161
olunur. Balı ətirli, kəskin, Ģirin, yaĢılımtıl rəngli su kimi açıq-Ģəffafdır. Toxumunda 40-50%-ə qədər
yağ saxlayır.
Qiymətli müalicəvi xüsusiyyətə malikdir. Ġvançaydan
hazırlanan preparatlarla, mədə, prostat vəzinin adenoması, əsəb
sakitləĢdirməsində, kolit, qəbizlik, qastrit, boğaz, burun, uĢaqlıq
qanaxmaları, yara və kəsiklər müalicə edilir.
Ġvançaydan dərman preparatlarının hazırlanması.
Maddələr mübadiləsinin nizama salınmasında. Bunun
üçün 15 q bitkinin otundan götürüb 1 stəkan qaynar suya töküb 15
dəqiqə qaynadın. Sonra 1,5 saat saxlayıb süzün və gündə 3 dəfə 1
xörək qaĢığı yeməkqabağı qəbul edin.
İmmunitetin
nizama
salınmasında,
eləcə
də
möhkəmləndirilməsində,
soyuqdəymə,
ağrıların
aradan
qaldırılmasında, böyrək və qaraciyərin fəaliyyətinin yaxşılaşdırılmasında, hipertoniya,
ateroskleroz, nevrozun müalicəsində geniĢ istifadə olunur. Bu xəstəlikləri müalicə etmək üçün
aĢağıdakı reseptdən istifadə etmək məsləhət görülür. 1 xörək qaĢığı ivançayın yarpaqlarından
götürüb 1 stəkan qaynar suya töküb qaynadın və 2 saat saxlayıb süzün. Dəmləmədən gündə 3 dəfə 1
xörək qaĢığı qəbul edin.
Şiddətli aybaşı qanaxmaları, dizenteriya və ishal zamanı. 1 xörək qaĢığı doğranmıĢ
otundan götürüb 2 stəkan qaynar suya tökün, 5 dəqiqə qaynadıb, 1 saat saxlayıb süzün. Aldığınız
dəmləmədən gündə 3 dəfə 1 stəkan yeməkdən qabaq qəbul edin.
Prostat vəzinin, eləcə də sidik kisəsinin soyuqdəymələri zamanı. 2 xörək qaĢığı qurudulmuĢ
otundan götürüb 1 stəkan qaynar suya töküb 2 saat saxlayıb süzün. AlınmıĢ dəmləmədən gündə 3
dəfə yeməyə 20 dəqiqə qalmıĢ yarım stəkan qəbul edin.
SUFINDIĞI – Trapaceae Dumort. fəsiləsi
Sufındığı – Trapa hyrcana Woronow
Dünya florasının tərkibində sufındığı cinsinin 25, Azərbaycanda isə 1 növü məlumdur.
Sufındığı – Trapa hyrcana Woronow birillik su bitkisidir. Uzun, nazik və budaqlanan gövdəsinin
uzunluğu 1,2-5,0, bəzən isə 3,5-4,0 metr olub, yarpaqlarının kənarları küt, diĢvari, tüklüdür.
Meyvəsinin uzunluğu 4,0-4,5, eni isə 2,0-2,5 sm-dir. Respublikamızın Lənkəran, Masallı, Astara,
Zaqatala rayonlarının göl və bataqlıqlarında yayılmıĢ sufındığı qiymətli qida, dərman, boyaq və aĢı
bitkisidir.
Tərkibində zəngin qida maddəsinin olduğu elmi əsaslarla təsdiq edilmiĢdir. Belə ki, hələ
1891-ci ildə K.T.Pomanko sufındığının ləpəsinin tərkibindən 0,460% piyli yağ, 1,498% kitrə,
3,278% Ģəkər, 8,4% zülal, 51,4% niĢasta, 0,6% sellüloza, 2,1% kül və s. maddələr aĢkar etmiĢdir.
Neyman isə 1899-cu ildə tərkibində zəngin sulu karbohidrat
maddələrinin olmasına, niĢastanın çoxluğu və Ģəkərin azlığına
görə sufındığının keyfiyyətli qida bitkisi olduğundan xəbər
verirdi. Çəkisinin 66,46%-ni ləpə, 33,54%-ni isə qabq təĢkil
edir. Bundan əlavə, bitkinin tərkibindən bir sıra makro- və
mikroelementlər də aĢkar edilmiĢdir.
Ġnsanlar qida məhsulu kimi sufındığından hələ çox
qədim zamanlardan istifadə etməyə baĢlamıĢlar. Alim Laybax
torf sahəsindən neolit dövrünə aid 15 sm qalınlığında
sufındığı layı aĢkar etmiĢdir. Həmin dövrdə daĢdan
düzəldilmiĢ əl dəyirmanı da tapılmıĢdır. Alimlərin fikrinə görə
həmin əl dəyirmanından sufındığını əzib un Ģəklinə salmaq
üçün istifadə olunmuĢdur. 1940-cı ildə Latviyada qazıntı iĢləri
162
aparılarkən torflu sahədə ağacdan düzəldilmiĢ həvəngdəstə də aĢkar edilmiĢdir. Həmin
həvəngdəstədə sufındığı qabıqdan təmizlənirmiĢ. Kiçik Pliniy qeyd edir ki, Struma və Qeafusu
sahillərində yaĢayan fraksiyaları sufındığının unundan keyfiyyətli çörək növləri biĢirmiĢlər. Mantu
və Ferrari ərazilərində yaĢayan əhali orta əsrlərdə sufındığından biĢmiĢ halda istifadə etməklə
yanaĢı, onun unundan çörək və fəsəlli də biĢirirmiĢlər.
Sufındığı Cənubi Afrika ölkələrində sakit axan çay, durğun göl və gölməçələrdə qida bitkisi
kimi becərilr. Ən çox isə ada və çaylarla zəngin olan Viktoriya – Niassa gölündə əkilir. Ərazilərdə
sufındığı o qədər çox bitir ki, hətta qayıqların hərəkətinə də mane olur. Afrikada yaĢayan əhali bu
bitkidən müxtəlif çeĢidli xörəklər hazırlayır. Sufındığını çiy, qızardılmıĢ, həmçinin biĢirilmiĢ halda
yeyirlər.
D.Bunanın yazdığına görə Hindistan xalqları sufındığı məhsulunu toplamağa baĢladıqları
günü bayram edirlər. Çinlilər ondan çiy, biĢirilmiĢ və qovrulmuĢ halda istifadə etməklə yanaĢı,
unundan da dadlı sıyıq biĢirirlər. Bundan əlavə sufındığına un, Ģəkər tozu və yaxud bal qataraq çox
keyfiyyətli və insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən qida məhsulu hazırlayırlar.
Meyvəsi çox ətirli sərinləĢdirici olduğundan yay aylarında çinlilər onu həvəslə yeyir və bir sıra
Avropa ölkələrinə ixrac edirlər.
Sufındığından spirtlə çıxarıĢından Erlix ĢiĢlərini əmələ gətirən hüceyrələrin qarĢısının
alınmasında iĢlədilir. Volqaboyunda yaĢayan əhali keçmiĢdə malyariya ağcaqanadı yayılan çay göl
və gölməçələrə sufındığı əkərək, ondan həm mübarizə məqsədilə istifadə edir, həm də bol məhsul
əldə edirdilər. Çində bitkinin qabığından hazırlanan çay tonusartırıcı vasitə kimi iĢlədilir.
Sufındığından donuzların, ördək və qazların yemləndirilməsində də geniĢ istifadə edirlər. Yemləmə
nəticəsində onlar qısa bir müddətdə piy bağlayır, ətləri çox ləzzətli olur.
Meyvəsindən kofe surroqatı hazırlayıb tonusartırıcı çay kimi də içirmiĢlər. Çində,
Hindistanda sufındığının meyvələrini deĢib saplara düzərək, boyunbağı düzəldib bazarlarda
satarmıĢlar.
Bundan baĢqa, Qərbi Avropa və Ġtaliyada sufındığından təsbeh, boyunbağı və bəzək
əĢyaları hazırlayırmıĢlar.
Çində «suĢabalıdı» adlandırılan bu bitkini ən çox Pekin, Kanton, Szyansu və Çcesyuan
rayonlarında əkib-becərirlər. Həmin rayonlarda onun 15-dən çox növü əkilir. Çin əhalisi hər il min
tonlarla məhsul tədarük edərək ondan qida və mal-qara üçün yem kimi istifadə edir, qalanını isə
qonĢu ölkələrə göndərirlər. Biz isə sufındığının tullantı Ģəklində olan qabıq hissəsindən boyaq
ekstraktı hazırlayıb yun ipi sarı, narınc, boz, qəhvəyi, firuzəyi, zeytunu, qonur-qəhvəyi, Ģabalıdı və
s. rəng və çalarlara boyadıq.
KƏRƏVĠZKĠMĠLƏR – Apiaceae Lindl. fəsiləsi
Çöl göytikanı (Zımbırtikan) – Eryngium campestre L.
Cinsin dünya florası tərkibində 250-dən artıq növü yayılmıĢdır. Cinsin növlərinə ən çox Yer
kürəsinin isti və mülayim iqlim zonalarında rast gəlmək olar. Bitkinin
Qafqazda 7, o cümlədən də Azərbaycanda 4 növünə rast gəlmək olar.
Bu növlərin içərisində müalicə məqsədləri üçün çöl zımbırtikanı
istifadə olunur.
Çöl zımbırtikan – Eryngium campestre L. bu hündürlüyü 50-60
sm, yarpaqları qeyri-adi olub, göyümtül yaĢıl çalara malik çoxillik ot
bitkisidir. Bitkinin latınca mənası «sağaldan», «müalicə edən»
deməkdir.
Göytikanı bitkisi yabanı halda çəmənliklərdə, çay kənarlarında,
bağ və bağçalarda bəzək bitkisi kimi əkilib-becərilir. Müalicə
məqsədləri üçün bitkinin gövdə, yarpaq və çiçəklərindən istifadə edilir.
Göyltikanından hazırlanan preparatlar sakitləĢdirici, ağrıkəsici,
sidikqovucu, antiseptik, soyuqdəymə, istiliyi aradan qaldıran, bakterisid, sidikqovucu,
bəlğəmgətirici, zəhərəleyhinə vasitə kimi tətbiq edilir.
Dostları ilə paylaş: |