155
birilə qarıĢdırırlar. Axırıncı mərhələdə alınan cövhər tünd-qəhvəyi rəngdə özlü maye olub, balı
xatırladır, özünəməxsus zəif iyi, yağlıtəhər-turĢ xoĢ dadı var. Açıq havada çox gec (8-10 günə)
quruyur. YaxĢı kip bağlanmıĢ qabda bir ilə qədər qalır. Onun tərkibində 10,4% quru maddə, 3,2%
efır maddəsi, 13,6% ümumi maddə olur. Cövhərin xüsusi çəkisi 1,43, turĢuluq vahidi 6,61-dir. Suda
84,6%, efırdə 76%, xloroformda 72%, spirtdə isə 62,4% həll olur.
Çaytikanı meyvəsindən cövhərin alınması. Əzilib doğranmıĢ çaytikanı meyvəsindən cövhər
1:1 nisbətində 95%-li spirtlə ekstraksiya edilərək alınır. Alınan cövhər süzgəcdən süzülür. Cövhərin
rəngi Ģəffaf açıq-sarı, tərkibində isə 43,8-47%-ə qədər spirt, 46,2-58%-ə qədər su olur.
Ağzı möhkəm bağlanmıĢ ĢüĢə qablarda soyuq yerdə saxlanılır. Ġstifadə olunan zaman 1:2 və
ya 1:3 nisbətində su əlavə edilir.
Çaytikanı yağından alınan qatı kütlə. Süzgəcdən süzüb çaytikanı yağını aldıqdan sonra,
yerdə qatı kütlə qalır. Bu qatı kütlə vazelin Ģəkilli, açıq-sarı rəngdə olub, 106 mq%
karotinoidlərdən, 8,4% karotindən, 6,2% sellülozadan, 93,5% qliserid və fosfolipid maddələrdən və
s. ibarətdir.
Yarpaq, budaq və kök hissələri. Çaytikanının yarpaq və cavan budaqları aĢı maddələri ilə
zəngindir. Həmin hissələrin tərkibində 10%-ə qədər aĢı maddəsi tapılmıĢdır. Ona görə də
çaytikanından aĢı boyaq xammalı kimi də istifadə etmək olar. Çaytikanı yarpağının tərkibindəki aĢı
maddəsi təmiz qallatin hesab edilir.
Buryatiyada bitən çaytikanının kök hissəsindən sulu karbonlar, leykoantosianid, katexin,
flavonoid birləĢmələri, ətirli yağ turĢuları, antroxinon tərkibli boyaq maddələri, P vitamini və s.
alınmıĢdır.
Çaytikanının yeyinti əhənıiyyəti. Hələ XVII əsrdə Sibir xaqları çaytikanı meyvəsindən qida
kimi istifadə etmiĢlər.
XIX əsrdə ġərqi Sibir və Baykalətrafı xalqlar yarı donmuĢ çaytikanı meyvələrindən qida
kimi istifadə etməyə baĢladılar. TurĢuluğunu azaltmaq üçün tərkibinə Ģəkər əlavə edirdilər. Bitkidən
ətirli mürəbbə, kisel və Ģirniyyat məmulatları və s. hazırlayırdılar. Bundan baĢqa, onun
meyvəsindən iyinə və dadına görə ananası xatırladan müxtəlif ətirli çaxır növləri, ətirli spirtli içkilər
hazırlanaraq ġəıqi Sibirdə geniĢ istifadə olunmuĢdur. Mütəxəssislərin fıkrinə görə çaytikanı
meyvəsindən hazırlanan çaxırlar Macarıstan çaxırlarının xüsusiyyətlərini özlərində saxlayırlar.
Birinci Dünya Müharibəsi dövründə çaytikanı meyvəsindən hazırlanan likörləri müxtəlif
meyvələrlə dəyiĢirdilər. Tunkin qalası xalqları XIX əsrin ortalarında hər il 500-800 vedrəyə qədər
çaytikanı meyvəsi toplayıb QerkuĢski vilayətində satırmıĢlar. XIX əsrin axırları və XX əsrin
əvvəllərinə kimi Uryanxay vilayətindən çaytikanı meyvəsini toplayıb Yenisey çayı ətrafında
yaĢayan əhaliyə satar, əvəzinə dəri, yun, duz, balıq, çəllək, sidr ağacının tozunu alarmıĢlar. Monqol
xalqı isə çaytikanı ıneyvəsini ət-süd məhsullarına qataraq müxtəlif qida növləri hazırlayırlar.
Əvvəllər çaytikanı meyvəsindən sənaye məqsədləri üçün çox az istifadə edilirdi. Lakin
1943-1944-cü illərdə çaytikanı meyvəsindən yağ alındıqdan sonra ona maraq daha çox artmıĢdır.
Hazırda isə çaytikanı meyvəsindən alınan yağın qiymətli müalicəvi təsiri, vitaminlərlə
zəngin olduğu nəzərə alınlb, sənaye məqsədləri üçün onun geniĢ bağları salınmıĢdır.
Alimlərin apardıqları elmi-tədqiqat iĢləri zamanı müəyyən edilmiĢdir ki, Sibirdə və onun
ətraf rayonlarında bitən çaytikanı meyvəsi həm iri olur, həm də tərkibində yağın və vitaminlərin
miqdarı, keyfiyyəti yüksəkdir.
Altay meyvə və giləmeyvə təcrübə stansiyasının laboratoriyasında həmin ərazidə bitən
çaytikanının ayrı-ayıı formalarının meyvələrindən müxtəlif cem, sirop və mürəbbə hazırlayıb
istehsalat sınaqları keçirmiĢlər. Bunlar xoĢ iyə malik olub, öz rəng və keyfiyyətlərini itirmədən uzun
müddət qalmıĢlar.
BiĢirilmə üsulu ilə hazırlanan çaytikanı pavidlasının tərkibində 34 mq% askorbin turĢusu, 28
mq% cem, 4 ay keçdikdən sonra 50%-ə qədər C vitamini qalır.
Soyuq mürəbbəsini hazırlayarkən bitkini toplayır, budaqlardan ayırır, əl ələyindən keçirib, 1
kq çaytikanı Ģirəsinə 2 kq Ģəkər qarıĢdırırlar. Alınan mürəbbənin ətirli iyi, turĢaĢirin dadı olur. Belə
mürəbbəni bir müddət saxladıqdan sonra o iki hissəyə ayrılır. Yuxarı hissəyə narıncı rəngli yağ,
aĢağı hissəyə isə sarı rəngli sirop yığılır.
156
Hər iki qarıĢıq bir-birindən asanlıqla ayrılrr. Alınan mürəbbənin tərkibində 70-72% Ģəkər
olduğundan o öz tərkibini dəyiĢmədən uzun müddət qalır.
Çaytikanı meyvəsi sirkə və limon əvəzinə giləmeyvələrdən alınan Ģirələrin
vitaminləĢdirilməsi məqsədilə meyvə, tərəvəz və konserv məhsullarının, eyni zamanda marmelad və
dərman preparatlarının tərkibinə əlavə edilir.
Çaytikanı meyvəsindən hazırlanan Ģirə sərinləĢdirici xüssiyyətə malikdir və orqanizmin
fəaliyyətini nizama salır. Bundan çaytikanı balı da hazırlayırlar. Aparılan elmi-tədqiqat iĢləri
nəticəsində məlum olmuĢdur ki, 1 hektar çaytikanı əkilən sahədən 50 sentnerə qədər meyvə
toplamaq mümkündür. Bu qədər məhsuldan isə 522 kq yağ almaq olur.
Çaytikanının xalq təsərrüfatı əhəmiyyəti. Meyvələrinin xoĢagələn sarı-narıncı, narıncı,
narıncı-qırmızı rəng çalarlarına görə ondan bəzək məqsədilə bağ və bağçaların, parkların
bəzədilməsində istifadə olunur. Sibirdə yaĢayan türk xalqları çaytikanından çox-çox qədimlərdən
istifadə etmiĢlər.
Oduncağı çox qiymətli xammaldır. Ondan müxtəlif bəzək əĢyaları hazırlanır. Zoğ
hissəsindən isə potaĢ alınır. Yabanı halda geniĢ yayılan çaytikanı bitkisinin meyvələri ilə vəhĢi
quĢlar və heyvanlardan dovĢan, sincab, tülkü, ayı və s. qidalanır.
QuĢ və heyvanlar onun meyvəsini yeməklə yanaĢı, həm də müalicə olunurlar. Əgər quĢların
qanadlarında yara və qaĢınma olarsa, onlar qanadlarını çaytikanı meyvələrinə sürtürlər.
Çaytikanının müalicə əhəmiyyəti. Çaytikanından hələ eramızdan çox-çox əvvəllər dərman
bitkisi kimi geniĢ surətdə bir sıra xəstəliklərin müalicəsində istifadə edilmiĢdir. Qədim
Yunanıstanın, Ġtaliyanın, Çinin, Tuvanın, Monqolustanın xalq təbabətlərində çaytikanı meyvəsi ilə
ağ ciyər, qara ciyər, mədə-bağırsaq, oynaq və s. xəstəlikləri müalicə etmiĢlər.
Sibirlilər çaytikanı meyvəsindən dərman hazırlayıb qarın yatalağı xəstəliyini sağaltmıĢlar.
Toxumlarından iĢlətmə, meyvəsindən alınmıĢ cövhərdən dəri xəstəlikləri, yarpaq və çiçəklərindən
hazırlanan cövhərdən isə revmatizm əleyhinə istifadə olunmuĢdur.
Altayda, Tuvada, Buryatiyada və Sibirin baĢqa rayonlarında çaytikanı yayılan sahələrdə
yaĢayan əhali yaxĢı bilir ki, çaytikanı meyvəsi və ondan hazırlanan Ģirə öz ətirli dadına və əla
keyfiyyətinə görə yüksək müalicəvi xüsusiyyətlərə malikdir. Ona görə də bu xalqlar çaytikanı
Ģirəsindən mədə-bağırsaq xəstəliklərində və qankəsici vasitə kimi istifadə etmiĢlər.
Tibet təbabətində çaytikanı meyvəsindən geniĢ surətdə istifadə olunmuĢdur. Meyvədən
hazırlanan Ģirə və yağdan dəridə baĢ verən yanıqların, eləcə də mədədə təzə əmələ gələn xərçəngin
müalicəsində geniĢ istifadə etmiĢlər.
Qərbi Pamirdə bunun çiçəklərindən ən çox üz və əl dərisinin yumĢaldılmasında istifadə
olunmuĢdur.
Çaytikanı meyvəsindən hazırlanan preparatları baĢqa dərman preparatları ilə qarıĢdırıb, ağ
ciyər, mədə-bağırsaq xəstəliklərində, qanazlığında istifadə edirlər. Bütün qədim ədəbiyyatlarda
göstərilir ki, meyvədən hazırlanan preparatlarla ağ ciyər vərəmi zamanı yaranan irinləri və yaraları
müalicə etmək olur. Bundan baĢqa, onunla qan dövranını nizama salır, boğaz ağrılarını və bir sıra
xəstəlikləri sağaldırlarmıĢ.
Bizim dövrümüzdə də çaytikanı meyvəsinin yağını tibbdə sınaqdan keçirməyə baĢlamıĢlar.
Çaytikanı yağının bakterisid xüsusiyyətlərini öyrənərkən belə nəticəyə gəlmiĢlər ki, onun yağı qızılı
stafılokoji hemosit, streptokokk, tif, paratif, qarın yatalağı mikroblarını, bağırsaq çöplərini və bir
sıra mikrob və bakteriyaları məhvetmə xüsusiyyətinə malikdir.
Çaytikanı yağı ilə qadınlarda uĢaqlığın boğaz nahiyəsində əmələ gələn yaraları müalicə
etmiĢlər. Çaytikanı yağı zəhərsiz olduğundan müalicə zamanı heç bir qıcıqlandırıcı təsir göstərmir.
Çaytikanı yağından emulsiya hazırlayıb dəri altına vuraraq orqanizmdə əmələ gələn zəifliyi,
süstlüyü aradan qaldırırlar.
Bitkinin yağı 2-ci dərəcəli yanıqlarda, traxoma, gözün buynuz təbəqəsinin iltihabı, göz
qapağı selikli qiĢasının iltihabı kimi bir çox xəstəliklərdə iĢlədilir.
Mədə və onikibarmaq bağırsaqlarda əmələ gələn yaıaların çaytikanı yağı ilə müalicəsində də
müsbət nəticələr əldə edilmiĢdir. Belə xəstələrə gündə üç dəfə çay qaĢığı ilə çaytikanı yağı verilir.
Bu cür müalicə üsulu 17 və 34 gün davam edir. Çaytikanı yağının orqanizmdə bərpaedici təsirini
Dostları ilə paylaş: |