189
Efir yaradıcılığında obyektin məzmununun keyfiyyətlə,
yəni təfərrüatı ilə dolğun şəkildə işıqlandırılması mühüm
əhəmiyyətə malikdir. Bu, veriliş göstəricisinin əsaslarını təşkil
edir. Efir yaradıcılığının bir məzmunlu tərəfi də vardır. Bu,
daha çox efir hazırlığından, keyfiyyətli, yəni seyriciyə edilən
yüksək təsirli, emosional verilişlərdən, mövcud və gələcək
zamana doğru baxışları stimullaşdıra biləcək efir vasitələrinin
hazırlanmasından və təqdimatından ibarətdir. Keyfiyyətli
veriliş yüksək təsirləri ilə və məlumat bolluğu ilə xarakterizə
olunur.
Efir yaradıcılığının keyfiyyəti bir tərəfdən veriliş hazırlama
məharətindən, hazırlayanın istedadından, bilik və savadından,
digər tərəfdən isə efirə hazırlanan məhsulun keyfiyyətindən və
tamaşaçıda oyadan təəssüratlardan ibarətdir. Həsr olunan
mövzuların mədəni, sosial, tarixi, milli əsasları da veriliş
keyfiyyətinin əsas göstəriciləri sırasındadır. Verilişin keyfiyyəti
onun mövzularına görə və tədqimat göstəricilərinə görə təsnif
olunur. Burada aparıcının qabiliyyəti, bilik və istedadı xüsusi
önəm kəsb edir.
Veriliş hazırlığının bir proses kimi özünəxas mərhələləri
var, həmçinin veriliş mövzusunun müxtəlif, zəruri, çalarlı
obyektləri mövcuddur. Yüksək efir standartlarında bu kimi
amillər mühüm rol oynayır.
Hadisələrin sadə üslubda cəmiyyətə, kütləyə çatdırılması
elə insanların baxışlarında müəyyən təəssüratların yaranmasını
şərtləndirir.
Efir yaradıcılığı özündə məcmu tərkib komponentləri
baxımından bilik, bacarıq, istedad, məharət, çevik reaksiya
bildirmək bacarığı, təcrübə, nitq mədəniyyəti kimi kompleks
əhəmiyyət kəsb edən yüksək səviyyəli elementləri əks etdirir.
Efir yaradıcılığı hadisələrə olan münasibətlərin öyrənilməsi və
adekvat rəylərin öyrənilməsindən və təqdimatından ibarətdir.
190
Efir yaradıcılığının əsaslarını bu şəkildə ümumi-
ləşdirmək olar:
-efir yaradıcılığı insanlarda elmi, bədii, rəsmi bə publisistik
təfəkkürün formalaşmasını təmin edir. Bu, onun funksional və
fəlsəfi vəzifəsidir;
-efir yaradıcılığının daha bir fəlsəfi funksiyası insanların
dünyagörüşlərini təmin etmək və onların həyata baxışlarını
stimullaşdırmaqdan ibarətdir;
-efir yaradıcılığının daha bir fəlsəfi vəzifəsi xalqın milli
irsinin zamanla öyrənilməsini təmin etməkdən ibarətdir;
-efir yaradıcılığının başqa bir funksiyası insanların dünya
haqqında biliklərini formalaşdırmaqdan və onları dünya
hadisələri haqqında məlumatlandırmaqdan ibarətdir;
-efir yaradıcılığı milli, mədəni və sosial mədəni davranışın
tərkibini təşkil edir;
-efir yaradıcılığı öz sistemliliyi baxımından bir məktəb
funksiyasını yaradır;
-efir yaradıcılığı aparıcıda istedadın, bilik və bacarıqların
üzərə çıxmasını təmin edir;
-efir yaradıcılığı və productionlar (pradakşınlar) obyekt
haqqında dolğun məlumatları cəmiyyətə çatdırmaq vasitəsidir;
-efir yaradıcılığı obyekt və mövzuların mahiyyəti haqqında
insanları məlumatlandırmaq vasitəsidir, prosesidir;
-efir yaradıcılığı etik davranış nümunəsi olaraq cəmiyyət,
dövlət və fərd arasında çevik əlaqələrin yaradılması vasitəsidir;
-efir yaradıcılığı insanları irsi olaraq öz milli-mədəni
dəyərləri ilə tanış etdirmək vasitəsidir;
-efir yaradıcılığı bədii, elmi, tarixi, rəsmi (məsələn,
xəbərlər, rəsmi sənədlər əsasında hazırlanan məlumatlar)
əsaslarla məlumatları tamaşaçıya çatdırmaq vasitəsidir və s.
Efir yaradıcılığının və əldə olunan efir məhsullarının
keyfiyyəti müraciət olunan mövzuların obyektivliyindən, dərin
mənasından və mövzuya müraciət edənin məhsul hazırlama
qabiliyyətindən asılıdır.
191
Ədəbi fikirin yayılmasında kütləvi informasiya
vasitələrinin (KİV) rolu
İnsan həyatında yaradıcılıqlar bir-birini silsilə şəkilində
əvəzləyir. Yaradıcılıq və quruculuq prosesləri şərtləndirici
məzmun kəsb edir. İstər ədəbiyyat, istərsə də informasiya
yayım vasitələri olsun, insanların konstruktiv və konseptual
düşüncələrinin nəticələri olaraq meydana gəlir. Bu məhsullar
yaradıcılıq və quruculuqdan ibarət olur. Vasitələr yeni-yeni
yaradıcılıq və quruculuq üçün şərtləndirici baza rolunu oynayır.
Biz qənaətə gəlirik ki, mədəniyyət yaradıcılıq və quruculuqdan
və davranış normalarından ibarətdir. Onda, belə hesab edə
bilərik ki, elə ədəbiyyat və kütləvi informasiya vasitələrinin
özləri elə mədəniyyət ünsürləridir, elementləridir. Ədəbiyyatla
məşğul olmaq, ədəbi fikir hasil etmək özlüyündə mədəni
davranışlardan ibarətdir. Ədəbi fikir romantik, rasional və real
hadisələrin canlandırılmasından və ifadə olunmasından
ibarətdir.
Kütləvi
informasiya
vasitələrinə
bütün
əhalini
məlumatlandıran televiziya, radio və mətbuat, telefon və
teleqraf vasitələri, kitab və jurnallar, eləcə də elektron
informasiya yayım resursları aid edilir. İnformasiyaları yayan
istənilən üsul və vasitələr məhz kütləvi informasiya
vasitələrinin tərkibini təşkil edir. Kütləvi informasiya vasitələri
cəmiyyəti, dövləti, fərdi, vətəndaşları, xariciləri, sakinləri
aidiyyatı məlumatlarla təmin edir. Məlumatlar sayəsində
həyatın axarı müəyyən olunur. Məlumatlardan doğaraq insan
həyatının gündəlik axarları müəyyən edilir. Məlumatlar
yönləndirici funksiya daşıyır. Kütləvi informasiya vasitələri
insanların təfəkküründə vahid məzmunlu və rəngarəngli
məlumatların qərarlaşmasını təmin edir. Bu baxımdan kütləvi
informasiya vasitələri vahid düşüncə axarlarının yaranmasını
şərtləndirir.
Düşüncələri
bütövləşdirir
və
insan
münasibətlərinin vahid axarlarını müəyyən edir.
Dostları ilə paylaş: |