Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   56   57   58   59   60   61   62   63   ...   149

119 
 
təbabətində Ģirin badam toxumlarını Ģəkərlə birlikdə xörək qaĢığı ilə gündə 3-4 dəfə öskürəyə qarĢı 
qəbul edirlər. Sulu biĢirməsini çiçək xəstəliyinə tutulanlara içirdirlər. Naxçıvanda yerli əhali yabanı 
dağ  badamının  quru  yarpaqlarını  çay  kimi  dəmləyib  ishala  qarĢı  və  qurd  əleyhinə  dərman  kimi 
içirlər.  
Ġbn Sina qeyd edir ki, badamın toxumu beynin və gözün inkiĢafına müsbət təsir edir. Badam 
yağı  və  meyvəsi  sakitləĢdirici,  ağrıkəsici,  bəlğəmgətirici,  mədə-bağırsaq  sistemini  nizama  salan 
dərman  kimi  istifadə  edilir.  Kəskin  ürək  döyüntüləri  zamanı  badam  yağından  gündə  3  dəfə  6-7 
damcı  (bəzən  isə  1  çay  qaĢığı)  qəbul  etməyi  məsləhət  görürlər.  Qulaq  soyuqdəymələri  və  ağrıları 
zamanı badam yağından istifadə edilir.  
 
PAXLALILAR – Fabaceae Lindl. fəsiləsi  
Yapon saforası – Styphnolobium japonicum (L.) Schott. 
 
Paxlalılar  fəsiləsinin  dünya  florasının  tərkibində  600  cinsi  və  12000-ə  qədər  növü 
yayılmıĢdır. Fəsilənin nümayəndələri həyat formalarına görə ot, kol, lian və ağac bitkiləridirlər.  
 Bitki aləmində Yapon saforasının 50-yə qədər növünə təsadüf edilir. Qafqazda, o cümlədən 
Azərbaycanda mədəni halda 1 növü: Styphnolobium japonicum (L.) Schott. bitir. Bu, hündürlüyü 
20-25 m-ə çatan, yarımkürə çətir yaradan, yarpağınıtökən olub, dərin çatlı bitkidir. Zoğları və cavan 
budaqları  tikansız  olub,  yaĢıldır,  tumurcuq  yarpaq  saplağının  qaidəsi  ilə  örtülüdür.  Yarpaqları  tək 
lələkvaridir, 11-25 sm uzunluğunda olub, 9-17 ədəddir. Çiçəkləri 1,0-1,5 sm uzunluğunda,  sarımtıl-
ağ  rəngdədir,  15-30  sm  uzunluqda  seyrək  süpürgə  formasında  budaqların  qurtaracağında 
yerləĢmiĢdir. Paxlaları 3-8 sm uzunluğundadır. Ġyul-avqust aylarında çiçəkləyir, meyvəsi sentyabr-
oktyabr aylarında yetiĢir. 
Azərbaycanda,  xüsusilə  AbĢeron  yarımadasında  küçə, 
park  və  bağların  yaĢıllaĢdırılmasında  yapon  saforasından  geniĢ 
istifadə  edilir.  Hazırda  təkcə  AbĢeron  ərazisində  100  mindən 
çox  belə  bitki  vardır.  Saforanın  çiçəkləmə  dövründə,  təqribən 
iyul  ayının  ikinci  yarısından  avqustun  sonuna  qədər  olan 
müddətdə  onun  əmələ  gətirdiyi  saysız-hesabsız  iri  sarı  rəngli 
çiçək topluları öz gözəlliyi ilə göz oxĢayır.
 
 
Azərbaycanda  1937-ci  ildən  geniĢ  əkilib-becərilir. 
Vətəni Yaponiya və Cənubi Çin hesab edilir. Respublikamızın düzən rayonlarından tutmuĢ orta dağ 
zonasına  qədər  hər  yerdə  rast  gəlinir,  meĢə,  park  və  bağlar  salınmasında,  Ģəhərlərin 
yaĢıllaĢdırılmasında geniĢ istifadə olunur. Düzən rayonlarda, o cümlədən AbĢeronda suvarma tələb 
edir. Yapon saforası ağ akasiyaya çox oxĢayır. Ġlk görünüĢdə onları bir-birindən ayırmaq çətin olur. 
Hər ikisinin qarĢı-qarĢıya düzülmüĢ uzunsov  yarpaqları, həmçinin sarımtıl solğun ağ çiçəkləri bir-
birinə oxĢayır. Akasiya kimi yapon saforası da torpağa az tələbkardır. Bu keyfiyyətlərinə görə bitki 
cənub rayonlarının iqlim-torpaq Ģəraitinə tez uyğunlaĢaraq bu yerlərin daimi sakininə çevrilmiĢdir. 
Sofora  bitkisinin  ən  mühüm  bioloji  xüsusiyyətlərindən  biri  də  (bütün  paxlalılarda  olduğu 
kimi)  torpağı  azot  maddəsi  ilə  zənginləĢdirməsidir.  Bu  müsbət  xüsusiyyətlər  saforanın  cənub 
rayonlarının qumsal sahələrində əkilib-becərilməsinə imkan verir.. 
Qədim  dövrlərdə  Yaponiya  və  Çində  safora  öz  müalicəvi  xüsusiyyətlərinə  görə  sirli  və 
müqəddəs  sayılmıĢdır.  Bitkinin  tumurcuq  və  çiçəklərindən  hazırlanan  müxtəlif  cövhərlərdən 
ekzema, dəri xəstəlikləri, ağ ciyər qanaxmaları, mədə və böyrək pozuntularında istifadə edilir. Xalq 
təbabətində  safora  ilə  müalicə  üsulları  nəsildən-nəslə  keçərək  zəmanəmizə  qədər  gəlib  çıxmıĢdır. 
Sofora  ilə  müxtəlif  xəstəlikləri  müalicə  edən  Kerç  həkimi  V.V.Liskov  ömrünün  axırına  kimi 
bitkidən  hazırladığı  spirtli  cövhərin  tibbdə  geniĢ  tətbiq  olunması  üçün  yorulmadan  çalıĢmıĢdır. 
Spirtli  cövhər  zərərsiz  olub,  xəstə  orqanizm  tərəfindən  asan  mənimsənilir  və  heç  bir  mənfı  təsir 
göstərmir.  Spirtli  cövhərlər  çətin  sağalan  irinli  yaraların  tezliklə  sağalmasına,  yeni  əmələ  gələn 
toxumaların formalaĢmasına müsbət təsir göstərir və yaraların toxumalarla örtülməsini sürətləndirir. 
Birinci  və  ikinci  dərəcəli  yanıqları  5-  6  günə  sağaldır,  3-cü  dərəcəli  yanıqları,  yəni  xroniki  hala 
keçmiĢ yaraların tədricən bitiĢib sağalmasına səbəb olur. Cövhər dəri vərəmində, üzdə əmələ gələn 


120 
 
xoĢagəlməz yaraların, dəri dəmrovlarının, xroniki quru plevritin müalicəsində tətbiq edilir. 5-10%-li 
sulu  cövhərini  baĢın  dərisinə  sürtüb  tükün  tamamilə  tökülməsinin  qarĢısını  alırlar.  Axır  vaxtlarda 
safora  cövhərinin  tətbiq  sahəsi  daha  da  geniĢlənərək  qarın  boĢluğunda  baĢ  verən  bir  sıra  irinli 
yaraların  yuyulub  təmizlənməsində,  tampon  və  salfetlərin  isladılıb  yaraların  üzərinə  qoyulub 
bağlanmasında, həmiçnin qəza nəticəsində yaranan yaraların, qara ciyərin, mədə yarasının, kolitin, 
qastritin, babasilin, göz qapaqlarında əmələ gələn itdirsəyinin, göbələk və ekzemanın müalicəsində 
geniĢ istifadə edilir. 
Yapon  saforası  həm  bəzək,  həm  də  qiymətli  dərman  və  boyaq  bitkisidir.  Müasir  təbabətdə 
bu bitkinin çiçək qönçələrindən rutin preparatı istehsal edilir. 
Rutin  orqanizmin  daxilində  P  vitamini  təsirinə  malik  olduğundan,  o,  qan  damarları  və 
kapliyarların  funksiyasnın  pozulması  zamanı  əmələ  gələn  bir  çox  xəstəliklərin  müalicəsində  geniĢ 
tətbiq olunur. 
Müalicə  məqsədləri  üçün  qönçə,  çiçək,  yarpaq  və  meyvəsində  rutin  (C
37
H
30
O
16
),  soforin, 
kversetin  (C
15
H
10
O
7
),  ramnozin,  amiloz,  soforozid  və  s.  maddələr  tapılmıĢdır,  yayıldığı  ekoloji 
Ģəraitdən asılı olaraq qönçəsinin tərkibində 20-37%, yarpağında 17-18%, meyvəsində 12%-ə qədər 
rutin  maddəsi  aĢkar  edilmiĢdir.  Meyvəsinin  tərkibindən  4,44%  kül  maddəsi,  mq/q%-lə  17,30  -  K, 
2,20 - Ca, 1,20 - Mg, 0,05 - Fe makroelementləri, mkq/q-la 11,20 - Mn, 13,00 - Si, 25,80 - Zn, 3,84 
-  Co,  0,72  -  Mo,  0,40  -  Cr,  15,92  -  A1,  0,12  -  Se,  1,76  -  Ni,  1,44  -  Pb,  9,20  -  B,  0,15  -  I  və  s. 
mikroelementləri aĢkar edilmiĢdir. 
Çiçəklərindən  5,16%  kül  maddəsi,  mq/q%-lə  21,90  -  K,  5,50  -  Ca,  1,80  -  Mg,  0,10  -  Fe 
makroelementləri, mkq/q%-lə 14,80 - Mn, 20,50 - Zn, 0,80 - Mo, 0,48 - Cr, 51,14 - A1, 0,18 - Se, 
3,12 - Ni, 13,00 - Cu, 3,04 - Cr, 0,96 - Pb, 34,40 - B, 0,10 - I və s. mikroelementlər tapılmĢdır. 
Yapon  saforasının  qönçə  və  meyvələrindən  alınan  rutindən  mərkəzi  sinir  sistemində  baĢ 
verən  qansızmalarında,  ürək  pozuntularında,  gözün  torlu  qiĢasının  sağaldılmasında,  hipertoniya, 
Ģəkər  və  damar  divarlarında  əmələ  gələn  sklerozun,  eləcə  də  zəhərlənmələr  zamanı  baĢ  verən 
qanaxmaların  dayandırılmasında,  eyni  zamanda  kapilyar  damarların  məhv  olmasının  qarĢısının 
alınmasına  iĢlədilir.  Ümumiyyətlə,  rutin  yaĢılımtıl-sarı  rəngdə  xırda  kristallardan  ibarət  toz  olub, 
askorbin  turĢusu  ilə  birlikdə  0,02-0,05  q  doza  ilə  gündə  2-3  dəfə  daxilə  qəbul  etmək  məsləhət 
görülmüĢdür. 
Çində çiçək və meyvələrindən hazırlanan dəmləməsi ilə qansızmlar zamanı, hipertoniyada, 
qan  təzyiqinin  aĢağı  salınmasında,  insult  (iflic)    zamanı  istifadə  edilir.  Yaponiya  saforasının 
meyvələrindən «yapon saforası» kitrə adlı preparat hazrlanır ki, bundan da tibbdə yara, ekzema və 
yanıqların  müalicəsində  istifadə  olunur.  Rutin  maddəsini  digər  dərman  preparatları  ilə,  məsələn, 
kversetin  ilə  qarıĢdırıb  yeni  bir  keyfiyyətli  rutin  preparatı  əldə  edilir  ki,  bu  da  bakteriya  əleyhinə 
istifadə edilir. 
KeçmiĢ  SSRĠ-də  yapon  saforasının  təzə  meyvələrindən  alınan  spirtli  cövhərdən  «soforin» 
preparatı  hazırlanmıĢdır.  Bu  ekstrakt  tünd-qəhvəyi  rəngdə,  xoĢ  iyli  və  acımtıl  dada  malik  olub 
orqanizmin  xaricində,  o  cümlədən  dəridə  baĢ  verən  irinli  yaraların,  ekzemaların,  yanıqların 
müalicəsində,  dezinfeksiyaedici  kimi  yuyulmasında  və  pambıq  tampona,  salfetə  hopdurub  plastır 
kimi  yaraların  üzərinə  qoyub  müalicə  edirlər.  Görkəmli  Krasnodar  həkimi  M.S.Lüqorodski  yapon 
saforasının  meyvəyanlığından  kitrə  əldə  edərək  yeni  orijinal  metod  iĢləyib  hazırlayaraq  dəri 
yanıqlarının,  qəza  nəticəsində  yaranan  yaraların,  ekzemaların,  dermatitlərin,  qaĢınma  xarakterli 
dermatozların  müalicəsində  istifadə  etməyi  məsləhət  görmüĢdür.  Y.Yevin  təcrübə  yolu  ilə  isbat 
etmiĢdir  ki,  yapon  saforasından  hazırlanan  cövhər  qanın  laxtalanması  ilə  yanaĢı,  qan  təzyiqini  də 
aĢağı salır. 
Saforanın  vətəni  Çin  və  Yaponiyada  bitkiyə  böyük  inamla  yanaĢarlar;,  damarların 
möhkəmləndirilməsində, 
vitamin 
çatıĢmazlığında,  Ģüa  xəstəliklərində,  qan  kapliyarları 
pozuntularının  aradan  qaldırılmasında,  revmatizmdə,  sarılıq  xəstəliklərinin  müalicəsində  ondan 
geniĢ istifadə edirlər. 
Orta  əsrlərdə  Çində  yapon  saforasının  qönçələrindən  100  tonlarla  toplayb  «Çin  sarı 
giləmeyvəsi» adı altında təbii boyaq xammalı kimi bir çox ölkələrə ixrac edilirdi. Çinin özündə də 
bu  bitkinin  qönçə  və  meyvəsindən  təbii  boyaq  alaraq,  parça  məmulatlarnın,  o  cümlədən  ipək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə