Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
1   2   3   4   5   6   7   8   9   ...   18

17

və  dövrümüzdəki  terror  hadisələri  də  bu 

həqiqəti  sübut  edir.  Şiddəti,  qarşıdurmanı, 

müharibəni dəstəkləyən, ancaq güclü olanın 

həyatda qalacağını iddia edən azğın darvinist 

şüarlar  artıq  dəstəklənməməlidir.  Çünki 

darvinizmin ortadan qaldırılması o deməkdir 

ki, artıq şiddəti dəstəkləyən ideologiyalar da 

qüvvədən düşmüşdür.

 

Yer  üzündəki  insanların  böyük 



əksəriyyətinin  inandığı  üç  İlahi  din  də 

(xristianlıq, yəhudilik və İslam) mübarizəyə 

qarşıdır.  Hər  üç  İlahi  dinin  də  məqsədi 

yer  üzündə  sülh  və  rahatlığı  təmin  etmək, 

günahsız insanların öldürülməsinə, zülm və 

işgəncə görməsinə qarşı çıxmaqdır. Mübarizə 

və  şiddət  Allah’ın  insanlar  üçün  təyin 

etmiş  olduğu  əxlaqa  zidd  və  bəyənilməyən 

anlayışlar  kimi  qəbul  edilir.  Halbuki, 

darvinizm mübarizə və şiddəti mütləq lazım 

olan təbii, doğru və qanuni anlayışlar olaraq 

görür  və  göstərir.  Buna  görə  də  dünyamızı 

əhatə  edən  terror  bəlasının  mənşəyi 

dinsizlikdə, dinsizliyin əsrimizdəki qarşılığı 

olan darvinizm və materializmdədir.

 

Hal-hazırda, 



dünyanın 

bütün 


ölkələrindəki məktəblərdə darvinizmin tədris 

edildiyini düşünsək, yeni terrorist gənclərin 

yetişməsini də nəzərə almalıyıq. Bunun üçün 

təsadüflər  nəticəsində  meydana  gəlmiş, 

ataları heyvan olan, Allah’a qarşı məsuliyyət 

daşımayan,  başıboş  varlıqlar  olduqları, 

ancaq  mübarizə  və  müharibə  ilə  üstün 

gələrək  həyatda  qala  biləcəkləri  öyrədilən 

gənclərin  bu  təlqinlərdən  uzaq  tutulmaları 

çox  vacibdir.  Çünki  bu  cür  səhv  fikirlərlə 

böyüyən  gənclər  davakar,  mərhəmətsiz, 

eqoist, şiddətə meyilli olacaqlar.  

 

Bu  gənclər  anarxiya  tərəfdarıdırlar 



və  terrorist  ideologiyaların  təlqinlərinə 

də  asanlıqla  qapıla  bilirlər,  daha  sonra  isə 

gözlərini  qırpmadan  kiçik  uşaqları  qətl 

edəcək, öz qardaşını belə öldürəcək, hər cür 

vicdan  və  ağıla  zidd  hərəkəti  edəcək  qədər 

zalımlaşa bilirlər. Son əsrdə dünyanı alt-üst 

edən irqçi və faşist terror qrupları bu təhsil 

sisteminin məhsullarıdır.

 

Buna  görə  də  əvvəlcə  terroristin 



məntiqinin  səhv  olduğu  bütün  dəlillərlə 

sübut  edilməlidir.  Darvinizmi  müdafiə 

edənlərin  və  buna  inananların  hamısının 

yanıldığı  ən  təsirli  şəkildə  insanlara  izah 

edilməlidir.  İnsan  başıboş  və  məsuliyyətsiz 

deyil.  Onu  yaradan,  hər  anını  müşahidə 

edən, düşüncələrini bilən və öldükdən sonra 

etdiklərinin qarşılığını verən bir yaradıcımız 

var.  Rəbbimiz  insanı  heyvanlardan  fərqli 

olaraq  ruh,  ağıl,  iradə,  şüur  və  mühakimə 

qabiliyyəti  ilə  yaratmışdır.  Məsələn,  bir 

hadisə qarşısında çox əsəbiləşən, iradəsi zəif 

insan  özünü  və  qarşısındakı  insanı  heyvan 

17

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




18

kimi görsə, ona heç düşünmədən zərər verə 

bilər,  mərhəmətsiz  şəkildə  davrana  bilər. 

Qarşısındakının kiçik uşaq, müdafiəsiz insan 

olmasının  heç  fərqi  yoxdur. Ancaq Allah’ın 

özünə verdiyi ruhu daşıdığını bilən, ağıl və 

vicdan  sahibi  insan  isə  hər  cür  vəziyyətdə 

əsəblərinə hakim olar, şüuru və vicdanı hər 

an açıq olar. Allah’a hesab verə bilməyəcəyi 

ən kiçik bir hərəkəti belə etməz.

 

Allah 


Quranda 

hər 


insanın 

nəfsinin  olduğunu  və  ona  günahlardan, 

pis  əməllərdən  çəkinməsini  ilham  etdiyini 

bildirir (Şəms surəsi, 7-10). Buna görə də bəzi 

insanların  əxlaqi  pozuntularının,  cinayət 

törətmələrinin  arxasındakı  səbəb  xəyali 

təkamül müddəti deyil. Bunun səbəbi Allah’a 

iman  etməmələri,  etdiklərinin  hesabını 

Allah’a verməyəcəklərini zənn etmələri və bu 

səbəbdən də çəkinməmələridir. Bu gün bütün 

dünyada  meydana  gələn  müharibələrin, 

mərhəmətsiz  hücumların,  insanların  aclığa, 

səfalətə  tərk  edilmələrinin,  ədalətsizliyin, 

mərhəmətsizliyin  ardınakı  səbəb  budur. 

İnsanları heyvan olaraq görənlər, heyvanlar 

kimi  həyat  mübarizəsi  içində  olduqlarını 

zənn  edənlər,  Allah’ı  və  axirəti  unudan  və 

unutduranlar  heç  bir  zalımlıqda  sərhəd 

tanımazlar.

 

Hər  insan  Allah’ın  özünə  üflədiyi 



ruhu  daşıyır  və  özünü  yoxdan  var  edən 

Yaradıcımıza qarşı məsuldur. Allah Quranda 

məsuliyyətsiz  olduqlarını  zənn  edənlərə 

yaradılışlarını  və  ölümdən  sonra  təkrar 

diriləcəklərini belə xatırladır:

 

Məgər  insan  elə  güman  edir  ki, 

o,  başlı-başına  buraxılacaq?!  Məgər  o, 

tökülən  bir  qətrə  nütfə  deyildimi?!  Sonra 

laxtalanmış qan oldu və (Allah) onu yaradıb 

surət  verdi.  Sonra  da  ondan  biri  kişi,  biri 

qadın  olmaqla  iki  cift  yaratdı.  Elə  isə  O 

Allah ölüləri diriltməyə qadir deyildirmi?! 

(Qiyamət surəsi, 36-40)

 

Bunun 



üçün 

insana 


heyvan 

olduğunu, yalnız fiziki olaraq güclü olanların 

həyatlarını  davam  etdirə  biləcəklərini, 

dünyanın  mübarizə  meydanı  olduğunu 

öyrədən bu darvinist ideologiyanın ortadan 

qalxması    terrorizmin  təməl  dayaqlarından 

birini  itirməsi  mənasını  verir.  Bununla 

birlikdə  insanları  terror  bəlasından  uzaq 

tutmanın  ən  əhəmiyyətli  yolu  mənəvi 

təhsildir. Cəmiyyətlərin daimi sülhə qovuşa 

bilmələri  ancaq  insanların  gözəl  əxlaqı 

öyrənmələri  və  bu  əxlaqı  yaşamaları  ilə 

mümkündür.  Bundan  kənar  cəmiyyətin 

həyatını tənzimləmək üçün qoyulan qaydalar 

və tədbirlər bir yerə qədər təsir edər, terror 

bəlasını tam mənası ilə ortadan qaldırmaz.



18

Düşünən İnsan, 

 Noyabr  2013

www.kommunizmtehlukesi.com




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə