216
Maddiyyatın üst və daxili sferasını fiziki əqil mənəvi amillərlə
örtür. Bu amillərə iradə, səbr, dözüm, insaf, vicdan, mərhəmət,
tərbiyə, nəfis kimi keyfiyyətlər daxildir. Bu kimi keyfiyyətlər
kompleksi insanının maddi aləmləmlə təmaslarını və mənəvi
mövqeyini formalaşdırır. Buradan da “mənliyə” keçidlər edilir.
Yəni, mənlik özündə maddiyat sferasını əhatə edən, onu
yaşadan elementlərin cəmləşməsini təmin edir və fiziki
mexanizmini formalaşdırı. İnsan əxlaqi keyfiyyətlərdən
yararlanaraq özünə sərhədlər yaradır. Deməli, maddi aləmin
özü, mənəvi aləm və hər iki aləmin qarşılıqlı tələbkarlığı və
tələbata cavab verməsi insanı ailədə, cəmiyyətdə, dövlətdə
ayaq üstə durmağa və mənalı ömür yaşamağa sözv edir və
təminatını həyata keçirir.
İnsanlar əqli və şüuru baxımdan kəmiyyətcə fərqlənirlər.
(Qeyd: burada bir haşiyə çıxım: -işıq sürəti kainatda eyni ola
bilməz; ona görə ki, hər şey fərqli kəmiyyətdədir). Bir çoxları
maddi aləmə üstünlük verir və mənəviyyat tarazlığını pozurlar.
Bir qism insanlar isə əksinə hərəkət edirlər. Daha çox
düşüncələrdən asılı olurlar. Mənəviyyatı və onun tərkib
elementlərinin simmetrik, harmonik formasını və ruhunu
qorumağa çalışırlar. Belə halda böyük şəxsiyyət, ləyaqətli
insan yetişir. Əqil (uzun düşüncə) insanı duyğuların da geniş
formalaşdığı pik nöqtəyə-kamallığa, müdrikliyə aparır.
Kamallıq zamanı əqli elementlər, həmçinin əxlaqi elementlər
maddi elementləri sıx müstəvi ilə əhatə edir, cilovlayır. Kamala
yetişən insan ləyqaətini qoruya-qoruya maddi aləmin
boyunduruğundan kənarda qalır və ona nəzarət edir. Nəfsə
hakimlik, saf vicdan daha da təkmilləşir.
Müdriklik maddi aləmi öz sərhədləri daxilində passiv
hərəkət etdirən aktiv zərrəcikli müstəvidir. Aktiv enerji
mühitidir, bazasıdır.
Yazılma tarixi-19 iyul 2017-ci il
217
Narsist dövlət rəhbəri haqqında
Elm qeyd edir ki, narsizm –ruhi sarsıntıdır. Bu ifadə öz
mənşəyini Qədim Yunan əsatirindən (Narkiss adlı gənc suda öz
əksini görür və öz-özünə vurulur) götürür. Elmi izaha əsasən,
narsizm xudbinlikdən irəli gələn və özünə aludəçiliklə, özünə
vurğunluqla, xarici mühitə qarşı güclü eqoizmlə ifadə olunan
bir xəstəlikdir. Xarici mühit şəxsdə qorxu yaradır. Xarici aləm
dərk olunmur. Bu baxımdan narsist şəxs özünə səcdəni ifadə
edən tərzi alır.
Belə hesab etmək olar ki, özünə vurğunluq, aludəçilik
şəxsdə özünü “Yerdə gəzən tanrı” hesab etməni şərtləndirir.
Narsist şəxslərdə zülm, istibdad, qəddarlıq, xudbinlik, ifrat eqo
şərtdir.
Narsist dövlət rəhbərləri haqqında bu kimi ümumiləşmiş
xarakteri və əməli elementləri qeyd etmək olar:
-öz təsirini, diktəsini birbaşa xalqın üzərində pərdə kimi
çəkən;
-xarici (ətraf) fobiyadan irəli gələrək, qorxaqlıqla xalqa
zülm edən, zalım, qəddar;
-zəiflik, cılızlıq;
-xalqdan qorxan və cəmiyyətdən qaçıb gizlənən. Özünü
tənhalığa çəkən;
-xalqın taleyinə biganə qalan. Xalqın faciəsini yaşaya
bilməyən;
-özünün ruhunu xalqın ruhuna bağlaya bilməyən, özünü
xalqın tərkibi edə bilməyən;
-xalqa qarşı etinasız və biganə qalan;
-ətrafa qarşı soyuq, lakin hər zaman alov mənbəyi olan;
-özünü monoteist kimi xalq üzərində sübuta yetirməyə
çalışan;
-xalqla ünsiyyətdən qaçan və özünü tənhalığa çəkən;
-bir qrup şəxslə birlikdə xalqının sərvətlərini mənimsəmək
və acgözlük;
218
-hakimiyyətini itirməmək üçün əlində “silah” gəzdirən;
-“ayaq altını görə bilməyən və basıb keçən”
-qarşı tərəfi insan yerinə qoymayan;
-xalqın ağıllı, istedadlı üzvlərindən qorxub gizlənən;
-ətrafını düşmən obrazında görmə;
-xarici aləmin ağılını, məsləhətlərini qəbul edə bilməyən və
məsləhətləri özünə təhqir kimi bilən;
-ziyalı təbəqəni, elm elitasını, ictimai gücü özünə düşmən
bilən;
-daima şübhələr, xoflar içərisində yaşayan;
-şübhələrə görə analitik təfəkkürə malik ola bilməmək;
-eqonun möhkəmlənməsi və möhkəm olaraq qalması üçün
tez və səmərəsiz qərar qəbulu;
-xalqı yox, özünü ucada, öndə görən cılız liderlik;
-aşırı şəhvani hissləri doyurmaq istəkləri;
-xudbinlik, paxıllıq, xainlik, araqatanlıq və digər bu kimi
mənfi xüsusiyyətlər.
Yazılma tarixi -02 avqust 2017-ci il
Demokratiya və qeyri-demokratiya haqqında
Siyasi quruluş, forma və dövlət idarəçiliyi rejimləri
Hakimiyyətin, dövlət quruluşunun, ali idarəçiliyinin, xalqla
onu idarə edən tərəfin münasibətlər formasının, sosial-mədəni
quruluşun tarixi çoxlarımıza məlumdur. Dövlət quruluşuna
qədər tayfa hakimiyyəti (traybizm ənənələri üzərində qurulan
kiçik münasibətlər strukturu-hansı ki, bu münasibətlər və
əlaqələr tayfa daxili adətlərə, ənənələrə söykənib) mövcud
olub. Tayfalar birləşməsindən meydana gələn böyük yaşayış
birliklərini meydana gətirdiyi cəmiyyət, eləcə də sivil yaşayış
məskənləri (şəhər həyatı) formalaşdıqca idarəçilik müna-
sibətləri də dəyişikliyə məruz qalıb. Tayfalar birləşdikcə
idarəçilik də sintez olunub. Tayfa adətləri ümumi şəkildə əhali,
Dostları ilə paylaş: |