165
İgid (bahadur) salatının hazırlanması. Orta böyüklükdə kərəviz kökmeyvəsi və yaxud
kərəviz saplağı, 1 ədəd orta ölçülü kök, 2 xörək qaĢığı mayonez və yaxud 2 xörək qaĢığı zeytun
yağı, alma Ģirəsi, 4-5 ədəd cəfəri budaqları götürün.
Iri deĢikləri olan süzgəcdən kərəviz və kökü keçirib, üzərinə doğranmıĢ göyərtiləri əlavə
edib, qarıĢdırıb üzərinə mayonez və yaxud yağ, sirkə və narın doğranmıĢ cəfəri səpib süfrəyə verin.
DiĢ qurtlayan – Visnaga daucoides Gaertn.
Dünya florasının tərkibində Visnaga cinsinin 10-a qədər növü yayılmıĢdır. Bu növlərin
hamısı ot formasında olub, Orta Aralıq dənizi ölkələri ərazilərində təsadüf edilir. Qafqazda o
cümlədən də Azərbaycanda 1 növü yayılmıĢdır.
DiĢqurtlayan – Visnaga daucoides Gaertn. Botaniki xarakteristikası. Hündürlüyü 100 sm-ə
qədər olan, çoxbudaqlanan Ģırımlı gövdəyə malik ikiillik ot bitkisidir. Yarpaqları iki-üçqat
lələkvarıdır. Ağ rəngli hamaĢçiçəyinin diametri 6-10 sm olub mürəkkəb çoxĢüalı çətirdə
toplanmıĢdır. Iki yerdə bölünən yumurtayaoxĢar, xırda, acı tamlı, ətirli qoĢadən meyvəsi vardır.
Bitki iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqustda
yetiĢir.
Azərbaycanda bu bitkiyə Samur və Dəvəçi
rayonlarında, Xəzər dənizi sahillərində, Lənkəran
ovalıqlarında tez-tez təsadüf olunur. ġirvan-Savalan
düzlərində diĢqurtdayan daha geniĢ yayılmıĢdır.
Ümumiyyətlə, əkin yerlərində, quru yamaclarda tez-tez
rast gəlmək olar.
Kimyəvi tərkibi. DiĢqurtdayan əsas müalicə
əhəmiyyətli maddələri furanoxromonlardır. Bunlardan
kellini (visnamin) – C
14
H
12
O
5
, viznaqini – C
13
H
10
O
4
,
kellol qlükozidi (kellinin) – C
19
H
20
O
10
və s. göstərmək
olar.
DiĢqurtduyanın
meyvələrində
0,4-2,5%,
yarpaqlarında 1,2%, gövdəsində 0,11%, çiçəklərində
0,2-1%-ə qədər kellinin maddəsi aĢkar olunmuĢdur.
Furanoxromonlardan baĢqa meyvələrindən kumarinlər, mirisetin, kversetin, kampferol, akasetin,
rutin və s. flavonoid maddələri, 0,2% efir yağı, 20%-ə qədər piyli yağ da tapılmıĢdır.
Bundan baĢqa bitkinin meyvəsinin tərkibindən 5,86% kül, mq/q olmaqla K - 16,80, Ca -
14,50, Mg - 3,40, Fe - 0,23 makroelementləri, KBN olmaqla: Mn - 0,40, Cu - 0,37, Zn - 0,39, Cr -
0,12, Al - 0,12, Se - 10,30, Ni - 0,28. Sr - 0,20, Pb - 0,02,1-0,15, B - 37,60 mk/q mikroelementləri
də aĢkar edilmiĢdir.
Təbii əhəmiyyəti. Meyvəsindən alınan ağımtıl və yaxud sarımtıl toz formalı kellin
preparatından spazmolitik təsirli dərman kimi stenokardiya, hipertoniya, sidik və öd kisələrinin
spazması zamanı, eləcə də bronxial astmada göyöskürəkdə, mədə-bağırsaq sisteminin spastik
vəziyyətində, aterozklerozda, kardiosklerozda, ürəyin tac damarlarının geniĢlənməsində, ürək
pozuntularında istifadə edilir. S.Y. Sokolov və S.P.Zamotayeva görə bitkidən hazırlanan
preparatlardan qlaukoma xəstəlikləri zamanı gözün daralmasının qarĢısını almaq üçün tətbiq edilir.
Son illərdə Xarkov Elmi-Tədqiqat Əczaçılıq Institutunu əməkdaĢları diĢqurtduyanın
meyvələrindən «avisan» adlı (furanoxromonların, kumarinlərin və flavonların cəmindən ibarət olan)
preparat hazırlanmıĢdır. Bu preparat böyrəkdə daĢ ilə bağlı əmələ gələn xəstəliklərin müalicəsində
spazmolitik dərman kimi istifadə olunur.
Bundan baĢqa bitkidən alınan preparatlar xərçəng çöplərinin inkiĢafının qarĢısının
alınmasında da iĢlədilir.
Xalq təbabətində bitkidən diĢ ətinin möhkəmləndirilməsində və diĢ qanaxmalarında istifadə
edilir. Kök hissəsindən isə ədviyyat kimi xörəklərin tərkibinə qatılır.
166
Tatyana tütəkotu (Qadın jenĢeni) – Angelica tatianae Bordz.
Dünya florasının tərkibində 80-ə qədər növü varıdr. Cinsə daxil olan növlər çoxillik ot
bitkiləri olub, ġimal yarımkürəsinin mülayim iqlim zonalarında yayılmıĢlar. Cinsin Qafqazda 2, o
cümlədən Azərbaycanda 1 növünə – Angelica tatianae Bordz.-a rast gəlinir.
Tatyana tütəkotu - A. tatianae Bordz. Bu iri, süd Ģirəsi ilə zəngin olan ikiillik və çoxillik ot
bitkisidir. Gövdəsi yoğun, içərisi boĢ olub, 230-250 sm hündürlüyündədir. AĢağı yarpaqları uzun
saplaqlı və rozet olduğu halda, yuxarıda
yerləĢənlər oturandır. ġarĢəkilli çiçəklərinin
diametri 8-15 sm-dir. Çiçək ləçəkləri xırda,
ağımtıl və yaxud sarımtıl-yaĢıl rəngdədir.
Ġyun ayında çiçək açır, avqustda meyvələri
yetiĢir.
Tatyana tütəkotuna Azərbaycanda
Böyük Qafqazın Zaqatala ərazilərində təsadüf
edilir.
Hələ çox qədim dövrlərdə tütəkotunun
gövdəsindən millli musiqi aləti olan tütək
hazırlanırmıĢ. Aclıq illərində 10 minlərlə
insanı tütəkotu xilas etmiĢdir. Ural xalq
təbabətində
tütəkotundan
hazırlanan
preparatlardan ağ ciyər vərəminin, parazit
qurdların müalicəsində geniĢ istifadə edirmiĢlər. Tibet kahinləri bitkidən alınan müalicəvi
ekstraktlarla damar xəstəliklərin, artriti, revmatizm, əzələ ağrılarını, qıcolmanı, Çin təbabətində isə
ürək-damar xəstəliklərini müalicə edərmiĢlər.
Müalicə məqsədləri üçün tütəkotunun əsasən köklərindən istifadə edilir. Hal-hazırda uĢaqlar
tütəkotunun gövdəsinin qabığını soyur və həvəslə yeyirlər.
ġərq təbabətində tütəkotundan jenĢen əvəzi kimi çox xəstəlikləri müalicə edirlər. Tütəkotu
öz müalicəvi xüsusiyyətlərinə görə heç də jenĢendən geri qalmır. Bundan hazırlanan preparatlar
cinsiyyət orqanlarının, əsəb sisteminin, artritin, eləcə də göbələk xəstəliklərinin müalicəsində də
tətbiq edilirmiĢ.
Ən baĢlıca tütəkotu qadınlarda baĢ verən hormonal pozuntuların aradan qaldırılmasında
iĢlədilir. Bu qiymətli cəhətlərini əsas götürərək çin və yapon tütəkotunu «qadın jenĢeni»
adlandırırlar. Hələ çox qədim dövrlərdə tütəkotu ilə aybaĢı xəstəliklərini, klimakterik pozuntularını,
eləcə də digər qadın xəstəliklərini müalicə edirmiĢlər. Tütəkotu anemiya əleyhinə güclü vasitə
hesab edilir. Alimlər tütəkotunun tərkibindən elə bir qiymətli maddə çıxarmıĢlar ki, bu beyin
qabığında qan dövranını nizamlayır və yaddaĢı yaxĢılaĢdırır. Tütəkotunun kökündən alınan
preparatlar pankreas (mədəalti vəzi) Ģirəsinin ifrazatını artırır. Bitkidən hamilə qadınların istifadə
etmələri məsləhət görülmür.
Tütəkotundan müalicəvi preparatların hazırlanması.
Həzm sistemi orqanlarının, bronxit və zökəm xəstəliklərinin müalicəsində. 50 q tütəkotu
kökünü, 0,5 litr arağın üzərinə töküb 2 həftə saxlayın. Sonra süzüb gündə 3 dəfə yemək qabağı 1
çay qaĢığı qəbul edin.
Qaraciyərin təmizlənməsi və qəbizliyin aradan qaldırılmasında (xüsusən də yaşlı
adamlarda). Qadınlar yaxĢı olar ki, tütəkotu ilə qırmızı kökü 1:1 nisbətində qarıĢdırıb istifadə
etsinlər.
Ürəyin müalicəsində tütəkotu, dioskor və yapon saforasından götürüb istifadə edin.
Yerkökü –
Daucus sativus Roehl.
Dostları ilə paylaş: |