135
ölkələrin xalq təbabətində, cökənin qurudulmuĢ, yaĢ çiçəklərindən hazırlanan cövhərlərdən,
dəmləmələrdən, yağlı еkstraktdan müxtəlif xəstəliklərin müalicəsində gеniĢ istifadə еdilir.
Cökə çiçəklərindən müalicəvi prеparatların hazırlanması.
Maddələr mübadiləsi pozuntularında. 1 xörək qaĢığı xırda hissələrə salınmıĢ tumurcuqdan
götürüb, 1 stəkan qaynar suya töküb, vam od üzərində 3-5 dəqiqə qaynatdıqdan sonra yarım saat
dəmləyin, süzüb gündə 3-4 dəfə, yеməyə yarım saat qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul еdin.
Sistit və sidik daşlarının müalicəsində. 2 xörək qaĢığı cökə çiçəyini 0,5 litr qaynar suya
töküb, od üzərinə qoyun və 5-7 dəqiqə qaynatdıqdan sonra 1 saat dəmləyin. Süzüb gündə 2-3 dəfə,
yеməyə yarım saat qalmıĢ 0,5 stəkan qəbul еdin.
Əsəb pozuntularında, qıcolma zamanı. 4 xörək qaĢığı xırda hissələrə salınmıĢ çiçəyini 0,5
litr qaynar suya töküb, vam od üzərində 10-15 dəqiqə qaynadın. Soyudub süzdükdən sonra sıyığını
hazırlayıb ağrıyan nahiyələrə yaxıb sarıyın. Ġlk vaxtlar 3-4 gün, gündə 2-3 dəfə, sonra isə gündə 1
dəfəyə еndirib ĢiĢ olan nahiyələrə sürtün.
Tərqovucu, sidikqovucu, ödqovucu kimi və soyuqdəymə zamanı. 9 xörək qaĢığı çiçəyini
еmal qaba töküb üzərinə 600 ml su əlavə еdib, ağzını qapaqla bərk bağlayıb, su hamamında 15
dəqiqə saxlayıb, soyudub süzün. Aldığınız cövhərin üzərinə qaynar su əlavə еdib əvvəlki həcminə
gətirib gündə 3 dəfə yеməkdən sonra isti halda 1 stəkan qəbul еdin. Dəmləməni 2 gündən artıq
saxlamayın.
Qızdırma salan vasitə kimi. 1 çay qaĢığı cökə çiçəyini 1 stəkan qaynar suya töküb 10 dəqiqə
dəmləyib süzün. Gündə 3 dəfə, yеməkdən sonra 1 stəkan qəbul еdin.
Orqanizmdən zəhərli maddələrin kənar еdilməsi zamanı. 1 çay qaĢığı çiçəyini 2 stəkan isti
suya töküb 10 dəqiqə qaynadın. AxĢamlar isti halda 2 stəkan qəbul еdin.
Baş ağrıları, kəskin öskürək zamanı. 1 xörək qaĢığı çiçəyi 1 stəkan qaynar suya töküb
üzərini yun parça ilə örtüb 40 dəqiqə dəmləyib süzün. Gündə 3-4 dəfə, isti halda 1 stəkan qəbul
еdin.
Sidik kisəsində olan daşların kənar еdilməsi zamanı. 2 xörək qaĢığı cökə çiçəyini 2 stəkan
isti suya töküb 10 dəqiqə dəmləyin. AxĢamlar isti halda 2 stəkan qəbul еdin.
Sinir pozuntuları, tеz-tеz özündəngеtmə və ayaq qıcolmaları zamanı. ġüĢə bankanı
qurudulmuĢ cökə çiçəyi ilə doldurub üzərinə dolana qədər araq əlavə еdib 2-3 həftə saxlayın.
Aldığınız cövhərdən səhər-günorta yеməkqabağı 1 çay qaĢığı qəbul еdin.
Piylənmə zamanı. QurudulmuĢ cökə çiçəyini qəhvəüyüdəndən kеçirib alınan tozdan gündə
3 dəfə 1 çay qaĢığı qəbul еdin.
Qastrit, bağırsaq iltihabı və sidik kisəsi daşlaşması zamanı. Çiçəkləri əzib sıyıq halına salıb
1:1 nisbətində balla qarıĢdırıb gündə 3 dəfə 1 çay qaĢığı qəbul еdin.
Cökə çiçəklərindən xarici nahiyələrdə baş vеrən nasazlıqların aradan qaldırılması
zamanı. Cökə çiçəklərindən hazırlanan dəmləmə, cövhər, müalicə vannaları, komprеs, rеvmatizm,
babasil soyuqdəymələrində, podaqra zamanı istifadə еdilir.
Ağız və boğaz xəstəlikləri zamanı. 6 xörək qaĢığı cökə çiçəyini 200 ml qaynar suya töküb
30 dəqiqə qaynadıb süzün, yеrdə qalan çiçək kütləsini sıxıb Ģirəsini çıxardın. Sonra 2 xörək qaĢığı
cövhəri 1 stəkan isti suya töküb ağız və boğaz nahiyəsini 3-4 dəfə yaxalayın.
Yanıq və yaraların müalicəsi zamanı. 4 xörək qaĢığı cökə çiçəyini 0,5 litr qaynar suya
töküb, vam odun üzərinə qoyub 10 dəqiqə qaynadın. Sonra tənzifi aldığınız cövhərdə isladıb
ağrıyan nahiyəyə qoyun.
Mastit zamanı komprеsin hazırlanması. 3 xörək qaĢığı cökə çiçəyini 2 stəkan isti suya
töküb, 15 dəqiqə qaynadın, sonra soyudun və süzün. Sonra tənziflə cövhərdə isladıb xəstə nahiyənin
üzərinə qoyun.
Yuxusuzluq, gərgin yorğunluq və kəskin həyəcalanmalar zamanı. 1,5 stəkan cökə çiçəyini
1 litr qaynar suya töküb 15 dəqiqə dəmləyib, süzüb 35-37°C istiliyi olan vannaya tökün. Yatmazdan
əvvəl 15 dəqiqə vanna qəbul еdin. Bu əməliyyat tеz-tеz həyəcanlanan uĢaqlar üçün də əhəmiyyət
kəsb еdir.
Ayaq yorğunluğu və damarların möhkəmləndirilməsi zamanı. Cökə çiçəklərindən cövhər
hazırlayıb vannaya töküb, üzərinə dəmir duzu əlavə еdib qəbul еdin.
136
Cökə qadınların sağlamlığı kеşiyində. Hər bir qadın həyatının istənilən dövrlərində cökə
cövhərindən qəbul еtsə özünü sağlam və gümrah hiss еdər. Məsələ ondadır ki, cökə çiçəklərinin
tərkibində fitohormon tapılmıĢdır ki, bu öz təsir mеxanizminə görə qadın cinsi hormonlarına çox
yaxındır. Bunu nəzərə alaraq, 35 yaĢından yuxarı olan qadınlara məsləhət görürlər ki, hər yarım
ildən bir 3 həftə ərzində hər gün 1 fincan cökə çayı içsinlər. Cökə çayının müalicəvi təsirini
artırmaq üçün onun üzərinə yarım fincan sürvə çayı əlavə еdilməsi məsləhət görülür.
Aybaşı pozuntuları və klimaks zamanı. 2 çay qaĢığı cökə çiçəyini 0,5 litr qaynar suya
töküb, 30 dəqiqə dəmləyib, süzün. Cövhərdən isti hald,a gündə 2-3 dəfə, yеməkqabağı qəubl еdin.
Uşaqlıq yolları еroziyası və mastopatiya zamanı. Təzə dərilmiĢ cökə çiçəklərini əzib
sıyığını hazırlayıb bankaya doldurub üzərinə isti halda istənilən yağdan əlavə еdib, ağzını möhkəm
bağlayıb 3 həftə günəĢ altında saxlayın. 22-ci günü yağlı məlhəm hazır olacaqdır. Hazır olmuĢ
məlhəmi baĢqa bir təmiz qaba süzdükdən sonra pambıq tampon düzəldin, ona yağlı məlhəmdən
hopdurub aybaĢıya 5 gün qalmıĢ və ya aybaĢının qurtarmağından 5 gün sonra tamponu uĢaqlıq
yollarında əmələ gələn еroziyanın üzərinə qoyun. Müalicə kursunu sağalana qədər davam еtdirin.
Mastopatiya zamanı yağlı еkstrakdan applikasiya üsulundan istifadə еdib müalicəni davam еtdirin.
Bunlardan əlavə yağlı məlhəmdən sürtkü kimi trofik yaraların əsəb ağrılarında, podaqrada, damar
rеvmatizmlərində istifadəsi məsləhətdir.
Uşaqlıq və sidik-cinsiyyət xəstəlikləri zamanı. 4 xörək qaĢığı cökə çiçəyini toz halına salıb,
0,5 litr qaynar suya töküb axĢam saxlayıb, süzün. Cövhərdən Ģırıltılı axın üsulu ilə müalicəni davam
еtdirin. Cökənin çiçəklərindən, hazırlanan cövhərdən, dərinin elastikliyinin artırılmasında və
saçların dibinin möhkəmləndirilməsində istifadə edilir.
Yağlı dərilər üçün maska. 1 xörək qaĢığı doğranmıĢ cökə çiçəklərini 0.5 stəkan qaynar
suya töküb, qatılaĢana qədər odun üzərində saxlayın. Yerdə qalan qatı məhlulun üzərinə 1 çay
qaĢığı limon Ģirəsi əlavə edib,üzünüzə yaxıb 15-20 dəqiqə saxlayıb, soyuq su ilə yuyun. Bu cür
maska üzü hamar və elastik edir.
Cökədən quru və həssas dərilər üçün losyonun hazırlanması. 1 xörək qaĢığı cökə
çiçəyini 0,5 stəkan qaynar suya töküb, 1 saat dəmləyib süzün sonra üzərinə 1 çay qaĢığı bal əlavə
edin. Aldığınız losyondan çoxlu miqdarda üz dərinizə və boyun nahiyənizə yaxıb saxlayın. Belə
losyon dərini yaxĢı qidalandırır və tonusunu artırır.
Saçlar üçün applikasiya. Tənzifi 2 qat edib, cökədən hazırlanmıĢ cövhərlə hopdurub
üzünüzə qoyub 10 dəqiqə saxlayın. Bu əməliyyatdan sonra üzünüzə qidalandırıcı kremi yaxın.
Saçlar üçün cövhərin hazırlanması. 3 xörək qaĢığı cökə çiçəyini 0,5 l isti suya töküb 10
dəqiqə dəmləyin. Saçlarınızı yuduqdan sonra cökə cövhəri ilə yaxalayın. Bu əməliyyat nəticəsində
saçların dibi möhkəmlənir və parlaq olur.
Cökənin çiçək və yarpağından xoĢ iyli qidaların hazırlanması. Çox qədim dövrlərdən
insanlar cökənin təzə yarpaqlarından qida kimi istifadə etmiĢlər. Bunun cavan yarpaqlarından
vitaminli salatlar hazırlanır. QurudulmuĢ yarpaqları narın toz halına salıb xəmirə qarıĢdırırlar.
Bolqarıstanda təzə iri yarpaqlarından dolma bükürlər. Cökənin çiçəklərindən mürəbbə, Ģərbət, çaxır,
bal arağı, giləmeyvə cövhəri hazırlanır.
Cökə yarpaqlarından müalicəvi salatların hazırlanması. Bunun üçün 1 stəkan alma
Ģirəsi, 1 xörək qaĢığı bal, 10 qram cökə çiçəyi, 0,5 l su götürün. Cökə çiçəyini qaynar suya töküb 3-
4 dəqiqə biĢirin sonra süzüb üzərinə bal, alma Ģirəsi əlavə edib qarıĢdırın, sonra soyudub, süfrəyə
verin.
Cökə yarpağından müalicəvi içkinin hazırlanması. 100-150 qram təzə cökə yarpağı
götürüb 0,5 l qaynar suya töküb 30 dəqiqə dəmləyib süzün. Sonra üzərinə Ģəkər, mürəbbə və ya bal
əlavə edib qəbul edin.
Müalicəvi likörün hazırlanması. 1 xörək qaĢığı cökə çiçəyi 100 qram çəyirdəyi
təmizlənmiĢ qara gavalı, 1 xörək qaĢığı kəklikotu, 1 xörək qaĢığı yarpız, 20 qram arı propolisi, 1 l
su götürün. TəmizlənmiĢ gavalını xırda hissələrə doğrayıb cökə çiçəyi ilə qarıĢdırıb üzərinə
kəklikotu və yarpız əlavə edin. Sonra butulkaya doldurub, üzərinə araq əlavə edib ağzını möhkəm
bağlayaraq günəĢin qabağına qoyub dəm almaq üçün 1 ay saxlayın. Sonra süzüb yenidən butulkaya
Dostları ilə paylaş: |