Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə55/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

192
 
 
İnformasiya  vasitələri  məlumat  daşıyan  vasitələr  kimi 
cəmiyyətin  nəbzini  müəyyən  edir  və  ruh  barədə  dövləti 
məlumatlandırır.  Dövlət  məlumatlara  reaksiya  bildirir  və 
məlumatlar sayəsində özünün siyasətini istiqamətləndirir.  
Ədəbi fikir ədəbiyyatda (şifahi və yazılı nümunələrdə) əksini 
tapan  cümlələrdən,  mətnlərdən,  bu  baxımdan  çıxışlardan, 
şeirlərdən, dastanlardan, deyişmələrdən, dialoqlardan, debatlardan 
və  s.  ibarətdir.  Ədəbi  fikir  öz  məzmununa  görə  bədii,  elmi  və 
fəlsəfi  (ədəbiyyat  fəlsəfəsi)  ola  bilir.  Ədəbi  fikir  yaradıcılığın, 
romantik  və  poetik  ruhun,  real  gerçəkliklərin  dilin  qramatik, 
leksik,  fonetik  qaydalarına  müvafiq  olaraq  təqdim  olunmasından 
ibarətdir. Yaradıcılıq da həyata olan baxışların dillə, yazı ilə ifadə 
olunmasıdır. 
Yaradıcılıq  mahiyyətin,  hadisələr  axarının 
məzmununun  ifadə  olunmasıdır.  Yaradıcılıq  müxtəlif  olur, 
sahələri əhatə edir.  
Ədəbi fikir mədəniyyət və incəsənətin əsaslarını təşkil edən 
yaradıcılıq  dəyəridir.  Ədəbi  fikir  özlüyündə  yaradıcının 
həyatdan real təsvirlərini cəmiyyətə çatdıran dəyər funksiyasını 
daşıyır.  Ədəbi  fikir  müəlliflə  həyat  arasında  olan  körpüləri 
ifadə 
edən 
mətnlərdən, 
müstəvilərdən,  yol  göstərən 
aforizmlərdən  ibarətdir.  Ədəbi  fikir  realizə  baxımından 
müəllifin  həyata  olan  baxışlarını  dilin  norma  və  qaydaları, 
eləcə  də  dilin  üslubları  ilə  geniş  cəmiyyətə  çatdırmaq 
formasıdır. Ədəbi fikir hadisə məzmunlarını cəmiyyətdə yayan 
vasitələr kimi xüsusi önəmə malikdir. Ədəbi  fikirlərdə həyatın 
özü,  həyatın  acıları,  xoş  anları  proloq  və  epiloqlar  arasındakı 
mətnlərdə  işıqlandırılır.  Ədəbi  fikirlərdə  ardıcıllıq  və  sintetik 
məzmun  mövcud  olur.  İnsan  duyğularının  ifadəsi  məhz  ədəbi 
fikirlərdə daha da geniş şəkildə işıqlandırılır.  
Ədəbi  fikir  ədəbiyyatın  (bədii,  elmi  (ədəbiyyatşünaslıq), 
dini,  publisistik)  əsasını  təşkil  edən  nəzm  və  nəsr  formalı 
cümlələrdən, mətnlərdən ibarətdir. Ədəbi fikirin elmi məzmun 
kəsb  etməsi  bu  sahədə  olan  fikirlərin  qruplaşdırılmasından  və 
sistemləşdirilməsindən  meydana  gəlir.  Ədəbi  fikirdə  dilin 


193
 
 
norma və qaydalarına əməl olunur. Ədəbi fikirdə cəmiyyət ona 
görə  maariflənir  ki,  bu  kimi  fikirlərdə  biliklər  də  yer  alır. 
Müəyyən  tarixi  faktlar  və  hadisələr  ədəbi  fikrin  obyektinə 
çevrilir.  Burada  həyatda  hadisələrə  münasibət  bildirmək 
qaydaları  ifadə  olunur.  Ədəbi  fikir  cəmiyyətin  maariflənməsi 
ilə yanaşı, şəxsiyyətin yetişməsini də təmin edir. Belə ki, ədəbi 
fikirdə dil və danışıq mədəniyyəti formalaşır. İnsanların özünü 
aparmaq  qaydaları  müəyyən  olunur.  Danışıq  mədəniyyətinə 
davranış  qaydalarından  tutmuş,  dilin  norma  və  üslubundan 
məharətlə istifadə qabiliyyəti də aid olunur.  
Ədəbi  dil  efirə  daxil  olur,  televiziyada,  radioda,  bu 
baxımdan  ekranlarda,  efirlərdə,  həmçinin  elektron  efirlərdə 
publisistik  (ictimai,  kütləvi  )  dilə  çevrilir.  İctimai  dildə  olan 
qayda və normalar və onda olan danışıqlar cəmiyyətdə danışıq 
davranışını və dil normalarını meydana gətririr. Ədəbi fikir bir 
tərəfdən  hadisələrin  ifadəsi  ilə  düşüncələri  zəngin  edir,  digər 
tərəfdən  də  insan  zövqünün  incələşməsinə,  nadanlığın  aradan 
qalxmasına  və  bu  baxımdan  da  aydın  təfəkkürün  meydana 
gəlməsinə  zəmin  yaradır.  Ədəbi  fikir,  ədəbi  dil  mədəniyyətin 
dilidir. Buna görə də cəmiyyətdə mədəni dilin, mədəni davranış 
normalarının formalaşmasını təmin edir.  
Ədəbi  fikirdə  olan  cümlələrin  efirdə  özünə  yer  tapması 
ədəbiyyatla  cəmiyyət  arasında  körpünü  meydana  gətirir. 
Kütləvi  informasiya  vasitələri  ədəbi  fikrin  cəmiyyətdə 
yayılması  üçün  həm  də  dialoq  (efirdə,  verilişlərdə,  radioda, 
mətbuatda və s.) metodunu tətbiq edir. Məsələn, hər hansısa bir 
əsərin və yaxud da bir müəllifin yaradıcılığı haqqında müxtəlif 
şəxslərin  dialoq  şəkilində  fikir  mübadiləsi  həyata  keçirmələri 
(şifahi  və  yaxud  da  yazı  yolu  ilə)  özlüyündə  ədəbi  əsərlərin 
mahiyyəti  haqqında  dolğun,  bitkin  və  ümumiləşdirilmiş 
fikirlərin ərsəyə gəlməsini təmin edir. 
Ədəbi  fikirin  KİV  vasitəsilə  yayılması  sayəsində  əsərlərlə 
şifahi şəkildə, həm də əyani və qiyabi olaraq tanışlıq meydana 


194
 
 
gəlir.  Ədəbi  fikrin  bütün  cəmiyyətdə  yayılması  sayəsində 
vəhdət ortaya çıxır. Cəmiyyət birləşir, bütövləşir.  
Ədəbi  fikrin  yayılmasında  kütləvi  informasiya 
vasitələrinin rolunu bu şəkildə ümumiləşdirmək olar: 
-KİV  (kütləvi  informasiya  vasitələri)  ədəbiyyatın,  ədəbi 
fikrin  kütləviləşməsinə  çalışır  və  funksiyası  ədəbi  bilikləri 
yaymaqdan da ibarətdir
-KİV  xalqın  ədəbi-mədəni  ruhunun  zənginləşməsində 
mühüm rol oynayır; 
-KİV  xalqın  vahid  və  bütöv  ədəbi  yaradıcılığının 
yaranmasını təmin edir
-KİV  ədəbiyyatdakı  hadisələr  və  biliklərin  yayılması  yolu 
ilə xalqın tarixi-mədəni ruhunun cəmiyyətdə ifadəsində mühüm 
rol oynayır; 
-KİV ədəbi yaradıcılığın davamlılığını təmin edir; 
-KİV  ədəbi  yaradıcıların  cəmiyyətdə  tanınmasını  təmin 
edir və ədəbi yaradıcılıq irsinin davamlılığını meydana gətirir
-KİV ədəbiyyatın təbliğatını və təşviqatını yaradır; 
-KİV ədəbiyyatda əksini tapmış xalqın kimliyini və mənlik 
statusunun  müəyyən  olunmasında  iştirak  edir  və  yayılmasını 
təmin edir və s.  
    
Tele və radio efir yaradıcılığının və verilişlərinin ictimai, 
mədəni və siyasi əhəmiyyəti (maarifləndirici əsaslarla) 
 
Televiziya və radio kimi efir vasitələri milli və beynəlxalq 
məlumatlar  mühitində,  məlumatlar  müstəvisində  informasiya 
daşıyan,  informasiya  yaradan,  cəmiyyətə  cari  və  dövrü 
hadisələr  barədə  hazır  informasiya  təqdim  edən  canlandırıcı-
görünüşlü  (vizual)  və  səsli  nümunələrdir.  Bu  vasitələr  fərdi, 
şəxsi cəmiyyətə və dövlətə, eləcə də dünyaya bağlayan virtual 
aləm  rolunu  oynayırlar.  Dünya,  dövlət  və  cəmiyyət  də  özünü 
bu  vasitələrlə  şəxsə  yaxınlaşdırır.  Hadisələrin  məzmunu  və 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə