Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında



Yüklə 7,79 Kb.

tarix11.04.2018
ölçüsü7,79 Kb.

background image
Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti 

növlərinin müəyyən edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

“Elm  haqqında”  Azərbaycan  Respublikasının  2016-cı  il  14  iyun  tarixli  271-



VQ 

nömrəli 


Qanununun 

tətbiqi 


barədə” 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

2016-cı  il  9  avqust  tarixli  1009  nömrəli

 Fərmanının  1.1.4-cü 

yarımbəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti qərara alır: 

Elmi  tədqiqat  institutlarının  nizamnamələrində  nəzərdə tutulmuş  fəaliyyət 

istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq 

fəaliyyəti növləri müəyyən edilsin: 

1. təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi

2.  elmi  nailiyyətlərin  tətbiqi  yolu  ilə  elmtutumlu  məhsulların  istehsalı  və 

satışı; 


3. kitabxana, nəşriyyat və kitab satışı xidmətləri

4. məsləhət-konsaltinq xidmətləri; 

5. ödənişli laboratoriya testləri və sınaq işləri; 

6. layihə və müsabiqə sənədlərinin hazırlanması; 

7. elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri; 

8. informasiya xidmətləri; 

9.  sifarişlər  əsasında  elmi  araşdırma  və  tədqiqatların  aparılması,  ekspert 

rəyinin verilməsi

10. elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin 

görülməsi və xidmətlərin göstərilməsi. 

 

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



 

 

 



Bakı şəhəri, 20 iyun 2017-ci il

 

                   № 266



 

 

 



 


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə