103
çox Ģtatlarında, Skandinaviya və Avropa ölkələrində olduğu kimi Azərbaycanda da çiçək və
meyvəsinə görə əzizlənir və ona qulluq göstərilir.
Dünya florasının tərkibində 600-ə qədər yabanı növü yayılmıĢdır (A.S.Lozina-Lozinski,
1954). Bu növlər kol və çoxillik ot bitkiləridir. Azərbaycan florasının tərkibində böyürtkən cinsinin
15-20 növünə rast gəlmək olar. Böyürtkən yarımkol, çoxillik giləmeyvəli bitkidir. Yabanı halda
Asiya, Avropa və Amerika qitəsində geniĢ yayılmıĢdır. Azərbaycanın bütün zonalarında böyürtkən
kolluqlarına rast gəlinir.
Böyürtkən bitkisi moruğa nisbətən çox gec (XIX əsr)
mədəniləĢdirilmiĢdir. Mədəni halda ən çox Amerikada, ən az isə
Avropada yayılmıĢdır. Kollarının formasına görə böyürtkən 2
qrupa bölünür: dik qalxan və dağınıq formalı kollar. Böyürtkənin
yerüstü hissəsini birillik və ikiillik zoğlar təĢkil edir, yeraltı
hissəsinin (köklərinin) ömrü uzun olur. Onlar çox qüvvətli
olduğundan torpağın dərin qatlarına gedir və quraqlğa davamlıdır.
Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə görə
qırmızı, qara, al-qırmızı və s. olur.
Böyürtkən Azərbaycanın ən qədim giləmeyvə bitkilərindən olmasına baxmayaraq bu vaxta
qədər ətraflı öyrənilməmiĢ və sənaye əhəmiyyətli olan məhsuldar formalar seçilib
mədəniləĢdirilməmiĢdir.
Böyürtkən bitkisi uzun müddət çiçəkləyir, ona görə də meyvə yığımı avqust ayından
baĢlayaraq, qar düĢənə qədər davam edir. Məhsuldardır, bir kol 4-6 kq-a qədər meyvə verir.
Azərbaycan florasının tərkibində yayılan əsas böyürtkən növləri aĢağıdakılardır: BuĢ
böyürtkəni - R.buschii Grossh. ex Sinkova, Qafqaz böyürtkəni - R.caucasicus Focke, bozumtul
böyürtkən - R.caesius L., qanĢirəli böyürtkən - R.anatolicus (Focke) Focke ex Hausskn., kələ-kötür
böyürtkən - R.hirtus Waldst. et Kit., Gürcüstan böyürtkəni - R.georgicus Focke, Liberiya
böyürtkəni - R.ibercus Juz., ağımtıl böyürtkən - R.candicans Weihe və uzunsovmeyvə böyürtkəni -
R.dolichocarpus Juz.
Bunlardan insan orqanizmi üçün ən qiymətli növ sayılan bozumtul böyürtkən haqqında
geniĢ elmi məlumat verməyi qərara aldıq.
Bozumtul böyürtkən - R.caesius L. hündürlüyü 0,5-1,5 m olan kol bitkisidir. Buna bəzən
qara moruq da deyilir. Budaqları silindir formalı olub, demək olar ki, əksəriyyəti yerə doğru
oraqvari əyilmiĢdir. Onlar boz ləkəli, müxtəlif tikanlı və ya tikansızdır. Yarpaqları 3 yarpaqcıqlıdır,
yarpaqaltlığı enli lansetvaridir. Yarpaq saplağı çox qısa və ya oturandır. Çiçəklərinin əksəriyyəti
ağımtıl, nadir halda çəhrayı rəngdə olub salxım formasında yerləĢmiĢdir. Meyvəsi qaramtıl və
yaxud qaramtıl- qırmızı rəngdə olub iri çəyirdəkli, az dənəli və dadsızdır. May-iyun aylarında
çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. Bəzən kolun üstündə həm çiçək, həm də meyvə
olur. Azərbaycanın əksər rayonlarında ovalıqdan baĢlayaraq dağ ətəyinə kimi yayılmıĢdır. Adətən
çay sahillərində, meĢə açıqlıqlarında, kolluqlarda, xüsusilə Quba-Qusar rayonlarında, Azərbaycanın
Dəvəçi, Kür-Araz ovalıqlarında ehtiyatı çoxdur. Buna aĢağı düzən rayonlarından baĢlamıĢ subalp
sahələrinə qədər rast gəlmək olar. Böyürtkən C vitamini və aĢı maddələri ilə zəngindir. Zoğlarında
və yarpaqlarında 27 mq%-ə qədər C, aztapılan Z vitamini və 12-13% aĢı maddələri tapılmıĢdır.
Meyvələrində çoxlu miqdarda Ģəkərlər: qlükoza - 2,87-3,64%, fruktoza - 3,12-3,24%, saxaroza -
0,75-0,80%, limon turĢusu - 1,62-2,16% müəyyən edilmiĢdir. Toxumlarında 22-26% piyli yağ
vardır ki, bu da tərkib etibarilə linolein 80%, linol 1,5%, olein 18% və palmitin turĢularının
qliseridlərindən, fıtostelindən ibarətdir.
Azərbaycan Dövlət Tibb Universitetində qanĢirəli və bozumtul böyürtkən növləri kimyəvi
analizdən keçirilmiĢdir. Bunların yarpaqlarından 13-14% aĢı maddəsi, 168-190 mq% C vitamini
müəyyən edilmiĢdir. YetiĢmiĢ meyvələrinin tərki- bində 2-4% aĢı, 5,7% qlükoza, 3,16% fruktoza,
3,14% saxaroza, 0,46% pentoza, 1,2% üzvi turĢular (alma, limon, çaxır), 5-8 mq% karotin, 230
mq% C vitamini, B, B
2
, karotin maddələri, köklərində isə 0,03% alkaloidlər, 0,05% qlükozidlər,
10,78-11,63% piroqallol qrupu aĢı maddələri, 6,2% qətranlı maddələr, 1-2% üzvi turĢular
tapılmıĢdır. Bundan əlavə yarpaqlarının tərkibində 5,57% kül maddəsi, mq/q%-lə 19,30 - K, 10,00 -
104
Ca, 3,40 - Mg, 0,20 - Fe makroelementləri, mkq/q-la 340,00 - Mn, 7,80 - Cu, 28,90 - Zn, 0,10 - Ca,
8,48 - Sr, 1,10 - Pb, 77,20 - B mikroelementləri tapılmıĢdır. Böyürtkən dərman bitkisi kimi çox
qədim dövrlərdən məlum olmuĢdur. Bir çox qədim həkimlər böyürtkən haqqında qeydlərində
göstərmiĢlər ki, «onun bütün hissələri, o cümlədən meyvələri orqanizmi qüvvətləndirən
xüsusiyyətə malikdir». Meyvənin Ģirəsini çıxarıb, onu kölgə yerdə bir müddət saxladıqdan sonra
sulanan yaraların üzərinə sürtdükdə, yaranın suyu dayanır və tədricən qaysaq qoyub sağalmağa
baĢlayır. Böyürtkən qiymətli yabanı giləmeyvə bitkisi kimi Teofrasta da məlum idi.
Xalq təbabətində qurudulmuĢ meyvə və yarpaqlarından çay kimi dəmlənib hipertoniya
xəstəliyində və sinə ağrılarında istifadə edilir. Eyni məqsədlə təzə dərilmiĢ meyvələrindən Ģərbət və
mürəbbə hazırlayıb qəbul edirlər. QurudulmuĢ kal meyvələrindən çay dəmləyərək Ģəkər
xəstəliyində içirlər. Yarpaqlarını və kal meyvələrini açıq, günəĢli havada qurudur, çay kimi
dəmləyərək uĢaqlarda tez-tez baĢ verən ishalda büzüĢdürücü və antiseptik dərman kimi istifadə
edirlər. Tam yetiĢmiĢ meyvələri isə yüngül iĢlədici, tərlədici, sidikqovucu vasitə kimi istifadə
olunur.
Qəbələ və Lənkəıan rayonlarında böyürtkənin qurudulmuĢ meyvələrindən və yarpaqlarından
çay kimi hazırlayıb, soyuqdəymələr zamanı tərlədici vasitə kimi içirlər.
QanĢirəli böyürtkən yarpaqlarının sulu dəmləməsini boğaz ağrısında dezinfeksiyaedici
dərman kimi istifadə edirlər. QurudulmuĢ köklərini xırda-xırda doğrayıb, 1 çay qaĢığı, 1 stəkan
qaynar suda 30-40 dəqiqə ərzində dəmləyib, soyudur, ishal və dizenteriya zamanı içirlər.
QumdulmuĢ qanĢirəli böyürtkən köklərinin sulu biĢmiĢindən vərəm xəstəliyində qəbul
edirlər. Böyürtkəndən hələ çox qədim zamanlardan dermatologiya və kosmetika sahəsində istifadə
edilmiĢdir.
Belə ki, Dioskorid böyürtkənin yarpaqlarından hazırlanmıĢ sulu çıxarıĢdan dəridə baĢ verən
dəmrov, ekzema, yara və irinli çibanların müalicəsində islatma kimi istifadə etmiĢdir. Dəridə və
üzdə əmələ gələn çillərin, qaĢınma və qıcıqlanmaların aradan qaldırılmasında yarpaqlarından
hazırlanan məlhəmdən maz düzəldib sürtkü kimi istifadə edilir. Yarpaq və meyvələrindən
hazırlanan sıyıqların tərkibinə xama, yaxud azca kəsmik qatıb qarıĢdıraraq üz dərisinə sürtür, 10-15
dəqiqə saxladıqdan sonra yuyub təmizləyirlər. Bozumtul böyürtkəndən ətriyyat-kosmetika
sahəsində geniĢ istifadə edirlər.
Böyürtkənin çoxaldılması. Böyürtkən bitkisi toxum, pöhrə, kök çiliyi və uc tumurcuğunun
basdrılması yolu ilə çoxaldılır. Ġstehsalatda böyürtkənin dikduran kollu formaları pöhrələri və kök
çiliyi yolu ilə, dağınıq kollu formaları isə uc tumurcuğun basdırılması üsulu ilə çoxaldılır.
Kolları dikqalxan böyürtkən bitkisindən çoxlu miqdarda əkin materialı istehsal etmək üçün
yazda və ya payızda koldan 50-60 sm aralı yer qazılır və 6-8 mm diametri olan köklər çıxarılır.
Sonra onlar 15-20 sm boyda kəsilir, qabaqcadan hazırlanmıĢ münbit torpağa 15x20 sm sxemdə
çərgə ilə əkilir və suvarılır. Vegetasiya müddətində sahənin torpağı həmiĢə alaqdan təmizlənmiĢ,
yumĢaq və rütubətli olmalıdır. Payızda bitkilər qazılıb çxarılır və inkiĢaf dərəcəsinə görə çeĢidlərə
ayrılır, müvəqqəti olaraq əkin vaxtına qədər torpağa basdırılır və ya dərhal plantasiyaya əkilir. Yeni
əkilmiĢ plantasiyaların hər hektarından 0,5-1,0 t, sənaye əhəmiyyətli sahələrin hər hektarından isə
5-7 t məhsul tədarük etmək olar.
Adi moruq – Rubus idaeus L.
Moruq cinsinin taksonomikası haqqında alimlər arasında bir sıra həll olunmayan
mübahisələr mövcuddur. Üç amerikalı botanik bir-birilərindən xəbərsiz eyni ildə moruq cinsinə aid
olan növlər haqqında məlumat vermiĢlər. Onlardan biri moruq cinsinə 381 növ, digəri 205 növ,
üçüncüsü isə 24 növün daxil olduğunu qeyd edirdilər.
Lakin son məlumatlara görə moruq cinsinin dünya florasının tərkibində 600-ə qədər növü
olduğu qeyd edilir. Mədəni halda əkilib-becərilən müxtəlif sort və
formaların öz baĢlanğıclarını yabanı moruqdan - R.idaeus L.-dən
götürdüklərini qeyd edirlər.
Hal-hazırda moruqdan çoxsaylı iri, dadlı, ətirli, tünd qırmızı,
Dostları ilə paylaş: |