113
bitkinin kök və gövdəsini xırda hissələrə doğrayıb yaxĢı qurutduqdan sonra üyüdüb toz halında
istifadə edin.
Osteoxondroz və revmatizmdə. Gördəvərin 1 xörək qaĢığı doğranmıĢ kökümsovunu 1 stəkan
qaynadılmıĢ suya töküb qaynama dərəcəsinə gətirin, 1 saat dəmlədikdən sonra süzüb, gündə 3 dəfə,
yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/3 hissəsi qədər isti halda daxilə qəbul edin. Müalicə
uzunsürəndir. Xəstə 2 aydan sonra yaxĢılaĢacaqdır.
Podaqra və poliartritdə. 100 q doğranmıĢ kökümsovun, üzərinə 0,5 litr araq töküb, 3 saat
dəmləyin. Yeməyə 30 dəqiqə qalmıĢ gündə 3 dəfə, 1 çay qaĢığı qəbul edin. Müalicəni 3 həftə
apardıqdan sonra 3 gün fasilə edib, yenidən 3 həftə davam etdirin. Müalicə kursu 4 mərhələdən
ibarətdir.
Radikulit və revmatizm zamanı. Bitkinin vannasından qəbul etməyi məsləhət görürlər.
Bunun üçün 5 xörək qaĢığı xırda doğranmıĢ kökümsovu 0,5 litr qaynar suya töküb 1 saat dəmləyin.
Sonra süzüb vannaya tökün və vannasını qəbul edin.
Mədə ağrılarında soyuqdəymə və vərəm xəstləlikləri zamanı. 1 xörək qaĢığı qurudulmuĢ və
doğranmıĢ ot və kökümsovu 1 stəkan qaynar suya tökün və qaynama dərəcəsinə çatdırın. 1 saat
dəmləyib süzün. Sonra gündə 3-4 dəfə yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul
edin.
Bataqlıq gördəvəri həm də nektar, boyaq və yem əhəmiyyətlidir.
Bataqlıq gördəvərindən ədviyyat məhsullarının hazırlanması. Gördəvərin kökünü qurudub
xırda hissələrə salıb əldə olunan ətirli tozundan sulu xörəklərin, ət və balıqdan hazırlanan
yeməklərin tərkibinə qatırlar. Qısa bir vaxtda gördəvərdən hazırlanan ədviyyə növləri aĢpazlar
tərəfindən geniĢ istifadə edilməyə baĢlandı.
Müalicə məqsədləri üçün bitkinin çiçəklərindən və payız vaxtı yerdən qazılıb çıxarılmıĢ
kökümsovlarından da geniĢ istifadə edilir.
Biz ilk dəfə bunun çiçək, yarpaq, gövdə və kökümsovlarından boyaq məhlulu hazırlayıb yun
və ipək məmulatlarını çəhrayı, qonur, zeytunu, açıq qəhvəyi, bozumtul, firuzəyi, tünd qəhvəyi və s.
rəng və çalarlara boyadıq.
Qarağacyarpaq quĢqonmaz – Filipendula ulmaria (L.) Maxim.
Dünya florasının tərkibində quĢqonmaz cinsinin 10-a yaxun növü yayılmıĢdır. Qafqazda, o
cümlədən Azərbaycanda 2 növünə rast gəlmək olar.
Müalicə, boyaq, aĢı və kosmetika sahəsində istifadə olunan ən qiymətli növlərdən biri
qarağaçyarpaq quĢqonmazdır - F.ulmaria (L.) Maxim. Hündürlüyü 100-200 sm olan qarağacyarpaq
quĢqonmaz sürünən, kökümsovu möhkəm, qabırğa gövdəsi olan çoxillik ot bitkisidir. Yarpaqları
lələkvari bölümlü, yuxarıdakı yarpaqları 2-5 ədəd bərabər ölçülü iri, enli yumurtavari və yaxud
yumurtavari-lanset miĢarĢəkillidir. Yan yarpaqcıqlar cüt, xırda, kənarları
diĢlidir. Yarpaqların üstü yaĢıl, arxa hissəsi ağımtıl rəngdədir. Çiçəkləri çıx,
süpürgəyəoxĢar salxımda toplanmıĢdır. Ləçəkləri sarımtıl-ağımtıldır. Meyvə
yarpaqları 6-10 ədəd, spiral formalı, qıvrımca, demək olar ki, çılpaqdır.
Meyvəsi çoxlu fındıqçadan ibarətdir.
Bitki Azərbaycanda Böyük Qafqazın Quba ərazisində, Naxçıvan və
Lənkəranın dağlıq zonalarında yayılmıĢdr.
Ən çox nəmli çəmənliklərdə rast gəlmək
olar. Qarağacyarpaq quĢqonmazın bütün
hissələrindən aĢı maddəsi, flavonoid, efir
yağı tapılmıĢdır. Belə ki, yarpaq, kök boyuncuğu, kökündə və
çiçək hissələrinin tərkibində 3,5-21,8%-ə qədər aĢı maddəsi, 0,67-
10,7%-ə
qədər
lüteolin,
kempferol,
kversetin,
sianidin,
çiçəklərində isə 0,22% efır yağı, 374 mq C vitamini və s.
114
tapılmıĢdır. Tərkibində aĢı maddəsi olduğu üçün ondan hazırlanan dəmləmədən və cövhərlərdən
büzüĢdürücü vasitə kimi mədə-bağırsaq xəstəliklərində, yarasağaldıcı kimi, tərlədici, epilepsiya,
revmatizm, oynaq ağrılarında istifadə olunur.
Kökündən, eləcə də çiçəklərindən hazırlanan dəmləməsindən əsəb, hipertoniya, zökəm
xəstəliklərində, həmçinin qurdqovucu və sidikqovucu vasitə kimi istifadə edilir.
Tibet və monqol təbabətində ağ ciyər xəstəliklərində, həzm orqanlarının nizama
salınmasında iĢlədilir. Bundan baĢqa sulu çıxarıĢı damarbərkidici kimi soyuqdəymə, yara əleyhinə,
əsəb, bağırsaq xəstəliklərində və həyəcanlanmada tətbiq edilir. Yayın istisində bitkilərin
əksəriyyətində olan Ģeh damcıları buxarlanıb yox olduğu halda, quĢqonmazın yarpaqlarının üzərinə
yerləĢən «yaĢıl fincanın» içərisi həmiĢə sərin Ģeh damcıları ilə dolu olur. Burada isə bitkilər,
ağaclar, günəĢ və göy əks olunur, aĢağı əyilsən, sən də öz əksini görə bilərsən. Yarpağa toxunan
kimi yaĢıl fincanın içərisindəki sərin Ģeh damlaları yerə tökülmədən, civə kimi o tərəf - bu tərəfə
axır. Orta əsr kimyagərləri bu suyu «göy damcısı», «göy Ģehi» kimi təsvir edib, onun köməkliyi ilə
«fəlsəfə daĢını» axtarmağa baĢlamıĢlar. Orta əsrlərdə Qərbi Avropa xalqları quĢqonmazı ot kimi
təsvir etmiĢlər. Qədim zamanlarda belə düĢünürdülər ki, əgər səhər tezdən üzüniizü quĢqonmazın
Ģehi ilə yusanız, sizin əvvəlki gözəlliyiniz özünə qayıdar. O zamandan bəri bir çox ölkələrin,
xüsusilə də Ġsveçrənin qadınları quĢqonmazın Ģeh damcısı ilə dolu yarpaqlarla üzlərini silərək artıq
piyləri, çil və piqment ləkələrini yox edirmiĢlər. QuĢqonmazın otundan hazırlanan cövhərlərdən
vanna Ģəklində, yaĢ sarğı halında, təpitmə formasında dəri səthində olan irinli yaraların, çiban,
ekzema və qoturlugun müalicəsində istifadə edilir. Təzə yarpaqlarını qurudub narın toz halına
salaraq kəsik yaralarn üzərinə səpib qanı kəsərmiĢlər.
Biz respublikamızda ilk dəfə olaraq quĢqonmazın kök hissələrindən aĢı təbiətli boyaq
ekstraktı hazırlayıb yun ipi bozumtul, sarı, sarı-narıncı, narıncı, yaĢılımtıl, qəhvəyi, zeytunu, tütünü,
bozumtul-qara və s. rəng və çalarlara boyadıq. Alınan rəng və çalarlar fıziki-kimyəvi təsirlərə qarĢı
davamlı olub xalçaçılq sənayesində istifadə oluna bilər.
Qarağacyarpaq quĢqonmazın kök hissəsindən hazırlanan aĢı və boyaq təbiətli qatı
ekstraktından gön-dəri, ətriyyat-kosmetika sahələrində istifadə edilə bilər.
Ġpəkli Ģaxduran – Alchemilla sericata Reichenb. ex Buser
Dünya florasının tərkibində Ģaxduran cinsinin 500-dən artıq növü yayılmıĢdır. Bunlardan
Qafqazda 100, o cümlədən Azərbaycanda 21 növünə təsadüf edilir. Xalq arasında bu bitkiyə «Ģah
otu» da deyirlər. Xalq təbabətində Ģaxduran cinsinin bir neçə növündən istifadə edilir. Bunlardan
biri ipəkli Ģaxduran adlanır.
Ġpəkli Ģaxduran - A.sericata Reichenb. ex Buser. 50-60 sm hündürlüyündə, çoxbudaqlı düz
və sərt gövdəli çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları böyrəyəoxĢar, yaxud da yarımdairə
formasındadır, uzunluğu 0,8-3,5 sm, eni isə 1,4-4,0 sm-dir. Yarpaqları dərin kəsikli olub 7 pərdədən
ibarətdir. Çiçək yarpaqları çox vaxt qısa, uzunsov yarpaqlardan ibarət olub, ucu iti tikanlarla
qurtarır. Çiçəkləri sıx və yumĢaq olub, 1,3-3,5 mm uzunluğundadır. Kasacıqları eyni uzunluqda
olub, ürək və ya yumurta formasındadır.
Ġpəkli Ģaxduran Azərbaycanda, əsasən Quba bölgəsində,
Qafqazın Ģərq və qərb, Kiçik Qafqazın Ģimal və mərkəzi
rayonlarında, Naxçıvan MR-in dağlıq ərazilərində, Diabarda, subalp
və alp çəmənliklərində, ən çox isə qayalıq və daĢlı-çınqıllı sahələrdə,
bəzi hallarda quru çəmənliklərdə və otlaqlarda təsadüf olunur. Ġpəkli
Ģaxduran küləkdən, yandırıcı günəĢ Ģüalarından, həmçinin mal-
qaradan «qorxub çəkinməyən» bitki sayılır. Bu bitkini qədim
yunanlar «pələng pəncəsi», ukraynalılar «sehrli ot», «Ģeh yaradan»,
ən qəribəsi isə «Allahın göz yaĢı» adlandırırlar. Xalq təbabətində bir sıra xəstəliklərin müalicəsində
ondan geniĢ istifadə edilir. Belə ki, bitkinin yaĢıl hissəsindən hazırlanan dəmləmə, cövhər və
Dostları ilə paylaş: |