Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov


Təqdimat mərasimini Azərbaycan Re-



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   2   3   4   5   6   7   8   9   ...   44

Təqdimat mərasimini Azərbaycan Re-
spublikası vergilər naziri Fazil Məmmə-
dov açaraq demişdir:
- Müstəqil Azərbaycan hazırda özünün ən
sürətli inkişaf və dünya iqtisadi sisteminə
fəal  inteqrasiya  dövrünü  yaşayır.  Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş  bu  inkişaf  strategiyasının  real-
laşdırlması nəticəsində ölkəmizdə çox ciddi
dəyişikliklər baş verməkdədir. Bu gün Azər-
baycan  regionun  iqtisadi  cəhətdən  ən  qü-
drətli  ölkəsidir,  ümumi  daxili  məhsulun
artım templərinə görə dünyada öncül yer-
lərdən  birini  tutur.  Ölkə  iqtisadiyyatının
şaxələndirilməsinə,  qeyri-neft  sektorunun
inkişafına  xüsusi  önəm  verilir.  Möhtərəm
Prezidetimiz cənab İlham Əliyevin söylədiyi
kimi,  yaxın  gələcəkdə Azərbaycan  dünya
iqtisadiyyatında,  sadəcə,  karbohidrogen
resurslarının təchizatçısı kimi deyil, geniş
spektrdə  sənayeləşmiş,  açıq  və  liberal  bir
iqtisadiyyata  malik  ölkə  kimi  təmsil  olu-
nacaqdır. 
Qarşıya  qoyulmuş  bu  ciddi  vəzifənin
öhdəsindən  gəlmək  üçün  biz Avropa  İtti-
faqına  daxil  olan  dövlətlərin  uzun  illər
ərzində  əldə  etdiyi  qabaqcıl  təcrübədən
yararlanmaqda  və  bu  sahədə  geniş  əmək-
daşlıqda maraqlıyıq. 
Azərbaycanın  Avropa  İttifaqı  ilə  tərəf-
daşlıq  və  əməkdaşlığının  siyasi-hüquqi
əsasları 1996-cı ildən yaradılmışdır. 2006-cı
ilin noyabrında isə Avropa qonşuluq siyasəti
çərçivəsində  Azərbaycan-Avropa  İttifaqı
Fəaliyyət Planı qəbul edilmiş və bununla da
Avropa İttifaqı ilə Azərbaycan Respublikası
arasında  əməkdaşlığın  ikinci  mərhələsi
başlamışdır. Bu əməkdaşlığın əsas məqsədi
Avropa  İttifaqı  ilə  qonşu  ölkələr  arasında
əlaqələrin  genişləndirilməsi,  qonşuluq
siyasətinə cəlb olunmuş ölkələrin milli qa-
nunvericilik  bazasının,  dövlət  idarəetmə
prinsiplərinin və praktikasının Avropa İtti-
faqına  üzv  ölkələrin  ən  yaxşı  təcrübəsinə
uyğun inkişaf etdirilməsidir.
Avropa  İttifaqı  ilə  qonşu  dövlətlərin
əməkdaşlıq prosesində texniki yardım pro-
qramları xüsusi yer tutur. TAİEX, Tvinninq
və Sigma kimi proqramlar Avropa ilə əmək-
daşlıq  edən  ölkələrdə  müasir  dövlət
idarəetmə elementlərinin tətbiqini nəzərdə
tutan ümumi inzibati əməkdaşlıq alətləridir.
Ötən müddət ərzində Azərbaycanın bir sıra
dövlət orqanlarında da tvinning layihələrin
icrasına başlanmışdır. Bu gün bizim üçün
çox vacib olan belə layihələrdən daha birinə
start verilir. 
Vergilər Nazirliyinin benefisiarı olduğu
«Kompyuter əsaslı audit sistemi sahəsində
Azərbaycan Respublikası Vergilər Nazirliy-
inə dəstəyin göstərilməsi» adlı Tvinninq lay-
ihəsinin reallaşdırılması Avropa Qonşuluq
Siyasəti  çərçivəsində  qəbul  edilmiş Azər-
baycanın  Fəaliyyət  Planından  irəli  gələn
öhdəliklərə əsaslanır və ölkəmizdə vergi au-
diti  sahəsindəki  mövcud  inzibatcılığın  ən
yüksək  beynəlxalq  standartlara  uyğun-
laşdırılmasını nəzərdə tutur. 
Layihənin əsas məqsədi audit sahəsində
Vergilər Nazirliyinin texnoloji, metodoloji-
analitik, vaxt və insan resurslarından isti-
fadənin  səmərəliliyinin  artırılmasından,
vergi orqanı əməkdaşlarının vergi ödəyi-
ciləri  ilə  kontaktlarını  azaltmaqla,  vergi
ödəyiciləri  üçün  daha  rahat  və  əlverişli
biznes mühitinin formalaşmasına yardım
göstərməkdən ibarətdir.
Bildiyiniz kimi, Vergilər Nazirliyi müasir
informasiya texnologiyalarının nailiyyətlə-
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
9


rinə  əsaslanan  vergi  inzibatçılığının  daim
təkmilləşdirilməsi məsələsinə xüsusi önəm
verir. Qısa müddət ərzində biz vergi ödəyi-
cilərinə göstərilən xidmətlərin bir çoxunun
ən müasir texnoloji səviyyədə həyata keçir-
ilməsinə, elektron bəyannamələrin tətbiqinə
nail olmuşuq. Bu gün Azərbaycanda vergi
ödəyicilərinin  təxminən  90  faizi  bəyan-
namələrini vergi orqanlarına elektron for-
matda  təqdim  edir.  Azərbaycan  MDB
məkaninda ilk ölkələrdən biridir ki, «elek-
tron vergi hesab-fakturaları», «on-line kar-
güzarlıq»  sistemlərini,  həmçinin  GPRS
şəbəkəsindən istifadə etməklə nəzarət-kassa
aparatlarının  yaddaşındakı  məlumatların
vergi  orqanlarının  məlumat  bazasına  real
vaxt rejimində məsafədən ötürülməsini tət-
biq etmişdir. 
Elektron audit qarşıdakı illərdə «elek-
tron hökumət» layihəsi çərçivəsində yüksək
texnologiyaların tətbiqi prosesinin mühüm
tərkib hissəsi olacaqdır. Hələ Tvinninq lay-
ihəsinin planlaşdırılmasından əvvəl Vergilər
Nazirliyi Avropa ölkələrində elektron auditin
tətbiqi təcrübəsini öyrənmişdir. Bu məqsədlə
mütəxəssislərimiz bir sıra ölkələrin mövcud
təcrübəsi, elektron auditin  tətbiqi  zamanı
ortaya çıxan problemlərlə yerində tanış ol-
muşlar.  Yalnız  bundan  sonra  vergi  xid-
mətində islahatların davamı kimi Tvinninq
Proqramı çərçivəsində məhz elektron audit
layihəsi seçilmişdir. 
2010-cu ilin may ayında Avropa Komis-
siyasının Azərbaycandakı nümayəndəliyində
Danimarka,  Finlandiya,  Estoniya,  Fransa,
Almaniya, Hollandiya və Litvanın vergi ad-
ministrasiyalarının nümayəndələrin iştirakı
ilə keçirilmiş tenderdə Niderland Krallığının
Vergi  və  Gömrük  Administrasiyası  qalib
gəlmişdir.
Hesab edirik ki, layihənin reallaşdırılması
ölkəmizdə  iri  və  orta  müəssisələrin  audit
yoxlamaları proseslərinin təkmilləşdirilməs-
inə,  elektron  bəyannamələrin  tətbiqi  ilə
yanaşı müəssisələrdə mühasibat uçotunun da
beynəlxalq standartlara uyğun, elektron for-
matda aparılmasına və elekron auditin geniş
tətbiqinə  imkan  yaradacaqdır.  Layihənin
komponentləri  barədə  burada  Sizə  ətraflı
məlumat  veriləcəyini  nəzərə  alaraq,  mən
onun  detalları  üzərində  çox  dayanmadan
qeyd etmək istərdim ki, bu layihə elektron
audit praktikasının gələcəkdə tammiqyaslı
tətbiqi üçün ilk addımdır. 
Tvinninq  layihəsinin  reallaşdırılması
nəticəsində Azərbaycan  MDB  məkanında
ilk dəfə olaraq müasir elektron audit sistem-
inin tətbiqinə nail olacaq. Biz Avropada bu
sahədə  ən  qabaqcıl  təcrübəyə  malik  vergi
xidmətlərindən biri kimi Niderland Vergi və
Gömrük Administrasiyasından olan həmkar-
larımızın dəstəyinə inanırıq. 
Tvinninq  layihəsi  çərçivəsində  e-audit
sahəsində bilik və təcrübələrin paylaşılması,
bu sahədə milli qanunvercilik, metodoloji və
insan resursları bazasının yaradılması, elek-
tron  məlumatların  emalı  ilə  bağlı  texniki
proseslərdə və mühasibat uçotunda beynəlx-
alq  standartların  tətbiqi  sahələrində  iri
miqyaslı və əhəmiyyətli işlər görüləcəkdir.
Şübhə etmirik ki, «Kompyuter əsaslı audit
sistemi sahəsində Azərbaycan Respublikası
Vergilər Nazirliyinə dəstəyin göstərilməsi»
Tvinninq  layihəsi  institusional  quruculuq
sahəsində  ölkəmizin  Avropa  İttifaqı  ilə
əməkdaşlığının daha bir gözəl nümunəsi ola-
caqdır. 
...Avropa İttifaqının (Aİ) Azərbaycan
Respublikasındakı 
nümayəndəliyinin
rəhbəri, səfir  Roland Kobiaya təqdimat
mərasimində çıxışında demişdir ki,  Vergilər
Nazirliyi son illərdə uğurlu islahatlar aparır,
biznes  mühitinin  yaxşılaşdırması  is-
tiqamətində  bir  sıra  müsbət  işlər  həyata
keçirir. Aİ  ilə Azərbaycanın əlaqələri inkişaf
edir ki, bu da son illərdə Azərbaycanda müx-
təlif sahələr üzrə islahatların aparılması üçün
Aİ  tərəfindən  əməkdaşlıq  proqramlarının
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
10


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə