159
aldığınız sıyıqdan sterilizə edilmiĢ tənzifın üzərinə yaxıb xəstə olan nahiyəyə qoyub sarğı ilə
sarıyın. Əməliyyatı axĢamlar 1 dəfə aparın. Müalicə kursu tam sağalana qədərdir.
Diqqət! Çaytikanı yağı və onun preparatları ilə müalicəni ancaq həkim nəzarəti altında
həyata keçirmək lazımdır. Bu yağı kəskin xolesistit, hepatit, pankreatit və mədə pozuntuları (ishal)
zamanı qəbul etmək olmaz.
Ev şəraitində çaytikanı yağını aşağıdakı üsullarla hazırlamaq olar:
1)
Təzə dərilib təmizlənmiĢ çaytikanı giləmeyvəsini ət maĢını və yaxud mətbəx
kombaynından keçirib xırda hissələrə salın. AlınmıĢ Ģirəni tənzifdən süzüb keramik və
yaxud ağzı enlı ĢüĢə qablara doldurun. Bir gündən sonra ehtiyatla qabın üzərinə çıxmıĢ
yağı taxta qaĢıqla götürüb baĢqa bir qaba yığın. Yerdə qalmıĢ tullantıların üzərinə 1:10
nisbətində qaynadılmıĢ soyuq su əlavə edib 2-3 gün saxladıqdan sonra yenidən qabın
üzərində olan yağı ehtiyatla götürüb qaba tökün.
2)
ƏzilmiĢ giləmeyvənin üzərinə 1:10 nisbətində su, stəkanın 1/2 hissəsi qədər Ģəkər tozu, 1
xörək qaĢığı maya əlavə edib 40-50°C temperatur Ģəraitində 3 gün saxlayın. Yağ
tamamilə, qabın üzərinə çıxdıqda onu taxta qaĢıqla ehtiyatla yığıb götürün.
Giləmeyvənin sıxıb Ģirəsini çıxaıdıqdan sonra yerdə qalan qabıq və dənələrini (toxumlarını)
qurudub xırda hissələrə salıb termosa tökün və 60ºC temperatuıda qızdırılmıĢ zeytun yağı və yaxud
təmizlənmiĢ günəbaxan yağını 1:1 nisbətində əlavə edin. 3 gün saxlayın. Sonra hazır olmuĢ yağı
tünd ĢüĢə butulkalara doldurub soyuducuda saxlayın. Aldığınız yağın saxlanma müddəti 2 ildir.
Çaytikanından müalicəvi qida məhsullarının hazırlanması.
Şirə - “Gənclik vitamini”. Təzə sıxılıb çıxarılmıĢ çaytikanı Ģirəsini emal qazana töküb, zəif
od üzərinə qoyun və üzərinə Ģəkər tozu əlavə edib (1 litr Ģirəyə 300 q olmaqla), onun tam həll
olması üçün tələsməyin. Sonra qaynama dərəcəsinə gətirin (ancaq qaynatmamaq Ģərtilə). ġirəni
sterilizə edilmiĢ bankaya doldurub ağzını möhkəm bağlayın. Aldığınız Ģirədən mors və kisel
hazırlanmasında istifadə edin.
Çaytikanının şəkər tozu ilə qarışığı – “sağlamlıq nektarı”nın hazırlanması. Giləmeyvəni
yuyub, təmiz emallı qaba töküb üzərinə giləmeyvənin çəkisi qədər Ģəkər tozu səpin. Sonra qarıĢığı
yarım litrlik bankaya töküb, perqament kağızına büküb soyuq və qaranlıq yerdə saxlayın lazım
gəldikdə istifadə edin.
Kərə yağı ilə çaytikanı qarışığı - «təbiətin gücü»nün hazırlanması. 500 q kərə yağı, 1
stəkan Ģəkər tozu və 5 xörək qaĢığı doğranmıĢ təzə çaytikanı giləmeyvəsi götürün. Komponentləri
bir-biriləri ilə narıncı rəngli kütlə alınana qədər qarıĢdırın. QarıĢığı təmiz ĢüĢə bankaya doldurub,
ağzını bağlayıb 3-4 ay soyuducuda saxlayın.
“Həyat enerjisi” jelesinin hazırlanması. Çaytikanı Ģirəsini ətli hissəsi ilə birlikdə zəif od
üzərinə qoyub qızdırın və 1 litr Ģirəyə 850 q Ģəkər tozu əlavə edib, güclü yanan od üzərinə qoyub
20-30 dəqiqə biĢirin. Jeleni isti halda bankaya töküb, ağzını bağlayın.
“Bodrost” kokteyli. Stəkanın 1/2 hissəsi qədər çaytikanı Ģirəsi, 4 çay qaĢığı kakao tozu, 5
çay qaĢığı Ģəkər tozu, 2 stəkan süd, 2 paket vanilli Ģəkər götürün. Kakao ilə Ģəkər tozu və vanilli
Ģəkərin üzərinə süd, çaytikanı Ģirəsi qatıb mikserlə qarıĢdırın. Sonra soyuq halda süfrəyə verin.
Çaytikanından kvasın hazırlanması. 5 litr su, 1,5 qram çaytikanı cecəsi, 1 stəkan bal və 10
q maya götürün. Çaytikanını isti suya töküb, çox da güclü olmayan odun üzərinə qoyub 10-15
dəqiqə biĢirin. Sonra soyudun və süzüb bal, maya əlavə edib isti yerə qoyub 8-12 saat saxlayın.
Hazır kvası soyuducuda saxlayıb yeri gəldikcə istifadə edin.
Çaytikanından kosmetik məmulatların hazırlanması.
Həssas dəri üçün losyonun hazırlanması. 2 xörək qaĢığı çaytikanı Ģirəsi, 3 xörək qaĢığı isti
su və 1 çay qaĢığı çaytikanı yağı götürün. Bütün komponentləri bir-birilə ehtiyatla qarıĢdırın.
AlınmıĢ losyon ilə gündə 2 dəfə (səhər və axĢam) üzünüzü silin.
Bədən üçün çaytikanı balzamı. Yumurtanı sındırıb, ehtiyatla stəkanda olan təzə gavalının
üzərinə töküb, stəkanın 1/2 hissəsi qədər araq və 1 çay qaĢığı çaytikanı yağını da buraya əlavə edin.
Komponentləri qarıĢdırıb, butılkaya töküb ağzını bağlayın və soyuducuda saxlayın. Aldığınız
balzamdan yatmağa az qalmıĢ istifadə edin.
Quru normal dəri üçün ağardıcı maska. Stəkanın 1/3-i həcmində biĢirilmiĢ paxladan
160
götürüb süzgəcdən keçiıin. Aldığınız pürenin üzərinə təzə limondan alınmıĢ Ģirə və 1 çay qaĢığı
çaytikanı yağı əlavə edin. QatıĢıqdan isti halda təmizlənmiĢ sifətinizin dərisinə, boğaz və sinə
nahiyənizə yaxın. 15-20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyub-təmizləyin. Əməliyyatı həftədə
2-3 dəfə təkrar edin.
Qırışlar üçün vitaminli kremin hazırlanması. Bərabər miqdarda çaytikanı və kök Ģirəsi,
qatıq, düyü və yaxud vələmir unu götürün. Bütün komponentləri ehtiyatla qarıĢdırın. Aldığınız
qarıĢıqdan götürüb təmizlənmiĢ üzünüzün dərisinə sürtüb 20-25 dəqiqədən sonra isti su ilə yuyun.
Həftədə 2-3 dəfə yatmağa az qalmıĢ əməliyyatı təkrar edin. Müalicə kursu 18-20 gündür.
Çivzələr üçün çaytikanından kremin hazırlanması. Stəkanın 1/4 hissəsi qədər təzə dərilmiĢ
itburnu və yaxud qızılgül ləçəklərindən götürüb həvəngdəstədə əzin, 1 xörək qaĢığı əzilmiĢ bal arısı
mumu, 3 xörək qaĢığı yumĢaq marqarin, 1 çay qaĢığı çaytikanı yağı götürün. Sonra götürdüyünüz
komponentləri yaxĢı-yaxĢı qarıĢdırın. Dərinizi qabaqcadan spirtli losyonla təmizləyib sonra
pambıqdan düzəldilmiĢ çubuqla aldığınız kremdən götürüb çivzə və sızanaqların üzərinə ehtiyatla
yaxın. Əməliyyatı gündə 3-4 dəfə təkrar edin. Müalicə kursu 7-10 gündür.
Çaytikanından solmuş, quru dərilər üçün qidalı kremin hazırlanması. 2 xörək qaĢığı
limonun ətli hissəsindən götürüb, üzərinə 2-3 xörək qaĢığı əridilmiĢ sümük iliyi, təzə yumurta
sarısı, 1 çay qaĢığı duru bal və çaytikanı yağı əlavə edin. QarıĢıqları əzib qarıĢdıra-qarıĢdıra 1 xörək
qaĢığı spirtli kamfora əlavə edin. AlınmıĢ kremdən təmiz yuyulmuĢ üzünüzə, boynunuza və sinə
nahiyənizə çəkin. 7-10 dəqiqədən sonra yaxılmıĢ kremi salfet kağızı ilə silib-təmizləyin. Əməliyyatı
hər gün yatmazdan qabaq 1-2 ay müddətində davam etdirin.
Çaytikanından dodaqlar üçün balzamın hazırlanması. Kibrit qutusunun 1/4 hissəsi qədər
təbii mum üzərinə 1 xörək qaĢığı çaytikanı yağı əlavə edin və emallı qabda su hamamına qoyub həll
olana qədər qarıĢdırın. Hazır məmulatı bir az soyudub nazik qatla dodağınıza çəkin. Əməliyyatı hər
gün yatmazdan qabaq 5-10 dəqiqə aparın.
YAĞIOTU – Onagraceae Juss. fəsiləsi
Ġvançay – Chamerion angustifolium (L.) Holub
Yer kürəsi florasının tərkibində fəsilənin 36 cinsi və 500-ə qədər növü yayılmıĢdır. Fəsilənin
dərman, qida, bəzək və nektar təbiətli cinslərindən biri də Ġvançay cinsidir. Cinsin dünya florasının
tərkibində 200-ə qədər növünə rast gəlmək olar. Qafqazda, o cümlədən də Azərbaycanda 4 növü
var.
Ġvançay – Chamerion angustifolium (L.) Holub. Bu çoxillik ot bitkisi olub, hündürlüyü 130-
150 sm, yerüstü və sürünən kökümsov gövdəyə malikdir. Növbə ilə düzülmüĢ çılpaq, lansetvari,
gövdə üzərində oturaq yarpaqları vardır. BənövĢəyi qırmızı və ya ağ çiçəkləri salxımvari formada
yerləĢmiĢdir. Meyvəsi çoxtoxumlu dördkünc buynuzaoxĢar qutucuq meyvədən ibarətdir. Ġyul-
avqust aylarında çiçək açır, sentyabrda isə meyvəsi yetiĢir.
Ġvançay Respublikamızda Quba rayonunun Ģərq ərazilərində, Kiçik Qafqazın Ģimal və
mərkəz hissələrində, Naxçıvanın dağlıq zonalarında yayılmıĢdır. Bundan baĢqa bitkiyə yuxarı
subalp çəmənliklərdən tutmuĢ, meĢəliklərdə, daĢlı-çınqıllı sahələrdə, açıqlıqlarda, meĢə kəsiklərində
və s. yerlərdə rast gəlmək olar.
Bitkinin bütün hissələri xalq təsərrüfatının müxtəlif sahələrində istifadə oluna bilər. Belə ki,
yarpaq hissəsi Ģirintəhər, yeməli olub, tərəvəz kimi istifadə edilir. Kökü xırda həssələrə salınıb,
qıcqırdılıb spirt əldə edilir ki, bundan da müxtəlif içki növləri hazırlanır.
Bundan baĢqa kökünü xırda hissələrə salaraq ondan un əldə edib müxtəlif çörək növləri
biĢirirlər. Yarpaqlarından surroqat hazırlayıb çay kimi içirlər. Yarpaqlarının tərkibindən selik,
pektin, tanin, 190 mq%-ə qədər C vitamini, 0,1% məlum olmayan alkoloid və s. aĢkar olunmuĢdur.
Qiymətli nektar bitkisi sayılır. Çiçək açan (3 gün çiçək açır) dövründə 1 çiçəyinin tozcuğunda 0,55
mq nektar aĢkar edilmiĢdir. Bu da 1 hektar sahədən 480-500 kq bal deməkdir. Hava Ģəraiti əlveriĢli
keçən illərdə kütləvi çiçək verdiyi zaman hər hektar sahədən 900-100 kq-a qədər bal məhsulu əldə
Dostları ilə paylaş: |