163
Ürək çatışmazlıqlarında. 2 xörək qaĢığı doğranmıĢ otundan götürüb 1 stəkan qaynar suya
töküb zəif od üzərinə qoyub 5 dəqiqə qaynadın və yarım saat dəmləyib süzün. Cövhərdən gündə 3-4
dəfə yeməyə 15-20 dəqiqə qalmıĢ daxilə qəbul edin.
Nevroz, yuxusuzluq, qorxunc yuxular görmə zamanı. 3 xörək qaĢığı doğranmıĢ otundan
götürüb, 1 stəkan qaynar suya tökün və zəif od üzərinə qoyub 3-4 dəqiqə qaynadın. Sonra soyudub
süzün, vəziyyətinizə görə gündə 3-4 dəfə yeməyə 10-15 dəqiqə qalmıĢ 1-3 çay qaĢığı qəbul edin.
Bronxit, pnevmoniya, həmçinin bronxial astma zamanı bəlğəmgətirici vasitə kimi. 1 xörək
qaĢığı doğranmıĢ otundan götürüb 1 stəkan suya töküb su hamamı üzərinə qoyun, 15 dəqiqə
qaynadın, 45 dəqiqə dəmləyib sonra süzüb 1 stəkan həcminə gətirin. Gündə 3 dəfə yeməyə az
qalmıĢ 1 xörək qaĢığı qəbul edin.
Baş ağrılarında, revmatizmdə, sidik kisəsi və böyrək daşlarının müalicəsi zamanı. 2 xörək
qaĢığı doğranmıĢ otundan 0,5 litr qaynadılmıĢ suyun üzərinə tökün, qaynama dərəcəsinə gətirib
dəmləyib süzün. Dəmləmədən stəkanın 1/5 hissəsi qədər götürüb gündə 2-3 dəfə yeməyə yarım saat
qalmıĢ qəbul edin.
Damar ağrılarında, artritdə, podaqra zamanı. 50 q doğranmıĢ otundan götürüb 3 litr qaynar
suya tökün və zəif od üzərinə qoyub 10-15 dəqiqə qaynadıb süzün. Sonra 38-39 dərəcə temperatura
salıb vannaya tökün. Vannasını, yatmağa 1 saat qalmıĢ 15-20 dəqiqə qəbul edin. Müalicə kursu 10
gündür.
Diş ağrılarında. 2 xörək qaĢığı otundan götürüb 0,5 litr qaynar suya töküb süzün.
Ekstraktından ağız nahiyənizi qar-qara edin və yaxud pambıq və tənzifdən tampon düzəldib
diĢinizin dibinə qoyun.
Diqqət! Qadınların göybaĢcıqdan hazırlanan preparatlardan aybaĢının baĢlanmasına 2-3 gün
qalmıĢ qəbul etmələri məsləhət görülmür. AybaĢı prosesi baĢa çatdıqdan sonra müalicəni davam
etdirmək olar.
Ġyli kərəviz – Apium graveolens L.
Ġyli kərəvizin vətəni Aralıq dənizi ölkələrinin əraziləri hesab edilir. Yabanı halda Qərbi
Avropa, Asiya, Hindistan, ġimali və Cənubi Amerika, keçmiĢ SSRĠ-nin Cənubi Avropa hissələrində
yayılmıĢdır. Azərbaycanda isə yabanı halda 1 növünə - iyli kərəvizə rast gəlinir.
Ġyli kərəviz – Apium graveolens L. Bu hündürlüyü 80-100 sm-ə çatan birillik və yaxud
ikiillik bitkidir. Gövdəsi dikduran çoxlu budaqlardan ibarətdir. Çiçəkləri xırda ağ rəngli olub
mürəkkəb çətirdə toplanmıĢdır. Rozet yarpaqları iri, ətli saplaqdan ibarət olub, ikilələkĢəkilli
bölünmüĢdür, yuxarıda yerləĢən yarpaqları gövdə üzərində oturan halda üçər bölünən, tünd yaĢıl
rəngli, parlaqdır. Meyvəsi iki toxumludur. Ġyun-iyul
aylarında çiçək açır, iyul-avqust (sentyabr)
aylarında meyvə verir. Ġyli kərəviz Azərbaycanın
Xəzər
sahillərində,
AbĢeronda,
Kür-Araz
düzənliklərində, Lənkəranın düzən ərazilərində,
əsasən
düzənliklərdə,
dəniz
sahillərində,
qumluqlarda, bataqlıqlarda, bulaq kənarlarında,
Ģoranlıqlarda və zibilliklərdə yayılmıĢdır.
Qədim yunan və Roma xalqları tərkibində
kərəviz olmayan xörəklərdən həmiĢə imtina
edirmiĢlər. Farslar kərəviz bitkisini Allah tərəfindən
insanlara verilmiĢ hədiyyə kimi səciyyələndirirlər. Yunan və Roma xalqları kərəviz bitkisi ilə bir
çox xəstəlikləri məharətlə müalicə edərmiĢlər. Kərəvəzin bir çox sort və formalarından qida,
ədviyyat və müalicə məqsədləri üçün dünyanın əksər xalqları istifadə edirlər. Kərəvizin
kökmeyvəsinin ətri Ģaxtalar düĢən zamanı da olduğu kimi qalır.
Kərəvizin bütün hissələri qiymətli müalicəvi xüsusiyyətlərə malikdir. O iĢtahartırıcı, mədə
Ģirəsinin ifrazatını artırır, antiseptik vasitə kimi yarasağaldıcı təsirə, orqanizmin tonusunun
164
artırılmasında mühüm rol oynayır. Bundan baĢqa kərəvizin tərkibində çoxlu miqdarda makro və
mikroelementlərdən, vitamin mənbəyi, antoksidant xüsusiyyətli apigenin maddəsindən,
furokumarinlər, asparagin, xolin, manit, niĢasta həmçinin Na, P və Fe mikroelementləri, efir yağları
aĢkar edilmiĢidr ki, bunlar da orqanizmdə selikli qiĢa toxumalarının iĢinin nizamlanmasında onların
fəaliyyətinin normal gediĢində müsbət rol oynayırlar. Ona görə də mədə və onikibarmaq
bağırsaqlarında yarası olan xəstələr bitkidən təzə dərilmiĢ, biĢirilmiĢ və turĢuya qoyulmuĢ halda
yeməklərində istifadə etməlidirlər. Kərəvizin tərkibində olan maddələr, orqanizmdə toplanıb qalmıĢ
duzların və Ģlakların təmizlənməsində mühüm rol oynayır. Bundan baĢqa podaqra, revmatizm,
artrit, sidik kisəsi, böyrək, ciyər və s. xəstəliklərə tutulmuĢ insanların yeməklərinin tərkibinə bu
bitkidən çoxlu miqdarda qatılması məsləhətdir. Elmi əsaslarla sübut olunmuĢdur ki, kərəviz nevroz,
zəifləmiĢ əsəb sistemində, eləcə də yuxu pozuntularında əvəzsiz müalicə preparatıdır. Ona görə
həkimlər bu cür xəstəliklərə düçar olmuĢ insanlara hər gün kərəviz yeməyi məsləhət görürlər.
Kərəvizdən hazırlanan müalicə prepartları.
Qastrit zamanı, mədə şirəsi turşuluğunun aşağı düşməsinə, mədə və onikibarmaq
bağırsaq yaralarının müalicəsində, sidik kisəsində olan daşların əridilib yox edilməsində. Bunun
üçün yeməkqabağı təzə dərilmiĢ kərəvizdən alınmıĢ Ģirədən 2 xörək qaĢığı qəbul edin.
Mədə və onikibarmaq bağırsaq yaralarında. 2 xörək qaĢığı doğranmıĢ kökündən götürüb 1
stəkan suyun üzərinə töküb 2 saat dəmləyib süzün. AlınmıĢ eksrtaktdan gündə 3 dəfə stəkanın 1/3
hissəsi qədər yeməkqabığı qəbul edin.
Böyrək, podaqra xəstəliklərində ağrıkəsici kimi, sidikqovucu vasitə kimi. 2 stəkan qaynar
suya 1/4 hissəsi qədər yarpaq kərəviz sortunun kökündən tökün, su hamamına qoyub 5 dəqiqə
saxladıqdan sonra götürüb 30 dəqiqə dəmləyin. Süzüb gündə 4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul
edin.
Zəiflik, diş əti qanaxmalarında. Yeməkdən sonra təzə kərviz yarpaqlarından dərib 3-5
dəqiqə çeynəyin.
İmmunitetin zəifləməsində, yorğunluq hallarının aradan qaldırılmasında. 1 litr
qaynadılmıĢ soyuq suya, 1 xörək qaĢığı doğranmıĢ təzə kərəviz kökü töküb, 8 saat dəmləyib süzün.
Aldığınız cövhərdən gündə 3 dəfə yeməyin vaxtından asılı olmayaraq 1 çay qaĢığı qəbul edin.
Uzun sürən xəstəliklər zamanı baş verən halsızlığın aradan qaldırılmasında. Orqanizmi
möhkəmləndirmək üçün doğranmıĢ təzə kərəviz kökünü 2 stəkan qaynanmĢ suya töküb, su
hamamında qızdırın və ağzı qapalı halda 4 saat saxladıqdan sonra süzün. AlınmıĢ cövhərdən gündə
3-4 dəfə 1 xörək qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.
Övrə xəstəliyi (крапивница), allergiya mənşəli dermatitin, eləcə də yemək və həşərat
sancmaları zamanı əmələ gələn allergiya xəstəliklərinin aradan qaldırılmasında. Bunun üçün 2
stəkan qaynar suyun içərisinə 2 xörək qaĢığı qurudulmuĢ kərəviz yarpağı və yaxud 4 xörək qaĢığı
təzə yarpağından əlavə edin. Emal qaba töküb qapağını örtüb 30 dəqiqə dəmlədikdən sonra süzün.
AlınmıĢ dəmləmədən 4 dəfə yarım stəkan və yaxud gündə 2 dəfə qəubl edin.
Kəskin müxtəlif formalı revmatizm xəstəliklərinin müalicəsində. 100 q kərəviz (yarpaq və
gövdəsi ilə birlikdə) götürüb 1 litr suya töküb, odun üzərinə qoyub qaynadın. Qaynamanı 1 stəkan
həcmində eksrtakt qalana qədər davam etdirib süzün. AlınmıĢ ekstraktı gün ərzində bir neçə dəfə
qəbul edin. Hər gün təzə dəmləmə hazırlayıb qəbul edin. Müalicəni tam sağalana qədər davam
etdirin.
Maddələr mübadiləsi pozğunluğunda. 1 stəkan soyuq qaynadılmıĢ suya, 2 xörək qaĢığı
quru doğranmıĢ kökündən əlavə edib 2 saat saxladıqdan sonra süzün, stəkanın 1/3 hissəsi qədər
gündə 3 dəfə qəbul edin.
Şəkərli və şəkərsiz diabet zamanı. Hər gün 4-5 ədəd təzə budağından yeyin.
Ədviyyatlar şahının hazırlanması. 200 q kərəviz kökü, 2 ədəd alma, 100 q Ģirin bibər,
stəkanın 1/2 hissəsi qədər xama, 2 xörək qaĢığı limon Ģirəsi, 1 çay qaĢığı Ģəkər tozu, 2 dilim
portağal götürün. Kökümeyvəli kərəvizin və almanın qabıqlarını soyub təmizləyib, xırda hissələrə
ayırın, sonra həlqə Ģəklində doğranmıĢ bibəri əlavə edib, Ģəkər tozu və limon Ģirəsi əlavə edin. 10-
15 dəqiqədən sonra xamanı əlavə edib qarıĢdırın. Sonra alınmıĢ salatın üzərini portağal ilə bəzəyib
süfrəyə verin.
Dostları ilə paylaş: |