158
Avropadan çıxarılması bizə baha başa gəldi. Qarabağ
münaqişəsinin kökündə Qorbaçovun ermənilərə vədi dayanmır.
Onun Qərb siyasəti və bu siyasətə qarşı çıxan KQB dayanır.
KQB-nin Siyasi Büroda Qorbaçova qarşı gizli mübarizəsində
açıq münaqişələr dayandı. Qorbaçov sonra bu münaqişələri
tənzim edə bilmədi. Nəzarət yox idi. Onun özü hakimiyyətdən
tez getməli idi. Çünki, onun kursu mühafizəkar rus kursuna
tam zidd idi.
İndi bütün postsovet münaqişələrinə rəhbərlik Rusiya
xüsusi xidmətinin əlindədir.
Dağlıq Qarabağ münaqişəsinin həlli bizim imkanlarımız
xaricindədir. Bu məsələ bizlik deyil. Ermənilərə də aid deyil.
Yazılma tarixi-20 iyul 2017-ci il
Uşaq xəyalları və puç olmuş arzular
Yüz milyonlarla uşaqdan biri olaraq, mən öz uşaqlıq
illərimi sabitlik şəraitində, xəyallar aləmində yaşamışam. Bu
günə qədər də valideynlərimlə, yaxın qohumlarımla bir
yerdəyəm. Ancaq milyonlarla uşaq var ki, onların həyatı
yoxdur.
Böyüklər bilirlər ki, uşaqlığın əsas xüsusiyyətlərindən biri
də xəyal qurmaq, fantaziyalarda yaşamaqdır. Tez böyümək
istəkləri, böyüklərə oxşamaq xüsusiyyətləri onların həyatı
mənasını kəsb edir. Nağıllar aləminin qəhrəmanı olmaq,
istəklərə və arzulara tez çatmaq uşaq düşüncəsinin əasıdır.
Bəs görəsən, Afrikada, Suriyada, Asiya ölkələrində
uşaqların puç olmuş həyatında arzuları fantaziyaları nədir?!
Yatanda nəyi düşünürlər?! Nələrin xəyalını qururlar?!
Yazılma tarixi-21 iyul 2017-ci il
159
Rusiya üçün Əbülfəz Elçibəy təhlükəsi
Rusiya Elçibəyi ona görə hakimiyyətdən götürdü ki, O, bir
az da qalsaydı Azərbaycanı ittifaq adı ilə Türkiyənin tərkibinə
qatacaqdı. Bununla da Rusiyanın Cənubi Qafqaz strategiyası
təhlükədə qalırdı. Rusiya Elçibəyin gələcək niyyətini başa
düşmüşdü. Türkiyə də onu istəyirdi ki, Azərbaycan onun
tərkibi olsun.
Yazılma tarixi-21 iyul 2017-ci il
Silahlı qüvvələrin vahid məktəbləri haqqında
Hərbi-müdafiə sahəsində, bu baxımdan ordu quruculuğu
məsələlərində, texnikanın öyrənilməsi və istifadəsi, strategiya
və taktikanın mənimsənilməsi məsələlərində, eyni zamanda
ictimai asayişin qorunması sahəsində orta, ali, elmi biliklər,
hazırlıqlar vacibdir.
Azərbaycan kiçik bir ölkədir. Onun silahlı qüvvələri əsasən
bölünür:
-Prezident qvardiyası-Xüsusi Dövlət Mühafizə Xidmətinin
tərkibində;
-Müdafiə Nazirliyinin tabeliyində olan qoşun növləri-quru,
dəniz və hava;
-Daxili qoşunlar (Daxili İşlər Nazirliyinin tabeliyində);
-Sərhəd Xidmətinin qüvvələri;
-Ədliyyə Nazirliyinin silahlı qüvvələri;
-Polis silahlı qüvvələri;
-Mühafizə (mülklərin, obyektlərin mühafizəsini həyata
keçirən) silahlı qüvvələri;
-Dövlət Təhlükəsizlik Xidmətinin silahlı qüvvələri;
-Prokurorluğun əməliyyat qüvvələri
Hal-hazırda
ayrı-ayrı
qurumların
ali
məktəbləri
mövcuddur. Dəyişiklik edilməlidir. Ölkədə silahlı qüvvələrin
160
vahid ali məktəbi akademiyası yaradılmalıdır. Bütün ali
məktəblər bir arada cəmləşməlidir.
Yazılma tarixi-22 iyul 2017-ci il
Jurnalistika şousu haqqında
Jurnalistika bir şoudur, tamaşadır. Gərək onu yaxşı
oynayasan!
Azərbaycanda yeni tipli kəndlərin yaranması haqqında
Ölkədə yeni tipli kəndlər yarana bilər. Bu özündə həm də
şəhər həyatının özəlliklərini əks etdirə bilər. Birgə yaşayış
forması əsasında yeni kəndlər yarana bilər. Məsələn, yeni
kəndlərdə əhali həyətyanı sahələrdə yox, şəhərlərdə olduğu
kimi çoxmərtəbəli mənzillərdə yaşaya bilərlər. Bu tip yaşayış
formasına aid ola bilər:
-birgə və ya da bölünmüş şəkildə pay torpaqları;
-birgə əkin sahələri;
-kollektiv istehsalat prosesləri;
-birgə təsərrüfat anbarları;
-birgə yığım məntəqələri;
-birgə maşın mexanizatorlar;
-birgə avadanlıqlar;
-kollektiv satış mərkəzləri;
-birgə örüş yerləri;
-birgə otlaq-biçin sahələri;
-birgə fermalar və s.
Yazılma tarixi-27 iyul 2017-ci il
161
Vladimir Putin keçmiş SSRİ-də mənəvi lider kimi
Rusiya prezidenti Vladimir Putin bütün dünyada tanınır.
Qərbin bir çox dairələrində sevilir. Asiyada, Afrikada, Latın
Amerikasında da böyük nüfuz sahibidir. O, öz əməli ilə ayrı-
ayrı şəxslərin qəlbinə yol tapıb.
Vladimir Putin həmçinin keçmiş SSRİ xalqlarının qəlbində
özünə isti məkan edib. Çoxlu sayda şəxslərin, sevimlisinə,
kumirinə çevrilib.
Vladimir Putin yaxın gələcəkdə nəinki rus xalqının, bu
baxımdan ümumdünya ruslarının, həmçinin Rusiyada yaşayan
bütün xalqların, eləcə də keçmiş SSRİ xalqlarının Mənəvi
Liderinə, Mənəvi Atasına çevriləcək.
Ərəb dünyasında, Türkiyə və İranda da böyük rəğbətlə
qarşılanacaq!
Yazılma tarixi-01 avqust 2017-ci il
Cəmiyyətin öz-özünü islah etməsi barədə
Cəmiyyətin bütün qüsurları dövlət rəhbərinin ayağına
yazıla bilməz. Cəmiyyət özü də məsuliyyət daşıyır. Hər kəs
ictimai qınaqdan ehtiyat etməlidir. Cəmiyyət öz-özünü boş
etməməlidir.
Yazılma tarixi -01 avqust 2017-ci il
Dünya azərbaycanlılarında təfəkkür inqilab dövrü
Azərbaycanda və dünya azərbaycanlılarında təfəkkür
inqilab dövrü yaşanmalıdır. Düşüncə dalğaları bir-birini
əvəzləməlidir.
Yazılma tarixi-01 avqust 2017-ci il
Dostları ilə paylaş: |