Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   2   3   4   5   6   7   8   9   ...   44

çoxdur.  Qeyri-dövlət sektorunda iqtisadi fəal-
lığın  artması  və  iqtisadiyyatın  şaxələn-
dirilməsi  tədbirlərinin  real  nəticəsi  kimi  bu
sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin
müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi da-
xilolmalarında xüsusi çəkisi isə 2010-cu ilin
müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 67,6
faizdən 71,1 faizə çatmışdır
»
.
Nazir sahibkarlıq subyektlərinin formalaş-
ması üçün yaradılmış münbit mühit, o cüm-
lədən sahibkarlıq fəaliyyətinə başlama üçün
sərf edilən müddətin, prosedurların və sənəd
sayının azaldılması nəticəsində 
«
bir pəncərə
»
sistemi üzrə cari ilin birinci rübü ərzində 14
mindən  çox  sahibkar  dövlət  qeydiyyatına
alındığını, ötən ilin müvafiq dövrü ilə müqa-
yisədə qeydiyyatdan keçənlərin sayının 46,1
faiz artdığını, regionların sosial-iqtisadi inki-
şafı dövlət proqramlarının həyata keçirilmə-
sinin nəticəsi olaraq, 2011-ci ilin 1-ci rübündə
qeydiyyata alınmış sahibkarların 61,2 faizinin
regionların payına düşdüyünü vurğulamışdır.
O, dünya bazarlarında Azərbaycan neftinin
bir barrelinin qiymətinin 2011-ci ilin dövlət
büdcəsində nəzərdə tutulan qiyməti xeyli müd-
dətdir 80 faizdən artıq üstələdiyini  və bunun
da cari ilin 1-ci rübündə dövlət və icmal büdcə
gəlirlərinin,  o  cümlədən  Dövlət  Neft  Fon-
dunun gəlirlərinin artmasına şərait yaratdığını
bildirmiş və qeyd etmişdir ki,  yaranmış me-
yillər  nəzərə  alınmaqla  əhalinin  real  gəlir-
lərinin  qorunması  və  rifah  halının  daha  da
yaxşılaşdırılması  məqsədi  ilə  Azərbaycan
Respublikasının Prezidenti tərəfindən dövlət
və  icmal  büdcələrinin  gəlirlərinə  yenidən
baxılaraq əlavə maliyyə təminatının yaradıl-
ması tapşırığı verilmişdir və  Maliyyə Nazirliyi
tərəfindən əlaqədar dövlət qurumları ilə bir-
likdə dövlət və icmal büdcələrinin dəqiqləş-
dirilməsi işlərinə başlanılmışdır.  
İclasda  Dövlət Gömrük Komitəsinin sədri
Aydın  Əliyev,  Dövlət  Sosial  Müdafiə  Fon-
dunun  sədri  Səlim  Müslümov,  Dövlət
Miqrasiya  Xidmətinin  rəisi  Arzu  Rəhimov
cıxış etmişlər.
Prezident İlham Əliyev iclasda yekun nitqi
söyləmişdir.  Ölkə  iqtisadiyyatının  uğurla
inkişaf etdiyini, sosial məsələlərin öz həllini
tapdığını, hər bir sahə üzrə konkret proqramlar
olduğunu  vurğulayan    dövlət  başçısı  neftin
dünya bazarlarında kəskin şəkildə bahalaşması
ilə əlaqədar inflyasiya risklərinin artdığı bir
şəraitdə makroiqtisadi sabitliyə daha da çox
diqqət göstərilməsinin vəcibliyinə toxunaraq
demişdir: 
«
Biz çalışmalıyıq ki, 2011-ci ildə in-
flyasiya birrəqəmli olsun və bütün antiinflya-
siya tədbirləri daha da güclü və məqsədyönlü
şəkildə həyata keçirilsin
»

Ölkə rəhbəri korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin gücləndirilməsi siyasətinin
davam  etdiriləcəyini  də  vurğulayaraq  de-
mişdir: 
«
Bu,  bizim  şüurlu  seçimimizdir  və
görülən  tədbirlər  xalq  tərəfindən  yüksək
qiymətləndirilir.  Biz  burada  bir  neçə  amili
nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı
və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati təd-
birlər gücləndirilməlidir, cəza tədbirləri bun-
dan  sonra  da  tətbiq  olunacaqdır,  ictimai
nəzarət daha da güclü olmalıdır
»

Dövlətimizin  başçısı  miqrasiya  ilə  bağlı
məsələlər, daxili əmək resurslarımızı müda-
fiəsi  tədbirləri,    kənd  təsərrüfatının  və
sahibkarlığın inkişafının dəstəklənməsi,  ərzaq
təhlükəsizliyinin  tam  təmin  edilməsi,  ətraf
mühitin qorunması,  bütün ölkədə içməli su və
kanalizasiya layihələrinin icrasının zəruriliyi,
magistral yolların və kənd yollarının tikintisi,
qazlaşdırma prosesinin gedişi,  elektrik ener-
jisinin istehsalı sahəsində görülən işlər, pen-
siya  islahatları  barədə  də  ətraflı  söz  açmış,
qarşıda  duran  vəzifələri  göstərmiş,  onların
həlli  istiqəmətində  mühüm  tapşırıqlar  ver-
mişdir.  
«
Ölkədə bütövlükdə işlər yaxşı gedir.
2011-ci ilin birinci rübünün yekunları da bunu
təsdiqləyir. Gələn aylarda, ilin sonuna qədər
biz eyni əzmkarlıqla və peşəkarlıqla işləmə-
liyik, ölkə qarşısında duran bütün vəzifələri
icra etməliyik
»
,  - deyə dövlətimizin başçısı
nitqini yekunlaşdırmışdır.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
7
XƏBƏRLƏR


Aprelin  14-də  «Hyatt  Bakı» hotelində Avropa  İttifaqının  Qonşuluq  Siyasəti
çərçivəsində «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası
Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» Tvinninq layihəsinin təqdimatı keçir-
ilmişdir. Mərasimdə Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov,
Avropa Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir
Roland Kobia, Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli sə-
firi Arjen Uijterlinde, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik
Ziyad Səmədzadə,   Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,  Milli
Məclisin  Elm və  təhsil  komitəsinin  sədri,  iqtisad elmləri doktoru,  professor
Şəmsəddin Hacıyev, Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq
Maliyyə Korporasiyasının nümayəndələri, dövlət qurumlarının, işgüzar dairələrin
təmsilçiləri iştirak etmişlər.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
8
«Kompyuter əsaslı audit sistemi sahəsində
Azərbaycan Respublikası Vergilər Nazirliyinə
dəstəyin göstərilməsi» Tvinninq layihəsinin
təqdimatı
TƏQDİMAT


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə