Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə53/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

186
 
 
-ədəbiyyat  qüsurları  və  eybəcərlikləri  ifşa  yolu  ilə 
hadisələrə  müsbət  və  mənfi  qiymət  vermək  qabiliyyətini 
insanlarda aşılayır. Bu da nəticə etibarilə ədalətli cəmiyyətlərin 
qurulmasına səbəb olur; 
-ədəbiyyat  yaradıcılıqda  və  quruculuqda  əks  olunur  ki,  bu 
da özlüyünndə mədəniyyətin tərkibinə çevrilir
-ədəbiyyat incəsənətin də formalaşmasını təmin edir ki, bu 
da özlüyündə mədəniyyətin yaranmasını şərtləndirir; 
-ədəbiyyat  şəxsiyyətin  yetişməsini  təmin  edir,  şəxslərin 
etik  və  estetik  zövqlərini  formalaşdırır.  Bu  da  özlüyündə 
cəmiyyət üçün dəyərli şəxslərin yetişməsinə zəmin yaradır; 
-ədəbiyyat milli mədəniyyətin dünya mədəniyyətinin tərkib 
hissəsinə  çevrilməsinə  şərait  yaradır  ki,  bu  da  cəmiyyətin 
beynəlmiləlləşməsi ruhuna müsbət təsirlərini göstərir
-bütün ədəbiyyatlar bilik mənbəyi rolunu oynayır ki, bu da 
cəmiyyətin  maariflənməsinə,  şəxslərin  savadlanmasına  şərt 
verir; 
-ədəbiyyat 
cəmiyyətin, 
xalqın,  dünyanın  tarixinin 
öyrənilməsinə  rəvac  verir  və  insanlarda  tarixi-bədii  şüurun 
formalaşmasını təmin edir; 
-ədəbiyyat  ardıcıl  yaradıcılıq  və  quruculuq  təfəkkürünü 
meydana gətirir ki, bu da cəmiyyətin mədəni inkişafının ardıcıl 
təminatı üçün elementlərin üzərə çıxmasını şərtləndirir;  
 -ədəbiyyat  oxumaq  faydalı  vərdişləri  də  meydana  gətirir 
ki,  bu  da  cəmiyyətdə  mədəni  şəxslərin  formalaşmasına, 
qaydalara  tabe  ola  bilən,  nizamlı  şəxsərin  yetişməsinə  nəticə 
verir; 
-ədəbiyyat  hadisələrdən  nəticələr  çıxarmaq  yolu  ilə  insan 
ruhunun təmizlənməsində əvəzsiz iştirak edir. Haqsızlığa qarşı 
insanları mübariz və barışmaz olmağa səsləyir; 
-ədəbiyyat 
cəmiyyətdə 
mədəniyyət 
normalarının 
yaranmasını və çoxalmasını şərtləndirir və s .  
 
Yazılma tarixi-02 fevral 2016-cı il  


187
 
 
Efir yaradıcılığının əsasları 
 
Efir  yunancadan  havanın  ən  yuxarı,  şəffaf,  sadə  təbəqəsi 
kimi  başa  düşülür.  Efir  həm  də  radiodalğaların  yayıldığı  fəza 
kimi  də  məna  bildirir.  Bu  baxımdan  da  belə  qəbul  etmək  olar 
ki,  efir  siqnalların  meydana  gətirdiyi  müəyyən  ölçülü 
məkanlardan 
ibarətdir. 
Teleefir  televiziya  siqnallarının 
yayılması  vasitəsi  kimi  qəbul  olunur.  Teleekranlarda  efirlər 
mövcud  olur  və  verilişlər  də  bu  efirlər  vasitəsilə  yayımlanır, 
dalğalanır,  tamaşaçıya  çatdırılır.  Məlumdur  ki,  teleefir 
görüntülü  vasitədir  və  vizual  obrazlanma  nümunəsidir.  Radio 
efir  isə  radio  dalğalarının,  siqnalların  radioötürücülər  və 
radioqəbuledicilər,  radioqurğular,  antenlər,  eləcə  də  internet 
qurğuları  vasitəsilə  yayımlanmasını  təmin  edir  və  səsli  efir 
vasitəsidir.  Belə  qərara  gəlmək  olar  ki,  tele  və  radio  efir 
siqnallar,  səs  və  görüntü  ötürən,  obyektləri  əks  etdirən 
məkandan ibarətdir. 
Bu  gün  bütün  dünyada  demək  olar  ki,  məlumatların 
yayılmasını təmin edən vasitələr, resurslar geniş vüsət almışdır. 
Yaşadığımız  postmodernist  dünyada  informasiyaların  sürətlə 
yayılması, onun insanlara kollektiv və fərdi surətdə zamanında 
çatdırılmasının  əhəmiyyəti  vurğulanmaqdadır.  İnformasiya 
əsiri  dünya  inkişafının  avanqard  mexanizmlərini  hərəkət 
vəziyyətində saxlayan vasitələr qismində çıxış edir. 
Radio və televiziyanın yarandığı XIX-XX əsrlər radio-tele-
elektronika  əsrləri  olmuşdur  və  bu  da  insan  həyatının  zaman, 
məkan  və 
hadisələrlə 
komplektləşdirilməsini,  informa-
siyalaşdırılmasını  təmin  etmişdir.  İnformasiyaların  insan 
həyatında  artan  önəmi  onun  mahiyyətinin  də  genişlənməsini 
zəruri  etmiş  və  bu  baxımdan  da  informasiya  fəlsəfəsinin 
meydana  gəlməsinə  zəmin  yaratmışdır.  Məlumat  fəlsəfəsi 
özündə  məkan,  hadisələr,  proseslər  və  zaman,  imkanlar, 
şəraitlər, 
aydınlıqlar, 
müəyyənliklər 
və 
gerçəkliklər, 
zəruriliklər, zərurətlər və istəklər və onların informasiyalaşmış 


188
 
 
formada  qarşılıqlı  əlaqələrini  cəmləşdirmişdir.  İnformasiya 
fəlsəfəsi  həyatın  hadisələri  və  onlar  haqqında  məlumatların 
subyektlərə  ötürülməsi,  sonrakı  addımların  baş  vermiş 
hadisələrə  uyğunlaşdırılması  və  gerçəkliklərlə  uzlaşdırılması 
prinsiplərini özündə ehtiva etməkdədir. 
İnformasiya  məkanı  tutumunun  böyük  bir  qismini  efir 
(radio  və  televizya)  yaradıcılığı  da  əhatə  edir.  Onu  da  əlavə 
etmək  olar  ki,  öz  yaranış  başlanğıcını  XIX  əsrdən  götürmüş 
televizorlar  bu  gün  vizual  effekt  baxımından  daha  da 
təkmilləşdirilməkdədir.  Televizorlar  nazik  plazmalar  olan 
LCD,  LED  ilə  əvəz  olunmuşdur.  Bu  da  özlüyündə 
informasiyalara  və  onların  vizual  əhəmiyyətli  rəngarəng 
məzmunlarına olan marağı daha da artırmışdır.  
Efir  yaradıcılığı  dedikdə,  radioda,  televiziyada  (anten, 
peyk,  kabel-internet  yayım  formalı)  veriliş  yaradıcılığını,  o 
cümlədən  kinoxronika  yaradıcılığını,  şou-biznes  və  şou  debat 
yaradıcılığını,  ayrı-ayrı  sahələr  üzrə  yaradıcılığı  və  film 
yaradıcılığını,  həmçinin  yaradıcılıq  məhsullarının  ekrana 
təqdim  olunmasını  başa  düşmək  olar.  Efir  yaradıcılığının 
tərkibinə  veriliş  hazırlığı,  veriliş  redaktorluğu  və  veriliş 
təqdimatı  daxildir.  Veriliş  hazırlığı  texniki  hazırlıqdan  və 
texniki  vasitələrin  köməyi  ilə  təqdimatdan,  müəyyən  müddət 
üçün  nəzərdə  tutulan  verilişin  təqdim  olunmasından  ibarətdir. 
Verilişlər  aidiyyatı  sahələr  üzrə  studiyalarda  hazırlanır. 
Verilişlər  hazır  məhsullar  kimi  productionlar  adlanır. 
Studiyalarda  həm  texniki,  həm  də  şərhi,  analitik  formalı 
hazırlıq  işləri,  təşkilatçılıq  özlüyündə  efir  yaradıcılığının 
tərkibini  təşkil  edir.  Sadalanan  fikirlər  efir  yaradıcılığının 
formal,  strukturlu,  funksional  və  prosesual  formasını  əks 
etdirir. 
Efir yaradıcılığı bir məzmunu əks tərəfə çatdıran müəyyən 
bir formalı təqdimat proseslərindən və hadisələr məcmusundan 
ibarətdir.  Efir  yaradıcılığı  obyektin,  mövzunun  məzmunu 
haqqında auditoriyanı məlumatlandıran bir prosesdən ibarətdir.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə