147
istifadə edilir. XIX əsr rus tibb alimlərinin əsərlərində dazıotu qankəsici, sakitləĢdirici vasitə kimi
təqdim edilirdi (E.Y.ġass, 1952) D.Q.Qess isə (1966) qeyd edir ki, dazıotu ilə 20-dən artıq xəstəlik
müalicə edilir. M.N.Varlakov (1943-1944) dazıotundan alınan preparatların qankəsici, soyuqdəymə,
dezinfeksiya vasitəsi kimi tətbiq edildiyini qeyd edir. Bundan baĢqa dazıotu xaricdə istehsal olunan
ratanin preparatını müvəffəqiyyətlə əvəz edir və ondan da keyfiyyətli hesab edilir. Bitki balzam iyi
verdiyinə görə ondan konserv sənayesində ədviyyat kimi istifadə edilir. Professor D.Turovaya görə
(1974), 100 ml ekstraktından gündə 3 dəfə qəbul etdikdə 1-2 aydan sonra xroniki mədə xəstəliyi
olanların vəziyyəti yaxĢılaĢır, qıcqırma, turĢuluğun aĢağı düĢməsi və həzmin yaxĢlaĢması müĢahidə
edilir. PolĢada dazıotundan qankəsici və yuxusuzluğa qarĢı istifadə edilir.
Dazıotu cövhərinin hazırlanma qaydası: 1 xörək qaĢığı doğranmıĢ qurudulmuĢ otunu 0,75
litr suya töküb vam odun üzərinə qoyub 5-10 dəqiqə qaynadıb süzdükdən sonra istiadə edin.
Dazıotu yağının hazırlanma qaydası: 1 hissə dazıotunu 2 hissə zeytun yağının üzərinə
töküb 3 həftə saxlayıb süzün. Sonra istifadə edin.
Dazıotu toxumlarından hazırlanan yağdan və ekstraktlardan kosmetika sənayesində də geniĢ
istifadə edilir. Bitkidən sifətdə, orqanizmin baĢqa nahiyələrində əmələ gələn civzələrin, qoturluğun,
qaĢınmaların, irinli yaraların, səpkilərin, müalicəsində geniĢ istifadə edilir. Dazıotu yağını ev
Ģəraitində asanlıqla hazırlamaq olar. Bunun üçün 1 hissə dazıotu toxumu ilə 2 hissə bitki yağını bir-
birilə qarıĢdırıb 2-3 həftə qaranlıq yerdə saxlayıb süzün. Yeri gəldikcə yuxarıda qeyd etdiyimiz
xəstəliklər zamanı dərinin üzərinə sürtüb müalicə edin.
Dazıotundan müalicə preparatlarının hazırlanması.
Dazıotundan cövhərin hazırlanması. 100 q qurudulmuĢ dazıotunu 500 ml 40%-li spirtin
üzərinə töküb 7 gün qaranlıq yerdə saxlayıb süzün. Gündə 1-3 çay qaĢığı yeməkqabağı qəbul edin.
Dazıotundan müalicəvi yağın hazırlanması. 100 q dazıotundan götürüb 600 ml təzə zeytun
yağı və yaxud günəbaxan yağının üzərinə əlavə edin və 30 dəqiqə qaynadıb soyutduqdan sonra
süzün. Aldığınız yağdan dəridə əmələ gələn ləkələrin, yanıqların, yara və kəsiklərin üzərinə sürtün.
Dazıotu çiçəyindən yağın hazırlanması. 1 xörək qaĢığı təzə çiçəyini 1 stəkan zeytun,
günəbaxan və yaxud kətan yağına töküb, 2 həftə saxlayb, süzün. Aldığınız qırmızı rəngli yağı
yaraların, çibanların, kəsiklərin üzərinə sürtün. Müalicəni zədələnmiĢ nahiyəniz sağalana qədər
davam etdirin.
Dazıotundan dəmləməniıı hazırlanması. 2-4 xörək qaĢığı dazıotunu 2 litr suya töküb 20
dəqiqə qaynadıb otaq temperaturunda soyudub süzün. Alınan ekstraktdan yaraların və kəsiklərin
yuyulub dezinfeksiya edilməsində istifadə edin.
Təbii Ģəraitdə yayılmıĢ dazıotunun hər hektar sahəsindən 0,1-15 sentner xammal əldə
olunduğu halda, mədəni halda becərilmiĢ dazıotundan ikinci il hər hektar sahədən 15-25, üçüncü
ildə isə 30-40 sentner bitki xammalı tədarük etmək olar. Dazıotunun çiçəklərindən alınan spirtli
içkilərin ətirləndirilməsaində, «dazıotu», «Erofeiç» kimi acımtıl içkilərin, müxtəlif balzamların
hazırlanmasında geniĢ istifadə edilir.
Dazıotunun tərkibində olan hiperisin piqmentinin iĢıq Ģüalarına həssaslığı heyvan və insan
orqanizmlərinin günəĢ Ģüasına olan həssaslığının kəskin surətdə artmasına səbəb olur. Bu zaman
xoĢagəlməz hallar baĢ verir. Bunun qarĢısını almaq üçün dazıotu ekstraktlarından istifadə edilir.
Alman biokimyaçılarının uzun müddət apardıqları tibbi eksperimentlər nəticəsində müəyyən
edilmiĢdir ki, dazıotundan alınan preparat depressiyaya tutulmuĢ xəstələri müvəffəqiyyətlə müalicə
edir.
Dazıotunun tərkibində müalicəvi təsirə malik boyaq maddələri aĢkar edilmiĢdir. Bu
maddələrlə biz yeyinti, xalçaçılıq, toxuculuq, rəssamlıq sahəsində, həmçinin uĢaq oyuncaqlarını
ekoloji cəhətdən təmiz boyalarla boyaya bilərik. Biz istehsalat Ģəraitində aldığımız boyaq
ekstraktının tərkibinə müxtəlif elementlərin duzlarını əlavə etməklə yun və ipək məmulatlarını sarı-
qırmızı, narıncı, narıncı-qırmızı, narıncı-qəhvəyi, qəhvəyi-qırmızı, qəhvəyi-çəhrayı, qəhvəyi-boz,
bozumtul, bozumtul-çəhrayı, qonurumtul, fıruzəyi, Ģabalıdı-bozumtul, bozumtul-yaĢıl, yaĢıl,
zeytunu, tütünü və s. rəng və çalarlarla boyadıq.
Dazıotundan alınan piqment maddələri ilə əczaçılıq sənayesində dərman preparatlarını
ekoloji cəhətdən zəhərsiz boyalarla boyamaq olar.
148
Dazıotu qiymətli dərman bitkisi kimi bir çox ölkələrin xalq və elmi təbabətində geniĢ
istifadə edilir. Dazıotundan hazırlanan preparatların müalicəvi spektri çox geniĢ olduğu üçün bir
sıra çətin sağalan xəstəliklərin müalicəsində geniĢ istifadə edilir. Belə ki, «dazıotu cövhərindən»
diabetin (Ģəkərin), nefritin, sistouretritin, yara və bağırsaqların selikli qiĢasında əmələ gələn
eroziyaların, dəri yaralarının, artritin müalicəsində istifadə edilir.
Dazıotunun quru ekstraktından orqanizmin müqavimətinin artırılmasında, büzüĢdürücü
vasitə kimi «Yarsin-300», yerüstü hissəsindən alınan ekstraktından antidepressiya, oturaq sinir
xəstəliklərində istifadə edilir.
Dazıotundan alınan «hovoimanin» antibakterial ial vasitə kimi elmi təbabətdə geniĢ tətbiq
edilir. Slovakiyada dazıotundan hazırlanan «Floristen» preparatından qadın xəstəliklərinin
müalicəsində iĢlədilir. Rusiyada dazıotu istehsal edilən 20-dən artıq dərman preparatının tərkibinə
qatılır. Bu preparatlardan immunitet möhkəmləndirici, soyuqdəymədə, hipoqlikemiyada,
hepatoprotektor və antioksidant vasitə kimi tətbiq edilir.
Dazıotundan hazırlanan kompozisiya ekstraktı ABġ-a patent kimi satılmıĢdır. Kliniki
sınaqlar zamanı müəyyən edilmiĢdir ki, bu kompleks xroniki yorğunluq sindromunun əleyhinə
iĢlətmək olar.
Son illərdə dazıotunun kimyəvi və farmakoloji xüsusiyyətlərinin daha dərindən tədqiqi
nəticəsində yeni antidepressant və psixotrop preparatlar kəĢf edilib xalqın istifadəsinə verilmiĢdir.
Dazıotunun ekstraktlarından Almaniyada yeni «Neqrustin», «Qelarium hiperikum», «Qiperforat»,
«Psixotonin», «Nefropas» preparatları hazırlanmıĢdır. Bu preparatlar qorxu, həyəcan, depressiya
zamanı baĢ verən bir sıra əsəb xəstəliklərinin müalicəsində istifadə edilir. Bu yeni preparatlar
dünyanın bir çox iri tibb müəssisələrində geniĢ tətbiq edilir. Preparatların əsas kimyəvi tərkiblərini
dazıotundan alınmıĢ flavonoid birləĢmələri təĢkil edir.
BƏNÖVġƏ - Violaceae Batsch. fəsiləsi
Üçrəngli bənövĢə - Viola tricolor L.
Yer kürəsində bənövĢə fəsiləsinin 22 cinsi və 900-ə qədər növü yayılmıĢdır. Bu növlərin
əksəriyyəti ağac, kol və ot bitkiləri olub, əsasən tropik və subtropik ərazilərdə yayılmıĢdır. Bu 22
cinsin içərisində ən maraqlılarından biri də bənövĢə hesab edilir. BənövĢə cinsinə aid olan növlərin
içərisində dərman, boyaq, efır yağlı və bəzək üçün əhəmiyyətli
bitkilərin sayı çoxdur. Bu növlərdən biri də üçrəngli bənövĢə -
V. tricolor L. hesab edilir. Bu bitkini insanlar çox sevir və
əzizləyirlər. Bitki aprel aylarından payızın sonuna qədər çiçək
açır. BənövĢənin bənövĢəyi-mavi çiçəklərinin yuxarıda
yerləĢən ləçəkləri bənövĢəyi, iki küncdə yerləĢən ləçəkləri
mavi, aĢağı ləçəklərinin rəngləri isə ağımtıl-bənövĢəyidir.
Üçrəngli bənövĢə haqqında çoxlu əfsanə və rəvayətlər dolaĢır.
Bu rəvayətlərdən birində deyilir:
«Gözəllik ilahəsi Afrodita hovuzda çimən zaman üç
oğlanın ona tamaĢa etdiyini görür. Gənclərə acığı tutan gözəllik ilahəsi Afrodita oğlanları üçrəngli
bənövĢəyə çevirir».
BənövĢəni ən çox qədim yunanlar çox sevirmiĢlər. Onlar ibadətxanaları, müxtəlif allahlara
qoyulmuĢ heykəllərin ətraflarını bənövĢə çiçəyi ilə bəzəyirmiĢlər. Hal-hazırda gənc oğlanlar
Valentin günündə öz sevdikləri qızları bir dəstə bənövĢə çiçəyi ilə təbrik edib sevindirirlər.
BənövĢə çiçəklərinin tərkibində kompleks Ģəklində toplanan maddələr, o cümlədən saponin
birləĢmələri bəlğəmgətirici və yumĢaldıcı təsirə malikdir. Buna görə də onlardan bronxit, laringit və
qastritdə istifadə edilir. Preparatların təsiri nəticəsində bronx vəzılərinin sekresiyası artır və qatı
bəlğəm yumĢalıb asanlıqla orqanizmdən təmizlənir. BənövĢə dəri xəstəlikləri zamanı qanın
təmizlənməsində daxilə qəbul edilir. UĢaqlara isə otundan hazırlanmıĢ vannaların qəbul edilməsi
məsləhət görülür.
Xalq təbabətində bitkidən daha geniĢ istifadə edilir. Belə ki, bənövĢə preparatları bir sıra
Dostları ilə paylaş: |