134
Nobel sülh mükafatı haqqında
Suriyada uzun müddətli sülhə nail olunarsa, Astana
formatının üzvləri –dövlət başçıları Nobel sülh mükafatına
layiq görülə bilərlər.
Yazılma tarixi-08 may 2017-ci il
Bakı-Qəhrəman şəhər kimi
Bakı faktiki olaraq "Qəhrəman Şəhər" olub. Müharibə
vaxtı arxa cəbhənin "Qızıl qəhrəmanı" olub. Bu adın
qazanılması üçün ölkə rəhbərliyi tərəfindən "Qələbə
diplomatiyası" siyasəti həyata keçirilməlidir.
Yazılma taixi-09 may 2017-ci il
“9 May” Qələbə günü haqqında
Faşizm (nasizm-radikal milliyyətçilik, milli diktatorçuluq,
yəni, bir millətin regionda və regiondan kənarda əvəzsiz,
alternativsiz diktəsi, rasizm) üzərində qələbədə bizim də böyük
əməyimiz var: babalarımız, nənələrimiz ön və arxa cəbhədə
fədakarcasına mübarizə aparıblar. Bu baxımdan "9 May Qələbə
Günü"-nü soyuq və biganə qarşılaya bilmərik!
Bayramımız mübarək!
Yazılma tarixi-09 may 2017-ci il
Heydər Əliyevin doğum günü haqqında
Milli Liderimizin doğum günü əlamətdar gün kimi qeyd
olunur. Bu məqsədlə Azərbaycan hökuməti tərəfindən maliyyə
imkanlarına uyğun olaraq gələcəkdə bu kimi addımlar atıla
olar:
Ad günündə:
-mükafatlar verilə bilər;
135
-illik təqaüdlər təyin oluna bilər;
-pensiya və sosial müavinətlərə əlavələr oluna bilər;
- müalicə kartları verilə bilər;
-məktəbli təqaüdləri təyin oluna bilər
Yazılma tarixi-10 may 2017-ci il
Biz türklər dünyada infantil xalqlar sırasındayıq
Çünki:
-inkişafdan çox geri qalmışıq;
-passivik;
-yabançı texnika üzərində feodal təfəkkürlüyük;
-texnikada acizik, texnika dilənçisiyik;
-zəflikdən ağlayanıq;
-qara sevdalıyıq;
-yalançı müsəlmanıq;
-şou göstərənik, lovğayıq;
-cibi boş əliaçığıq;
-zəifik, qorxaqlıqdan bayrağa cumuruq;
-zəiflikdən cılızıq və s.
Yazılma tarixi-25 may 2017-ci il
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
cəzanın növləri göstərilir.
-Onlardan biri də xüsusi və ya hərbi rütbədən, fəxri addan
və dövlət təltifindən məhrum etmədir. Bu kimi cəza növü
(xüsusilə fəxri adlardan və dövlət təltifindən məhrum etmə)
tətbiq oluna bilməz.
Səbəbləri:
-birincisi, fəxri adlar və rütbələr nailiyyətlərə, xidmətlərə
(dövlət və xalq qarşısında) görə verilir. Cinayət -adların
136
verilməsindən sonra törənirsə, şəxs bu hüquqlardan məhrum
ola bilməz;
-fəxri ad və dövlət təltifi, hərbi rütbə, xüsusi rütbə cinayət
əməlində maddi amil, alət deyil; vəzifə tutma (məsələn, general
hərbi rütbəsi ilə qoşun komandanı olmaq bir vəzifədir)
vasitədir, səlahiyyətdir. Cinayət törətdikdə (az ictimai
təhlükələr törədən, ağır və xüsusilə ağır cinayətlər) vəzifədən
cəza yolu ilə məhrum olursan, - general rütbəsindən yox,
tutduğun vəzifədən məhrum olursan;
-fəxri ad, dövlət təltifi isə vəzifə deyil, sadəcə vəzifə
tutanın tituludur. Bu, cinayət törədən üçün əsas vermir və
cinayətdə vasitə deyil. Məsələn, xalq artisti, əməkdar müəllim,
əməkdar mühəndis və s. fəxri adları cinayətdə maddi vasitələr
deyillər;
-cinayətin törədilməsində zaman amili var. Cinayət
törətdikdən qabaq qazanılan ad təqsirləndirilən şəxsdən
məhrum oluna bilməz. Yalnız o halda ona haqq qazandırıla
bilər ki, yəni, adın götürülməsi mümkün olar ki, cinayət
törətdikdən sonra ad qazanılmış olsun. Yəni, vaxtilə törədilmiş
cinayətin üstü açılarsa və həmin cinayəti törədən şəxs
(təqsirləndirilən şəxs) cinayət aktının baş verməsindən sonra
(üstü açılmamış cinayətdən sonra) fəxri ad qazanarsa, ondan
məhrum etmək olar.
Yazılma tarixi-24 may 2017-ci il
Əlavə cəza haqqında
Cinayətlə əlaqəsi olmayan bir məsələnin əsas və əlavə cəza
kimi tətbiq olunması kobud hüquq pozuntusıdur. Məsələn,
əməkdar müəllim fəxri adını daşıyan bir şəxsin fəxri adla heç
bir maddi əlaqəsi olmayan ağır cinayət törətməsi onun bu
hüquqlardan (əməkdar müəllim fəxri adından) məhrum
137
olunmasına səbəb verə bilməz. Buna görə də şəxsə bu kimi
əlavə cəza verilə bilməz.
Bir imkanlı şəxs layiq olmadığı halda cinayət yolu ilə
(vəsatət qaldıran, təqdimat verən qurumun səlahiyyətli
nümayəndəsinə açıq və ya da gizli şəkildə rüşvət verməklə)
fəxri ad alır, dövlət tərəfindən təltif olunur. Bir müddət
keçdikdən sonra işin üstü açılır. Məlum olur ki, nəticə cinayət
yolu ilə əldə olunub. Onda cinayət törədən şəxslər (rüşvət
verən və rüşvət alan şəxslər) cinayət məsuliyyətinə cəlb
olunurlar. Bu halda məhkəmə qərarı ilə cinayət törədən şəxs
fəxri addan, dövlət təltifindən (cinayət yolu ilə əldə olunan
nəticədən) məhrum olur və ona cinayət işi kəsilir
Yazılma tarixi-26 may 2017-ci il
Müsəlmanlar və ibadət
Müqəddəs Ramazan ayımız mübarək!
Biz müsəlmanlar etiraf etməliyik ki, təmsil olunduğumuz
aləm ümumən kasıb bir dünyadır. Qaranlıqlar içərisində qərq
olunub. İnsanların çoxusu, yoxsuldur, ac-yalavac içərisində
yaşayır. Belə halda, maddi sarsıntılar vəziyyətində yüksək
imandan, inamdan, saf əxlaqdan, təmiz vicdandan, haqq-
ədalətdən, taraz ruhlu münasibətlərdən və əlaqələrdən, nəfsə
hakim olmaqdan danışmaq və ədalətsiz həqiqətə haqq
qazandırmaq çətindir. Cəmiyyətlərdə kriminallıq çoxdur.
Siyasi, mədəni, iqtisadi cinayətkarlığın kütləsi artıqdır. Yalan
danışmaqların kütləsi artıqdır. Belə olan halda dinin tələblərinə
saf əməldən, ümumiyyətlə, əməli salehlikdən danışmaq
utancaqlıq gətirir. Din və onun tələbləri ayrı-ayrı şəxslərin və
müəyyən qrupların maddi qazanc vasitəsinə və hakimliyinə
çevrilir.
Dostları ilə paylaş: |