131
AtĢabalıdından müalicə preparatlarının hazırlanması.
AtĢabalıdının müxtəlif hissələrindən ev Ģəraitində hazırlanan preparatların müalicəvi
keyfiyyəti, heç də sənaye Ģəraitində hazırlanan müalicə vasitələrindən geri qalmır. Bu
preparatlardan müalicə edən həkiminizin icazəsi ilə qəbul edə bilərsiniz.
Prostatın adenoması zamanı. AtĢabalıdının yetiĢmiĢ meyvəsinin qabığından hazırlanmıĢ
məhluldan 25 q götürüb 250 ml spirtə töküb 2 həftə qaranlıq yerdə saxlayıb süzün. Gündə 2 dəfə
səhər və günorta 10 damcı qəbul edin. Sulu dəmləməsindən isə 20 damcı qəbul edə bilərsiniz.
Müalicə kursu 20 gündür. 10 gün fasilə verib, yenidən müalicəni təkrar edə bilərsiniz; Məsləhət
görülür ki, müalicə kursunu 10 dəfə təkrar etmək məsləhət görülür.
Xroniki prostatın müalicəsi zamanı. AtĢabalıdının xırdalanmıĢ meyvə qabığından 40 q
götürüb 600 ml qaynar suya töküb 12 saat saxlayıb, sonra vam od üzərinə qoyub 200 ml qalana
qədər qaynadıb buxarlandırın. Sonra süzüb, gündə 3 dəfə, yeməkdən sonra 30-40 damcı qəbul edin.
Ekstrakt müvəffəqiyyətlə xroniki prostatın adenomasını və prostat vəzini müalicə edir.
Damar ağrılarında. 10 ədəd yetiĢmiĢ atĢabalıdı meyvəsinin qabığını xırdalayıb, 0,5 litr
arağın üzərinə töküb ağzını möhkəm örtüb, 7-10 gün soyuq qaranlıq yerdə saxlayıb süzün. Cövhəri
pambığa hopdurub ağrıyan nahiyəyə sürtün cövhərdən kompres formasında da istifadə etməklə
yanaĢı gündə 3 dəfə, yeməkqabağı 30 damcı qəbul edin.
Xroniki bronxit zamanı. 1 çay qaĢığı xırda doğranmıĢ qabıq və yaxud yarpağından götürüb
2 stəkan soyuq suya töküb 8 saat dəmləyib süzün. Gündə 5-6 dəfə, yeməkarası 2-3 xörək qaĢığı
qəbul edin. Cövhər papiros çəkənlər üçün daha faydalı hesab edilir.
Öskürək zamanı. DoğranmıĢ atĢabalıdı yarpağından 1 çay qaĢığı götürüb 1 stəkan qaynar
suya töküb, 5-10 dəqiqəyə süzün. Tərkibinə 1 çay qaĢığı bal qatıb qəbul edin.
Damar genişlənmələri zamanı. 50 q atĢabalıdının meyvəsinin qabıqlarını təmizləyib, əzib,
tünd rəngli ĢüĢə qaba töküb üzərinə 0,5 litr araq əlavə edin. Sonra 2 həftə soyuq yerdə saxlayıb hər
gün tez-tez çalxalayıb süzün. Gündə 3 dəfə, yeməkdən qabaq 10 damcı qəbul edin. Müalicə kursu
3-4 həftədən artıq olmamalıdır. Bundan sonra müalicəni aĢağı dozada davam etdirmək olar. Daha
qatı olsun deyə 50 q xammalı 250 ml spirtə töküb çıxarııĢ aldıqdan sonra geniĢlənmiĢ damarların
üzərinə kompres Ģəklində qoyub sarıya bilərsiniz.
Babasil zamanı. AtĢabalıdının meyvə və qabığından 5 q götürüb 1 stəkan qaynar suya
töküb, 30 dəqiqə qaynadıb süzün və ilk həcminə gətirin. Gündə 2-3 dəfə, yeməkdən sonra 1 xörək
qaĢığı qəbul edin.
Xroniki qaymarit zamanı. 2 ədəd yetiĢmiĢ atĢabalıdı meyvəsini qaynadılmıĢ soyuq suya
salıb 3-4 gün isladın. AxĢam 1 ədəd meyvəsinin qabığını təmizləyib ət hissəsini götürüb əzib,
günəbaxan yağı ilə qarıĢdırıb, ağrıyan yerə qoyun və çox saxlamağa çalıĢın. Açıq dəlikdən selik və
irin axmağa baĢlayacaq. Müalicənin qurtaracağında yara yerinə gənəgərçək yağı yaxın.
Hipertoniya zamanı. atĢabalıdının qurudulmuĢ çiçəklərindən 5 q götürüb 0,5 litr arağın
üzərinə töküb, 7 gün dəmləyib süzün. Sonra 1:4 nisbətində araq ilə qarıĢdırıb gündə 3-4 dəfə qəbul
edin. Müalicəni 3 həftə davam etdirin. Aldığınız cövhərin ağzını möhkəm bağlayıb qaranlıq yerdə
saxlayın.
Döşdə və uşaqlıq yollarında əmələ gələn mastopatiya zamanı. AxĢamlar quru atĢabalıdı
çiçəklərindən 6-8 xörək qaĢığı götürüb 1 litr suya töküb, qaynama dərəcəsinə çatdırın (ancaq
biĢirməyin). AxĢam qazanın ağzını örtüb üzərinə isti odeyal sərib, səhər süzün. Qurtum-qurtum hər
saat qəbul edin.
Xroniki ishal zamanı. AtĢabalıdının xırda hissələrə salınmıĢ qabığından 1 çay qaĢığı
götürüb 0,5 litr qaynar suya töküb 2 saat dəmləyib süzün. Gündə 4 dəfə, yeməkqabağı stəkanın 1/2
hissəsi qədər qəbul edin.
Podaqra zamanı. Quru atĢabalıdı çiçəyindən 20 q götürüb 0,5 litr arağın üzərinə töküb 2
həftə dəmləyin, süzüb istifadə edin.
Poliartirit zamanı. 5 xörək qaĢığı və yaxud 5 atĢabalıdı meyvəsinin xırdalanmıĢ hissəsindən
götürüb 0,5 litr istənilən bitki yağına töküb su hamamına qoyub 1 saat saxlayın. Soyudub, süzüb
ağrıyan nahiyəyə sürtün. Belə mazdan üz dərisinin cavanlaĢdırılmasında və ağardılmasında istifadə
edə bilərsiniz.
132
Radikulit zamanı. QurudulmuĢ atĢabalıdı çiçəklərindən 1 xörək qaĢığı götürüb 10 xörək
qaĢığı yağa əlavə edib qaranlıq yerdə saxlayın. 12 gündən sonra götürüb su hamamına qoyub
qaynadıb süzün. Ağrıyan nahiyəyə sürtün.
Revmatizm zamanı. 1,5 kq xırdalanmıĢ ət maĢınından keçirilmiĢ atĢabalıdı meyvəsindən
götürüb 5 litr soyuq suya tökün, 30 dəqiqə biĢirib süzün. Temperaturu 30-35°C olan vannadakı suya
tökün. Əməliyyatı 15 dəqiqə davam etdirin. Bu, dəri səpmələrində, əsəb narahatlığında əhəmiyyətli
hesab edilir.
Cinsi zəiflik zamanı. 2 ədəd yaĢıl tikanlı meyvəsini götürüb yuyub xırda hissələrə doğrayın,
1 stəkan qaynar suya töküb vam od üzərinə qoyub 15 dəqiqə biĢirib, süzün. Sonra çay qaĢığının
ucunda bal qatıb, soyuq və azca isti halda səhər və axĢam 0,5 stəkan qəbul edin.
Diqqət!! Ev Ģəraitində hazırlanmıĢ atĢabalıdı preparatlarını 3-8 həftədən artıq qəbul etmək
məsləhət görülmür.
MURDARÇA – Rhamnaceae Juss. fəsiləsi
Qızılağac mürdəĢər – Frangula alnus Mill.
Dünya florasının tərkibində murdarça fəsiləsinin 58 cinsi, 900 növünə təsadüf edilir. Bu
növlərin əksəriyyəti ağac olub Yer kürəsinin tropik və subtropik ərazilərində yayılmıĢdır.
Yer kürəsində mürdəĢər cinsinin 50-yə qədər növü yayılmıĢdır. Azərbaycanda 2 növünə
təsadüf edilir. Bunlar aĢağıdakılardır: qızılağac mürdəĢər - F.alnus Mill., iriyarpaq mürdəĢər -
F.grandiflora (Fisch. et Mey) Grub.
MürdəĢərin növləri adətən yarpaqlarını tökən,
bəzən isə həmiĢəyaĢıl, tikansız budaqlara malik xırda
ağac və ya kol bitkiləridir. MürdəĢərin ən qiymətli növü
qızılağac mürdəĢər - Frangula alnus sayılır. Bu,
hündürlüyü 6-7 metrə qədər olan hamar qabıqlı, ağac və
ya kol bitkisidir. Cavan zoğları qırmızı-Ģabalıdı rəngdə
və lansetvari, ağ mərci formalıdır. Çiçəkləri xırdadır,
ikicinslidir, ensiz, zəng formahdır. Xaricdən görünüĢü
yaĢılımtıl-ağ,
daxildən
sarımtıldır.
Yarpaq
qoltuqlarından çıxaraq 1 sm uzunluğunda olan qısa
saplaqlar üzərində yerləĢir. TorĢəkilli meyvəsinin
diametri 8-10 mm-ə qədərdir. Əvvəlcə qırmızı, yetiĢdikdən sonra isə bənövĢəyi-qara rəngdə olur.
Ġçərisində 2-3 ədəd linzaya oxĢar, hamar, Ģabılıdı rəngdə çəyirdəyi olan çəyirdək meyvədir.
Azərbaycanın dağ-meĢə rayonlarında geniĢ yayılmıĢdır. Xüsusən Quba-Qusar, ġəki-Zaqatala,
Lənkəran-Astara zonalarında bol ehtiyatı vardır. Bitkiyə arandan yuxarı dağ qurĢağınadək rütubətli
yerlərdə, meĢə kənarlarında, kolluqlarda, çay kənarlarında, bataqlıq çəmənliklərində meĢəciklər
halında, qrup Ģəklində və baĢqa kol cinsləri ilə birlikdə rast gəlinir.
Dağlıq zonalarda dəniz səviyyəsindən 1700 m-ə qədər hündürlükdə rast gəlinir. Gözəl,
parlaq, yaĢıl yarpaqlarına və yetiĢmə prosesində rənglərini dəyiĢən meyvələrinə görə uzun illərdən
bəri parklarda, bağ və bağçalarda dekorativ bitki kimi becərilir.
Qızılağac mürdəĢərin yarpaq, meyvə və qabıq hissəsinin tərkibində 2,57-5,7%-ə qədər
antraxion birləĢmələri, franqulin, xrizofanol, emodin, aloye, rein, emodinantren, franqulaemodin,
10,4%-ə qədər aĢı maddəsi və s. tapılmıĢdır. Bundan əlavə qabığının tərkibində 3,57% kül, mq/q
olmaqla 4,80 - K, 18,80 - Ca, 2,60 - Mg, 0,40 - Fe makroelementləri, 107,00 - Mn, 12,40 - Cu,
16,60 - Zn, 0,16 - Co, 152,58 - A1, 171,68 - Ba, 0,72 - V, 0,04 - Se, 1,52 - Ni, 7,92 - Se, 27,52 - B,
0,72 - I mikroelementləri və s. aĢkar edilmiĢdir.
Qızılağac mürdəĢərin qabıq hissəsini erkən yazda hələ çiçək açmayan dövrdə toplamağı
məsləhət görürlər. Yoğun gövdədən dairəvi deĢik açır, sonra onu uzununa kəsərək soyub götürürlər.
Bıçaqla qabıq hissəsini qaldırıb soymaq olmaz. Yığılan xammalı mehvuran çardaqlarda kağız
üzərinə nazik halda sərib qurutmaq lazımdır. Tez qurusun deyə gün ərzində xammalı 1-2 dəfə
çevirirlər. Zəhərli olduğu üçün yığılmıĢ xammaldan bir il istifadə etmək məsləhət görülmür. Tez
Dostları ilə paylaş: |