137
doldurub soyuq yerdə saxlayın. 2 çay qaĢığı isti çaya əlavə edib daxilə qəbul edin.
Bundan baĢqa müasir tibb aləmində cökə kömüründən zəhərlənmələr zamanı istifadə еdilir.
Qatranından isə еkzеmaların müalicəsində tətbiq еdilir. Cökənin tumurcuq, qabıq hissələrindən də
müalicə məqsədləri üçün istifadə еtməyə baĢlamıĢlar.
Cökə çiçəyindən hazırlanan prеparatlardan baktеrisid, tərqovucu, istiliksalan, sidikqovucu,
sakitləĢdirici vasitə kimi və qıcolmaya qarĢı iĢlədilir. Qabıq və tumurcuğundan hazırlanan
prеparatlarından isə yarasağaldıcı, yumĢaldıcı, maddələr mübadiləsini tənzimləyən vasitə kimi,
orqanizmdə olan zəhərli və xoĢagəlməz maddələrin təmizlənməsində istifadə еdilir. Prеparatların
köməyi ilə xolеstеrini, ağır mеtal duzlarını, radionuklidləri, sidik turĢusunu orqanizmdən kənar
еdirlər.
Biz isə ilk dəfə olaraq cökənin çiçək və yarpaqlarından flavonoid tərkibli boyaq ekstraktı
hazırlayıb yun ipi açıq-sarı, tünd-sarı, parlaq-sarı, sarı-narıncı, narıncı, mixəyi, qonurumtul, açıq-
yaĢıl, tütünü, açıq-qəhvəyi, tünd-qəhvəyi və s. rəng və çalarlar almağa nail olduq. Aldığımız rəng və
çalarlar suya, sabunla yuyulmağa qarĢı davamlı olub yüngül sənayedə istifadə oluna bilər.
1 kq çiçək və yarpağın tozundan alınan boyaq ekstraktı ilə 8-10 kq yun ipi boyamaq olar.
Bir cavan cökə ağacından orta hesabla 0,7-1,5 kq çiçək əldə etmək olar. 1 hektar sahədən isə
30-40 kq quru çiçək əldə edilir.
ƏMƏKÖMƏCĠ – Malvaceae Juss. Fəsiləsi
MeĢə əməköməcisi – Malva sylvestris L.
Əməköməci fəsiləsinin dünya florasının tərkibində 75 cinsi, 1500-ə qədər növü yayılmıĢdır.
Bu növlərin içərisində birillik, ikillik, çoxillik kol və ağac formalarına rast gəlmək olar. Bunlar ən
çox tropik zonalarda yayılmıĢlar. Əməköməci fəsiləsinə aid olan növlərin
içərisində qiymətli yağ təbiətli, lif xüsusiyyətli, dərman əhəmiyyətli,
boyaq və bəzək növlərinin geniĢ spektrinə rast gəlmək olar. Bunlardan
biri də meĢə əməköməcisidir. Bu ikillik ot bitkisi olub, qollu-budaqlı
gövdəyə malikdir. Yarpaqları uzunsaplaqlı, növbəli, ürəkvari girdə, 5-7
dilimli,
kənarları
yarımdairəvi
diĢlidir.
Dəstə-dəstə
yarpaqların
qoltuğunda yerləĢən çiçəkləri çəhrayı-bənövĢəyi rəngdədir. Bitki may-
iyun aylarında çiçəkləyir, meyvələri iyuldan baĢlayaraq oktyabra qədər
yetiĢir.
MeĢə əməköməcisinə - M.sylvestris L. Azərbaycanın demək olar
ki, hər yerində - ovalıqlardan baĢlayaraq orta dağ qurĢaqlarına qədər rast gəlmək olar. Bundan baĢqa
bitkiyə alaqlı yerlərdə, bağ və bostanlarda, yaĢayıĢ binalarının ətrafında, həyətyanı sahələrdə, meĢə
açıqlıqlarında təsadüf etmək olar.
Bitkinin çiçək və yarpaqlarının tərkibində 7,7% D-qlükoza, D-fruktoza, saxaroza, rafınoza,
1,35-6,12%-ə qədər selikli maddə, 3-B-D-qlükoprianozid malvidin, malvin, mirtilin antosianları, S-
O-B-D-qlükozid-3-sulfat qossipetin, 8-O-B-D-qlükozid-3 sulfat qipolaetin, 8-0-B-D-qlükyronid-3-
sulfat qossipetin və s. aĢkar edilmiĢdir. Çiçəklərində isə sulu karbohidratlardan: D-qlükoza,
fruktoza, saxaroza, 6,10-7,25% selikli maddə və s. müəyyən olunmuĢdur. Qədim tərəvəz və müalicə
bitkisi hesab edilir. Müalicə məqsədləri ilə bitkinin yarpaq və çiçək hissələrindən istifadə edilir.
Çiçəyi quruyan zaman bənövĢəyi rəng alır. Çiçəyinin tərkibində selikli maddə, yarpaqlarında 3%-
dək askorbin turĢusu tapılmıĢdır. Toxumlarında 10-18% piyli yağ aĢkar edilmiĢdir.
Əməköməcidən alınan preparatlar bakterisid, soyuqdəymə, yarasağaldıcı, bəlğəmgətirici,
yumĢaldıcı, zəif iĢlədici təsirlərə malikdirlər.
Bronxit, astma, pnevmoniya, xroniki bronxit, traxeitli laringitdə. 1 çay qaĢığı doğranmıĢ
quru yarpaqlarından 1 stəkan qaynadılmıĢ suya töküb bir saat dəmlədikdən sonra süzün.
HazırlanmıĢ isti ekstraktdan gündə 3 dəfə yeməyə yarım saat qalmıĢ stəkanın 1/3 hissəsi qədər
qəbul edin.
Traxeit, traxeitlərdə baş verən bronxit, faringit, laringitin müalicəsində. 3 xörək qaĢığı
doğranmıĢ yarpaq və ya çiçəklərini 5 litr qaynar suya töküb vam od üzərində 5-7 dəqiqə saxlayın. 2
138
saat dəmlədikdən sonra süzün. AlınmıĢ isti dəmləmədən gündə 4 dəfə, 0,5 stəkan həcmində,
yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.
Soyuqdəymə, qrip, mədə yaralarının, onikibarmaq bağırsaq xəstəliklərində, kolit, qastrit,
turşuluğun artması zamanı. 1 xörək qaĢığı doğranmıĢ çiçək və yarpaqlarını 1 stəkan qaynar suya
töküb 2 saat dəmlədikdən sonra süzün. Aldığınız isti dəmləməyə zövqünüzə uyğun bal əlavə edib
gündə 4 dəfə 2 xörək qaĢığı qəbul edin.
Öd kisəsi xəstəliklərində. 1 xörək qaĢığı doğranmıĢ yarpağını 1 stəkan qaynar suya töküb, 2
saat dəmlədikdən sonra gündə iki dəfə stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.
Ekzema, psoriaz, neyrodermitdə. 5 xörək qaĢığı doğranmıĢ yarpaq və çiçəyindən 1 litr
qaynar suya töküb vam od üzərində 10-15 dəqiqə saxladıqdan sonra, yarım saat dəmləyin. Süzün,
37-38°C temperatura gətirib, yatmağa 1 saat qalmıĢ günaĢırı vannasını qəbul edin. Müalicə kursu 10
gündür.
Dərman bəlğəmotu – Althaea officinalis L.
Dünya florasının tərkibində əməköməci fəsiləsinin 75 cinsinə, 1000-ə qədər növünə rast
gəlmək olar. Bunların əksəriyyəti tropik ölkələrdə yayılan ağac və ot bitkiləridir. Növlərin
əksəriyyəti selik və kitrə ilə zəngin olub tibbdə geniĢ istifadə edilir.
Dərman bəlğəmotu - A. officinalis L. hündürliiyü 60-150 sm olan yoğun, qısa, çoxbaĢcıqlı
kökümsov və budaqlanan kök sisteminə malik çoxillik ot bitkısidir. Gövdəsi tək və yaxud bir neçə
ədəd dikduran olub budaqlanandır. Yarpaqları növbəli, saplaqlı, yuxarıdakı yarpaqlar bütöv,
yumurta Ģəkilli, orta və aĢağı yarpaqları ürək formasında 3-5 ədəd, çox da dərin olmayan dilimli,
kənarları diĢli, bozumtul-yaĢıl, məxməri tüklərlə örtülmüĢdür. Diametri 2-3 sm, ağ-solğun və
çəhrayı, qırmızı rəngdə olan çiçəkləri yarpaqların qoltuğunda, gövdə və budaqların yuxarısında
uzun sünbülvari çiçək qrupunda yerləĢmiĢdır. Meyvələri çoxtoxumlu, dairə Ģəkillidir. BöyrəyəoxĢar
tünd qonur rəngli hamar toxumları vardır. Bitki iyun ayından baĢlayaraq sentyabr ayına qədər çiçək
açır. Toxumları sentyabrda yetiĢir.
Azərbaycanda bəlğəmotu aran rayonlarında, ən çox isə Kür-Araz,
Alazan-Əyriçay və Samur-Dəvəçi ovalıqlarında, çəmənlik yerlərdə,
kolluqlarda, nəmli torpaqlarda, çay kənarlarında bitir.
Bitkinin əsas təsiredicisı maddəsi selikli maddədir. Köklərində
35%-ə qədər suda həll olan selikli maddə vardır ki, bu da hidroliz
olunaraq pentoza, qalaktoza və dekstrozaya çevrilir. Tərkibində 37%-ə
qədər niĢasta, 4% betain, 10-20%-ə qədər saxaroza, 11% pektin, 2%-ə
qədər askorbin, 1,7% efır yağı, alma turĢusu, fitosterin, kauçukabənzər
maddə, 1,25-1,70% piyli yağ, aĢı maddəsi, kempferol, kversetin,
flavonoidlər, kumar, kofein, ferul, salisil, vanilin turĢuları və s.
tapılmıĢdır. Çiçəklərində 0,2-0,3% efır yağı, 4-5% selikli maddələr,
karotin, askorbin turĢusu, meyvələrində isə 2% piy aĢkar edilmiĢdir. Kökünün tərkibində 5,65% kül
maddəsi, mq/q-la: 11,30 - K, 17,40 - Ca, 4,00 - Mg, 0,73 - Fe makroelementləri, mkq/q-la: 0,10 -
Mn, 0,47 - Si, 0,25 - Zn, 0,10 - Co, 0,10 - Cr, 0,46 - Al, 0,29 - V, 5,71 - Sc, 0,15 - Ni, 0,63 - Sr, 0,05
- Pb, 0,10 - I, 0,20 - B mikroelementləri tapılmıĢdır. Yarpaqlarının tərkibində axillin (C
7
H
13
O
3
)
alkaloidi aĢkar edilmiĢdir.
Dərman bitkisı kimi çox qədim dövrdən məlumdur. Müalıcəvı təsıri haqqında Teofrast,
Pliniy, Dioskorid, Ġbn Sina geniĢ məlumat vermiĢlər. Dioskorid bu bitkinin adını «altana» yəni
«çoxlu dərdlərin dərmanı» qoymuĢdur. Ġbn Sina isə bunun yunanca adının «çoxtərəfli», «çox
əhəmiyyətli» mənasını daĢıdığını qeyd cdir. Bəlğəmotundan qədim yunan və Roma xalqları geniĢ
istifadə ctmiĢlər. Qədim zamanlarda bitkini göllərin ətrafında əkib bccərərək yarpaq, kök və
toxumundan hazırlanan məlhəm və cövhərlərlə öskürəyi, qanlı ishalı və s. müalicə edərmiĢlər.
Müasir tibb elmində isə kökləriııdən soyuq suda hazrlanan 5%-li dəmləməsi, ekstraktlar və
«Mukaltin» adlı həbləri soyudəymə nəticəsində yaranan nəfəs yollarının iltihabında, ağ ciyər, mədə-
bağırsaq xəstəliklərində (qastrit, enterokolit və s.), eləcə də boğaz ağrılarında qarqara dərmanı kimi
Dostları ilə paylaş: |