Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə56/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

195
 
 
forması  məhz  bu  vasitələrlə  də  təsvir  olunur,  həmçinin 
obrazlanır. 
Televiziya  və  radio  verilişlərdən  ibarət  olan  efir  (görüntü 
və  dinləyici)  vasitələridir.  Cəmiyyətdə,  dövlətdə,  beynəlxalq 
aləmdə  hadisələrin  ardıcıl  və  sahələr  üzrə  əhatələndirilməsini 
təmin  edən  subyektlərdir.  Bu  baxımdan  da  bu  kimi  vasitələr 
mənəvi  dəyər  rolunu  oynayırlar.  İnsanların  gündəlik  olaraq 
məlumatlarla  təminatı  onlarda  rahatlanmaları  və  mənəvi 
qidalanmanı  təmin  edir.  Bu  baxımdan  da  efir  verilişləri 
təfəkkürü  formalaşdırıcı,  oyadıcı,  insanların  həyat  tərzi  barədə 
məlumatlarverici  və  istiqamətləndirici  funksiya  daşıyırlar. 
Məsələn,  gündəlik  hava  şəraitinin  qabaqcadan  efir  vasitəsilə 
cəmiyyətə  təqdim  olunması  məişətdə  və  təsərrüfat  həyatında 
təbiət  hadisələrinə  qarşçı  önləyici  addımların  atılmasını  təmin 
edir.  Eləcə  də  strateji  məhsulların,  qiymətli  metalların,  digər 
bazar məhsullarının qiymətləri barədə məlumatların cəmiyyətə 
çatdırılması  təsərrüfat-məişət  həyatının  tənzimlənməsini  təmin 
edir.  Tarixi,  mədəni  və  siyasi  hadisələrin  efir  vasitəsilə 
canlandırılması  cəmiyyətin  mədəni  ayıqlığını  təmin  edir. 
Ekran-efir  vasitələri  insanların  mədəni,  ictimai  və  siyasi 
şüurlarına öz müsbət təsirlərini göstərir.  
Televiziya və radio öz verilişlərinə görə həm konkret sahəli 
(məsələn,  musiqi,  idman,  mədəniyyət,  tarix,  texnika,  kənd 
təsərrüfatı, incəsənət, xəbər və s.), həm də universal məzmunlu 
(əksər  profillərin  cəm  aldığı  məkan)  olur.  Televiziya  və  radio 
regional  və  dövlət  səviyyəli  fəaliyyəti  ilə  xarakterizə  olunur. 
Televiziya və radio dövlət və qeyri-dövlət formalarına bölünür. 
Televiziya və radio öz proqramlarına, verilişlərinə görə əyləncə 
məzmunlu 
və 
xəbər-film 
məzmunlu 
olur. 
Universal 
telekanallarda  isə  xəbər,  film  və  əyləncə  portalları  cəm  halda 
qərarlaşır.  
İnformasiya vasitələri (informasiya yaradan və yayan) kimi 
verilişlər,  sənədli,  tarixi  və  bədii  filmlər,  kinoxronikalar  da 
mühüm  rol  oynayır.  Televiziya  və  radionun  ümdə  vəzifələri 


196
 
 
əhalini, 
sakinləri 
lazımi, 
zəruri 
informasiyalarla 
məlumatlandırmaq  və  maarifləndirməkdən  (yəni,  onlara 
biliklər  verməkdən)  ibarətdir.  Bu  baxımdan  da  bu  kimi 
vasitələr bilik daşıyıcı rolunu da oynayırlar. Televiziya və radio 
özlüyündə  bir  məktəb  funksiyasını  da  yerinə  yetirir.  Burada 
təlimlər,  efir  mədəniyyəti,  veriliş  yaradıcılığı,  eləcə  də 
məlumatların  hazırlanması  prosesləri  özlüyündə  bir  kadr, 
mütəxəsis  hazırlama  mərkəzləri  kimi  funksiya  kəsb  edir. 
Verilişlərin  (əyləncə,  xəbər,  mərc  oyunları,  bilik  yarışmaları, 
yəni  viktorinalar-biliklərin  müxtəlif  sahələri  üzrə  sual  və 
cavablarından ibarət  olan oyunlar, ictimai  şoular, tele-debatlar 
və  s.)  hazırlanması  bir  proses  kimi  mütəxəssislərin 
yetişdirilməsi funksiyasını daşıyır.  
 
Televizya  və  radiolarda  müxtəlif  mövzulu  verilişlər 
hazırlanır.  Həmin  verilişlərdə  tarixi,  ictimai,  mədəni,  ədəbi, 
humanitar,  siyasi,  iqtisadi,  məişət  məzmunlu  məsələlər 
müzakirələr  ortaya  çıxır.  Şoular  vasitəsilə  cəmiyyətdə  və 
məişətdə müəyyən qayğılar, həll olunmamaış problemlər efirdə 
müzakirələrə  çıxarılır.  Problemlər  müzakirə  olunur,  eləcə  də 
fərdin problemi ictimailəşir.  
Tele və radio efir yaradıcılığı özündə ictimai və mədəni bir 
məzmun  kəsb  edir.  Belə  ki,  verilişlərdə  müxtəlif  mövzuların 
hazırlanması  və  cəmiyyətə  təqdim  olunması  yaradıcılığın 
tərkibini  təşkil  edir.  Bu  da  özlüyündə  mədəni  bir  hadisəyə 
çevrilir.  Verilişlərin  hazırlanmsı  obyektlər  barədə  müəyyən 
məlumatların  cəmiyyətlərə  çatdırılması  deməkdir.  Verilişlər 
obrazlanma  (hadisələrin  əks  olunması)  proseslərindən  ibarət 
olan fenomenlərdir.  
Televiziya  yaradıcılığı  və  quruculuğu  –təşkilati,  yəni 
televiziyanın  kadr  və  mütəxəssislərlə,  şəxsi  heyətlə 
təminatından  ibarət  olur.  Lazımi  avadanlıqlarla,  texniki 
aparatlarla  təminat  da  texniki  təşkilati  funksiyanın  tərkibinə 


197
 
 
aiddir.  Televiziya  və  radionun  idarə  olunması  vasitələrin 
məqsədlərə doğru yönləndirilməsindən ibarətdir.  
Televiziya  yaradıcılığının  digər  bir  təşkilati  funksiyası 
veriliş  hazırlanmasından  (ssenaridən,  çəkilişdən)  redaktə 
işlərindən  və  aparıcılıqdan  ibarətdir.  Aparıcılıq  özü  bir  peşəni 
təşkil  edir.  Jurnalistika  və  müxbirlik  peşəsi  mövzunu 
öyrənmədkən və onu  ədəbi-bədii üslubda, publisistik  əsaslarla 
cəmiyyətə  çatdırmaqdan  ibarətdir.  Efir  yaradıcılığı  məzmunu 
çatdırmaq funksiyasını həyata keçirir.  
 
Televizya və radio efi yaradıcılığının ictimai, mədəni və 
siyasi əhəmiyyəti nələrdən ibarətdir: 
 
Nəzərə almaq lazımdır ki, tele və radio efir yaradıcılığında 
əsas  mövzu  ümumən  insanlığı,  cəmiyyəti,  dövləti  və 
mədəniyyəti  əhatə  edir.  Bu  baxımdan  da  müxtəlif  mövzular 
işıqlandırılır.  Məqsəd  insanlığa  xidmət  edən  cəmiyyət, 
mədəniyyət  və  dövlət  fenomentləri  arasında  bir  üzvü 
şərtləndirici bağlantı yaratmaqdan ibarətdir.  
-xalqın 
milli 
mədəniyyətinin, 
ədəbiyyatının 
və 
yaradıcılığının xalqın özünə, fərdə və cəmiyyətə çatdırılmasını 
təmin  edir.  Ədəbi  yaradıcılığın  səslənmə  yolu  ilə,  görüntülü 
vasitələrlə cəmiyyətə çatdırılması funksiyasını yerinə yetirir; 
-verilişlər  vasitəsilə  ədəbiyyat,  mədəniyyət,  incəsənətlə 
tanışlıq həyata keçirlir. Burada ədəbiyyatın və incəsənətin efir 
yolu  ilə  əhaliyə  çatdırılması  təmin  olunur.  Mədəni  mühit 
formalaşır; 
-verilişlər  vasitəsilə  gündəlik  həyat  hadisələri  (siyasət, 
mədəniyyət,  idman,  musiqi,  incəsənət  və  s.)  haqqında 
məlumatlar əldə olunur. Əhalidə davranış qaydaları formalaşır; 
-verilişlər  vasitəsilə  sosial  problemlər  və  qayğılar 
qabardılır və dövlətin aidiyyatı strukturları məlumatlandırılır; 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə