141
kökünün qabığından qossipol (C
30
H
30
O
8
), aĢı maddəsi, K qrupu vitaminləri, efır yağının izi,
trimentilamin, toxumundan qossipol, qossipen (C
21
H
20
O
13
– hidroliz olaraq qlükoza və aqlikon –
qossipetin (C
15
H
10
O
8
), qossiroza (raffinoza - C
18
H
32
O
16
) çevrilir) tapılmıĢdır. Bundan baĢqa
toxumundan piqment qossipurnurprin (C
30
H
32
O
7
N) və 41%-ə qədər yağ aĢkar edilmiĢdir. Bitkinin
kök və toxumundan qossipol (gossypolum) tozu alınmıĢdır. Alınan preparat açıq-sarıdan tünd-sarı
rəngə qədər olub yaĢılı çalara malikdir. Suda həll olmur, az miqdarda spirtdə isə həll olur. Alınan
preparat kimyəvi terapevtik xüsusiyyətlərə malik olub, müxtəlif virusların məhv edilməsində
istifadə olunur. Təcrübələrə görə pambığın çiçəklərindən alınan flavonoid birləĢmələrindən ibarət
preparatlar kapilyarların möhkəmləndirilməsində, qan təzyiqinin, eləcə də tac damarların tonusunun
aĢağı salınmasında tətbiq edilir. Prof. P.A.Əliyevə görə (1972) qurudulmuĢ kökündən hazırlanan
sulu ekstraktı daxilə qəbul etməklə qanaxmaların qarĢısını almaq olar. Qossipol preparatını 3%-li
spirtli cövhəri ilə dəmrov və çibanları müalicə edirlər.
Biz ilk dəfə olaraq pambığın yarpaqlarınqdan flavonoid və aĢı maddələri ilə zəngin olan
boyaq ekstraktı hazırlayıb yun ipi sarı, limonu-sarı, limonu-narıncı, narıncı, narıncı-sarı, narıncı,
zeytunu, tütünü, tütünü-yaĢıl, tütünü-qəhvəyi, qəhvəyi, tünd-qəhvəyi, Ģabılıdı, bozumtul, bozumtul-
qonur, fıruzəyi və s. rəng və çalarlara boyadıq. Aldığımız rəng və çalarlar hər növ poroĢoklarla
yuyulmağa, eləcə də günəĢ Ģüasına davamlı olub, xalçaçılıq sənayesində müvəffəqiyyətlə tətbiq
oluna bilər.
ÇAY – Theaceae Mirb. ex Ker Gawl. fəsiləsi
Çay - Thea sinensis L.
P.M.Jukovskiyə görə çay bitkilərin təsnifatına görə
örtülütoxumlular tipinə (Angiospermae), ikiləpəlilər sinfinə
(Dicotyledonae) çayçiçəklilər sırasına (Theales), çay fəsiləsinə
(Theaceae), çay cinsinə (Thea), Çin çayı növünə Thea sinensis L. aid
edilir. Çay bitkisinin Yaponiya, Çin, Vyetnam, Hindistan, Seylon,
Yunanıstan və s. növmüxtəliflikləri vardır. Çoxillik həmiĢəyaĢıl kol
bitkisi hesab edilir.
Botaniklərin
1935-ci
ildə
Niderlandda
keçirilmiĢ
Ümumdünya konfransında belə qərara alınmıĢdır ki, çay bitki növü
Camellia L. cinsi ilə birləĢdirilsin. Qeyd etmək lazımdır ki, morfoloji
quruluĢlarına görə Camellia ilə çay bitkiləri bir-birindən o qədər də fərqlənmirıər. Hər iki bitkiyə
həm kol, həm də ağac formasında rast gəlinir; yarpaqları, cavan budaqları, çiçəkləri, meyvə və
toxumları xarici görünüĢcə bir-birinə oxĢayır. Lakin bitkilər arasında böyük fərq olduğunu da
göstərməliyik. Belə ki, Camellia-nın tərkibindən fərqli olaraq çay bitkisində 5%-ə qədər kofein
aĢkar edilmiĢdir. Ġngilis botanikləri belə hesab edirlər ki, çayın vətəni ġimali Birmadır. Çinlilərə
görə çayın vətəni onların ölkəsidir. Akademik N.I.Vavilov «Mədəni bitkilərin mənĢəyi nəzəriyyəsi»
əsərində çinlilərə haqq qazandırır. Çay ilk dəfə Tibet dağının ətəklərində inkiĢaf etməyə baĢlamıĢ və
getdikcə Çinin cənub ətəklərində geniĢ surətdə yayılmıĢdır.
Çin rəvayətlərinin birində deyilir: bir çoban görür ki, qoyun və keçilərin həmiĢəyaĢıl bir
kolun cavan budaq və yarpaqlarını yeyən zaman onlarda oynaqlıq, gümrahlıq, cəldlik əmələ
gəldiyini müĢahidə edir. Çoban həmin bitkinin yarpaqlarını dəmləyib içir. Bitkidə xoĢ tam və ətirli
xüsusiyyət olduğunu baĢa düĢür. Beləliklə, «Allah otu» - çay kəĢf olunur. Sonradan çinlilər onu
mədəni hala keçirirlər. Ġlk vaxtlar çaydan ancaq imperatorlar istifadə edirdi. Sonralar onlar çay
dəmləyib içməyi öz yaxın əyan və xidmətçilərinə icazə verirlər. Ġndoneziyada çay bitkisinin
yetiĢdirilməsi təĢəbbüsü 1684-cü ildən inkiĢaf etmiĢdir. Hazırda Ġndoneziya çay istehsal edən
ölkələr arasında beĢinci yeri tutur. Yava və Sumatra adalarında hazrlanmıĢ çay dünya bazarlarında
əhəmiyyətli yerlərdən birini tutur. Çay istehsalına görə birinci yeri tutan Hindistanda həmin bitki ilk
dəfə XVIII əsrin axırlarında inkiĢaf etməyə baĢlamıĢ və 1874-cü ilə kimi ölkənin bir çox əyalətlərini
əhatə etmiĢdir. Vyetnamda, Birmada və Tailandda da çay qədim bitkilərdən hesab olunur. XIX əsrin
əvvəllərində (1826) Vyetnamda iri çay plantasiyalarının salınmasına baĢlanmıĢ və 1918-ci ildən
142
sonra bitki ölkənin cənub əyalətlərində də geniĢ yayılmıĢdır. Asiya qitəsində getdikcə inkiĢaf edən
çay bitkisi XIX əsrdən etibarən Afrika, Amerika və Avropa qitələrinin bir sıra ölkələrində də geniĢ
yayılmağa baĢlayır.
Çay Rusiyada saray əyanlarının xoĢuna gəlmiĢ və sonralar boyarlar onu ölkənin hər yerində
yaymağa baĢlamıĢlar. 1779-cü ildə Çin ilə Rusiya arasında bağlanmıĢ müqaviləyə əsasən, ölkəyə
Çindən çay gətirilmiĢdir.
Rusiyada çay əkilib-becərilməsinə XIX əsrin əvvəllərində baĢlanmıĢdır. Ġlk çay bitkisi 1818-
ci ildə Nikitin Nəbatat bağında əkilmiĢdir. Rusiyada çay bitkisi sənaye məqsədilə 1833-cü ildən
yetiĢdirilməyə baĢlanmıĢdır. Bu da bir çox alimlərin, müxətəssislərin, çay həvəskarlarının səyi
nəticəsində olmuĢdur. Vaxtilə Qərbi Gürcüstanda və Ġranda olmuĢ rus yazıçısı A.S.Qriboyedov
qeyd edir ki, hələ 1827-1828-ci illəıdə Qara dənizin Batumi sahilində çay və digər subtropik bitkilər
yetiĢdiımək haqqında layihə təqdim edilmiĢdir.
Rusiyada ilk çay fabriki 1897-ci ildə tikilmiĢdir. Çay fabriki o zaman lazımi avadanlıqla
təchiz edilmədiyindən istehsal olunmuĢ məhsulun keyfiyyəti çox aĢağı idi. Bu dövrlərdə
Azərbaycanda və Orta Asiyada təcrübə məqsədilə çay əkilməyə baĢlanır. Bitki 1890-cı ildə Cənubi
Qafqazda, 1896-cı ildən sonra isə Lənkəranda sınaqdan keçirilir və beləliklə də Azərbaycanda
çayçılıq get-gedə geniĢlənir.
1931-ci ildən sonra Lənkəran-Astara, ġəki-Zaqatala zonalarında, Krasnodar diyarında çay
sahələri inkiĢaf etdirilməyə baĢlandı. Çayçılıq üzrə kolxoz və sovxozlar, elmi-tədqiqat idarələri və
institutlar yaradıldı. Vaxtilə keçmiĢ SSRI çay istehsalına görə dünyada 20-ci yeri tuturdu və burada
adambaĢına ildə orta hesabla 0,32 kiloqram məhsul istehsal edilirdi.
YUNESKO-nun məlumatına görə gündə dünyada 3 min tona yaxın quru çay iĢlədilir.
Azərbaycanda ildə adambaĢına bir kiloqram çay sərf olunur. Ġçilən çayın miqdarına görə
respublikamız Özbəkistan və Tacikistandan sonra üçüncü yeri tutur.
Çay qiymətli texniki bitki hesab olunur. O, vitaminli, efır yağlı, aĢı təbiətli, dərman
xüsusiyyətli və boyaq əhəmiyyətli bitkidir. Çay yarpağının tərkibində P vitamini qrupundan olan bir
sıra maddələr: tanin, tein, efır yağları, karbonatlar, zülallar, fermentlər və s. vardır. Tədqiqatlar
göstərir ki, yaĢıl çay yarpağının tərkibində C vitamini, çay kollarının nazik budaqlarında və
yarpaqlarında B
1
, B
2
, K, PP vitaminləri də vardır. Bundan baĢqa onun tərkibində nikotin və
pantoten turĢuları, kempferol, rutin, kofein və s. maddələr mövcuddur. Bir sözlə, çayın tərkibində
130-a yaxın nadir və qiymətli maddə vardır.
Qeyd etdiyimiz kimi, çaydan hələ eramızdan çox-çox əvvəl qiymətli müalicə otu kimi
istifadə olunmuĢdur. Qədim manuskript yazılarında göstərilmiĢdir ki, çay bədəni sağlamlaĢdırır,
ürək döyüntülərini nizama salır, zehni təmizləyir və əhvali-ruhiyyəni yaxĢılaĢdırır. Lakin çayın
müalicəvi əhəmiyyəti və onun möcüzəli təsiri elmi surətdə ancaq XX əsrin ortalarından sonra
öyrənilmiĢdir. 1945-ci ildə Xirosimaya atılan atom bombasının təsiri nəticəsincə minlərlə insan
Ģüalanmaya məruz qalmıĢ və bu dəĢhətli hadisənin qurbanı olmuĢdur. PartlayıĢdan sonra yerli əhali
ölkənin müxtəlif əyalətlərinə köçmək məcburiyyətində qalmıĢdır. ġüa xəstəliyinə tutulmuĢ əhalinin
Udçi çayçılıq əyalətinə köçmüĢ hissəsi az bir zamanda sağalmıĢ, amansız ölümdən yaxa qurtara
bilmiĢdir. Bu məsələ yapon ictimaiyyətinin nəzərini cəlb etmiĢ və böyük sensasiyaya səbəb
olmuĢdur. Tokio qəzetləri o zaman «Çay radiasiyadan qoruyur», «Atom əsrinin içkisi», «Çayın
möcüzələri» və s. baĢlıqlar altında çayı geniĢ təbliğ etməyə baĢlamıĢlar. Yaponiyanın Kioto
universitetinin əməkdaĢlarından Yanq Taijiquan və Ensi Hayal çay bitkisini geniĢ tətbiq etmiĢ və
belə nəticəyə gəlmiĢlər ki, çay nüvə partlayıĢı zamanı orqanizmi radioaktiv izotoplarla zəhərləyən
stronsium 90-ı təsirdən salır. Çay Ģüalanmanı neytrallaĢdırır və Ģüalar tədricən insan
orqanizimindən kənar olur. Bunu nəzərə alaraq alimlər Ģüa xəstəliyinin müalicəsində təbabətdə çox
dan bəri məlum olan tanin preparatmdan istifadə edilməsini məsləhət görürlər. KeçmiĢ sovet
alimləri də çayı bu mövqedən tədqiq etməyə baĢlamıĢlar. Kiyev fıziologiya institutunda Ukrayna
alimi A.Qordetski bir qrup siçanı Ģüalandırıb, xəstələndirdikdən sonra iki bərabər qrupa bölmüĢdür.
Birinci qrupu özbaĢına buraxmıĢ, ikinci qrupa ardıcıl surətdə külli miqdarda katexin məhlulu (çayın
tərkibində olan üzvü birləĢmə) vermiĢdir. Nəticədə katexin məhlulu verilən siçanlar sağalmıĢ,
qalanaları isə məhv olmuĢdur ki, bu da Ģüa xəstəliyinin müalicəsində çayın tərkibindəki taninin
Dostları ilə paylaş: |