169
-Dilənçilik;
-Qaraçılıq;
-Pinəçilik;
-Qırçılıq;
-Qulçuluq;
-Faytonçuluq;
-Kotançılıq;
-Arabaçılıq;
-Nökərçilik;
-Ələmçilik;
-Sələmçilik;
-Hərraclıq-kiçik yaşlı qızlar üçün;
-Daş-qalaqçılıq-qadınlar üçün.
Yazılma tarixi-11 avqust 2017-ci il
Qadınlara cəmiyyətdə hörmət
Küçə və prospektləri, şosse və yolları, meydan və parklar
süpürmək zəzərli işdir. Xüsusilə qadınlar, ələlxüsus da yaşlı
qadınlar üçün belə işlərdə işləmək dözülməzdir. Anti-
sanitariyadır. Gigiyenik normalardan kənardır. Digər tərəfdən
də mənəvi ağırlığı var. Qadınlar bu işlərdən kənarlaşdırılmalı
və kişilər cəlb olunmalıdır. Düzdür, Azərbaycan kişisi lovğa və
təkəbbürlüdür. Zibillədiyi küçəni süpürmək onun şəxsiyyətinə
ziddir. Ona görə də əli belində qadınları küçələri təmizləməyə
səfərbər edib. Adını da qoyub ki, təmizliyə qadınlar
baxmalıdır.
Bunları nəzərə alaraq, həm də qadınlara hörmət olaraq,
qadınlar əvəzinə Mərkəzi Asiyanın əmək miqrantlarını
(məsələn, tacikləri, qırğızları-kişilərini) bu işlərə cəlb etmək
olar.
Yazılma tarixi-12 avqust 2017-ci il
170
Osmanlı dövlətinin və SSRİ-nin dəyərləri
Sovet hökumətinin 70 il ərzində Mərkəzi Asiyanın və
Qafqazın türk-müsəlman coğrafiyasına verdiyi məziyyətləri
(dəyərləri) 700 il ərzində Osmanlı dövləti və imperiyası oğuz
türklərinə verə bilmədi.
Ölkədə (imperiyada), şərti deyək ki, yüz hərəmxana
əvəzinə, bir elmi laboratoriya açılmadı. Ancaq Sovet hökuməti
türk müsəlmanlarını qısa bir tarixi zamanda elmləşdirdi.
Yazılma tarixi-13 avqust 2017-ci il
Osmanlı dövləti və dünya kəşfləri
Osmanlı imperiyası həm də orta əsrlərin dəniz dövləti olub.
Bəs, coğrafi kəşflərdə nə əcəb iştirak etməyib?
Osmanlı içi boş balaban olub. 700 illik tarixdə şeir
deməklə məşğul olub, moizə oxuyub
Yazılma tarixi-14 avqust 2017-ci il
Sovetlərdən sonra nəyi öyrəndik
27 ildir ki, Sovet hökumətinin dəyərlər sistemindən
ayrılmışıq. Bu hökumətdən qalma elmi potensial və təhsil
potensialı hesabına ayaqda qala bilmişik. Adətən region
dövlətləri, region xalqları dəyərləri bir-birilərinə ötürməklə
məşğul olurlar. İnsanlar dəyərlərin daşıyıcısına çevrilirlər. Bu
27 ildə qonşularımızdan nələri öyrəndik:
-Türkiyədən-müğənniliyi,
aktyorluğu
(qeyri-peşəkar,
bayağı aktyorluğu), bayağı şou proqramları;
-Türkiyədən-dönər satmağı;
-İrandan –mollaçılığı, yas krallığını. Ölülərə hakim
çıxmanı. Yaxşı ağlaşmanı. Əməllicə məktəb var;
171
-Ərəb dünyasından-göbək rəqsini, oriental rəqsləri. Yaxşı
qəlyan çəkməni;
-Hər üç dünyadan-saqqal saxlamağı-pintilik əlaməti olaraq;
-Hər üç dünyadan –qız uşaqlarını məktəbə buraxmamaq.
Yaxşı ki, Sovetlər dönəmindən qalmış bir çox müasir
element yuxarıda sadalanan bayağı vərdişlərin cəmiyyətdə tam
ayaq tutub yeriməsinə imkan vermir.
Yazılma tarixi-14 avqust 2017-ci il
Dünya şöhrətli alim Lütfizadə haqqında
Azərbaycan xalqı öz dünya şöhrətli, mötəbər alimi
Lütfizadəyə sahib çıxmalıdır. Onun elmi irsini yaşatmalı,
bugünki və gələcək nəsillərə dəyər kimi təqdim etməlidir.
Lütfizadəni elmin örnəyinə çevirmək lazımdır.
Lütfizadəni, onun dünyada elmi nüfuzunu əbədi yaşatmaq
üçün bu kimi tədbirlər həyata keçirilməlidir:
-Azərbaycan Milli Elmlər Akademiyasının önündə ona
heykəl ucaldılmalıdır;
-Akademiyanın İnformasiya Texnologiyaları İnstitutuna
onun adı verilməlidir;
-Əsərləri (nəzəriyyələri) ölkədə geniş yayılmalıdır;
-Lütfizadə Elmi Mərkəzi təşkil olunmalıdır;
-Lütfizadə məktəbi yaradılmalıdır;
-Adına təqaüd təsis olunmalıdır;
-Muzeyi açılmalıdır;
-Ali məktəblərdə Lütfizadə kafedraları təşkil olunmalıdır;
-Lütfizadə
laboratoriyaları və texnoparklar təşkil
edilməlidir.
Yazılma tarixi-18 avqust 2017-ci il
172
Milli brendimiz haqqında
Mall sistemləri, ticarət mərkəzləri, şopinq və əyləncə
mərkəzləri çox yaxşıdır. İnsanların mədəniləşməsinə,
sosiallaşmasına xidmət edir. Ancaq təəssüf ki, bu mərkəzlərdə
bizim sadəcə "Azeriçay" brendimiz görsənir. Bir də mili
mətbəximizdən tək-tək guşələrə rast gəlinir. Çox geridə
qalmışıq.
Yazılma tarixi-19 avqust 2017-ci il
Türk dünyasının canlı orqanizmə bənzəməsi
Türk dünyasını canlı bir orqanizmə (məsələn, kentavra-
qədim yunan mifologiyasına görə başı insan bədəni at olan
mifik canlıya, yaxud da digər real canlıya-məsələn, aslana,
eləcə də qədim yunan mifologiyasındakı minotavra-başı öküz
olan adama) bənzətsək və onda olan ictimai formasiyaları
orqanizm boyu təsəvvür etsək, belə qərara gəlmək olar:
-canlının
quyruq
hissəsi
–quldarlıq
quruluşunun
elementlərini özündə cəmləşdirir;
-dal ayaqları-feodalizm quruluşunun elementlərini özündə
əks etdirir;
-bel sütunu orta əsrlərin şahlıq, sultanlıq, aşirətlik
sisteminin elementlərini özündə cəmləşdirir;
-qabaq
ayaqları-kapitalizmin,
həmçinin
solçuluğun
elementlərini özündə daşıyır;
-boyun hissəsi-dini elementləri özündə ehtiva edir;
-baş hissəsi-bütün formasiyaların və sistemlərin qarışıq
elementlərini özündə cəmləşdirir.
Baş hissədə bədənlə əlaqədədir və siqnallar bədən boyu
ötürülür. Baş qarışıq funksiyalı siqnallar qəbul edir. Eləcə də
çətin olan bədəni idarə edir.
Qarışıq bir canlıya bənzər türk dünyasının quyruğundan
basdıqda, ya da quyruğunu məngənəyə saldıqda, eyni zamanda
bel sütununa qamçılar vurduqda dal ayaqlar, bel sütunu, qabaq
Dostları ilə paylaş: |