198
-verilişlər
vasitəsilə
insanların hüquqları haqqında
maariflənmə həyata keçirilir. Dövlətin hüquq siyasətinin
məzmunu işıqlandırılır;
-verilişlər vasitəsilə dövlətin və cəmiyyətin hüquqi, sosial
və siyasi vəziyyəti barədə məlumatlar çatdırılır;
-efir yaradıcılığı məhsulu ilə xalqın şifahi yaradıcılığı,
şifahi ədəbiyyatı və yazılı ədəbiyyatı geniş oxucu kütləsinə
çatdırılır.
Yazılma tarixi -04 fevral 2016-cı il
Cəmiyyətin mədəni əsaslarla formalaşmasında tele
və radio efirin, elektron və mətbu informasiya vasitələrinin
rolu
Cəmiyyət
sosial
bir
fenomen
olaraq,
insanların
maraqlarının mərkəzləşdiyi ali bir ünsiyyət sferasıdır, əlaqələr
qurumudur. Cəmiyyət insan maraqlarını müdafiə edən əsas
ümumiləşdirici və təbəqələndirici mərkəzdir. Cəmiyyət insan
maraqlarını təmin edən baza dəyər müstəvisidir. İnsanlar öz
mədəni yaradıcılığı və quruculuğu ilə cəmiyyət sferasına
dəyərlər qatırlar. İnsanlar öz varlıqları ilə cəmiyyətə faydalar
verirlər və şəxsi maraqlarını da ümumi maraqlar kontekstindən
təmin etməyə çalışırlar. Cəmiyyətdə olan mədəni normaların
çoxluğu özlüyündə dəyərlərin çoxluğundan xəbərt verir.
Cəmiyyətdə müxtəlif potensiala malik olan elementlər:
subyektlər, ünsürlər, vasitələr qarşılıqlı əlaqələr fonunda
ümumi bir panoramanı təşkil edirlər. Cəmiyyət istifadə edən və
istifadə olunan tərəflərdən ibarətdir. Cəmiyyət öz tərkib
elementlərinə görə rəngarənglikdən, müxtəlif çalarlardan təşkil
olunur. Bu çalarlar həm subyektlərdə əks olunur, həm də
subyektlərin maraqlarında əksini tapır, ifadə olunur. Cəmiyyət
onda olan müxtəlif proseslər və hadisələr məcmusu
baxımından rəngarəng bir müstəvidən ibarətdir. Rəngarənglik
199
bir tərəfdən cəmiyyətin stratifikasiyasını meydana gətirir,
təbəqələrini yaradır, digər tərəfdən də baza və üst qatlar
arasında olan şərti bağlılığı və bütövlüyü üzərə çıxarır.
Cəmiyyət öz-özünü idarə edən və maarifləndirən bir
strukturdur. Cəmiyyətin maariflənməsi onun biliklə və savadla
təmin olunmasından ibarətdir. Biliklər və savad qaydaları təşkil
edir, norma və ifadələrdən ibarət olur. Bu norma və ifadələr
ölçüləri müəyyən edir və ölçülər də insan həyatının təminatını
həyata keçirir. Bu baxımdan da maariflənmə elə həyatda
yaşayış qaydalarını müəyyən etməkdən ibarət olan bir
prosesdir. Maariflənmə bilik və savaddan ibarət olmaqla
müəyyənləşdirmə, qeyri-müəyyənliyi müəyyənliyə çevirmə
prosesidir.
Maariflənmə
aydınlaşma və aydınlaşdırma
prosesidir.
Cəmiyyətin mədəni əsasları onun üzvlərinin mədəni
(burada əxlaqi və yaradıcı, qurucu) qabiliyyətindən, ali
davranış nümunələrindən meydana gəlir. O cəmiyyətlər daha
çox mədəni olurlar ki, onlarda inkişaf sistemli olur, üzvləri
rasional təfəkkürə malik olurlar, həmçinin fəlsəfi dəyərləri
özlərində, düşüncə və əməllərində əks etdirirlər. Cəmiyyətin
mədəni əsasları həmin cəmiyyətin sistemli qaydada qurucu və
yaradıcı olmasından irəli gəlir. Eləcə də əxlaqi və normativ
davranış modelinin yüksək səviyyəsi məhz cəmiyyətin mədəni
olmasını şərtləndirən amillərdəndir.
Cəmiyyətin mədəni normalarla geniş şəkildə təmin
olunmasında, norma və qaydaların, bilik və savadın
yayılmasında, artmasında kütləvi informasiya vasitələrinin rolu
danılmazdır. İnsanlar informasiyaları, hadisələr haqqında olan
məlumatları müxtəlif vasitələrlə bir-birilərinə ötürürürlər.
Burada informasiya vasitələrinin: informasiya hazırlayan, emal
edən, yayan vasitələrin rolu danılmazdır. İnformasiya vasitələri
hər an informasiyanı yayan ünsürlər kimi əhəmiyyət kəsb
edirlər. İnformasiya özü də insanların hazırlıqlı həyatları üçün
xüsusi rola malik olur. Müasir zamanda informasiyalar
200
cəmiyyətin müstəvisini formalaşdıran dəyərlər, ünsürlər
rolunda çıxış edir. İnformasiyalar insanları idarə edir. Dövlət
hakimiyyəti də insanları informasiya yolu ilə idarə edir.
Dövlətin siyasəti, qanunvericiliyi, qanunvericilik normaları
informasiya və bu baxımdan bilik və savad rolunu oynayır.
Bilikləri yayan vasitələr qismində həm də kütləvi informasiya
vasitələri çıxış edir. Biliklərin yayılması və mənimsənilməsi
maariflənmə proseslərini həyata keçirir.
Cəmiyyətin mədəni əsaslarla formalaşması onun etik-
estetik baxımdan formalaşması mənasını verir. Cəmiyyət
üzvlərinin əxlaqi davranışı onun mədəni müstəvisinin
formalaşmasında mühüm rol oynayır. Kütləvi informasiya
vasitələri davranış kodekslərinin formalaşmasında əvəzsiz rola
malik olurlar. Belə ki, cəmiyyətdə fərdlərin yaratdığı normalar
əsasında davranış kodekslərini KİV cəmiyyətə çatdırır. Burada
olan qaydalardan cəmiyyət faydalanır. Cəmiyyət mədəni
cəhətdən idarəçilik məzmununu özündə əks etdirir.
Kütləvi informasiya vasitələrinin təşkili də cəmiyyətdə bir
mədəni fenomendir. KİV-lər mədəni proseslərin təmin
olunmasında da təşkiledici ünsür kimi əhəmiyyət kəsb edir.
KİV-lərdə mədəni proseslər yaranır və cəmiyyətlərə ötürülür.
KİV-in cəmiyyətin mədəni əsaslarla formalaşmasında
əhəmiyyətini bu şəkildə ümumiləşdirmək olar:
-KİV
(kütləvi
informasiya
vasitələri)
hadisələrin
obrazlanmasını təmin edən vasitə rolunu oynayır;
-KİV hadisələrin təfərrüatının işıqlanmasında mühüm
funksiya daşıyır;
-KİV fərdi düşüncələrdən meydana gələn ifadələri
cəmiyyətə çatdırır, cəmiyyətdə bilik və savad mənbəyini
yaradır;
-KİV informasiya yayım yolu ilə düşüncələrin vəhdət-
ləşməsini meydana gətirir və norma bütövlüyünü yaradır;
-KİV cəmiyyətlə onun üzvü arasında əyani və qiyabi
bağlılıq yaradır;
Dostları ilə paylaş: |