162
Rusiyanın hərbi hərəkətləri barədə
Siyasətdə, bu baxımdan onun real əsaslarında, həmçinin
geosiyasətdə, hərbi strategiyada (təbii ki, bu strategiya dövlət
gücünə-daxildə və beynəlxalq sferada-xidmət edir. İqtisadi və
mədəni faktorlarla yanaşı, dövlətin beynəlxalq sferasını
böyüdür və dövlətin əsaslarını qoruyur) belə bir aksioma var: -
sərhəddin bir tayında tankların, topların, təyyarələrin, gəmilərin
və digər hərbi-texniki vasitələrin səsi gələndə, sərhəddin o
tayında exo verir. Bu, lap dağlarda, dərələrdə, tunellərdə
səslərin əks olunmaq qaydası ilə yayılmasına bənzəyir. Belə bir
aksioma yenə də var: -böyük dövlətlər sərhəd dövlətlərə “çəpər
hasarı, ev, mülk hasarı” gözü ilə baxırlar. Qonşudan, küçədən,
məhəllədən gələn zərbələrə qarşı, -elə məsələn, adi dillə ifadə
etsək, uşaqların futbol oynamalarından ehtiyat üçün, qonşunun
mal-qarasından ehtiyat üçün, eləcə də müsəlmanlarda abır-
həyanın qorunması məqsədilə, hasarlar çəkilir. Bir qonşu
əlində odlu və ya da soyuq silah hasarın dibində dayananda,
qonşu da öz silahını hazır vəziyyətə gətirir. Hər hansı bir
toqquşma baş versə, məhəllə, küçə, hasar, qapı da böyük
zərbələrə məruz qalır. Əlavə olaraq yenə də bir aksiomanı
misal çəkək: - bir ata və ananın oğul evladları onlardan
ayrılanda ata və ana narahatlıq hissi keçirir. Evladlarının ayrı
yaşamalarına müəyyən qədər qısqanclıq hissi ilə yanaşırlar.
Buna görə də evladlarının ailə işlərinə müdaxilə edirlər. Bu,
təbii istəklərdən, doğmalıqdan, mühafizə istəklərindən irəli
gəlir.
İndi bu aksiomalardan, çıxış edərək, belə bir fikir
bildirmək olar: - ABŞ birbaşa və ya da Avropadakı
müttəfiqlərinin əli ilə Baltikyanı ölkələrdə, Polşada, Ukraynada
və bəzi keçmiş SSRİ respublikalarında hərbi təlimlər keçirir.
Bu ölkələrə hərbi texnikalar və birləşmələr göndərir. Bu
təlimlər Rusiyada exo verir. Rusiya müşahidə edir. Əgər bir az
təhlükə hiss olunsa, Rusiya “evi”ndən çıxıb, hasarını qorumaq
163
məqəsdilə, eləcə də sipəri möhkəmləndirmək üçün Ukraynaya,
Moldovaya, Baltikyanı ölkələrə, eləcə də Azərbaycan,
Gürcüstan kimi ölkələrə qoşun yeridəcək. Belə təbii xarakteri
birdəfəlik dərk etmək lazımdır.
Yazılma tarixi-02 avqust 2017-ci il
Dövlət rəhbəri və düşünən beyinlər
Dövlət rəhbəri o zaman daha güclü olur ki, ölkənin
“düşünən beyinini” layiqincə idarə edir, ondan yüksək
səviyyədə istifadə edir. Düşüncə müstəvisini pozitiv əsaslarla
formalaşdırmaq dövlət rəhbərinin əsas məharətidir.
Yazılma tarixi-03 avqust 2017-ci il
Dövlət rəhbərinin ləyaqəti haqqında
Kapitalın çoxluğu ona məxsus olan şəxsdə ləyaqətin (yəni,
layiqliyin,
həmçinin
şərəfin,
əxlaqi
keyfiyyətlərin
məcmusunun, özünə ehtiram hissinin) aşağı olmasına səbəb
olar. Çünki, ləyaqət əxlaqın, mənəvi aləmin əsasında,
tərkibində dayanır. Əxlaqi kamilliyi bütövləşdirir. Əxlaq o
zaman yüksək olur ki, mənəvi aləmlə maddi aləm arasında
tarazlıq, tənasüblük, uyğunluq yaşanır. Kapital artdıqca tarazlıq
pozulur. Ona görə ki, maddiyyat mənəviyyatı küncə sıxır.
Nəfsi artırır. Nəfs artanda mənəviyyat aşağı düşür.
Kapitalı xalqın kapitalından çox olan dövlət rəhbərinin
ləyaqəti (şərəfi) xalqın ləyaqətindən aşağıda dayanır!
Yazılma tarixi-03 avqust 2017-ci il