Elmi redaktorlar amea-nın müxbir üzvləri


Əsəb  pozuntularında,  stres  zamanı,  yuxusuzluğun  aradan  qaldırılmasında



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   58   59   60   61   62   63   64   65   ...   149

123 
 
Əsəb  pozuntularında,  stres  zamanı,  yuxusuzluğun  aradan  qaldırılmasında.  1  çay  qaĢığı 
doğranmıĢ hissəsindən götürüb, 1 stəkan qaynar suya töküb, termosda 2 saat dəmləyin. Sonra süzüb 
gündə 3 dəfə, 3 xörək qaĢığı qəbul edin. Müalicə kursu 14 gündür. 
Pankreas vəzisinin fəaliyyətinin artırılmasında. 1 çay qaĢığı otundan 1 stəkan qaynar suya 
töküb  termosda  2  saat  dəmləyib  süzün.  Sonra  gündə  3  dəfə,  1  xörək  qaĢığı  qəbul  edin.  Müalicə 
kursu 10 gündür. 
Şəkərin aşağı salınmasında. Qaryonca, vələmir və qaragilə yarpağından götürüb bir-biri ilə 
qarıĢdırın.  Sonra  bu  qarıĢıqdan  bir  xörək  qaĢığı    0,5  stəkan  qaynar  suya  töküb  vam  od  üzərinə 
qoyub 5-7 dəqiqə saxladıqdan sonra süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə, 2 xörək qaĢığı 
yeməyə 15 dəqiqə qalmıĢ daxilə qəbul edin. Müalicə kursu 2-3 həftədir. 
Qanı dayanmayan yaraların müalicəsində. Bunun üçün qurudulmuĢ qarayoncanı toz halına 
salıb yaranın üzərinə səpib tənziflə sarıyın. Sarğını gündə 1-2 dəfə dəyiĢin. 
Sağalmayan yaraların müalicəsində. 1 xörək qaĢığı otunu qaynar suya töküb qapaqla örtün 
və  7-10  dəqiqə  saxlayın.  Sonra  süzün  və  4  qat  tənzifə  hopdurub  xəstə  nahiyənin  üzərinə  qoyub 
sarıyın. Müalicəni yara sağalana qədər davam etdirin. 
Dəri  xərçənginin  müalicəsində  əlavə  vasitə  kimi.  1  xörək  qaĢığı  doğranmıĢ  otundan 
götürüb 0,5 stəkan qaynar suya tökün. 2 saat dəmlədikdən sonra tənzifə hopdurub xəstə nayhiənin 
üzərinə qoyub sarıyın. Sarğını gündə 2 dəfə dəyiĢdirin. 
Diqqət!  Bitki  nisbətən  zəhərli  olduğundan  daxilə  qəbul  edən  zaman  götürülən  xammalın 
miqdarına diqqət yetirin. 
 
Gəvən – Astragalus dasyanthus Pall. 
 
Gəvən  cinsinin  dünya  florasının  tərkibində  1600-2000  növü  yayılmıĢdır.  Bunlardan  800 
növünə keçmiĢ SSRĠ ərazisində, 235 növünə  Qafqazda, o cümlədən 150 növünə Azərbaycanda rast 
gəlmək olar. 
 Cinsin 
adı 
astraqal 
- 
Astragalus 
sözündən 
götürülmüĢdür.  Dioskorid  onu  paxlalılar  fəsiləsinə  daxil  olan 
bitki adlandırıb. Bitkinin yunanca adı «astaragolos» qoyunun 
oynaq sümüyü adlanan «topuq» sözünün mənasını bildirir. Bu, 
bitkinin toxumunun formasını xatırladır. 
Gəvəndən 
müalicə 
məqsədləri 
üçün  may-iyun 
aylarında  toplanmıĢ  otundan  istifadə  edilir.  Ən  yaxĢısı  may 
ayının  axırları  toxum  fazasına  qədər  toplamaq  məsləhət 
görürlür.  Bitkini  əl  ilə  toplamaq  olmaz.  Çünki  tumurcuğu 
zədələnə bilər. Toxum əmələ gətirməsi üçün budaqlarının bir hissəsini saxlamağı məsləhət görürük. 
ToplanmıĢ  xammalı  tez  qurutma  məntəqələrinə  gətirib  təhvil  vermək  lazımdır.  Bitkini  çürümüĢ, 
zədələnmiĢ hissələrdən təmizləyib, qayçı ilə xırda hissələrə salıb, kağız üzərinə nazik təbəqə halında 
sərib,  mehvuran  kölgəli  yerlərdə  qurudurlar.  Quruma  o  vaxt  baĢa  çatmıĢ  olur  ki,  bitkiyə  azacıq 
toxunduqda yarpağı və çubuğu asan əzilib qırılır. 
Altıçiçəkli 
gəvənin 
tərkibində 
saponinlər, 
flavonoid 
birləĢmələri,  qlissirizin,  kversetin,  kempferol  birləĢmələri  və  onların 
qlükozidləri  aĢkar  edilmiĢdir.  Gəvəndən  hazırlanan  preparatlardan 
Tibet,  Çin,  Monqolustan,  Koreya,  Hindistan  və  Rusiyada  tibb 
sahəsində istifadə olunur. 
Astraqaldan 
hazırlanan 
preparatlar 
ilə 
orqanizmin 
müqavimətinin  möhkəmləndirilməsində,  tonusartırıcı  vasitə  və 
immunostimulyator kimi istifadə edilir. 
ġəkərli  diabet  və  ateroskleroz  zamanı  ınaddələr  mübadiləsini 
nizamlayır,  qan  dövranını  yaxĢılaĢdırır,  cinsi  fəallığı  artırır,  qan 
təzyiqini  aĢağı  salır,  tac  damarlarını  geniĢləndirir  və  s.  Bundan  baĢqa 
hipertoniya, xroniki ürək çatıĢmazlıqlarına ən yaxĢı təsir göstəıir. 


124 
 
KiĢilərə cinsi zəiflik zamanı gəvən preparatlarından qəbul etməyi məsləhət görürlər. 
Venoz 
damarlardakı  təzyiqlərdə,  qan  dövranının  sürətləndirilməsində,  ürək 
döyüntülərində,  ürək  döyüntülərinin  azalmasında,  arterial  təzyiqin  normaya  salınmasında, 
kəskin  və  xroniki  nefrit,  böyrək  xəstəliklərində.  10  q  otunu  200  ml  suya  töküb  1  saat  saxlayıb 
süzün. Gündə 3-4 dəfə 2 xörək qaĢığı qəbul edin. 
Yaraların, səpkilərin, kəsiklərin müalicəsində vannasından və yaxud narın tozundan istifadə 
etmək məsləhət görürlür. 
Gəvəndən spirtli cövhərin hazırlanması. 1 hissə bitki, 10 hissə araq (1:10) götürün. 14 gün 
saxlayıb cövhərini hazırlayın. 1 çay qaĢığı gündə 3 dəfə, yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin. Bu 
cövhərləri yuxarıda qeyd etdiymiz xəstəliklərin müalicəsində də istifadə etmək olar. 
 
Yerfındığı – Arachis hypogaea L. 
 
Yerfındığı  cinsinin  dünya  florasının  tərkibində  30-a  qədər  növü  yayılmıĢdır.  Ekoloji 
Ģəraitdən  asılı  olaraq  yerfındığı  cinsinin  növlərinə  yer  kürəsinin  müxtəlif  zonalarında  -  meĢə  və 
meĢə  açıqlıqlarında,  dağlıq  zonalarda,  bəzilərinə  isə  qumsal  və  quru  sahələrdə,  o  cümlədən  də 
Azərbaycanda bir - Arachis hypogaea L. növünə rast gəlmək olar. 
Yerfındığı  hündürlüyü  25-40  sm-ə  qədər  olan 
birillik  ot  bitkisidir.  Çiçəkləri  qısa  az  salxımdır. 
Kasacıqları ikidodaqlı, çiçək tacı 5 ləçəkli sarı və yaxıd 
ağımtıldır. Toxumları uzunsov, 9-20 mm uzunluğunda 
olub  ətli,  qırmızımtıl-qəhvəyi  örtüyə  malikdir.  Mayın 
axırından  iyuna  qədər  çiçək  açır,  sentyabr-oktyabrda 
meyvəsi yetiĢir. 
Kimyəvi  tərkibi.  Yerfındığının  toxumlarının 
tərkibində  53%-ə  qədər  yağ  tapılmıĢdır  ki,  bunun  da 
əsas tərkib hissəsini yerfındığı qliseridi - C
20
H
40
O
2
, liqnoserin - C
21
H
48
O
2
, stearin, palmitin, hipor - 
C
16
H
30
O
2
,  olein,  linol,  laurin,  miristin,  beren,  eykazen  və  seritin  turĢusu  və  s.  təĢkil  edir. 
Toxumunun  tərkibində  isə  37%  zülal,  bunun  17%-i  qlobulin,  araxin,  konarxin,  qlütein,  B,  E 
vitaminləri,  pantotein  turĢusu,  biotin  və  s.  maddələr  aĢkar  edilmiĢdir.  Toxumundan  hazırlanan 
yığımın tərkibində araxin - C
5
H
14
ON
2
 alkaloidi, betanin, xolin aĢkar edilmiĢdir. 
Yerfındığının əsas vətəni Braziliya və yaxud Peru hesab edilir. Yerfındığı nə toxumdur, nə 
də  çəyirdək,  o  həqiqi  paxla  olub,  genetik  cəhətdən  yaxın  qohumu  olan  lobya  və  noxudun  daxil 
olduğu  fəsiləyə  aiddir.  Ağacda  və  yaxud  kolda  bitməyib  ancaq  ot  formalı  bitkinin  məhsulu  hesab 
edilir.  Çox  qəribədir  ki,  bitkinin  çiçəkləri  solub  quruyan  zaman  gövdəsi  aĢağı  əyilib  15-16  sm 
dərinliyində torpağın altına girir. 
Deyirlər  ki,  yerfındığı  vegetarian  (ətyeməyən)  insanların  və  top-modellərin  sevimli 
yeməklərinə  çevrilmiĢdir.  Yerfındığının  tərkibində  çoxu  miqdarda  sellüloz  olduğundan  o  tezliklə 
aclığı aradan qaldırır. Eyni zamanda qiymətli müalicəvi xüsusiyyətlərə malik bitki də hesab edilir. 
Bitkinin  tərkibində  yeni,  kimyəvi  quruluĢu  hələ  təyin  olunmayan  maddə  tapılmıĢdır  ki,  qanı 
həddindən  artıq  duru  olan  xəstələrə  verdikdə  onların  qanları  normal  hala  düĢür.  Fransız  alimi 
professor Budro 1957-ci ildə yeıfındığının hemofıliyadan əziyyət çəkən xəstələrə verdikdə, onlarda 
müsbət  meylli  irəliləyiĢlərin  olduğunu  müĢahidə  etmiĢdir.  Prof.  Budronun  özü  də  yerfındığından 
yeyərək özündə bu müsbət meylin Ģahidi olmuĢdur. O yerfındığından hemoflliya xəstəliyinə düçar 
olmuĢ  insanlara  2  gün  verdikdən  sonra  onların  daxili  orqanlarında  mütəmadi  baĢ  verən  daxili 
qanaxmaların kəsildiyini müĢahidə etmiĢdir. Yerfındığı qəbul edən xəstələr, baĢqa preparatlar qəbul 
etmədən  sağalmağa  baĢlamıĢlar.  Bəzi  mütəxəssislər  hemofıliya  xəstəlikləri  olan insanlara  gündə  3 
dəfə  yeməyə  30  dəqiqə  qalmıĢ  50-150  q,  bəzi  mütəxəssislər  isə  gündə  3  dəfə  1  xörək  qaĢığı 
yerfındığı  yeməyi  məsləhət  görürlər.  Müalicə  kursu  həkimlərin  nəzarəti  altında  həyata 
keçirilməlidir.  Bundan  baĢqa  bitkidən  qara  ciyər  və  digər  orqanların  fəaliyyətlərinin 
yaxĢılaĢdırılması  üçün  də  istifadə  olunmalıdır.  Yerfındığı  cinsi  fəaliyyətin  gücləndirilməsində, 
yaddaĢın  möhkəmləndirilməsində,  eĢitmə  qabiliyyətinin  artırılmasında,  xolesterinin  nizama 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə