor, gümüĢ, silisium, xlor və s. göstərmək olar.
Buryat MR-in Pemnik rayonundan yığılmıĢ çaytikanı meyvəsinin tərkibində 3,7+0,16 mq%
mis, 16,5+1,6 mq% sink, 13,8+1,3 mq% manqan, 0,82+0,03 mq% kobalt oluduğu müəyyən
edilmiĢdir.
Kumarinlər. Bütün çaytikanı sort və formaları tərkibində kumarin maddələri saxlayır.
Amin turşuları. Buryatiyadan toplanmıĢ çaytikanı meyvəsinin tərkibində amin turĢularından
0,453% lizin, 0,33% histidin, 1,8% arginin, 1,55% asparagin turĢusu, 0,325% treonin, 0,597% serin,
2,24% qlyutamin turĢusu, 0,75% prolin, 0,65% qlisin, 0,828% alanin, 0,196% valin, 0,554%
izoleysin, 1,073% leysin, 0,35% tronin, 0,587% fenilalanin və s. tapılmıĢdır.
Yağ. Sibirdə bitən çaytikanı meyvəsinin dondurulmuĢ lətli hissəsindən 8% yağ, toxumundan
isə 12-13% yağ alınmıĢdır. Hər iki yağın tərkibi yağ xüsusiyyətinə cavab verib, bir-birlərindən rəng
və tərkibcə fərqlənir. Meyvəsindən alınan yağın rəngi narıncı və yaxud qırmızı, toxumunun yağı isə
zəif sarı rəngdə olur.
Toxumundan alınan yağ maye halında, sarı rəngli olub, heç bir dada və iyə malik deyil. Lət
hissəsindən alınan yağ da maye halındadır, qırmızımtıl-qəhvəyi rənglidir, turĢ dada və xoĢ iyə
malikdir. Qabığının yağı isə qatı halda, tünd-qəhvəyi rəngdə olub, zəif büzüĢdürücü dadı və xoĢ iyi
var.
Çaytikanının lətli hissəsindən alınan yağı iki il qapalı qabda saxladıqdan sonra tərkibini
analiz etdikdə onda çoxlu miqdarda stearin, palmitin, liqnosedin, linuzin, araxin və s. yağ turĢuları
tapılmıĢdır.
Lət hissəsindən alınan yağla toxumundan alınan yağın fiziki və kimyəvi xüsusiyyətləri bir-
birindən fərqlənir.
Çaytikanının lətli hissəsindən alınan yağın tərkibi karotinoidlərlə zəngin olduğu halda,
toxumundan alınan yağda karotin olduqca azdır, digər karotinoidlər isə yoxdur. Lətdən alınmıĢ
yağın tərkibində 160 mq% vitamin E olduğu halda, toxumdan alınan yağda 120 mq% E vitamini
var.
154
Çaytikanı meyvəsinin tərkibindəki yağın miqdarı genetik formadan, hava Ģəraitindən,
meyvənin yetiĢmə dərəcəsindən, bir sözlə ekoloji amillərdən çox asılıdır.
Təbii şirə. Çaytikanı Ģirəsi təbii halda Ģəffaf, açıq yaĢılımtıl-sarı rəngdə, turĢ tamlı, ananas
iyli, ağımtıl mayedir. Tərkibində 2,7% alma turĢusu, 1,86% qlükoza, 0,55 q fruktoza, 0,09 q pektin
maddəsi, azot maddəsi, zülal və aĢı maddələri var. 1 kq dondurulmuĢ çatikanı meyvəsini preslə
sıxdıqda 570-600 ml Ģirə alınır. AlınmıĢ Ģirəni azbest süzgəcdən süzürlər. Bu zaman yağ maddəsi
süzgəcdə qalır. Alınan Ģirə Ģəffaf, açıq sarı rəngdə olur, xoĢ iyə malikdir. Bunun tərkibində 2,41%
Ģəkər, 2,74% turĢu və 0,09% pektin maddəsi olur. Təzəcə alınmıĢ Ģirənin tərkibində askorbin
turĢusu 500-600 mq%, donmuĢ meyvə Ģirəsinin tərkibində isə 145,5 mq% olur. Son texnologiya ilə
1 ton meyvədən 1875 litr Ģirə alınır. AlınmıĢ Ģirəyə su və 15% dənəvərləĢdirilmiĢ Ģəkər qatılır.
Həmin Ģirənin tərkibində 30 mq% askorbin turĢusu 200 mq% P vitamin qrupu, 24,8 mq% yağ, 56
mq% karotin, 200-300 mq% karotinoidlər, 100-160 mq% E vitamini, tərkibində 20% P vitamin
qrupu olan 125 mq% pereparat və s. tapılmıĢdır. Çaytikanı Ģirəsinin turĢuluğu yüksək olduğuna
görə onu mədə Ģirəsi turĢuluğu çox olan xəstələr qəbul edə bilmirlər.
Sıxılıb alınmıĢ Ģirələri bir qaba yığıb, üzərinə Ģəkər əlavə edirlər. Sonra alınmıĢ Ģirəni 10
dəqiqə müddətində 80° temperaturda 1,2-1,5 atmosfer təzyiqində kip bağlanan qazanda sterilizə
edirlər. Alınan Ģirə bulanır, sarı rəngli, turĢa-Ģirin dada malik olur, çaytikanı meyvəsinin iyiııi
xatırladır. Alınan mayenin sıxlığı 6%, turĢuluğu alma turĢusuna görə 1,2%, xüsusi çəkisi 1,026,
tərkibində 25% Ģəkər, 18% quru maddə, 30 mq% askorbin turĢusu olur. Alınan Ģirə 0+12°
temperaturda 6 ay müddətində saxlanılır.
Çaytikanı meyvəsindən şirənin alınması. 100 q quıu çaytikanı Ģirəsinin tərkibində 52,2 q
piy və lipid, 11,7 q zülal, 14,5 q alma turĢusu və 1,6 q baĢqa quru maddələr tapılmıĢdır. Altay tibb
institutunun biokimya kafedrasının əməkdaĢları Ġ.Ġ.Matusis və həmkarları 1957-ci ildə vakkum
aparatında çaytikanı Ģirəsini 100-200 mm təzyiqdə 60-80° temperaturda qatılaĢdırmıĢlar.
QatılaĢdırmanı 4-6 dəfə təkrar etdikdən sonra Ģirənin tərkibində olan 713-779 mq% askorbin
turĢusunun miqdarı azalaraq 201-224 mq%-ə enmiĢdir. QatılaĢdırılmıĢ Ģirənin tərkibi C vitamini ilə,
həmçinin turĢularla, dadlı və xoĢ ətirli maddələrlə zəngin olur. Ondan müxtəlif içki növləri, kisel və
bir çox qida məhsullaıı hazırlayırlar.
Çaytikanı meyvəsindən quru şirənin alınması. Çaytikanı Ģirəsinin tərkibi bioloji aktiv
maddələrlə zəngin olub, orqanizmi qüvvətləndirir, iĢtah gətirir, maddələr mübadiləsini normal
vəziyyətə salır. Lakin onun uzun müddət saxlanması və daĢınması çətindir. Bunun üçün alimlər
çalıĢmıĢlar ki, Ģirəni quru toz halına salsınlar.
Çaytikanı Ģirəsini süzgəcdən keçirdikdən sonra onu 45-50°C temperaturda termostatda
qurudurlar. Bu zaman 10,4% quru Ģirə alınır. Bu quru Ģirə tünd-qonur rəngdə olur. AmorfĢəkilli,
turĢtəhər, acı dada malik pH-ı 1%-li sulu məhlulda 1,375 olan tozdur. Suda yaxĢı, isitdikdə isə pis
həll olur. Sulu məhlulda turĢuluq dərəcəsi 12,2-dir. ġüĢə qablarda saxlanılması məsləhət görülür.
Cecə. Çaytikanı meyvəsinin yağını aldıqdan sonra 20%-ə qədər cecə halında tullantı əmələ
gəlir. Bu cecə sarı-qəhvəyi rəngdədir. Ə1 ilə yoxladıqda amorf Ģəkilli yağlı toz olduğu hiss edilir.
Suda gec həll olur. Az halda spirtdə, efırdə, xloroformda və yağda həll olur.
Təzə cecənin tərkibində 1,14% fosfor, 0,2% kalsium, 18,34% protein, 12,36% piy, 12,0
tanin, 12,65% sellüloza, 1,96% kül, 64,67% azotsuz ekstraktiv maddələr var. Cecəni bir il
saxladıqdan sonra onun tərkibində olan maddələrin miqdarı, o cümlədən karotin 3 dəfə, piy 4,48%
və s. azalır.
Cecə 30 kq-lıq kağız kisələrə doldurulub dövlət tərəfindən satıĢa göndərilir. Quru anbarlarda
saxlanma müddəti 6 aya qədərdir.
Çaytikanı cövhəri. Çaytikanı meyvəsindən cövhər aĢağıdakı üsulla alınır. Doğranıb
xırdalanmıĢ meyvəni süzgəcdən süzüb, xloroform və yaxud 1:3 nisbətində efır (1 hissə meyvəyə 3
hissə xloroform və yaxud efır) əlavə edilir. Cövhəri otaq temperaturunda ağzı kip bağlanan qabda 7
gün saxlayırlar. Sonra onu süzgəcdən keçirib, termostatda 45-50° temperaturda buxarlandırırlar.
Xloroform və yaxud efır 37-38° temperaturda buxarlanıb yox olur. AlınmıĢ cövhəri xloroform və
efir iyi çıxıb qurtarana qədər vakkum-nasosda qovurlar.
Birinci çıxarıĢda ekstraktla birlikdə suda həll olmayan maddələr qalır. Sonra bunları bir-
Dostları ilə paylaş: |