123
Əsəb pozuntularında, stres zamanı, yuxusuzluğun aradan qaldırılmasında. 1 çay qaĢığı
doğranmıĢ hissəsindən götürüb, 1 stəkan qaynar suya töküb, termosda 2 saat dəmləyin. Sonra süzüb
gündə 3 dəfə, 3 xörək qaĢığı qəbul edin. Müalicə kursu 14 gündür.
Pankreas vəzisinin fəaliyyətinin artırılmasında. 1 çay qaĢığı otundan 1 stəkan qaynar suya
töküb termosda 2 saat dəmləyib süzün. Sonra gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin. Müalicə
kursu 10 gündür.
Şəkərin aşağı salınmasında. Qaryonca, vələmir və qaragilə yarpağından götürüb bir-biri ilə
qarıĢdırın. Sonra bu qarıĢıqdan bir xörək qaĢığı 0,5 stəkan qaynar suya töküb vam od üzərinə
qoyub 5-7 dəqiqə saxladıqdan sonra süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə, 2 xörək qaĢığı
yeməyə 15 dəqiqə qalmıĢ daxilə qəbul edin. Müalicə kursu 2-3 həftədir.
Qanı dayanmayan yaraların müalicəsində. Bunun üçün qurudulmuĢ qarayoncanı toz halına
salıb yaranın üzərinə səpib tənziflə sarıyın. Sarğını gündə 1-2 dəfə dəyiĢin.
Sağalmayan yaraların müalicəsində. 1 xörək qaĢığı otunu qaynar suya töküb qapaqla örtün
və 7-10 dəqiqə saxlayın. Sonra süzün və 4 qat tənzifə hopdurub xəstə nahiyənin üzərinə qoyub
sarıyın. Müalicəni yara sağalana qədər davam etdirin.
Dəri xərçənginin müalicəsində əlavə vasitə kimi. 1 xörək qaĢığı doğranmıĢ otundan
götürüb 0,5 stəkan qaynar suya tökün. 2 saat dəmlədikdən sonra tənzifə hopdurub xəstə nayhiənin
üzərinə qoyub sarıyın. Sarğını gündə 2 dəfə dəyiĢdirin.
Diqqət! Bitki nisbətən zəhərli olduğundan daxilə qəbul edən zaman götürülən xammalın
miqdarına diqqət yetirin.
Gəvən – Astragalus dasyanthus Pall.
Gəvən cinsinin dünya florasının tərkibində 1600-2000 növü yayılmıĢdır. Bunlardan 800
növünə keçmiĢ SSRĠ ərazisində, 235 növünə Qafqazda, o cümlədən 150 növünə Azərbaycanda rast
gəlmək olar.
Cinsin
adı
astraqal
-
Astragalus
sözündən
götürülmüĢdür. Dioskorid onu paxlalılar fəsiləsinə daxil olan
bitki adlandırıb. Bitkinin yunanca adı «astaragolos» qoyunun
oynaq sümüyü adlanan «topuq» sözünün mənasını bildirir. Bu,
bitkinin toxumunun formasını xatırladır.
Gəvəndən
müalicə
məqsədləri
üçün may-iyun
aylarında toplanmıĢ otundan istifadə edilir. Ən yaxĢısı may
ayının axırları toxum fazasına qədər toplamaq məsləhət
görürlür. Bitkini əl ilə toplamaq olmaz. Çünki tumurcuğu
zədələnə bilər. Toxum əmələ gətirməsi üçün budaqlarının bir hissəsini saxlamağı məsləhət görürük.
ToplanmıĢ xammalı tez qurutma məntəqələrinə gətirib təhvil vermək lazımdır. Bitkini çürümüĢ,
zədələnmiĢ hissələrdən təmizləyib, qayçı ilə xırda hissələrə salıb, kağız üzərinə nazik təbəqə halında
sərib, mehvuran kölgəli yerlərdə qurudurlar. Quruma o vaxt baĢa çatmıĢ olur ki, bitkiyə azacıq
toxunduqda yarpağı və çubuğu asan əzilib qırılır.
Altıçiçəkli
gəvənin
tərkibində
saponinlər,
flavonoid
birləĢmələri, qlissirizin, kversetin, kempferol birləĢmələri və onların
qlükozidləri aĢkar edilmiĢdir. Gəvəndən hazırlanan preparatlardan
Tibet, Çin, Monqolustan, Koreya, Hindistan və Rusiyada tibb
sahəsində istifadə olunur.
Astraqaldan
hazırlanan
preparatlar
ilə
orqanizmin
müqavimətinin möhkəmləndirilməsində, tonusartırıcı vasitə və
immunostimulyator kimi istifadə edilir.
ġəkərli diabet və ateroskleroz zamanı ınaddələr mübadiləsini
nizamlayır, qan dövranını yaxĢılaĢdırır, cinsi fəallığı artırır, qan
təzyiqini aĢağı salır, tac damarlarını geniĢləndirir və s. Bundan baĢqa
hipertoniya, xroniki ürək çatıĢmazlıqlarına ən yaxĢı təsir göstəıir.
124
KiĢilərə cinsi zəiflik zamanı gəvən preparatlarından qəbul etməyi məsləhət görürlər.
Venoz
damarlardakı təzyiqlərdə, qan dövranının sürətləndirilməsində, ürək
döyüntülərində, ürək döyüntülərinin azalmasında, arterial təzyiqin normaya salınmasında,
kəskin və xroniki nefrit, böyrək xəstəliklərində. 10 q otunu 200 ml suya töküb 1 saat saxlayıb
süzün. Gündə 3-4 dəfə 2 xörək qaĢığı qəbul edin.
Yaraların, səpkilərin, kəsiklərin müalicəsində vannasından və yaxud narın tozundan istifadə
etmək məsləhət görürlür.
Gəvəndən spirtli cövhərin hazırlanması. 1 hissə bitki, 10 hissə araq (1:10) götürün. 14 gün
saxlayıb cövhərini hazırlayın. 1 çay qaĢığı gündə 3 dəfə, yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin. Bu
cövhərləri yuxarıda qeyd etdiymiz xəstəliklərin müalicəsində də istifadə etmək olar.
Yerfındığı – Arachis hypogaea L.
Yerfındığı cinsinin dünya florasının tərkibində 30-a qədər növü yayılmıĢdır. Ekoloji
Ģəraitdən asılı olaraq yerfındığı cinsinin növlərinə yer kürəsinin müxtəlif zonalarında - meĢə və
meĢə açıqlıqlarında, dağlıq zonalarda, bəzilərinə isə qumsal və quru sahələrdə, o cümlədən də
Azərbaycanda bir - Arachis hypogaea L. növünə rast gəlmək olar.
Yerfındığı hündürlüyü 25-40 sm-ə qədər olan
birillik ot bitkisidir. Çiçəkləri qısa az salxımdır.
Kasacıqları ikidodaqlı, çiçək tacı 5 ləçəkli sarı və yaxıd
ağımtıldır. Toxumları uzunsov, 9-20 mm uzunluğunda
olub ətli, qırmızımtıl-qəhvəyi örtüyə malikdir. Mayın
axırından iyuna qədər çiçək açır, sentyabr-oktyabrda
meyvəsi yetiĢir.
Kimyəvi tərkibi. Yerfındığının toxumlarının
tərkibində 53%-ə qədər yağ tapılmıĢdır ki, bunun da
əsas tərkib hissəsini yerfındığı qliseridi - C
20
H
40
O
2
, liqnoserin - C
21
H
48
O
2
, stearin, palmitin, hipor -
C
16
H
30
O
2
, olein, linol, laurin, miristin, beren, eykazen və seritin turĢusu və s. təĢkil edir.
Toxumunun tərkibində isə 37% zülal, bunun 17%-i qlobulin, araxin, konarxin, qlütein, B, E
vitaminləri, pantotein turĢusu, biotin və s. maddələr aĢkar edilmiĢdir. Toxumundan hazırlanan
yığımın tərkibində araxin - C
5
H
14
ON
2
alkaloidi, betanin, xolin aĢkar edilmiĢdir.
Yerfındığının əsas vətəni Braziliya və yaxud Peru hesab edilir. Yerfındığı nə toxumdur, nə
də çəyirdək, o həqiqi paxla olub, genetik cəhətdən yaxın qohumu olan lobya və noxudun daxil
olduğu fəsiləyə aiddir. Ağacda və yaxud kolda bitməyib ancaq ot formalı bitkinin məhsulu hesab
edilir. Çox qəribədir ki, bitkinin çiçəkləri solub quruyan zaman gövdəsi aĢağı əyilib 15-16 sm
dərinliyində torpağın altına girir.
Deyirlər ki, yerfındığı vegetarian (ətyeməyən) insanların və top-modellərin sevimli
yeməklərinə çevrilmiĢdir. Yerfındığının tərkibində çoxu miqdarda sellüloz olduğundan o tezliklə
aclığı aradan qaldırır. Eyni zamanda qiymətli müalicəvi xüsusiyyətlərə malik bitki də hesab edilir.
Bitkinin tərkibində yeni, kimyəvi quruluĢu hələ təyin olunmayan maddə tapılmıĢdır ki, qanı
həddindən artıq duru olan xəstələrə verdikdə onların qanları normal hala düĢür. Fransız alimi
professor Budro 1957-ci ildə yeıfındığının hemofıliyadan əziyyət çəkən xəstələrə verdikdə, onlarda
müsbət meylli irəliləyiĢlərin olduğunu müĢahidə etmiĢdir. Prof. Budronun özü də yerfındığından
yeyərək özündə bu müsbət meylin Ģahidi olmuĢdur. O yerfındığından hemoflliya xəstəliyinə düçar
olmuĢ insanlara 2 gün verdikdən sonra onların daxili orqanlarında mütəmadi baĢ verən daxili
qanaxmaların kəsildiyini müĢahidə etmiĢdir. Yerfındığı qəbul edən xəstələr, baĢqa preparatlar qəbul
etmədən sağalmağa baĢlamıĢlar. Bəzi mütəxəssislər hemofıliya xəstəlikləri olan insanlara gündə 3
dəfə yeməyə 30 dəqiqə qalmıĢ 50-150 q, bəzi mütəxəssislər isə gündə 3 dəfə 1 xörək qaĢığı
yerfındığı yeməyi məsləhət görürlər. Müalicə kursu həkimlərin nəzarəti altında həyata
keçirilməlidir. Bundan baĢqa bitkidən qara ciyər və digər orqanların fəaliyyətlərinin
yaxĢılaĢdırılması üçün də istifadə olunmalıdır. Yerfındığı cinsi fəaliyyətin gücləndirilməsində,
yaddaĢın möhkəmləndirilməsində, eĢitmə qabiliyyətinin artırılmasında, xolesterinin nizama
Dostları ilə paylaş: |