Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
1   2   3   4   5   6   7   8   9   ...   18

10

10

Düşünən İnsan, 

 Noyabr  2013



11

11

Düşünən İnsan, 

 Noyabr  2013



12

 

Yuxarıdakı ayələrdə bildirildiyi kimi, 



gündüz – Günəşin parlaqlığı – Yerin hərəkəti 

ilə  meydana  gəlir.  Gecə  ilə  gündüzü  əmələ 

gətirən  hərəkət  Günəşin  hərəkəti  deyil. 

Başqa sözlə, gecə ilə gündüzə nisbətən Günəş 

sabitdir.  Quranda  bildirilənlər  Yerin  sabit 

olub  Günəşin  onun  ətrafında  fırlandığını 

müdafiə  edənlərin  iddialarını  əsassız 

etmişdir.  Quranın  zaman  və  məkandan 

asılı  olmayan,  bütün  elmlərin  sahibi  olan 

Rəbbimizin  dərgahından  endirildiyi  açıq-

aşkar həqiqətdir:

 

Onların 



rəvayətlərində 

ağıl 

sahibləri üçün bir ibrət vardır.  (Bu Quran) 

uydurulmuş  bir  söz  deyildir.  Ancaq 

özündən  əvvəlkiləri  təsdiqləyən  və  hər 

şeyi  müfəssəl  izah  edəndir;  iman  gətirən 

bir  camaat  üçün  hidayət  və  mərhəmətdir. 

(Yusif surəsi, 111)

 

Günəş müəyyən müddətdən 

sonra sönəcək

 

Günəş  də  özü  üçün  müəyyən 

olunmuş  yerə  axıb  gedir.  Bu,  yenilməz 

qüvvət sahibi olan, bilən Allah`ın təqdiridir. 

(Yasin surəsi, 38)

 

Günəşin səthində təqribən 4 milyard 



ildir  fasiləsiz  baş  verən  kimyəvi  reaksiyalar 

nəticəsində  günəş  işığı  mütəmadi  əmələ 

gəlir.  Gələcəkdə, Allah`ın  izni  ilə,  müəyyən 

bir andan sonra bu reaksiyalar sona çatacaq, 

günəş  enerjisini  itirərək  tamamilə  sönəcək. 

Buna  əsasən,  yuxarıdakı  ayədə  də  Günəşin 

enerjisinin bir gün sona çatacağına işarə edilə 

bilər (doğrusunu Allah bilir).

 

Ayədəki 


“mustakarrin” 

sözü 


müəyyən edilmiş yer və ya zaman mənasını 

verir. “Axıb gedir” şəklində tərcümə edilmiş 

“təcri”  sözü  isə  “hərəkət  edir,  tələsir,  dövr 

edir,  yol  tutur,  axır”  mənalarını  verir. 

Sözlərin  mənalarından  Günəşin  müəyyən 

dayanacaq  nöqtəsi  olan  məkana  və  zamana 

Quranda bu mövzu ilə bağlı digər ayələrdən 

bəziləri belədir:

 

Gördüyünüz 

göyləri 

dirəksiz 

yüksəldən, sonra da ərşə ucalan, müəyyən 

vaxta  qədər  hərəkət  edən  günəşi  və  ayı 

(əmrinə)  tabe  edən  Allah`dır.  O,  işləri 

yoluna qoyur və ayələrini izah edir ki, bəlkə, 

Rəbbinizlə  qarşılaşacağınıza  yəqinliklə 

inanasınız. (Rəd surəsi, 2)

 

O,  gecəni  gündüzə,  gündüzü  də 

gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. 

Onların  hər  biri  müəyyən  olunmuş 

vaxtadək  hərəkət  edir.  Bu,  sizin  Rəbbiniz 

olan  Allah`dır.  Mülk  Onundur.  Sizin 

Ondan  başqa  ibadət  etdikləriniz  xurma 

çəyirdəyinin pərdəsinə belə sahib deyillər. 

(Fatir surəsi, 13)

 

(Allah) göyləri və yeri haqq olaraq 

yaratdı.  O,  gecəni  gündüzə,  gündüzü  də 

gecəyə  qatar.  O,  günəşi  və  ayı  ram  etdi. 

Onların hər biri müəyyən bir müddətədək 

hərəkət  edər.  Agah  olun  ki,  O,  yenilməz 

qüvvət sahibidir, çox bağışlayandır! (

Zumər surəsi, 5)

12

Düşünən İnsan, 

 Noyabr  2013

www.quranmocuzeleri.org




13

doğru  hərəkət  etdiyini,  ancaq  bu  hərəkətin 

əvvəlcədən  müəyyən  edilmiş  vaxta  qədər 

davam  edəcəyi  başa  düşülür.  Qiyamət 

günü  ilə  bağlı  ayələrdəki  “Günəş  sönəcəyi 

zaman” (Təkvir surəsi, 1) ifadəsi ilə belə bir 

zamanın  gələcəyi  bildirilir.  Həmin  vaxt  isə 

Allah dərgahında bəllidir.

 

Ayədə  Allah`ın  “təqdiri”  şəklində 



tərcümə  edilmiş  “təqdiyru”  sözü  isə  “təyin 

etmək,  qədərini  (müqəddəratını,  taleyini) 

müəyyən etmək, hökm etmək, ölçüb-biçmək, 

nizamlamaq,  ölçü  ilə  etmək”  mənalarını 

verir.  “Yasin”  surəsinin  38-ci  ayəsindəki  bu 

ifadə ilə də Günəşin ömrünün Allah`ın təyin 

etdiyi müddətdən ibarət olduğu bildirilir. 

 

Yuxarıdakı 



ayələrdə 

işlənən 


“musəmmən”  sözü  ilə  də  Günəşin  hərəkət 

müddətinin  müəyyən  olduğu  bildirilir. 

Günəşin  sonu  ilə  bağlı  elmi  mənbələrdə 

Günəşin  hər  saniyə  4  milyon  ton  maddə 

yandıraraq  enerjiyə  çevirdiyi,  bu  yanacaq 

qurtardıqda Günəşin ömrünün sona çatacağı 

tərif edilir.

 

Günəşdəki  hidrogen  nüvələrinin 



termonüvə reaksiyası ilə birləşərək heliuma 

çevrilməsi nəticəsində Günəşdən gələn istilik 

və işıq əmələ gəlir. Ona görə, Günəşin enerjisi 

– eləcə də ömrü bu yanacağın qurtarması ilə 

sona  çatacaq  (doğrusunu  Allah  bilir).  BBC 

Xəbər Mərkəzinin elmi guşəsində “Günəşin 

ölümü” başlıqlı xəbərdə belə bildirilir:

 

“...  Günəş  yavaş-yavaş  öləcək.  Bir 



ulduzun  nüvəsi  içinə  çökərkən  tədricən 

tərkibindəki  helium  atomlarını  alışdıraraq 

istilik əldə edir. Helium atomları termonüvə 

reaksiyası  ilə  birləşərək  karbon  əmələ 

gətirirlər. Helium mənbələri tükəndikdə nüvə 

yenidən  çökəcək  və  atmosferi  partlayacaq. 

Günəş  nüvəsini  üçüncü  dəfə  alışdıracaq 

qədər böyük kütləyə malik deyil. Ona görə, 

genişlənməkdə davam edəcək və atmosferini 

bir sıra ardıcıl partlayış nəticəsində itirəcək... 

Quruyan  nüvəni,  nəticədə,  ağ  cırtdan  əvəz 

edəcək.  Karbon  və  oksigendən  meydana 

gələn,  Yer  kürəsi  böyüklüyündə  kürəvi 

almaz kimidir. Bundan sonra Günəş tədricən 

solacaq, işığı getdikdə qaralacaq və nəhayət 

tamamilə sönəcək”.

 

Elm  adamları  Günəşin  quruluşunu 



və  içində  baş  verən  prosesləri  ancaq  son 

əsrlərdə kəşf ediblər. Bundan əvvəl, Günəşin 

enerjisini  haradan  aldığı,  Günəşin  necə 

işıq  və  istilik  yaydığı  elmə  məlum  deyildi. 

Quranda  14  əsr  əvvəl  bu  qədər  nəhəng 

kütlənin  enerjisinin  tükənərək  bir  gün  sona 

çatacağının  bildirilməsi  üstün  bir  elmin 

varlığını  göstərir.  Hər  şeyi  ehtiva  edən  bu 

elm  uca  Rəbbimizin  elmidir.  Quranda  bir 

ayədə belə bildirilir:



 

...  Rəbbim  elmi  ilə  hər  şeyi 

əhatə  etmişdir.  Məgər  düşünüb  ibrət 

almayacaqsınız? (Ənam surəsi, 80)

13

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə