Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   60   61   62   63   64   65   66   67   ...   149

127 
 
Dünya florasının tərkibində lobya cinsinin 200-ə qədər 
növü  yayılmıĢdır.  Hal-hazırda dünyanın bir sıra ölkələrində, o 
cümlədən  Hindistanda,  Braziliyada,  Meksikada,  ABġ-da, 
Rumıniyada,  Balkan  ölkələrində,  Portuqaliyada,  Ġtaliyada, 
Fransada, 
Kolumbiyada, 
Ukraynada, 
Özbəkistanda, 
Gürcüstanda, eləcə də əksər vilayətlərdə lobyanın 20-yə qədər 
növü mədəni halda əkilib-becərilir. 
Azərbaycanda da lobya cinsinin bir neçə növü becərilir. 
Bunlardan  ən  çox  becəriləni  isə  adi  lobyadır  -  Phaseolus 
vulgaris L. 
Adi  lobyanın  vətəni  Cənubi  Amerika  hesab  olunur.  Əsas  etibarilə  yeyinti  sənayesində 
istifadə  edilir.  Lobya  bitkisi  mədəni  halda  becərilən  bitkilərin  ən  qədimi  olub,  insanlara  bizim 
eradan  5  min  il  qabaq  məlum  olmuĢdur.  Hal-hazırda  həyətyanı  sahələrdə  qida  və  müalicə 
məqsədləri  üçün  geniĢ  əkilib-becərilir.  Lobyanın  müalicəvi  xüsusiyyətləri  hələ  XVI  əsrdə  ġərq 
xalqlarına  məlum  olmuĢdur.  ġərq  xalqları  lobyadan  orqanizmin  təmizlənməsində,  daĢların 
əridilməsində, potensiyanın artrılmasında istifadə edirlər. Ġbn Sina bitkinin ağ ciyər xəstəliklərində 
istifadə olunmasını məsləhət görürdü. 
Bitkinin  toxumlarının  tərkibində  18-32%-ə  qədər  zülal,  niĢasta,  1,0-3,6%  piyli  yağ  və  s. 
aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  toxumlarında  20%-ə  qədər  kristal  halında  qlobulin-fazeolin, 
proteaza,  xolesterin, lesitin,  qalaktoarabin,  suda  həll  olan  saxaridər,  dekstrin,  flavonoid  maddələri, 
limon  turĢusu,  pentozanlar,  makro  və  mikroelementlər,  karotin  B,  157,2  mq%  C  vitamini  aĢkar 
edilmiĢdir. Lobya zülalları heyvani zülallara çox yaxındır. 
Müalicə  məqsədləri  üçün  bitkinin  toxumlarından,  qın  və  qabıqlarından  hazırlanan  fazeolin 
adlı  ekstraktdan  diabetdə,  qanda  Ģəkərin  miqdarının  azaldılmasında,  sidikqovucu  kimi,  mikrob 
əleyhinə  və  skleroz  zamanı  xəstələrin  müqavimətini  artırmaq  üçün  istifadə  edilir.  Eyni  məqsədlə 
meyvələrin  sulu  biĢirilməsindən  də  istifadə  edilir.  Lobya  həmçinin  qastritdə  (turĢuluq  az  olan 
zaman), aterosklerozda, ürək ritminin pozğunluqlarında məsləhət görülür. Paxlasından hazırlanınıĢ 
biĢirmə  və  dəmləmə  böyrək  xəstəliklərində,  revmatizmdə,  duzların  mübadiləsi  pozulduqda, 
hipertoniyada müalicəvi təsir göĢtərir. 
Pankreasın  (mədəaltı  vəzinin)  fəaliyyətinin  normallaşdırılmasında.  Paxlanın  doğranmıĢ 
qınından  bir  xörək  qaĢığı  götürüb  bir  stəkan  qaynar  suya  töküb,  vam  od  üzəıində  5-7  dəqiqə 
qaynadın,  soyuduqdan  sonra  süzün.  Gündə  4  dəfə  yeməyə  az  qalmıĢ  stəkanın  1/4  hissəsi  qədər 
qəbul edin. 
Şəkərli diabetdə. DoğranmıĢ qını qaragilə yarpağı ilə qarıĢdırıb, bir xörək qaĢığı bir stəkan 
qaynar suya töküb dəmləyin. Prosesi yuxarıdakı kimi aparın. 
Ürək xəstəliklərində, zəiflikdə, urək döyüntülərinin pozuntularında, şişlər, hipertoniya və 
ateroskleroz  zamanı.  1  xörək  qaĢığı  doğranınıĢ  qını  qaynar  suda  10  dəqiqə  saxladıqdan  sonra 
süzün. Gündə 3 dəfə, yeməkdən qabaq stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Böyrək  və  ürək  mənşəli  şişlərin,  eləcə  də  böyrək  və  sidik  kisəsi  soyuqdəymələrində, 
revmatizm  və  podaqra  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  paxlanı  1  stəkan  qaynar  suya  töküb,  su 
hamamında  yarım  saat  saxladıqdan  sonra  soyudun  və  süzüb  gündə  3-4  dəfə,  yeməkdən  qabaq  2 
xörək qaĢığı qəbul edin. 
Böyrək xəstəliyi və bədən boşluğuna su yığılması zamanı. DoğranmıĢ paxla, yarpaq, gövdə 
və qınından 1 xörək qaĢığı götürüb 1 stəkan qaynar suya töküb, 5 dəqiqə vam od üzərində saxlayıb 
süzün. Sonra gündə 2-3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. 
Öd  kisəsi  və  böyrək  daşlarının  mualicəsində.  1  xörək  qaĢığı  çiçəkdən  götürüb  1  stəkan 
qaynar suya töküb dəmləyin  və süzdükdən sonra  gündə 4 dəfə  yeməyə 20 dəqiqə qalmıĢ stəkanın 
1/4 hissəsi qədər daxilə qəbul edin. 
İrinli  çibanların  müalicəsində.  Paxlanın  un  Ģəklinə  salınmıĢından  1  çay  qaĢığı  götürüb, 
üzərinə həmin miqdarda su əlavə edib, qarıĢdırın və çibanın üzərinə yaxın. 
 
ƏTĠRġAHÇĠÇƏKLĠLƏR – Geraniaceae Juss. fəsiləsi  


128 
 
Çəhrayı Ģamdangülü – Pelargonium zonale (L.) L′Her. ex Ait. 
 
 
ƏtirĢah  fəsiləsinə  8-12  cins  və  750-yə  qədər  növ  daxildir.  Fəsiləyə  aid  olan  növlər  əsasən 
Yer kürəsinin mülayim iqlim zonalarında yayılıb ot, kolcuq və kol bitkiləri hesab edilirlər. 
Fəsilənin  qiymətli  cinslərindən  biri  də  Ģamdangülü  –  Pelargonium  L′Her.  ex  Ait.-dur.  Bu 
cins 250-ə qədər növü əhatə edib, əsasən Cənubi Afrika ərazisində yayılmıĢdır. 
Azərbaycanda  isə  Ģamdangülünün  ancaq  otaq  Ģəraitində  mədəni  halda  becərilən  növ  və 
hibridlərinə təsadüf edilir. 
Bunlardan  otaqlarda,  istixanalarda,  oranjereyalarda  ən  çox  əkilib-becəriləni  çəhrayı 
Ģamdangülü - Pelargonium zonale (L.) L′Her. ex Ait. növüdür. 
Çəhrayı  Ģamdangülü  ən  gözəl  bəzək  bitkisi  olmaqla  həm  də  dərman  bitkisi  hesab  edilir. 
ġamdangülü gözəl ot formalı kol olub, Ģarformalı və yaxud çətirvari yarpaqlardan ibarət iri parlaq 
formalı  hamaĢçiçəklərə  malikdir.  HamaĢçiçəkləri  ağ,  çəhrayı,  parlaq-qırmızı  və  həmçinin  mavi 
rəngdə  olur.  Çəhrayı  Ģamdangülünü  ən  çox  qızlar  və  qadınlar 
sevirlər. Belə ki, bu gül onların həyatlarına sevinc və gümrahlıq 
bəxĢ edir. 
Bizim 
yaĢadığımız  dövrdə 
elmi  əsaslarla  izah 
olunmuĢdur  ki,  Ģamdangülü  zərərli  mikroblara  qarĢı  yaxĢı 
təsiredici  vasitə  olmaqla  yanaĢı,  ətri  baĢ  ağrılarını  azaldır, 
yorğunluğu  aradan  qaldırır  və  yuxunu  normallaĢdııır.  Ġtaliya 
alimləri  isbat  etmiĢlər  ki,  çəhrayı  Ģamdangülü  otaqda  olan 
mənfı  enerji  amillərinin  qarĢısını  alır  və  onların  insan 
orqanizminə  göstərdiyi  xoĢagəlməz  hadisələri  aradan  qaldırır. 
Xalq  təbabətində  Ģamdangülündən  alınan  preparatlardan 
diareya,  dizenteriya,  böyrək  xəstəliklərində,  revmatizmdə  və 
podaqrada  istifadə  edilir.  Həmçinin  çəhrayı  Ģamdangülündən 
yaxĢı  qankəsici  və  böyrəklərdə  olan  daĢların  əridilib  orqanizmdən  kənar  edilməsində  də  istifadə 
edilir. 
Çəhrayı  Ģamdangülündən  alınan  efir  yağı  bir  sıra  xəstəliklərin  müalicəsində  ən  yaxĢı 
universal vasitə hesab edilir. Bu preparatı hazırlamaq üçün Ģamdangülünün yarpaqlarından götürüb, 
xırda hissələrə salın və üzərinə 2:5 nisbətində qızdırılmıĢ zeytun yağı əlavə edin. QarıĢığı tünd ĢüĢə 
butılkaya töküb soyuducuda 2 həftə saxladıqdan sonra bir neçə qatdan ibarət tənzifdən süzün. Elə 
edin ki, qarıĢıqda kiçik bir yarpaq qırıntısı da qalmasın. 
Diqqət! Çəhrayı Ģamdangülündən hazırlanan yağdan istifadə etmək üçün aĢağıdakı tələblərə 
ciddi riayət etmək lazımdırr: 
1)
 
ġamdangülünün yarpaqlarını yazda çiçək açana qədər toplamaq; 
2)
 
Efır yağı almaq üçün ancaq yuxarıda yerləĢən yarpaqlardan istfiadə etmək; 
3)
 
Ġstifadə etdiyiniz çəhrayı Ģamdangülü birillik və yaxud heç olmasa bir dəfə çiçək açmıĢ 
olsun. 
Kəskin bronxial astma zamanı. ġamdangülünün efir yağından 1 çay qaĢığı yarpız və yaxud 
bədrənc bitkisindən hazırlanan çayla qəbul edin. 
Plevrit  zamanı.  AlınmıĢ  efır  yağını  ağ  ciyərin  ətraflarına  (bel  və  döĢ  nahiyələrinə)  sürtün. 
Sonra  yun  Ģərf  və  yaxud  yun  parça  ilə  bağlayıb,  çarpayıya  uzanıb  üstünüzü  isti  yorğanla  örtün. 
Plevriti  həmçinin  Ģamdangülündən  hazırlanan  cövhərlə  də  müalicə  edirlər.  Bunun  üçün  1  xörək 
qaĢığı doğranmıĢ təzə və yaxud qurudulmuĢ yarpağından götürüb 1 stəkan qaynar suya töküb 8 saat 
termosda saxladıqdan sonra süzün. Aldığınız dəmləmədən isti halda kiçik qurtumlarla gündə 3 dəfə 
yeməkdən sonra stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Qastrit və kolit zumanı. 1 xörək qaĢığı doğranmıĢ yarpağından götürüb 1 stəkan qaynar suya 
töküb vam od üzərində 3-5 dəqiqə saxlayıb süzün. Ekstraktdan gündə 3 dəfə, yeməyə 15-20 dəqiqə 
qalmıĢ 1 xörək qaĢığı qəbul edin. Müalicə kursunu vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin. 
Hipertoniya, əsəb gərginliyi zamanı. kökündən 1 çay qaĢığı  götürüb 1 stəkan qaynar suya 
töküb qaynama dərəcəsinə çatdırıb 3-4 saat saxladıqdan sonra süzün. Dəmləmədən gündə 2-3 dəfə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə