180
Bütün sahələrdə olan alimlik- deyək ki, yetişmənin
nisbətən yüksək zirvəsidir.
Hamı bilir ki, son zirvə yoxdur. İnsan yetişdikcə-yetişə
bilər. Təkmilləşə, savadlana və kamilləşə bilər. Bu proses
ömrünün axırına qədər davam edə bilər. Hamımız yaxşı bilirik
ki,
insan
ömrünün
sonuna
qədər
öyrənməlidir.
Alimlik mütləq və nisbi bir zirvədir, şərəfdir, ləyaqətdir,
dəyərdir. Alimlik həm də müəyyən qədər yol göstərmə
deməkdir. Bir alim səviyyəsinə çatmaq üçün kifayət qədər
sərmayə (maddi kapital), zaman, ömür, mənəvi aləm sərf
olunur. Alim olan şəxs etikanı, digər mənəvi kriteriyaları əlində
daima rəhbər tutur ki, ömür şərəfinə, adına xələl gəlməsin.
Lakin kasıb cəmiyyətlərdə alimin şərəfini, ləyaqətini aşağı
salan, ona utanc gətirən kriteriyalar mövcud olur. Bu anda alim
özünün uca zirvədə olmasından heyfislənir, başını aşağı salır
və daxilində özünü zavallı, yazıq, biçarə hiss edir. İcazə verin,
biçarəliyi, zavallılığı konkret fikirlərlə ümumiləşdirim:
-alimin kasıbçılığı, orta meyarlara cavab verəcək qədər
imkanlarının olmaması;
-alimin maddi vəziyyətinin aşağılığından irəli gələrək
cəmiyyətin bir çox proseslərindən kənarda qalması. Utanc
hissləri gətirəcək vəziyyətlərlə üzləşməsi;
-vəzifə tutan yalançı alimlər önündə şərəfini aşağı
endirmək məcburiyyəti ilə üz-üzə qalması;
-yalançı alim adını qazanmaq üçün onların önündə öz əqli
mülkiyyətləri ilə əyilmələri, onlara “satılmaq” məcburiyyətləri;
-maddi vəziyyətinin aşağı olması ucbatından ailə üzvləri
yanında başını aşağı salması;
-yaxın qohumlar yanında yazıq vəziyyətdə qalmaları;
-dövlət qayğısından kənarda qalmaları, həqiqi alimlər
olaraq mükafatlardan kənarda tutulmaları;
-yalançı alimlərin paxıllıq və qısqanclıq hissləri və bu
hisslərdən irəli gələn hərəkətlərlə rastlaşmaları;
181
-əsərlərin ərsəyə gəlməsinin qarşısının digərləri tərəfindən
süni şəkildə alınması halları ilə rastlaşma;
-dəyərli əsərlərin çapı üçün maddi elementlərin, şəxsi
vəsaitlərin çatışmazlığı;
-əsərlərin çapı yolunda cəmiyyətin başqalarına əl açan
dilənçi ünsürlərinə çevrilməsi;
-vəzifə tutan yalançı alimlərdən asılılıq;
-əqli mülkiyyətlərinin, zehni əməklərinin oğurlanması və s.
Hər bir alim onun şərəfini aşağılayan, uca adına xələlə gətirən
hallarla rastlaşdıqda dəyərini itirir, mənəviyyatını aşıladır.
Yazılma tarixi-01 sentyabr 2015-ci il
Ədəbiyyatın mədəniyyətdə və cəmiyyətdə rolu
(maarifləndirici vasitə kimi)
Cəmiyyət və mədəniyyət quruculuq və yaradıcılıq
məhsuludur. Bunun da yolu həm də ədəbiyyatdan keçir.
Ədəbiyyat cəmiyyətin mədəni inkişafı və mədəni dəyərlər üçün
əsas vasitələrdəndir. Çünki, maariflənməni təmin edir, bilikləri
daşıyır, oxuculara təqdim edir, insanları düzgün yollar üçün
nəticələr çıxarmağa sövq edir. Buna görə də oyadıcı, ayıldıcı,
aydınlaşdırıcı, müəyyənedici təsirə malikdir. Ədəbiyyat
hadisələri, baxışları, bu baxımdan da həyat və onun tərkib
elementləri arasında olan əlaqələri təsviredici vasitədir.
Cəmiyyətin mədəni xarakteri ədəbiyyatda da öz əksini tapır.
Ədəbiyyat bir ümumiləşdirici vasitə kimi həyat prinsiplərini
ədəbi-bədii üslubda təqdim edir və yaşadır.
İnsanların təbiətə, təbiətdəki elementlərə bağlılığı onların
düşüncələrində ifadə olunur. Düşüncələrin şifahi və yazılı
formada silsiləli, ardıcıl və yığcam və geniş sistemli ifadəsi
ədəbiyyatın yaranmasını təmin edir. Təbiət hadisələrinə
münasibət və təbiət hadisələrinin içində olmaq və hadisələrlə
şüuru bağlılıq yaratmaq insanların xarakterik xüsusiyyətləridir.
182
Təbiət hadisələrinə olan baxışların özləri təsvirləri meydana
gətirir. Bu da yaradıcılığa şərt verir. Yaradıcılıq insanların
sosiallaşmasına, mədəniləşməsinə, sivilləşməsinə, dərdlərə
şərik olmasına, ümumi baxışlar formalaşdırmasına əsas verir.
Yaradıcılıq məhsulları insanların birləşməsinə zəmin yaradır.
Bu baxımdan da mənəvi dəyər rolunu oynayır. Yaradıcılıq
insanların təbii resurslara olan bağlılığını və şərtləndirici
şəbəkəsini meydana gətirir. Yaradıcılıq şüurlarda qeyri-
müəyyənliyi müəyyənliyə çevirir. Hadisələrə, insanlar
arasındakı əlaqə və münasibətlərə ədalətli yanaşma məhz
yaradıcılıqda da meydana gəlir. Yaradıcılıq nümunələrində
hadisələrin təsviri, proloq və epiloq arasında əldə olunan
nəticələr, gəlinmiş qənaətlər, bütövləşmiş nəticələr insanların
ruhunda saflığı və ədaləti tərənnüm edir. Yaradıcının xəyal
məhsulundan nəticələr çıxarıla bilir.
Qeyd olunduğu kimi, ədəbiyyatın insan həyatında önəmi
xüsusidir. İnsanların maddi-mənəvi maraqlarına cavab verən
bütün ədəbiyyatlar (bədii, elmi, publisistik, dini, bilik verən
digər ədəbiyyatlar-janrlar üsulları) cəmiyyətin maariflənməsinə
xidmət edir. İnsan əməlinin və baxışlarının düzgün məcraya
yönəlməsinə səbəb olur. Ədəbiyyat hadisələrlə zəngin olan
yaradıcılığın irsən, nəsillərdən-nəsillərə ötürülməsində böyük
rol oynayır. Ədəbiyyat yaradıcılıq təsvirlərinin, məhsullarının
tarixən yaşamasını təmin edir. Ədəbiyyat mədəniyyətin,
cəmiyyətin, insanlığın tarixinə və insanlığın ruhən sağlam
yaşamasına xidmət edir. Ədəbiyyat dünya xalqlarının
birləşməsinə və dünya fikrinin, ədəbi, elmi, dini baxışlarının
vəhdətləşməsinə kömək edir. Dünyanın bütöv mədəniyyətinin
çoxçalarlılığına xidmət edir. Ədəbiyyat dünyanın vahid və
mürəkkəb şüurunun, ədəbi təfəkkürünün formalaşmasına şərt
verir. Ədəbiyyat incidir, zövq və duyğuların estetik
gözəlləşməsinə əsas verir. Ədəbiyyat mövzuları incəsənət
nümunələrində (məsələn, rəsmlərdə, rəngkarlıq, xəttatlıq
nümunələrində ədəbi əsərlərin estetik təsviri), musiqidə
Dostları ilə paylaş: |