Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
1   2   3   4   5   6   7   8   9   ...   18

19

İnsanlar yalnız: “İman

gətirdik!” – demələri ilə onlardan əl

çəkilib imtahan olunmayacaqlarınımı

sanırlar? (Ənkəbut surəsi, 2)

 

Bu  ayədə  Allah  iman  gətirdiyini 



deyən  qullarını  dünya  həyatında  imtahan 

edəcəyini bildirir. Allah insanlardan səmimi 

iman istəyir. Bunu isə insan  sadəcə inandığını 

deməklə əldə edə bilməz. İnsanın dünyadakı 

vəzifəsi uca Allah`a və axirətə iman gətirmək, 

Quranda bildirildiyi kimi gözəl əxlaqlı olmaq, 

Allah`ın  hədlərini  qorumaq  və  Onun  rizasını 

qazanmağa  çalışmaqdır.  Odur  ki,  hər  insan 

Allah`a  və  Onun  dininə  həqiqətən  inandığını, 

şeytanın  onu  azdırmaq  səylərinə  baxmayaraq, 

doğru  yoldan  dönməyəcəyini  göstərməlidir. 

Habelə  inkarçılara  tabe  olmayacağını,  nəfsinin 

istəklərini Allah`ın rizasından üstün tutmayacağını 

da sübut etməlidir. Bunu isə qarşılaşdığı hadisələrə 

münasibəti ilə göstərər. Allah din əxlaqı ilə yaşamağı 

qəbul  edən  insanın  qarşısına  səbir  tələb  edən  bəzi 

çətinliklər çıxarır, bu çətinliklərdə necə davranacağı ilə 

onu imtahan edir.

 

Ona  görə,  mömin  başına  gələn  hər  hadisəyə 



imtahan gözü ilə baxmalı, Allah`a təvəkkül etməli və Onun 

rizasına  uyğun  davranmalıdır.  Allah  Quranda  möminləri 

qorxu, aclıq, mal, can və məhsul qıtlığı ilə imtahan edəcəyini 

bildirir (Bəqərə surəsi, 155).

 

Təkcə  çətinliklər  deyil,  dünya  həyatındakı  nemətlər 



də  Allah`ın  imtahanıdır.  Allah  verdiyi  hər  nemətlə  insanın  Ona 

şükür  edib-etməyəcəyini  də  sınayır.  Nemətlərlə  yanaşı,  Allah 

insanın  qarşısına  bir  çox  hadisə  çıxarır  və  qərar  verməsini  istəyir. 

Əlbəttə,  başına  gələn  hadisələrin  imtahan  olduğunu  dərk  edən  və 

Allah`ın rizasına uyğun şəkildə qərar verən möminlər bu imtahandan 

uğurla keçməyə və Allah`ın Quranda bildirdiyi kimi, cənnət həyatı ilə 

mükafatlanmağa ümid bəsləyirlər.

 

Dünyadakı  imtahan  mühitində  möminlər  vicdanlarının  səsini 



dinləyib  Allah`ın  onları  imtahan  etdiyini  qətiyyən  unutmamalıdırlar. 

Səmimi  qəlbdən Allah`a  üz  tutan  bir  insan  qarşısına  hər  nə  çətinlik  çıxsa 

da,  mütləq  bir  asanlıqla  qarşılaşar  və  Allah`ın  izni  ilə  doğrunu  tapar.  Bu 

imtahan dünyasının ən böyük sirlərindən biri iman gətirənlər üçün mütləq 

qazancla nəticələnməsidir. Ən böyük qazanclardan biri isə iman gətirənlərin 

bu imtahanlardakı gözəl əxlaqının, cəsarət və mətanətinin onların axirətdəki 

mükafatını və dərəcələrini artırmasıdır.

19

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




20

 

Metamorfozu 



təkamülə 

dəlil 


göstərməyə  çalışanlar,  əslində,  təkamül 

nəzəriyyəsi  və  biologiya  haqqında  heç  nə 

bilmirlər.  Metamorfoz  genetik  informasiyada 

şifrlənmiş  planlı  dəyişiklikdir  və  təsadüfi 

dəyişiklik mənasında olan təkamül nəzəriyyəsi 

ilə  heç  bir  əlaqəsi  yoxdur.  Əslində,  reduksiya 

edilməz  kompleks  mərhələ  olan  metamorfoz 

təkamülü əsassız edən yaradılış dəlilidir.

 

Bəzi  canlılar  həyatlarının  fərqli 



dövrlərində  yaşadıqları  mühitin  şərtlərinə 

uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. 

Həmin  dəyişiklik  mərhələsi  biologiyada 

metamorfoz  adlanır.  Bu  mərhələ  biologiya  və 

təkamülün  iddiaları  haqqında  kifayət  qədər 

məlumatı olmayanlar tərəfindən bəzən təkamül 

nəzəriyyəsinə  dəlil  göstərilir.  Metamorfozu 

təkamülə dəlil kimi göstərən mənbələr mövzu 

haqqında  məlumatsız  insanları  yanıltmağa 

istiqamətlənmiş  səthi  təbliğat  kitabları  və 

bəzi  cahil  şəxslərdir.  Təkamül  nəzəriyyəsinin 

qarşılaşdığı  ziddiyyətləri  bilən  nüfuzlu 

təkamülçü elm adamları isə belə gülünc iddiaları 

gündəmə gətirməkdən çəkinirlər. Çünki bunun 

nə qədər axmaq iddia olduğunu bilirlər...

Kəpənək,  ağcaqanad  və  arı  kimi  canlılar 

metamorfoz  keçirən  canlılardan  bəziləridir. 

Həyatı  suda  başlayan,  daha  sonra  quruda 

davam  edən  qurbağalar  da  metamorfoza  bir 

nümunədir.  Bu  dəyişikliyin  təkamüllə  heç  bir 

əlaqəsi  yoxdur.  Çünki  təkamül  nəzəriyyəsi 

canlılardakı  dəyişikliyi  təsadüfən  baş  verən 

mutasiyalarla izah etməyə çalışır.

Halbuki,  metamorfoz  təkamülün  bu  əsas 

iddiası  ilə  heç  bir  bənzərlik  təşkil  etməyən, 

təsadüf  və  mutasiya  ilə  əlaqəsi  olmayan, 

əvvəldən  planlanmış  prosesdir.  Metamorfozu 

reallaşdıran  amil  təsadüf  deyil,  canlıda 



20

Düşünən İnsan, 

 Noyabr  2013

www.canlilardayardimlasma.com




21

doğulduğu  andan  etibarən  mövcud  olan 

genetik informasiyadır. Məsələn, suda yaşayan 

qurbağanın  genetik  quruluşunda  daha  sonra 

quruda davam edəcək həyatı ilə bağlı məlumat 

mövcuddur.  Ağcaqanadın  da  pup  və  yetkin 

hallarındakı  quruluşu  və  funksiyaları  ilə 

bağlı  informasiya  hələ  sürfə  mərhələsində 

ikən  genetik  quruluşunda  var.  Bu  vəziyyət 

metamorfoz keçirən bütün canlılara aiddir.

 

Son illərdə metamorfozla bağlı aparılan 



elmi tədqiqatlar metamorfozun müxtəlif genlər 

tərəfindən  tənzimlənən  kompleks  proses 

olduğunu  göstərmişdir.  Məsələn,  qurbağanın 

metamorfozunda təkcə quyruqla bağlı proseslər 

bir  çox  genlə  tənzimlənir.  Bu,  o  deməkdir  ki, 

metamorfoz  prosesi  ancaq  bir  neçə  orqanın 

bir-birinə  uyğun  inkişafı  ilə  mümkündür.  Bu 

xüsusiyyəti ilə metamorfoz reduksiya edilməz 

komplekslik  xüsusiyyəti  daşıyan,  yaradılışa 

dəlil olan bioloji mərhələdir.

 

Reduksiya 



edilməz 

komplekslik 

təkamül  nəzəriyyəsinin  əsassızlığını  göstərən 

elmi  fəaliyyətləri  ilə  tanınan  biokimyaçı  prof. 

dr. Maykl Bihi (Michael Behe) tərəfindən elmi 

ədəbiyyata  gətirilən  termindir.  Reduksiya 

edilməz  kompleks  bioloji  orqan  və  sistemlər 

onları təşkil edən hissələrin hər birinin iştirakı 

və  uyğunlaşması  ilə  funksiyalarını  yerinə 

yetirirlər və ən kiçik tərkib hissəsinin olmaması 

həmin  sistem  və  ya  orqanın  funksiyasını 

itirməsi ilə nəticələnir.

Bu  cür  kompleks  sistemlər  təkamülün  iddia 

etdiyi  kimi,  təsadüflər  nəticəsində  baş  verən 

kiçik  mərhələli  dəyişikliklərlə  meydana 

gələ  bilməz.    Bu,  metamorfoza  da  aiddir. 

Metamorfoz  mərhələsi  fərqli  genlərin  idarə 

etdiyi hormonların çox həssas ölçüdə fəaliyyəti 

ilə reallaşır. Ən kiçik xəta belə canlının həyatına 

son  qoyar.  Bu  qədər  kompleks  mərhələnin 

təsadüfən, 

mərhələli 

şəkildə 

meydana 


gəldiyini  iddia  etmək  doğru  deyil.  Əgər  kiçik 

bir xəta canlının həyatına son qoyursa, təkamül 

nəzəriyyəsinin  irəli  sürdüyü  təbii  seçmə  yolu 

ilə  sınama-yanılma  mexanizmindən  necə 

bəhs  etmək  olar?  Heç  bir  canlı  milyon  illərlə 

çatışmayan hissələrinin təsadüfi dəyişikliklərlə 

əmələ gəlməsini gözləyə bilməz. (Harun Yəhya, 

“Ehtişam hər yerdədir”)

 

Bu faktları nəzərə aldıqda metamorfoz 



keçirən canlıların təkamülə dəlil olmadığı aydın 

olur.  Əksinə,  metamorfoz  keçirən  canlılar,  bu 

möcüzəvi mərhələ və mərhələyə nəzarət edən 

sistemlərin  kompleksliyi  Allah’ın  qüsursuz 

yaratmasının dəlilidir.

 

“Yer  üzündə  olanların  hamısını  sizə 



görə xəlq edən, sonra göyə tərəf yönəlib onu 

yeddi qat göy edən Odur. O, hər şeyi bilir”. 

(Bəqərə surəsi, 29)

21

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə