167
Kök 4 min il bundan qabaq mədəni hala keçirilərək əkilib becərilməyə baĢlanmıĢdır.
Hazırda dünyada kökün 460 min hektar əkin sahəsi mövcuddur.
Hər il 11 milyon kök meyvəsi tədarük edilir. Bunun da 86%-i
Avropa ölkələrinin payına düĢür.
Dünya florasının tərkibində yerkökü cinsinin 60-a qədər
növünə təsadüf edilir. Bu növlərin əksəriyyətinə Aralıq dənizi
ətrafı
ölkələrin
ərazilərində,
Afrikada,
Avstraliyada,
Əfqanıstanda, Yeni Zelandiya və Amerikada rast gəlinir. Yabanı
növün vətəni Aralıq dənizi ətrafı ölkələr hesab edilir. Kök cinsinə
daxil olan növlərin əksəriyyəti birillik, ikillik, kökmeyvəli bitkilər
hesab edilir. Dünyada kökün 100-dən artıq sortu becərilir.
Dərman, qida və ədviyyat, yem kimi ən qiymətli növü isə əkilən
kök – Daucus sativus L. hesab edilir. Əkilən kök ikiillik, ətli
kökmeyvəsi olan ot bitkisidir. Birinci il onun kökü ətrafında
rozetĢəkilli yarpaqlar və ətli kökmeyvəsi əmələ gəlir. Ġkinci il isə
onun gövdəsi formalaĢır. Gövdəsinin hündürlüyü 90-100 sm-ə çatır və üzərində uzunluğu 20 sm-ə
qədər çoxlu sayda lələkvari yarpaqları olur. Gövdənin kökə yaxın hissəsində yerləĢən yarpaqlar
uzun saplaqlı, yuxarıdakılar isə oturaqdır. Ikinci il çiçək və meyvə verir. Çiçəkləri xırda ağımtıl,
ləçəkləri qırmızı rəngdə olub mürəkkəb çətirdə toplanmıĢdır. Çiçəklər çarpaz tozlanır. Meyvəsi
ikitoxumludur. Toxumları uzunsov dərivarı, qabıqla örtülür, 4 cərgəli tikanlarla əhatə olunur. Qida
və ədviyyat kimi ən qiymətlisi qırmızı, narıncı-qırmızı rəngdə olan kök sortları hesab edilir. Kökün
sarı, tünd, bənövĢəyi, ağımtıl yaĢıl, narıncı, sortlarına da təsadüf edilir. Qırmızı və narıncı-qırmızı
rəngli sortlarının vətəni Aralıq dənizi ətrafı ölkələr hesab edildiyi halda, sarı və ağ sortlarının vətəni
isə Mərkəzi Asiya hesab edilir. Kökmeyvənin rəngi tərkibindəki boyaq maddələrindən – antosian və
karotinoidlərdən asılıdır.
Kökün müalicəvi xüsusiyyətləri.
Müalicə məqsədləri üçün kökün kökmeyvəsindən, yaĢıl hissəsindən və toxumlarından
istifadə olunur. Toxumlarının tərkibindən 12%-ə qədər piyli yağ, 1,5% efir yağı daukosterin,
flavonoidlər və s. aĢkar edilmiĢdir. Çiçəklərindən antosian və flavonoid, yaĢıl hissəsindən isə fol
turĢusu və B
2
vitamini, karotionid maddələri tapılmıĢdır. Kökün tərkibində orqanizmə müsbət təsir
edən çox zəngin kimyəvi birləĢmələr – pantoten turĢusu, A, B
1
, B
6
, D, H, E, K, PP, vitaminləri,
amin turĢular, niĢasta, mineral duzlardan (kalium, kalsium, fosfor, dəmir, manqan, sink və s.) zülal
maddələri aĢkar edilmiĢdir. Bundan əlavə kökün tərkibində çoxlu miqdar Ģəkərli maddə qlükoza,
pektin, sellüloza, lesitin və bir sıra fosfatidlər müəyyən olunmuĢdur.
Zəngin bioloji aktiv maddələr spektirini özündə cəmləĢdirən kök – 33 kilokalorilidir; bu da
onu qiymətli pəhriz, müalicəvi və zəngin qida keyfiyyətli pəhriz məhsulu edir. Kökün tərkibində
olan kalium ürəyin fəaliyyətini tənzimləyir, böyrək xəstəliklərin və hüceyrələrdə olan su balansını
normalaĢdırır. Orqanizmdə kalium çatıĢmadıqda, tez-tez soyuqdəymələr, düĢünmə qabiliyyəti aĢağı
düĢür, yuxusuzluq və depressiyalar baĢ verir. Mikroelementlərin azlığından mədə-bağırsaq
sisteminin iĢinə mənfi təsir göstərir, əzələ yorğunluqları baĢ qaldırır və müntəzəm baĢ ağrıları baĢ
verir. Kökün tərkibindəki kalsium elementi orqanizmdə sümük və diĢlərin formalaĢmasına səbəb
olmaqla yanaĢı damar ağrılarının müalicəsinə kömək edir. Bu elementin çatıĢmamasından bir sıra
dəri xəstəlikləri əmələ gəlir. Bundan baĢqa kalsium iyonları maddələr mübadiləsində iĢtirak edir,
qanda laxtalanmanı daim normada olmasına yardımçı olur. Kökün tərkibindəki fosfor elementi
hüceyrələrin bərpa olunmasında, sinir impuluslarının tənzimlənməsində öz müsbət təsirini göstərir.
Kökün tərkibindəki dəmir elementi qanda oksigenin daĢınmasında mühüm rol oynamaqla
yanaĢı onun çatıĢmazlığı hemoqlobinin sintezinə mənfi təsir edir, yorğunluq əmələ gətirir, tükün
ağarmasına, dırnaqların kövrəlib qırılmasına səbəb olur.
Hər gün kök qəbul edilərsə kiĢilərdə cinsi fəalığı artmasına səbəb olur. Kökün tərkibində
olan sink elementi azlıq edərsə ―kiĢilərin güclərinin‖ azalmasına səbəb olur. Kökün rənginin
qırmızı-bənövĢəyi olmasına əsas səbəb onun tərkibində olan antosian maddələrin nəticəsidir. Bu cür
rəngə malik olan köklərdən yaxın illərdə daha çox istifadə olunmağa baĢlanmıĢdır. Qırmızı-
168
bənövĢəyi rəngdən ən çox Amerika əhalisi istifadə edir. Kökün tərkibindəki antosian maddəsi ürək-
damar xəstəliyinin müalicəsinə kömək edir, orqanizmi xərçəng xəstəliyindən xilas edir. Müəyyən
edilmiĢdir ki, antosian orqanizmi radiasiyanın zərərli təsirlərindən qoruyur. BənövĢəyi rəngli kökün
müalicəvi xüsusiyyətlərinə baxmayaraq, ən qiymətli müalicəvi təsirə malik qırmızı rəngli kök hesab
edilir. Qırmızı rəngli kökün qiymətli müalicəvi təsirə malik olması onun tərkibində olan provitamin
―A‖ – yəni beta-karotin təsir göstərir.
β-karotin rak və soyuqdəymə əleyhinə malik olmaqla yanaĢı, görmə qabiliyyətini artırır,
toyuq korluğunu aradan qaldırır, dərinin fəaliyyətinə müsbət təsir göstərərək, onun elastikliyini
yüksəldir. Kökün tərkibindəki fitonsid maddələri zərərli mikroblara öldürücü təsir göstərir. Kökün
tərkibindən tapılan daykosterin mərkəzi sinir sisteminə müsbət təsir göstərərək beyninin iĢləmə
qabiliyyətini artırır.
β–karotinoid. 1875-ci ildə məĢhur cərrah N.Ġ.Piroqov yazırdı ki, süzgəcdən keçirilmiĢ kök
sıyığını xərçəngin əlehinə tətbiq etmək olar. O vaxtlar onun kökmeyvəsinin tərkibində kimyəvi
birləĢmə beta-karotin aĢkar edilmiĢdir. Bu maddə kökə qırmızı-narıncı rəng verir. β-karotinoid
orqanizmə düĢən zaman ―A‖ vitamininə retinola çevrilir. Bundan əlavə ―A‖ vitamini insanın
boyunun artmasına təsir edərək cinsi hormonun sintezinə səbəb olur. Eyni zamanda skletin
formalaĢmasında mühüm rol oynayır. β -karotin dərinin fəaliyyətini nizamlayır, gözün görmə
qabiliyyətini artırır, sinir sistemini möhkəmləndirir, orqanizmin enerjisini yüksəldir, infeksiyalara
qarĢı müqavitətini artırır. Aparılan yeni tədqiqatlar nəticəsində β-karotinoidin güclü antioksidant
olduğu aĢkar edildi. Bunun təsiri nəticəsində sərbəst radikaların qarĢısı alınaraq, bir sıra təhlükəli
aterosklerozun, hipertoniya, revmatoid artrit, emfizma, parkinson, katarakta kimi xəstəliklərin
əmələ gəlməsinin qarĢısını alır. Orqanizmə daxil olan radikallar qocalmanı sürətləndirir, insan
ömrünü qısaldır. Buna görə də həkimlər vaxtsız qocalmanın qarĢısını almaq üçün hər gün bir ədəd
kök yeməyi məsləhət görürlər.
Bu yaxınlarda yapon mütəxəssislərinin apardıqları elmi nəticələr göstərmiĢdir ki, mütəmadi
sarı-yaĢılımtıl tərəvəzlərdən həmçinin kökdən tez-tez istifadə edildikdə insan öz ömrünü 5-7 il artıra
bilər. Bundan əlavə ―A‖ vitamini xamanın, qara ciyərin, yumurtanın və bir çox tərəvəz və
meyvələrin tərkibində də rast gəlinir. Ancaq kök tərkibindəki karotinoidin miqdarına görə, Ģirin
qırmızı bibərdən baĢqa bütün meyvə və tərəvəzlərdən üstündür.
Müqayisə üçün, məsələn 100 q adi kökün tərkibində 7,5 mq karotinoid olduğu halda, 100 q
pomidor və əriyin tərkibində 1,7 mq karotinoid olur. Kökdə karotinoidin miqdarı o biri meyvə və
tərəvəzlərdən 4,5 dəfə çoxdur. Bir ədəd orta ölçüyə malik olan kök yedikdə insanın bir gündə
karotinoidə olan tələbatı tamamilə ödənilir. Onu da qeyd etmək lazımdır ki, həddindən artıq
yumurta və qara ciyər yemək məsləhət görülmür. Amma kök Ģirəsinin orqanizmə əhəmiyyətindən
baĢqa heç bir zərərli təsiri yoxdur.
Kökə qırmızı-narıncı rəng verən β-karotinoid aĢağıdakı xüsusiyyətlərə malikdir:
1.
Güclü antioksidant xüsusiyyətlərinə malik olduğundan qocalma prosesini ləngidir.
2.
Orqanizmə çoxlu miqdarda kanserogen maddələrin daxil olması nəticəsində döĢ, dəri,
uĢaqlıq yolu, ağ ciyər, yoğun bağırsaq, sidik kisəsi və qara ciyərdə əmələ gələn xərçəng
xəstəliyinin qarĢısını alır.
3.
Hər gün β-karontinoid qəbul edilərsə bir sıra damarlarda əmələ gələn ateroskleroz
insultun əmələ gəlməsini 2 dəfə azaldır, ürək damar pozuntularının qarĢısını alır.
4.
Hər gün kök qəbul edilərsə, orqanizmin ümumi sistemi gücləndirir, infeksiyaya qarĢı
orqanizmin müqavimətini artırır, təhlükəli infeksiyalara yoluxmasının qarĢısını
alır,tənəffüs yolları xəstəliklərini azaldır, uzun sürən xəstəliklərin əmələ gəlməsinə imkan
vermir.
5.
Ən vacibi isə hamilə qadınlar və süd verən uĢaqlı analara çoxlu kök yemək məsləhət
görülür.
Orqanizimdə β-karotin çatıĢmayan zaman bir sıra xəstəliklərin – öd və sidik kisələrində
daĢın əmələ gəlməsinə, katarakt, həzm sistemində nasazlıqların yaranmasına ―toyuq korluğuna‖ ağ
ciyər və s. xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
―A‖ vitamini çatıĢmadıqda orqanizmin ummuniteti azalır və bütün üzvlərində nasazlıqlar
Dostları ilə paylaş: |