157
öyrənərkən də müsbət nəticələr alınmıĢdır. Gözün buynuzlu qiĢasında aparılan cərrahiyyə
əməliyyatında yaranın üzərinə yağ sürtülməsi onun yağ süıtülməyən yaraya nisbətən 3 gün tez
sağalmasına səbəb olmuĢdur.
Çaytikanı yağının bərpaedici xüsusiyyətləri gözünün buynuzlu qiĢası pozulmuĢ ev dovĢanı
üzərində aparılan təcrübələrlə öyrənilmiĢ və müsbət nəticələr əldə edilmiĢdir. Belə ki, bir müddət
keçəndən sonra evdoĢanının gözünün buynuzlu qiĢası bərpa olunmuĢdur.
Çaytikanı yağı ilə burun boĢluğunun selikli qiĢasının iltihabı da müvəffəfəqiyyətlə müalicə
edilir. Yağla həmçinin dəridə əmələ gələn Ģüa xəstəliklərini və arteroskleroz xəstəliyini sağaldırlar.
Bir sözlə, çaytikanı yağı orqanizmdə əmələ gələn müxtəlif yaraların, bağırsaq iltihablarının,
qan azlığının və s. xəstəliklərin müalicəsində çox qiymətli dərmandır.
KeçmiĢdə yunanların müqəddəs saydıqları at xəstələndikdə, çaytikanının cavan zoğları və
yarpaqları ilə müalicə edərmiĢlər. Belə ki, xəstə at çaytikanının zoğları və yarpaqları ilə
yemləndikdən bir az sonra onun tükləri parıltılı, iĢıltılı bir görkəm alır və tezliklə sağalır. Rəvayətə
görə çaytikanının yunanca adı da buradan əmələ gəlmiĢdir. Hippophae – hippos - at, phae -
parıldamaq, iĢıldamaq deməkdir.
Göründüyü kimi, hələ qədim zamanlardan insanların çaytikanı ilə yaxından maraqlanması
nəticəsində müəyyən edilmiĢdir ki, bu bitkinin çiçəkləri, meyvələri, yarpaqları, cavan zoğları,
oduncağı, kökü və s. xalq təsərrüfatının bir çox sahələrində istifadə olunmuĢ və hal-hazırda bu
istifadə daha geniĢ miqyas almıĢdır.
Çaytikanı oduncağının külündə çoxlu potaĢ, yarpaqlarında isə 10%-ə qədər aĢı maddəsi
olduğu aĢkar olunmuĢdur.
Balın insan həyatında xeyiri qədim zamanlardan hamıya məlumdur. Ancaq onun gözəl ətirli,
tərkibcə daha keyfiyyətli olması həmin balın hansı bitkilərdən çəkilməsindən bilavasitə asılı olur.
Ondan ahnan bal Ģəffaflığına, ətrinə, keyfiyyətinə görə çox yüksək üstünlüyə malik olur.
Çaytikanı uzunömiirlüdür. 80 ilə qədər yaĢayır, oduncağı sarı rəngdə, nazik təbəqəli, çox
möhkəm və davamlıdır.
Biz çaytikanının soğan, zoğ, yarpaq, oduncaq və meyvələrindən boya ekstraktı hazırlayıb
yun, ipək və pambıq məmulatlarını sarı, sarı-narıncı, narıncı, qızılı-sarı, yaĢılımtıl, zeytunu, tütünü,
tütünü-yaĢıl, bozumtul, açıq-qəhvəyi, tünd qəhvəyi, Ģabalıdı, qaramtıl, kərpici və s. rəng və
çalarlarla boyadıq.
Respublikamızda ilk dəfə olaraq Azərbaycan MEA-nın Qeyri-üzvi və fıziki-kimya
institutunun nəzdində fəaliyyət göstərən «Xususi konstruktor» bürosunun direktoru k.e.d.
Qəhrəman Həsənov ilə mənim rəhbərliyimlə, 6 laboratoriyanın alim, mühəndis və texniki iĢçilərinin
yaxından köməkliyi sayəsində çaytikanı meyvəsindən ildə istehsal gücü 500 ton olan ekstrakt və
yağ məhsulu istehsal edən zavodun layihə texniki sənədləri hazırlanıb müvafiq təĢkilatlara təhvil
verilmiĢdir.
Çaytikanının yarpaq və kök hissəsindən hazırlanan dəmləmə və cövhərlərdən zəhərlənmə,
angina, stomatit və gingivit vaxtı, podaqra və revmatizmdə istifadə edilir. «Qızıl xəzinəsi» hesab
edilən çaytikanının müalicəvi xüsusiyyətləri haqqında çoxlu əfsanələr, fərziyyələr də mövcuddur.
Onun bütün hissələrində, o cümlədən də giləmeyvəsində insan orqanizmi üçün vacib sayılan çoxlu
miqdarda qiymətli makro və mikroelementlər tapılmıĢdır.
Giləmeyvəsindən alınan Ģirəsi həzm prosesini stimullaĢdırır, qanda xolesterinin miqdarını
aĢağı salır. O, toyuq korluğunda, kataraktın müalicəsində, qəbizlikdə, hipertoniyada, ürəyin iĢemik
xəstəliklərində, avitaminozda yaxĢı təsir göstərir.
Diqqət! Çaytikanının təzə meyvələri mədə yarası və sidik kisəsi xəstəliklərində əks təsirə
malikdir, yəni bu xəstəlikdən əziyyət çəkənlərə istifadə etmək olmaz.
Çaytikanından müalicə preparatlarının hazırlanması.
Revmatizm, artrit, podaqra zamanı. XırdalanmıĢ yarpaqlarının üzərinə 2 stəkan qaynar su
töküb 5 dəqiqə müddətində qaynadın. Süzdükdən sonra gündə 3-4 dəfə stəkanın 1/4 hissəsi qədər,
yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.
Oynaqlarda ağrı zamanı. Spirtli cövhərdən masaj məqsədilə istifadə edə bilərsiniz. Bunun
üçün 5 xörək qaĢığı xırdalanmıĢ təzə yarpaqlarını butılkaya töküb, üzərinə 0,5 litr araq əlavə edib,
158
qaranlıq yerdə 10 gün saxladıqdan sonra süzün. AlınmıĢ məhlulu axĢamlar oynaqlara sürtdükdən
sonra üstündün yumĢaq yun parça ilə bağlayın. Ağrıyan nahiyələri yarpaqlardan hazırlanmıĢ tünd
qatı məhlulla ovuĢdurmaq olar. Bunun üçün yarpaqlarından müəyyən miqdarda götürüb qazana
tökün. Üzərinə azacıq su əlavə edib (su yarpaqları örtənədək) vam odda 10 dəqiqə qaynadın, süzüb
isti halda gecələr yatmazdan əvvəl ağrıyan nahiyələrə sürtün.
Angina, gingivit, stomatit zamanı. 1 xörək qaĢığı xırdalanmıĢ yarpaqların üzərinə 1 stəkan
qaynar su töküb 10 dəqiqə qaynadın. Süzdükdən sonra boğaz və ağzınızı gündə 6 dəfə bu məhlulla
yaxalayın.
Diareya zamanı. Çaytikanının qurudulmuĢ və xırdalanmıĢ yarpaqları və budaqlarının
üzərinrə soyuq su töküb, odda 5 dəqiqə qaynadın. Bir saat saxlayıb süzün və bir dəfəyə daxilə qəbul
edin.
Çaytikanı yağının canlandırma qüvvəsi. Çaytikanınm ən qiymətli hissəsi onun
meyvəsindən hazırlanan yağıdır. Bunun yağını heç bir bitkidən alınan yağla əvəz etmək olmaz. Bu
çətin sağalan yaraların, yanıqların, don vurmanın, Ģüa zədələnmələrinin, trofik yaraların,
ekzemaların müalicəsində geniĢ istifadə edilir.
Mədə və onikibarmaq bağırsağın xəstəlikləri zamanı. Çay qaĢığının 1/2 hissəsi qədər
çaytikanı yağından götürüb gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.
Uşaqlıq yollarının, eləcə də kolitin müalicəsi zamanı. Pambıq tamponu yağla isladıb
uĢaqlıq yoluna yeritmək lazımdır. YaxĢı olar ki, əməliyyatı hər gün axĢamlar yerinə yetirəsiniz.
Müalicə müddəti 10-12 gündür.
Avitaminoz, anemiya zamanı. 3 xörək qaĢığı çaytikanı Ģirəsi, 1/2 stəkan nanə dəmləmsi, 1
xörək qaĢığı bal və isti qaynar su götürün. Bütün komponentləri ehtiyatla bir-birilə qarıĢdırın,
qapaqla ağzını örtüb 2 saat soyuducuda saxlayın. Aldığınız çaytikanı-nanə içkisindən gündə 2 dəfə
səhər və günorta yeməyinə 1 saat qalmıĢ qəbul edin. Müalicə kursu 10-14 gündür.
Dəridə baş verən allergiyanın müalicəsində. 1 xörək qaĢığı təzə çaytikanı giləmeyvəsindən
götürüb 1 stəkan qaynar suya töküb zəif od üzərinə qoyun, 7-10 dəqiqə biĢirin və 1 saat dəmləyib
süzün. Aldığınız isti cövhərdən stəkanın 1/2 hissəsi qədər gündə 2-3 dəfə yeməkqabağı qəbul edin.
Sonra aldığınız ekstraktdan tənzifə hopdurub hər 3 saatdan bir xəstə nahiyəyə qoyub 10-15 dəqiqə
saxlayın. Müalicə kursu 7-10 gündür.
Maddələr mübadiləsi pozuntularında, şəkərli diabet zamanı. Köməkçi vasitə kimi 3 xörək
qaĢığı qurudulmuĢ itburnu meyvəsi götürüb termosa tökün və üzərinə 5 stəkan qaynar su əlavə edib
yarım saat dəmləyib süzün. Aldığınız cövhərin üzərinə 4 xörək qaĢığı çaytikanı Ģirəsi, 3 xörək
qaĢığı bal əlavə edib ehtiyatla qarıĢdırın. Ekstraktdan gündə 2-3 dəfə yeməkqabağı stəkanın 2/3
hissəsi qədər qəbul edin. Müalicə kursu 3 həftədir.
Uzun sürən xəstəlik və əsəb gərginliyi zamanı. 3 ədəd turĢ alma götürüb sürtgəcdən
keçririn. Aldığınız sıyığın tərkibinə 3 stəkan qaynar su əlavə edib 1 saat dəmləyib süzün.
Dəmləmənin tərkibinə 2 xörək qaĢığı kök və çaytikanı Ģirəsi əlavə edin. Ġçkidən 2-3 dəfə yeməyə
yarım saat qalmıĢ qəbul edin. Müalicə kursu 7-10 gündür.
Maqnit burulğanı zamanı qan təzyiqində vaş verən nasaz dəyişikliyin aradan qaldırılması
üçün. Qan təzyiqi yüksək olan zaman hər 1 kq çəkiniz üçün 1 q olmaqla gündə 2-3 dəfə çaytikanı
Ģirəsi, aĢağı olan zaman isə 2 q/1 kq çəki hesabı ilə qəbul edin. Müalicə kursunu vəziyyətiniz
yaxĢılaĢana qədər davam etdirin.
İmmuniteti möhkəmləndirmək məqsədilə. Hər gün 3-4 dəfə yeməkdən sonra 1 xörək qaĢığı
çaytikanı yağı qəbul edin. Müalicə kursu 1-2 gündür.
Uşaqlarda baş verən adenoidin müalicəsi zamanı. Əlavə vasitə kimi 3 xörək qaĢığı
çaytikanı yağı, 1 xörək qaĢığı təzə soğan Ģirəsi, 2 xörək qaĢığı zeytun yağı, 1 xörək qaĢığı maya, bal
götürün. Bütün komponentləri ehtiyatla bir-birilə qarıĢdırın. Pambığı çox da nazik olmayan
sapaoxĢar vəziyyətə salın və aldığınız məhlul ilə isladıb burun dəliklərinə qoyub 20 dəqiqə
saxlayın. Əməliyyatı gündə 1-2 dəfə təkrar edin. Müalicə kursu 2-3 həftədir.
Gec sağalan yaraları müalicə etmək üçün. Pipetkanı çaytikanı yağı ilə doldurub xəstə
nahiyəyə yeridib tənzif və yaxud salfetka ilə örtüb sarıyın. Sarğını gündə bir dəfə dəyiĢin.
Təzə çaytikanı meyvəsini əzib sıyıq halına salıb 5:1 nisbətində bitki yağı ilə qarıĢdırın,
Dostları ilə paylaş: |