Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   61   62   63   64   65   66   67   68   ...   149

129 
 
stəkanın 1/4 hissəsi qədər yeməkarası qəbul edin. 
Çibanların,  kəsik  və  yaraların  müalicəsində.  DoğranmıĢ  yarpağından  2  xörək  qaĢığı 
götürüb  1  stəkan  qaynar  suya  töküb,  vam  od  üzərinə  qoyun,  6-7  dəqiqə  biĢirin,  soyudub  süzün. 
Aldığınız dəmləmə ilə zədələnmiĢ nahiyələri yuyun və yaxud kompres edin. 
Çətin sağalan trofik yaraların müalicəsində. Yarpağından hazırlanmıĢ sıyığından 2 xörək 
qaĢığı  götürüb  3  hissə  uĢaq  kremi  və  yaxud  əridilmiĢ  donuz  piyi  ilə  qarıĢdırın.  Aldığınız  mazdan 
zədələnmiĢ  nahiyəyə  sürtün.  Müalicəni  hər  gün  təkrar  edin.  Mazı  soyuducuda  7  həftədən  çox 
olmamaq Ģərtilə saxlayıb istifadə edin. 
Radionuklidlərin  orqanizmdəıı  kənar  edilməsində.  DoğıanmıĢ  yarpağından  1  çay  qaĢığı 
götürüb 1/2 stəkan qaynar suya töküb, 10-15 dəqiqə saxlayıb süzün və 1 xörək qaĢığı qəbul edin. 
Müalicə kursunu 1 aydan az olmamaq Ģərti ilə davam etdirmək məsləhət görülür. 
Üçər  sinir  tutmalarının  qarşısının  alınmasında.  Bir  neçə  Ģamdangülü  yarpağını  ağrıyan 
nayhiyəyə  qoyub  sarğı  ilə  bağlayın.  Üstünü  yun  parça  ilə  örtün.  Hər  2  saatdan  bir  sarğını  təkrar 
edin. Bu əməliyyatı hər dəfə ağrı baĢlayan zaman təkrarlayın. 
Orqanizmin  nahiyələrində  olan  duzların  kənar  edilməsi  üçün.  DoğranmıĢ  yarpaq  və 
gövdəsindən  götürüb,  1  stəkan  qaynadılmıĢ  suya  töküb,  vam  od  üzərində  5  dəqiqə  saxladıqdan 
sonra süzün. Dəmləmədən gündə 3 dəfə yemək vaxtı 1-2 çay qaĢığı qəbul edin. 
Uşaqlıq  yolunda  əmələ  gələn  eroziyanın  müalicəsində  əlavə  vasitə  kimi.  DoğranmıĢ 
yarpağından  2  xörək  qaĢığı  götürüb  0,5  litr  qaynamıĢ  soyuq  suya  tökün.  2  saat  saxlayıb  süzün. 
Aldığınız  dəmləmədən  hissə-hissə  bütün  günü  qəbul  edin.  Bundan  baĢqa  zədələnmiĢ  nahiyəni 
ekstraktla  yuyun.  Müalicə  kursunu  vəziyyətiniz  yaxĢılaĢana  qədər  davam  etdirmək  məsləhət 
görülür. 
Depressiya və zəifləmə zamanı. ġamdangülünə yaxın oturub səhər və axĢam onu sevə-sevə 
15-20 dəqiqə istirahət edin. 
 
ATġABALIDI – Hippocastanaceae DC. fəsiləsi 
AtĢabalıdı – Aesculus hippocastanum L.  
 
Dünya  florasının  tərkibində  fəsilənin  18-20-ə  qədər  növünə  təsadüf  edilir.  Bu  növlərin 
içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atĢabalıdı  - Aesculus hippocastanum  L. 
hesab edilir.  
AtĢabalıdı  ilə  adi  Ģabalıd  morfoloji  və  generativ  xüsusiyyətlərinə  görə  bir-birinə  oxĢar 
olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, 
atĢabalıdının meyvəsi acımtıl olduğu halda, adi Ģabalıdın meyvəsi yeməlidir.  
Aesculus  L.  cinsinin  növləri  ən  çox  Balkan  yarımadasında,  ġimali  Amerika  ərazilərində, 
ġərqi  Asiyada,  Himalayda,  keçmiĢ  SSRĠ  ərazilərində  yayılmıĢdır.  Qafqazda,  o  cümlədən 
Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir.  
AtĢabalıdı  mədəni  halda  ən  çox  Ukraynada  əkilib  becərilir.  Burada  hər  il  190  tona  yaxın 
toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.  
AtĢabalıdı  -  Aesculus  hippocastanum  L.  AtĢabalıdı  ilə  adi  yeməli  Ģabalıd  bir-birlərinə 
oxĢamalarına  baxmayaraq  cins  və  fəsilələri  bir-birindən  kəskin  fərqlidir.  Xalq  arasında  hər  ikisi 
Ģabalıd  adı  ilə  çağırılır.  Hər  ikisi  xarici  görünüĢlərinə,  gövdələrinin 
quruluĢlarına,  tünd-qəhvəyi  rəngli  meyvələrin  meyvəyanlığı,  çox  da  böyük 
olmayan kirpini xatırladan tikanlı meyvələri ilə bir-birlərinə çox oxĢayırlar.  
Hündürlüyü  15-30  m-ə  çatan,  sıx  dairəvi  və  yaxud  piramidaya  oxĢar 
çətirə  malik  olan  ağacdir.  4-5  ədəd  diĢəoxĢar  yarpağı  mürəkkəb  yarpaq  olub 
sayı,  saplaqlarının  uzunluqları  15-25  sm-dir.  Tumurcuqları  iri,  uzunluğu  1-3 
sm,  yapıĢqanlıdır.  Çiçəkləri  ikicinsli  ağımtıl,  qırmızı  ləkəli,  ətirli,  sıx  iri 
süpürgəvari  çiçək  qrupunda  yerləĢmiĢdir.  Meyvəsi  Ģarvari  qutucuq  olub 
açılanda  içərisində  Ģarabənzər  parlaq  toxumları  diqqəti  cəlb  edir.  Bitki  aprel-
iyun  aylarında  çiçək  açır.  Sentyabr-oktyabr  aylarında  meyvə  verir.  Mədəni  halda  Ģəhər,  rayon, 
qəsəbə,  park  və  bağların  bəzədilib,  yaĢıllaĢdırılmasında  geniĢ  istifadə  edilir.  AtĢabalıdı  qiymətli 


130 
 
boyaq, aĢı, bəzək və nektar təbiətli bitkidir. 
Bitkinin  qabığı  çiçək,  meyvə  və  yarpaqlarının  tərkibindən  eskulin  (C
15
H
16
O
9
),  turĢu 
mühitində  hidroliz  olunaraq  qlükoza  və  eskuletin  (C
9
H
6
O
4
),
 
fraksin  (C
16
H
18
O
10
),
 
triterpen  saponin 
essin,  bu  da  parçalanıb  essogenin  (C
40
H
56
O
2
),  violoksantin  (C
40
H
56
O
4
)  və  s.-ə  çevrilir. 
Yarpaqlarının  tərkibində  kversetin,  izokversetin,  lütein  (C
40
H
56
O
2
),  violoksantin  (C
40
H
56
O
4

karotinoidləri  tapılmıĢdır.  Çiçəklərinin  tərkibində  kversitrin,  kversetin  3-qlükozid,  kempferol  3-
arabinozid, kempferol, rutin və s. flavonoidlər, pektin maddələri, toxumlarında spireozid, kversetin, 
kempferol, essin saponini, piy, aĢı maddəsi, niĢasta və s. aĢkar edilmiĢdir. Gövdəsinin qabığında aĢı 
və boyaq maddələri tapılmıĢdır.  
AtĢabalıdı çox qədim dövrlərdə müxtəlif xəstəliklərin müalicəsində geniĢ istifadə edilmiĢdir. 
MəĢhur alman həkimi Kristof Vilhelm Qufeland qeyd edir ki, atĢabalıdının qabığından hazırlanan 
preparatlar  öz  müalicəvi  təsirlərinə  görə  xinindən  üstün  hesab  edildiyinə  görə  qızdırmanın, 
malyariyanın,  xroniki  ishalın,  babasilin,  qadın  xəstəlikərinin  müalicəsində  geniĢ  tətbiq  edilmiĢdir. 
Dünyanın  məĢhur  alimi  Sebastyan  Kneypp  atĢabalıdından  hazırlanan  preparatlardan  qara  ciyər, 
mədə-bağırsaq, qadınlarda soyuqdəymələrdə, radikulit, kəskin damar ağrılarında istifadə edirmiĢ.  
XIX  əsrin  axırlarında  fransız  həkimləri  atĢabalıdından  elmi-praktik  tibbdə  istifadə  etməyə 
baĢlamıĢlar.  Onlar  damar  geniĢlənmələrində,  prostat  və  adenomanın  müalicəsində  bundan  alınan 
preparatları tətbiq etmiĢlər.  
XX əsrin 50-ci illərində Almaniyada sənaye miqyasında atĢabalıdından damar tonuslandırıcı 
preparatların istehsalına baĢlamıĢlar.  
Müasir  tibb  elmi  keçmiĢdə  atĢabalıdından  alınan  preparatların  həqiqətən  də  soyuqdəymə, 
ağrıkəsici, qıcıqlanmaya qarĢı, yarasağaldıcı, bakterisid keyfiyyətlərə malik olduğunu təsdiqlədi.  
AtĢabalıdından hazırlanan preparatların qiymətli müalicəvi təsirə malik olmasına əsas səbəb 
onun  tərkibində  olan  bioloji  fəal  maddə  olan  kimyəvi  birləĢmə  essin  (triterpen  qlükozid) 
maddəsinin olmasıdır.  
Müxtəlif  müəlliflərin  fikrinə  görə  atĢabalıdının  müxtəlif  hissələrindən  hazırlanan 
preparatlardan  ağrıkəsici,  hipertoniya,  əsəb,  stres  və  s.  xəstəliklərin  müalicəsində  istifadə  edilir. 
V.Q.Nikolova  görə  (1964)  ağ  ciyər  xəstəliklərində,  podaqra  damar  qıcolmalarında,  öd  kisələrinin 
pozuntularında,  təngnəfəslikdə,  diz  qapaqlarında  baĢ  verən  yaraların  müalicəsində  geniĢ  istifadə 
edilir.  AtĢabalıdından  hazırlanan  ―venostazin‖dən  babasilin,  damarların  geniĢlənmələrində 
tromboflebitin, aterosklerozun müalicəsində daxilə qəbul edilir.  
M.A.Nosal  və  Ġ.M.Nosala  (1959)  görə  budaq  və  çiçəklərindən  hazırlanan  dəmləməsindən 
uĢaqlıq qanaxmalarının, xüsusən də klimakteriya dövründə, eləcə də yenicə əmələ gələn bədxassəli 
ĢiĢlərin müalicəsində tətbiq edilir.  
Elmi  təbabətdə  atĢabalıdının  meyvəsindən  hazırlanan  eskuzan  və  esflazid  preparatlarından 
eləcə  də  onun  hissələrinin  tərkibində  olan  (saponin,  flavonoid,  essin)  maddələrdən  hazırlanan 
prepatlardan  damar  geniĢlənmələrində,  babasil,  flebitin  və  tromboflebitin  müalicəsində  geniĢ 
istifadə olunur.  
Essin  soyuqdəymə  proseslərini  aradan  qaldırır,  kapilyarların  qırılmasının  qarĢısını  alır, 
onların  divarlarının  möhkəmləndirir  və  tonusunu  artırır.  Bütün  bunlar  venoz  damarlarda  qanın 
normal hərəkətinə Ģərait yaradır, toplanan artıq suları orqanizmdən çıxarılmasına səbəb olur.  
AtĢabalıdından  hazırlanan  preparatlar  qanda  laxtalanmanı  azaldır,  damarlarda  trombun 
əmələ  gəlməsinin  qabağını  alır,  kapilyar  və  venoz  damarlarının  divarlarını  möhkəmləndirir. 
AtĢabalıdının  spirtli çıxarıĢı,  cövhəri,  dəmləməsi,  yarpaq,  çiçək  və  meyvəsindən  hazırlanan  spirtli 
çıxarıĢından ən daxildə və xaricdə damar tutulmalarında (qıcolmalarında), öd vəzisi pozuntularında, 
həzm  sisteminin  xroniki  pozuntularında,  podaqra,  revmatizm,  oturaq  damar  geniĢlənmələrində, 
oturaq  sinir  xəstəliklərində,  babasilin,  trombların,  baldır  yaralarının  müalicəsində  geniĢ  istifadə 
edilir.  Bundan  baĢqa  atĢabalıdından  dərinin  qocalmasının  qarĢısının  alınmasında,  tüklərin  dibini 
möhkəmləndirilməsində,  onların  tökülməsinin  qarĢısının  alınmasında  istifadə  edilir.  SakitləĢdirici 
xüsusiyyətlərə  malik  olduğundan  ondan  hazırlanan  preparatlardan  əsəb  sakitləĢdirici  kimi  əsəb 
xəstəliklərində  istifadə  edilir.  Qabığından  hazırlanan  cövhərindən  prostatın,  adenomanın 
müalicəsində, həmçinin cinsi fəaliyyətin artırılmasında iĢlədilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə