151
və 66-ya qədər növünə rast gəlmək olar. Bu növlər ağac və kol bitkiləri olub yer kürəsinin mülayim
və subtropik iqlim zonalarında yayılmıĢdır. Ġydə fəsiləsinə aid olan növlərin əksəriyyəti qida,
dərman, aĢı, boyaq, nektar və bəzək bitkisi hesab edilir. Bu cinslər arasında xalq təsərrüfatmm
müxtəlif sahələrində istifadə olunan çaytikanı növü xüsusi yer tutur.
Çaytikanı - Hippophae rhamnoides L. yunan sözü olub, botaniki adının mənası «hippos - at,
phae - parlaq, rhaminos - tikan, eides - növ» mənasını bildirir.
Bitkinin çiçək və giləmeyvəsinin saplaqları çox qısadır. Budaqlarının hər tərəfindən sıx
giləmeyvə ilə əhatə olunmasına görə ona çaytikanı (oblepixa) adı verilmiĢdir.
Hazırkı dövrə qədər botaniklər çaytikanı cinsinin 3 növə mailk olduğunu qeyd edirlər.
ArmudaoxĢar çaytikanı - H.rhamnoides L., söyüdyarpaq çaytikanı - H. rh. salicifolia D.Don.
və Tibet çaytikanı — H. rh. tibetana Schlecht.
Tibet çaytikanı 1869-cu ildə botanik ġlextendan tərəfindən, söyüdyarpaq çaytikanı isə 1825-
ci ildə ingilis botaniki David Donom tərəfindən təsvir edilmiĢdir.
Bu növlər içərisində ən qiymətlisi isə adi çaytikanı hesab edilir.
Təcrübə sahəsində əkilib-becərilən çaytikanı bitkisi sanki zəngin bir «qızıl xəzinəsini»
xatırladır. Bu qəribə bitki Rusiya ərazisində 200 ildən artıqdır ki, mədəni halda becərilir. Bu sirli və
ecazkar bitkinin gözəl görünüĢünə və nadir müalicəvi xüsusiyyətlərinə görə «qızıl», «qızıl
giləmeyvə», «qızıl bəhrə» xoĢ ekzotik ətrinə və iyinə görə «sibir ananası» adlandırırlar.
Müalicə məqsədləri üçün bitkinin bütün hissələrindən istifadə edilir.
Çaytikanı - Hippophae rhamnoides L. hündürlüyü 2-5(10) m-ə çatan qol-budaqlı, tikanlı
koldur. Lanset formalı, üst hissəsi tünd-yaĢıl, alt hissəsi isə gümüĢü-ağ rəngli, gödək saplaqlı
yarpaqları var. Aprel-may aylarında çiçəkləyir. Erkək çiçəkləri gümüĢü-qonur, diĢi çiçəkləri isə
sarımtıl rəngdə olub, sünbül formasında düzülmüĢdür. Sarı, qızılı-sarı və ya narıncı-qırmızı rəngli
giləmeyvələri scntyabr-oktyabr aylarında yetiĢir. Girdə, oval və uzunsov formalı gilələri noxud
boyda olur. Meyvəsinin dadı turĢməzə, turĢməzə-Ģirin və ətirlidir. Çaytikanı kolları 3 və 4-cü ildən
baĢlayaraq məhsul verir. 5-6 yaĢlı kollardan orta hesabla 1-2 kq, sonrakı illərdə isə 5-8 kq məhsul
alınır.
Çaytikanı yabanı halda Orta Asiyada, Qafqazda, ġərqi və Qərbi Sibirdə, Altayda geniĢ
yayılmıĢdır.
Azərbaycanda çaytikanına Alazan çayı vadisində, Quba-Xaçmaz, ġəki-Zaqatala
bölgələrində, Oğuz, Qəbələ, Balakən, Kəlbecər, Ağdərə, Lənkəran rayonlarında, Naxçıvan MR-də
dəniz səviyyəsindən 1900-2000 m hündürlükdə kolluqlar Ģəkilində təsadüf edilir. Bu bitki ən çox
çay vadilərində, qumsal yerlərdə bitir.
Təəssüf ki, respublikamızda bu qiymətli bitkinin qorunub saxlanılmasına az qayğı göstərilir.
MeĢə təsərrüfatı idarələri, təbiəti mühafızə təĢkilatları onun kütləvi surətdə qınlmasının qarĢısını
almaq üçün ciddi tədbirlər görməlidirlər.
Çaytikanı meyvəsinin fitokimyəvi tərkibi.
Bir sıra alimlərin tədqiqatları nəticəsində müəyyən edilmiĢdir ki, çaytikanı bitkisinin
meyvələrinin kimyəvi tərkibi yayıldıqları ekoloji-coğrafi ərazilərin iqlim, temperatur, iĢıq və
torpağın xüsusiyyətindən asılı olaraq müxəlif olur.
Məsələn Qafqaz və Abxaziya ərazilərində yayılan çaytikanı meyvələrinin tərkibində 73,8-
74,4% su, 0,35-0,63% Ģəkər, o cümlədən 0,14% saxaroza, 2,64-3,2% turĢu və 5,03% yağ tapıldığı
halda, Sibirdə yayılan çaytikanı meyvələrinin tərkibində 82,3-83% su, 2,4-3,0% Ģəkər, o cümlədən
1,6-1,9% qlükoza və 0,1-1,0% fruktoza, 2,3-2,7% müxtəlif tərkibli turĢular, 0,12% aĢı maddələri,
meyvəsinin Ģirəsində və toxumunda isə 8,8-12,3%-ə qədər yağ maddəsi aĢkar edilmiĢdir
(Afanasyeva və b.).
Altay vilayətində yayılan çaytikanının növ və sortlarının meyvələrinin tərkibində isə 3,9-
6,5% Ģəkər, o cümlədən 0,3-1,9% saxaroza, 1,04-2,4% turĢular, 0,02-0,06% aĢı maddələri vardır.
Yayıldığı ekoloji Ģəraitdən asılı olaraq bitkinin kimyəvi tərkibində kəskin dəyiĢikliklər baĢ
verir. Monqolustanda yayılan çaytikanı meyvələrinin tərkibində 15,7-18,6 quru maddə, 2,2-4,0%
Ģəkər, 2,2-3,2% müxtəlif turĢular, 2,2-3,2% kül maddəsi olduğu halda, ġimali Qafqaz zonalarında
yayılan çaytikanı cinsinin növ və sortlarının meyvəsinin tərkibində isə 16,3-20,6% quru maddə, 4,8-
152
5,7% yağ, 3,21-4,06% turĢu maddələri, vitaminlər, makro və mikroelementlər tapılmıĢdır.
Çaytikanı meyvələri mineral maddələrlə də zəngındir. Onun tərkibində 15-ə qədər
mikroelementlər, o cümlədən Mg, Mn, B, S, Si, Zn və s. olduğu müəyyən edilmiĢdir.
F.Əzizov və A.Salamov 1992-ci ildə Azərbaycanın ġəki-Zaqatala ərazilərində yayılan
yabanı çaytikanı bitkisinin müxtəlif orqanlarda mikıoelementləri paylama qanunauyğunluqlarını və
meyvələrinin kimyəvi tərkibini ətraflı öyrənərək maraqlı elmi və pıaktiki nəticələr əldə etmiĢlər.
Çaytikanı meyvəsinin tərkibi bir çox qiymətli maddələrlə zəngindir. Onun tərkibi 5 saylı
cədvəldə göstərilmiĢdir.
Cədvəl 5. DondurulmuĢ çaytikanı meyvəsinin kimyəvi tərkibi (%-lə).
Maddələr
Dənəsiz
Dənə ilə birlikdə
ġirə
Su
82,29
82,45
82,88
Qlükoza
1,96
1,66
1,86
Fruktoza
1,00
0,70
0,55
Saxaroza
1,7
1,9
2,0
ġəkərin ümumi miqdarı
2,96
2,36
2,41
Alma turĢusu
2,64
2,30
2,74
Sellüloza
0.54
4,77
-
AĢı maddəsi
0,12
0,14
0,15
Yağ
8,8
10,2
12,5
Qeyri-üzvi maddələr
0,45
0,49
0,51
Pektin
0,05
0,08
0,09
ġəkərin turĢuluğa nisbəti
1,12
1,02
0,88
Alimlər öyrənmiĢlər ki, çaytikanı meyvəsində olan C vitamini ondan müxtəlif məhsullar
hazırlayan zaman baĢqa meyvələrdəki C vitaminindən daha davamlı olur. Alimlər bunun səbəbini
çaytikanı meyvəsinin tərkibində askorbinaza fermentinin olmaması ilə izah edirlər.
E vitamini (tokoferol). E vitaminin miqdarına görə çaytikanı bütün meyvə və giləmeyvəli
bitkilərin içərisində birinci yeri tutur.
Karotin (provitamin A). Çaytikanının qırmızı rəngdə olan meyvəsində karotin daha çox
toplanır. Belə ki, qırmızı rəngli meyvənin tərkibində 3,3-8,5 mq% karotin olur. Karotin meyvənin
tərkibində həll olmuĢ Ģəkildədir, meyvəyə parlaq-narıncı rəng verir.
Çaytikanı meyvəsinin tərkibində mürəkkəb quruluĢlu piqment maddələri var.
Özbəkistan EA-nın üzvi kimya institutunun əməkdaĢları 1950-ci ildə çaytikanı meyvəsinin
kimyəvi analizi zamanı meyvənin yağının tərkibində zeaksantin, likopin, α və β-karotin, həmçinin
quruluĢu məlum olmayan bir neçə piqment maddəsi tapmıĢlar. α və β-karotin ümumi piqment
maddəsinin 20%-ni təĢkil edir.
Çaytikanı meyvəsindəki karotinoidin miqdarı ən çox karotinoid saxlayan kök, balqabaq və s.
tərəvəz bitkilərindən bir neçə dəfə çox olur. Ona görə də çaytikanı meyvəsi karotin almaq üçün ən
əlveriĢli xammal hesab oluna bilər.
B
1
, B
2
, B
6
vitaminıəri. Müxtəlif tədqiqatçıların apardıqları kimyəvi analizlər nəticəsində
müəyyən edilmiĢdir ki, çaytikanının müxtəlif formalarında 0,16-0,035 mq% B
l
, 0,03-0,05 mq% B
2
,
0,79 mq% B
6
, toxumlarının tərkibində isə 0,28 mq% B
l
, 0,38 mq% B
2
və s. var.
Bitkidə P vitamini (flavonoidlər) və baĢqa maddələr də aĢkar edilmiĢdir. Çaytikanının
tərkibində olan flavonoid birləĢmələri bitkinin erkəkcik və diĢiciyinin arasında olan fərqi müəyyən
etmir.
YetiĢməmiĢ və yetiĢmiĢ çaytikanı meyvəsinin tərkibində altıya qədər flavonoid birləĢməsi
olduğu müəyyən edilmiĢdir. Bundan baĢqa onun tərkibində bir sərbəst izoramentin və onun
qlükozidi tapılmıĢdır.
Narıncı çaytikanının yetiĢmiĢ meyvəsinin tərkibində 24-45 mq% flavonoid olur. Onlar
qlükozid xüsusiyyətli maddələr olub, P vitamini xassələrinə malikdirlər. Bunlar askorbin
turĢusunun oksidləĢməsində inhibitor rolunu oynayırlar.
Dostları ilə paylaş: |